Normal view

Before yesterdayMain stream

“Xavi inkişafımda həlledici rol oynadı”

8 February 2026 at 08:29

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes əsas komandada ilk addımlarını atdığı dövrü və keçmiş baş məşqçisi Xavi Hernandesin onun karyerasındakı rolunu xatırladıb.

İspaniyalı futbolçu bir neçə il əvvəl Kataloniya klubundan ayrılmağa yaxın olsa da, komandanın keçmiş baş məşqçisi onun istedadını görərək, əsas heyətə cəlb etmişdi.

Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi həmin dönəmlə bağlı bunları deyib:

“Xavi mənə güvəndi və mövsümlərarası hazırlıq toplanışı zamanı əsas komandaya qoşulmağa imkan verdi. O, inkişafımda həlledici rol oynadı. Daha sonra isə Hans-Diter Flik onun başladığı işi davam etdirdi”.

Fermin Lopes bu yaxınlarda klubu ilə müqaviləsinin müddətini 2031-ci ilə qədər uzadıb.

The post “Xavi inkişafımda həlledici rol oynadı” appeared first on Komanda.az.

Fermin Lopes “Barselona” ilə yeni müqaviləyə imza atdı

31 January 2026 at 13:00

Futbol üzrə İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes Kataloniya klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə İspaniya çempionunun rəsmi saytına istinadən xəbər verir.

22 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulmuş sözləşmə imzalanıb. Yeni müqaviləyə əsasən futbolçunun maaşının da məbləği artırılıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2027-ci ilin 30 iyununda bitməli idi.

Xatırladaq ki, Fermin Lopes “Barselona”nın öz yetirməsidir. Yarımmüdafiəçi 2023-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında forma geyinir. İspan futbolçu indiyə qədər “Barselona”da 114 oyuna çıxıb, 29 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub. O, cari mövsümdə 26 oyuna çıxıb, 10 qol və 11 assistlə diqqət mərkəzinə düşüb.

Lopes bir müddət “Linares”də də icarədə olub və 40 oyuna 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fermin 2024-cü ilin iyunundan İspaniyanın əsas yığma komandasında forma geyinir. O, milli komandanın heyətində 5 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Lopes Paris-2024-də çempion olan İspaniyanın Olimpiya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

❌
❌