Normal view

Today — 28 October 2025Main stream

Messinin mundial arzusu

28 October 2025 at 14:29

“İnter Mayami”nin və Argentina millisinin futbolçusu Lionel Messi 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak etmək istəyir.

Futbolpress.az xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə “Mundo Deportivo” nəşrinə açıqlamasında deyib:

“Düzü, mundialda iştirak etmək inanılmaz dərəcədə gözəl olardı. Formamı saxlamağa və yığmada mühüm rol oynamağa çalışacağıq. Əvvəlki turniri qazandıq və bunu qorumaq əla olardı. Milli ilə daha bir titul qazanmağı arzulayıram”.

Volkan baş məşqçi təyin edildi

28 October 2025 at 13:45

Türkiyənin “Gənclərbirliyi” klubunun yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Volkan Demirelə tapşırılacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Volkan bu postda Hüseyn Eroğlunu əvəz edəcək.

Volkan son olaraq “Bodrumspor”da işləyib. O, fevraldan işsizdir.

Klub əfsanəsi: “Problem məşqçidə deyil”

28 October 2025 at 13:20

“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero komandanın durumu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 8 oyundur qələbə qazana bilməyən “qoca sinyora” ilə bağlı bunları deyib:

“Yuventus”da problem məşqçidə deyil. Məsələ daha dərindir. Komandanın yumruq kimi birləşməsində problem var. “Latsio”ya qarşı pis oynamadılar, məğlubiyyətə layiq deyildilər. Eynilə “Real”la oyunda da. Lakin əsas problemli matç “Komo”ya qarşı idi. Bu durumda kim gəlsə, çempionluq çətin olacaq”.

“Yuventus” dünən baş məşqçisi İqor Tudorla yollarını ayırıb. Komanda A Seriyasında 12 xalla 8-ci sıradadır.

İspaniya klubunun 15 yaşlı futbolçusu vəfat etdi

28 October 2025 at 12:46

İspaniyanın “Saraqosa” klubunun akademiyasının üzvü Xorxe Kasado 15 yaşında vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Futbolçunun ölüm səbəbi açıqlanmayıb.

Komanda qarşıdakı oyunda Xorxe Kasadonun xatirəsini bir dəqiqəlik sükutla yad etməyi planlaşdırıb.

Azarkeşlərin olduğu avtobus aşdı

28 October 2025 at 12:26

Braziliyanın “Flamenqo” klubunun azarkeşlərinin olduğu avtobus qəza keçirib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. Fanatların olduğu avtobus Rio-de-Janeyroda aşıb. Hadisə nəticəsində 4 sərnişin ağır, 10-u orta, 32-si isə yüngül yaralanıb.

Azarkeşlər “Flamenqo”nun Libertadores kubokunda “Rasinq”lə oyunu üçün səfərə yollanırdı.

“İnter”də itki

28 October 2025 at 12:00

“İnter” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Henrix Mxitaryan zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A Seriyasında “Napoli” ilə matçda (1:3) zədə alan erməni futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Mxitaryan bu mövsüm “İnter”lə 12 oyuna çıxıb.

“Bu oyunu öz dəyərimi sübut edə biləcəyim matç kimi görürəm” – Ohori

28 October 2025 at 11:39

“Kəpəz” Premyer Liqanın IX turunda “İmişli”yə uduzub – 0:3.

Gəncə təmsilçisinin futbolçusu Ryonosuke Ohori “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:

“Düşünürəm ki, məğlubiyyətə əsas səbəb keçidlərimizin yavaş olması idi. Həm hücuma, həm də müdafiəyə ləng hərəkət edirdik. Bundan başqa, əlimizə düşən imkanları dəyərləndirə bilmədik. Azlıqda qalmağımıza baxmayaraq, pis oynamadıq. Ruhdan düşmədik, qələbə üçün çalışdıq, amma olmadı”.

Azər Bağırovun gəlişindən sonra komandada müsbət atmosfer olduğunu deyən yarımmüdafiəçi hədəflərindən söz açdı:

“Bağırovun gəlişindən sonra komandadakı ab-hava həqiqətən, çox müsbət olub. Pis oynamırıq və daha yaxşı olacağıq. Liqada qalacağımıza əminəm”.

Mövsümün əvvəlində “Neftçi”də əsas komandadan kənarlaşdırılan Ohori “Kəpəz”ə keçib. Asiyalı futbolçu “ağ-qaralar”a qarşı növbəti turun matçının onun üçün xüsusi olacağını bildirdi:

“Bu yay “Neftçi”yə çoxlu legionerlər gəldi və mənə şans düşmədi. Onlara hörmətlə yanaşıram. Düzdür, “Neftçi”də məyusedici anlarım olub. Ona görə bu oyunu öz dəyərimi sübut edə biləcəyim matç kimi görürəm. Mənimçün xüsusi oyundur və qələbə üçün əlimizdən gələni edəcəyik”.

Şahin Cəfərov

İslamiada: millinin heyəti

28 October 2025 at 11:24

Futzal üzrə Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Futbolpress.az xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç 2-si qapıçı olmaqla, ümumilikdə səfərə 14 futzalçı aparacaq.

Qapıçılar: Kamran Hacıyev (“Neftçi İK”), Cavad Məmmədov (“Baku Fire”)

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə (hər ikisi “Neftçi İK”), Ülvi Əliyev, Qüdrət Qasımzadə, Mirzə Əmirov, Ədalət Ələkbərov (hamısı “Araz-Naxçıvan”), Fərid Abbasov, Kənan Manafov, Eldar Zeynalov, Oktay Rüstəmli, Murad Quluzadə (hamısı “Baku Fire”), Oqtay Mahmudzadə (U-19)

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də, 6-da və 8-də müvafiq olaraq Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.

Premyer Liqa klubunda yeni müqavilə

28 October 2025 at 10:19

“Aston Villa” futbolçusu Metti Keş ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Metti 2020-ci ildən “Aston Villa”da çıxış edir. O, 193 oyunda 12 qol vurub, 12 məhsuldar ötürmə edib.

“Astana”dan Bakı klubuna

28 October 2025 at 10:00

Qadın həndbolçulardan ibarət “Azəryol” klubu heyətə yeni oyunçu cəlb edib.

Futbolpress.az xəbər verir ki, paytaxt təmsilçisi qazaxıstanlı sol cinah oyunçusu Aida Japarova ilə müqavilə imzalayıb.

25 yaşlı həndbolçu bundan əvvəl Qazaxıstanın “Astana” klubunda çıxış edib.

Aida Japarova komandada 25 nömrəli formada oynayacaq.

“Parisdə qol vurmağı xəyal edirdim” (MÜSAHİBƏ)

28 October 2025 at 09:40

“Zirə”nin və Azərbaycan milli komandasının futbolçusu Ceyhun Nuriyevin “Futbolpress.az“a müsahibəsi:

– Premyer Liqada 100-cü oyuna çıxdınız. Hissləriniz necədir?
– Yubiley haqda deyiləcək çox söz yoxdur. Mənim üçün müsbət statistikadır.

– Yubiley oyununda qələbə qazandınız. “Sumqayıt”la oyun (1:0) haqda fikirləriniz nədir?
– Çox vacib 3 xal qazandıq. Yaxşı sayacağımız oyunlardan deyildi, ancaq yaxşı mübarizə apardıq meydanda. İkinci hissə rəqibə oynamağa imkan verdik, ona görə də qol epizodları yarandı və cərimə meydançamıza girmələrinə imkan verdik. Amma yaxşı müdafiə olunub, layiqli qələbə qazandıq.

– Komanda mövsümə yaxşı başlasa da, eniş hiss edilir. Bu nə ilə bağlıdır?
– Hər komandanın mövsümün müəyyən hissəsində enişi olur. Səbəb çox şey olabilər. Bizdə son vaxtlar zədələlilər də çoxdu, hansı ki, komandanın oyununa təsir edir. Vacib olan belə vəziyyətdə maksimum gücümüzü ortaya qoyub qələbələr qazanmağımızdı.

– Qarşıdan milli fasilə gəlir. Abbasovdan dəvət gözləyirsinizmi? Və İslandiya ilə Fransaya qarşı oyunlar haqda nə düşünürsünüz?
– Dəvət gözləyirəm. Millidə olmaq qürurdu. Son oyunlarda əzmkarlıq göstəririk. Rəqiblərə çətinlik yaratmağı bacarırıq. Xal qazanacağımıza inamımız yüksəkdi.

– İslandiyaya səfərdə 0:5 hesabıyla məğlub olmuşunuz. Revanş niyyəti var?
– Nəticə ilk oyundakı kimi olmayacaq. Qələbə üçün çıxacıyıq meydana. Bunu edəcəyimizə inanırıq.

– Abbasovun gəlişindən sonra oyun baxımından artım var. Komandada nə dəyişdi ki? Heyət eyni, oyun fərqli
– Dəyişməyən şey komandanın hər 2 məşqçinin dönəmində oyuna inamla, xal qazanmaq üçün çıxmağı idi. Dəyişən şey Abbasovun dönəmində meydandaki vuruşqanlığımızın artırmağımızdı. Nisbətdə daha inamlıyıq, toplu oyunda daha çox inanırıq özümüzə. O inamı aşılaya bilib bizə. Amma bununla kifayətlənmirik.

– Hücum xəttində yer alan oyunçuların komandalarındakı praktikası azdır. Hücumameyilli oyunçu kimi artıq yük sizə düşür. Əlavə məsuliyyət hansısa təzyiqə səbəb olmur?
– Məsuliyyət hiss edirəm, amma təzyiq yoxdu. Özünə inanandan sonra təzyiq azalır. Millidə qollar və asistlər etmək istəyirəm və bunun üçün səbirsizlənirəm.

– Yığmada hələ qol hesabınızı açmamısınız. Debüt qolunu İslandiyaya, ya Fransaya qarşı vurmaq daha xoş olar?
– Möhtəşəm olar. Məqsədim də budur. Debüt qolunu bu oyunlarda vurmağım üçün çalışacam.

– Seçim şansınız olsa, islandiya, ya Fransa? Çünki fransızlara vuracağını qol milli tarixinin onlara qarşı vurulmuş ilk qolu olacaq…
– Seçim şansım olsaydı, əlbəttə Fransa. Bu tarix olardı. Hətta bunu Parisdə vurmağı xəyal edirdim, ancaq təəssüf ki, xəstəliyim oldu, oynaya bilmədim. İnşallah Bakıda bunu edəcəm.

Şahin Cəfərov

“Yuventus”da Spaletti səsləri

28 October 2025 at 09:26

“Yuventus”da baş məşqçi axtarışları davam edir.

Futbolpress.az xəbər verir ki, “qoca sinyora” post üçün Luçano Spaletti ilə danışıqlar aparır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Yuventus” mütəxəssisə müddəti mövsümün sonuna kimi olan müqavilə təklif edib.

Təyinat baş tutsa və komanda Çempionlar Liqasına vəsiqə əldə etsə, Spaletti ilə müqavilə uzadıla bilər.

Luçano son olaraq İtaliya yığmasına rəhbərlik edib. O, daha əvvəl “Roma”, “İnter”, “Napoli” kimi klublarda işləyib.

Vinisius “Real”dan ayrılmaq istəyir – səbəb

28 October 2025 at 09:15

Braziliyalı futbolçu Vinisius Junior “Real”dan ayrılmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Braziliyalı vinger komandadakı statusundan narazıdır və ona layiqincə dəyər verilmədiyini düşünür. Vinisiusun eyni zamanda baş məşqçi Xabi Alonso ilə də münasibətləri qaydasında deyil.

Braziliyalının “Real”la müqaviləsi 2027-ci ilin yayına kimidir. O, bu mövsüm La Liqada 10 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Tanınmış klubda baş məşqçi dəyişikliyi

28 October 2025 at 08:45

Şotlandiyanın “Seltik” klubunda baş məşqçi Brendan Rocers ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komandanın uğursuz nəticələrinə görə Rocerslə müqaviləyə xitam verilib.

“Seltik”in “sükanı” komandanın keçmiş baş məşqçisi Martin Onilə tapşırılıb.

Qlazqo klubu Şotlandiya çempionatında 9 turdan sonra 17 xalla ikinci sıradadır.

“Real” onu itirdi

28 October 2025 at 08:27

“Real” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, “kral klubu”nun futbolçusu Dani Karvaxal sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan müdafiəçi sağ dizindən zədə alıb və azı 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Karvahal La Liqada X turda “Barselona” ilə matçda (2:1) zədələnib.

“Bizon Azərbaycan Kuboku”: “Kəpəz” fərqi artırdı, “İmişli” uduzur – YENİLƏNİR

28 October 2025 at 14:37

Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma keçiriləcək.

“Turan Tovuz” bu mərhələdə “Dinamo”nu sınağa çəkəcək. “Kəpəz” “Ağstafa Gəncləri”, “Cəbrayıl” isə “Şəfa” ilə üz-üzə gələcək. “İmişli” “Qaradağ Lökbatan”ın müqavimətini qırmağa çalışacaq.

Premyer Liqada uğursuz dönəm keçirən “Karvan-Yevlax” II Liqa təmsilçisi “Sheki City” ilə qarşılaşacaq. “Göygöl”ün rəqibi isə “Baku Sporting” olacaq.

Azərbaycan Kuboku
II təsnifat mərhələsi

28 oktyabr

14:00 “Göygöl” – “Baku Sportinq” 0:0

14:00 “Karvan-Yevlax” – “Sheki City” 1:0
Qol:
S.İranxan, 16

14:00 “Qaradağ Lökbatan” – “İmişli” 1:0
Qol:
S.Allahquliyev, 28 (pen.)

14:00 “Cəbrayıl” – “Şəfa” 0:1
Qol:
A.Ebrahimzade, 25

14:00 “Kəpəz” – “Ağstafa Gəncləri” 2:0
Qol:
Ş.Aşurov, 17, R.Hüseynli, 35

17:00 “Dinamo” – “Turan Tovuz”

“Atletiko” 3 xalı 2 qolla qazandı

28 October 2025 at 02:03

İspaniya La Liqasında X tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə “Real Sosyedad” “Sevilya”nı məğlub edib.

“Real” bu turda “Barselona”ya qalib gəlib. Turun son matçında “Atletiko” “Betis” səfərindən üç xalla dönüb.

İspaniya La Liqası
X tur

24 oktyabr

Real Sosyedad – Sevilya 2:1
Qollar: Oyarsabal, 19-pen; 36 – Qudel, 30.

25 oktyabr

Jirona – Real Ovyedo 3:3
Qollar: Stuani, 64-pen; 90-pen. Unahi, 83 – Vinas, 38-pen. Rondon, 57. Karmo, 90+7.

Espanyol – Elçe 1:0
Qol: K.Romero, 47.

Atletik – Xetafe 0:1
Qol: Mayoral, 75.

Valensiya – Vilyarreal 0:2
Qollar: Moreno, 45-pen. Komesana, 57.

26 oktyabr

Malyorka – Levante 1:1
Qollar: Maffeo, 79 – Etta Eyonq, 22.

Real – Barselona 2:1
Qollar: Mbappe, 22. Bellingem, 43 – F.Lopes, 38.

Osasuna – Selta 2:3
Qollar: Budimir, 37-pen; 45+1 – Yutqla, 26; 69. P.Duran, 87.

Rayo Valyekano – Alaves 1:0
Qol: Alemao, 90+1.

27 oktyabr

Betis – Atletiko 0:2
Qollar: G.Simeone, 3, A.Baena, 45+2

Ali dünya üçüncüsü oldu

28 October 2025 at 00:24

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu yarış günündə sərbəst güləş üzrə millinin daha bir üzvü fəxri kürsüyə qalxıb.

Ayxan Abdullazadə (65 kq) təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovu 4:1 hesabıyla üstələsə də, bürünc medal görüşündə qırğızıstanlı Bilal Şərif Uuluya (0:10) məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Ali Tsokayev (86 kq) isə italiyalı Qabriele Nikkoliniyə (11:0) və gürcüstanlı Tornike Samxaradzeyə (13:2) tam üstünlüklə qalib gələrək bürünc medala sahib çıxıb.

Beləliklə, millimiz mundialı 1 dəst medalla başa vurub. Xatırladaq ki, ötən gün Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal qazanıb. Yığmamız 84 xalla komanda hesabında 4-cü yeri tutub və ön pillədəki Yaponiyadan cəmi 1 xal geri qalıb. ABŞ (137) birinci, İran (127) isə ikinci olub.

“Kəpəz” legionerini göndərdi

27 October 2025 at 23:36

“Kəpəz”də ayrılıq gerçəkləşib.

Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisi futbolçusu Otar Aptsiauri ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Otar bu mövsüm Premyer Liqada 4 oyuna çıxıb.

“Napoli”nin aparıcı oyunçusu “Qarabağ”la oyunu buraxacaq

27 October 2025 at 21:47

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən “Napoli” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, Neapol klubunun yarımmüdafiəçisi Kevin De Bruyne sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. De Bruynenin azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Kevin noyabrın 6-da “Qarabağ”a qarşı keçiriləcək ÇL oyununu da buraxacaq.

“Neftçi”nin oyununa giriş pulsuz olacaq

27 October 2025 at 21:36

Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – MOİK matçına giriş pulsuz olacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Ödənişsiz biletləri yalnız “Neftçi”nin mobil tətbiqindən və ya klubun rəsmi saytından onlayn şəkildə əldə etmək olar.

Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraq qeydiyyatdan keçmək və hər qeydiyyat üçün “Forza” və VIP xaric bütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.

Stadionun kassasında isə bilet satışı olmayacaq.

Qeyd edək ki, “Palms Sports Arena”dakı “Neftçi” – MOİK matçı oktyabrın 29-da, saat 19:00-da keçiriləcək

PSJ-nin sabiq futbolçusu karyerasını bitirdi

27 October 2025 at 20:45

Polşa millisinin sabiq futbolçusu Qjeqoj Krıxovyak karyerasını başa vurub.

Futbolpress.az xəbər verir ki, bu barədə 35 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.

Son klubu Səudiyyə Ərəbistanıda “Abha” olan Krıxovyak karyerası ərzində PSJ, “Sevilya”, “Nant”, “Reyms”, “Krasnodar”, “Lokomotiv” klublarında forma geyinib.

Yesterday — 27 October 2025Main stream

Əvəzedicilər Liqasında tur başa çatdı

27 October 2025 at 20:17

Əvəzedicilər Liqasında VIII tur başa çatıb.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə 4 qarşılaşma keçirilib.

“Qəbələ-2” “Qarabağ-2″yə qalib gəlib. “Sabah-2” “Sumqayıt-2″dən, “Zirə-2” isə “Araz-Naxçıvan-2″dən üstün olub.

Əvəzedicilər Liqası
VIII tur

27 oktyabr

“Qəbələ-2” – “Qarabağ-2” 3:0
Qollar: Ceyhun Bağırzadə, 28. Nasiru Salihu, 45. Cuma Hüseynov, 90+1.

“Şamaxı-2” – “Turan Tovuz-2” 1:3
Qollar: Nihat Mehralıyev, 82 – Cəmil Məmmədov, 29. Elçin Qasımov, 48. Fərid Cəfərov, 77.

“Zirə-2” – “Araz-Naxçıvan-2” 3:0
Qollar: Ramiz Muradov, 71; 81. Elşən Abdullayev, 86.

“Sumqayıt-2” – “Sabah-2” 1:2
Qollar: Murad Rüstəmov, 90+3 – Həmzəalı Mikayılov, 24-pen. Amir Qəribov, 90+3.

“Arsenal”ı ikinci edən göstərici

27 October 2025 at 19:58

“Arsenal” İngiltərə Premeyr Liqasında 700-cü qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, “topçular”ın yubileyi IX turun “Kristal Pelas”la ev oyununa (1:0) təsadüf edib.

“Arsenal” çempionatda qələbə sayında yalnız “Mançester Yunayted”dən geri qalır. “Qırmızı şeytanlar”ın aktivində 760 qələbə var.

Türkiyə futbolunda hakim skandalı

27 October 2025 at 19:24

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu federasiyanın Rivadakı təsislərində mətbuat konfransı keçirib.

Futbolpress.az xəbər verir ki, Hacıosmanoğlu bəzi hakimlərin mərc oyunları ilə məşğul olduqlarını bildirib:

“İllərdir müzakirə mövzusu olan mərc oyunlarının ortaya çıxmasından sonra, türk futbolunda korrupsiyanın və əxlaqsızlığın miqyasını müzakirə etdik, biz TFF olaraq özümdən başladıq. Peşəkar liqalarda 571 aktiv hakimdən 371-inin mərc hesabı var. Onlardan 152-si isə aktiv şəkildə mərc oyunları oynayır”.

Hakimlərin mərc skandalında vəziyyət belədir:

• 571 aktiv hakimdən 371 hakimin mərc hesabı var.
• 152 hakim isə aktiv olaraq hər həftə mərc oynayır.
• Son 5 sezonda Super Liqadakı 10 hakim 10 mindən çox mərc oynayıb.
• 1 hakim 18 min 227 dəfə mərc oynayıb.
• Klub rəhbərlərindən biri 3057 dəfə mərc oynayıb və kluba külli miqdarda pul qazandıraraq, çox böyük transferlər edib.

Türkiyə Futbol Federasiyası yaxın zamanda hakimlərin adlarını açıqlayacaq.

Siyasət: “Qızlar xarakter göstərərək sona qədər mübarizə apardılar”

27 October 2025 at 18:45

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Çimkənd şəhər stadionunda Qazaxıstan yığmasına qarşı keçirilən yoldaşlıq görüşündən (1:0) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:

“Qazaxıstan yığması ilə oyunlar bizim üçün çox vacib idi. Çünki son matçlarımızı elə də yaxşı notda bitirməmişdik. Bu səbəbdən futbolçuların motivasiyasını yüksəltmək üçün qələbə qazanmaq böyük önəm kəsb edirdi. Hər iki görüşdə bunu bacardığımız üçün sevincliyik. İlk qarşılaşmada daha böyük fərqlə qalib gələ bilərdik. Görünür, həmin oyundan sonra rəqib bizi çox yaxşı təhlil etmişdi. Bu gün çətinliklərlə üzləşdik. Fikrimcə, futbolçularımızın ikinci görüşə tam bərpa ola bilməməsi də müəyyən rol oynadı. Yenə də də qızlar xarakter göstərərək sona qədər mübarizə apardılar və qələbə topunu vurdular. Buna görə komandamıza təşəkkür edirəm.

Fürsətdən istifadə edərək Qazaxıstan Futbol Federasiyasına təşəkkürümü bildirirəm. Təlim-məşq toplanışının yeri çox gözəl idi və bizim üçün hər cür şərait yaradılmışdı”.

Qeyd edək ki, millimiz Qazaxıstan yığması ilə keçirdiyi ilk yoldaşlıq görüşündə 2:1 hesablı qələbə qazanıb.

Millinin sabiq qapıçısı vəfat etdi

27 October 2025 at 18:19

Qazaxıstan millisinin sabiq qapıçısı Andrey Morev vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 52 yaşlı mərhumun ölüm səbəbi açıqlanmayıb.

Morev karyerası ərzində “İrtış”, “Jenis”, “Tobol”, “Aktobe” kimi klublarda top qovub.

“İmişli”nin futbolçusu əməliyyat olundu

27 October 2025 at 17:46

“İmişli”nin futbolçusu Vüsal Qənbərov “Kəpəz”lə keçirilən oyunda aldığı zədə nəticəsində qamış (tibia) və incik (fibula) sümüklərinin sınığı diaqnozu ilə bu gün əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, futbolçuya qamış sümüyünün sınığı səbəbilə intramedüllar çivi ilə osteosintez əməliyyatı icra edilib, incik sümüyündəki qırığa isə alçı sarğı tətbiq olunub. Əməliyyat uğurla həyata keçirilib, oyunçunun vəziyyəti stabil və qənaətbəxşdir.

Vüsal Qəmbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq.

Klub rəhbərliyi və həkim heyəti futbolçunun tam bərpası və tezliklə meydanlara qayıtması üçün bütün zəruri şəraiti təmin edir.

Milli darmadağın oldu

27 October 2025 at 17:23

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Vadul lui Voda şəhərində keçirilən görüş Kosovo seçməsinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 millimiz qrupda son matçını oktyabrın 30-da Moldova yığmasına qarşı keçirəcək.

“Yuventus” Tudorla vidalaşdı

27 October 2025 at 17:14

“Yuventus”un baş məşqçisi İqor Tudorla yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə xitam verilib.

Turin təmsilçisi son 8 rəsmi matçda qələbə qazanmayıb. Komanda A Seriyasında 8 turdan sonra 12 xalla 8-ci sıradadır.

MMA-da növbəti qələbə

27 October 2025 at 16:29

Gürcüstanın Batumi şəhərində keçirilən “Grand Bellagio & GFC” beynəlxalq MMA turnirində Azərbaycan idmançıları uğurlu çıxış ediblər.

Futbolpress.az xəbər verir ki, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu, əslən azərbaycanlı idmançı Alim Nəbiyev turnirdə növbəti qələbəsini əldə edib.

O, Türkiyəli rəqibi Oğuzhan Atakı birinci raundda nakaut edərək MMA karyerasında ikinci qələbəsini qazanıb. A.Nəbiyev növbəti döyüşünü ilin sonuna planlaşdırır və UFC-də çıxış etməyi hədəfləyir.

Turnirdə digər azərbaycanlı döyüşçülər də fərqləniblər. Ağır çəki dərəcəsində mübarizə aparan Tahir Abdullayev iranlı Siavaş Dadrası məğlub edib. Yüngül çəki kateqoriyasında çıxış edən Elvin Kamilli isə gürcü rəqibi Giorgi Kabulaşvilini birinci raundda vaxtından əvvəl nakautla üstələyib.

Batumidə artıq üçüncü dəfə təşkil olunan “Grand Bellagio & GFC” beynəlxalq turnirində ümumilikdə 10 ölkədən 24 idmançı iştirak edib.

“Turan Tovuz”da Berdıyevlə bağlı qərar

27 October 2025 at 16:15

“Turan Tovuz” klubunda baş məşqçi Kurban Berdıyevlə müqavilə uzadıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sport24” nəşri məlumat yayıb. Xəbərdə klub rəhbərliyinin mütəxəssisə 3 illik müqavilə təklif etməyi planlaşdırdığı bildirilir.

Berdıyev 2024-cü ilin yayında Tovuz təmsilçisinə baş məşqçi təyin edilib. Onunla 2+1 illik müqavilə imzalanmışdı.

“Turan Tovuz” çempionatda 9 turdan sonra 18 xalla liderdir.

PFL üçün yeni sponsor

27 October 2025 at 15:45

Oktyabrın 27-də “Ritz Carlton” otelinin “Şuşa” zalında Peşəkar Futbol Liqası (PFL) və “Avrora Qrup”un “Bizon” brendi arasında rəsmi sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, mühüm tədbirdə PFL prezidenti Elxan Səmədov, “Avrora Qrup”un prezidenti Ceyhun Abbasov, baş icraçı direktoru İlham Marufov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev, hər iki qurumun rəsmiləri, futbol ictimaiyyəti, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan aparıcı İsmayıl Abdullayev hər iki qurum haqqında məlumat verib. Ardınca “Avrora Qrup”un prezidenti Ceyhun Abbasov çıxış edib. “Bizon” brendi haqqında ətraflı məlumat verən Abbasov müqavilənin əhəmiyyətindən danışıb, milli brend olaraq “Bizon” üçün Azərbaycan futbolunun dəyərindən söz açıb. Daha sonra PFL-in media və marketinq direktoru Sənan Abdullayev əməkdaşlığa gedən yoldan, hər iki tərəf üçün müqavilənin vacibliyindən bəhs edib. Son illər genişlənərək 34 komanda arasında keçirilən, bütün ölkəni əhatə edən Azərbaycan Kubokunun kütləvilik baxımından xüsusi seçildiyi vurğulanıb.

Ardınca müqavilənin imzalanma mərasimi baş tutub. Anlaşmaya əsasən, “Bizon” brendi Azərbaycan Kubokunun rəsmi titul sponsoru olaraq turnirin maliyyə dəstəklənməsində iştirak edəcək və yarış bundan sonra “Bizon Azərbaycan Kuboku” adı ilə keçiriləcək. PFL isə öz növbəsində sponsorun reklam və tanıdılma imkanlarını təmin edəcək. Bu müqavilə ilə futbol üzrə Azərbaycan Kubokuna uzun müddət sonra baş sponsor dəstəyi qayıtmış olub.

Azərbaycan yığması ikinci oyunu da qazandı

27 October 2025 at 15:26

Qadın futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Qazaxıstanla qarşılaşıb. Çimkənd şəhər stadionunda baş tutan görüş millinin minimal hesablı qələbəsiylə başa çatıb. Yeganə qolu Nigar Mirzəliyeva vurub.

Azərbaycan yığması oktyabrın 24-də bu rəqibi 2:1 hesabıyla məğlub etmişdi.

“Yamal meydandan kənarda danışmaq istəyirsə…”

27 October 2025 at 13:29

“Real”ın futbolçusu Orelyen Çuameni La Liqada “Barselona”ya qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, fransalı futbolçu matçdan sonra Lamin Yamalla komanda yoldaşları arasında yaşanan gərginliyə toxunub:

“Qələbəyə görə şadıq. Oyun planımızı mükəmməl icra etdik.

Oyunda gərginlikləri sevirəm. Uşaq vaxtı “Real” – “Barselona” oyunlarında belə anları görürdüm və məncə bu, normaldır. Gərginliyin də bizə faydaları olur. Yamal meydandan kənarda danışmaq istəyirsə, danışaq, problem yoxdur. Lakin futbol meydanda oynanılır və bu oyunu biz qazandıq”.

Azərbaycan Kubokunun adı dəyişdi

27 October 2025 at 13:02

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Futbolpress.az xəbər verir ki, “Ritz-Carlton” otelinin “Şuşa” zalında keçirilən tədbirdə PFL-in prezidenti Elxan Səmədov, idman jurnalistləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən Bizon Azərbaycan Kuboku adlandırılacaq.

Alvares “Atletiko”dan ayrılacaq? – AÇIQLAMA

27 October 2025 at 12:39

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandadan ayrılacağı iddia edilən Yulian Alvareslə bağlı danışıb.

Futbolpress.az xəbər verir ki, İspaniya mətbuatına açıqlama verən mütəxəssis hücumçunun komandada xoşbəx olduğunu deyib:

“Oyunçuların müqavilələrinə qarışmıram. Amma Alvaresin burda xoşbəxt olduğunu görürəm. Klub və onun üçün nə yaxşıdırsa, olsun”.

Alvares bu mövsüm 11 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib. Argentinalı hücumçunun adı İngiltərə klubları ilə hallanır.

Bellingem: “Üç xala layiq idik”

27 October 2025 at 12:22

“Real”ın futbolçusu Cud Bellingem La Liqada “Barselona”ya qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, klubun saytına danışan yarımmüdafiəçi bunları deyib:

“Bizim üçün vacib qələbə oldu. Hamımız çox çalışdıq və üç xala layiq idik. İlk hissədə topa nəzarət bizdə idi. Bundan yaxşı istifadə edərək təhlükəli hücumlar qurduq və qollar vurduq.

İkinci hissədə isə diqqəti daha çox müdafiəyə yönəldik. Arxa xətt oyunçularımız çox yaxşı çıxış etdi. Ümumilikdə komanda olaraq yaxşı performans göstərdik”.

Bellingem 2:1 hesablı qələbə qazandıqları oyunda ikinci qolun müəllifi olub.

Premyer Liqada “ən”lər

27 October 2025 at 12:00

Premyer Liqada 9 tur geridə qalıb.

Futbolpress.az-ın məlumatına görə, yalnız iki komanda – “Turan Tovuz” və “Kəpəz” bu mövsüm heç-heçə etməyib. Tovuzluların 9 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib. Autsayder gəncəlilər isə 9 oyunda 1 qələbə qazanıb, 8 dəfə uduzub.

“Kəpəz” liqada ən çox qol buraxan kollektivdir. “Sarı-göylər” 9 oyunda 24 qol buraxıb. Bu, hər görüşə ortalama 2.66 qol edir. Gəncə təmsilçisi eyni zamanda ən az qol vuran iki komandadan biridir. “Kəpəz”lə yanaşı, “Karvan-Yevlax” 9 turda cəmi 6 qol vurub.

Premyer Liqanın bu ana qədər ən çox heç-heçə edəni isə “Neftçi”dir. Samir Abasovun rəhbərlik etdiyi kollektiv 9 oyunun 6-da bir xalla kifayətlənib.

9 turda yalnız bir qələbəsi olan isə 3 komandadır – “Qəbələ”, “Karvan-Yevlax”, “Kəpəz”.

Şahin Cəfərov

İslamiada: millinin oyunlarının təqvimi

27 October 2025 at 11:41

Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçiriləcək sayca VI İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal oyunlarının təqvimi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də Liviya, 2 gün sonra Özbəkistan, noyabrın 8-də isə Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq. Qrupda ilk 2 yeri tutacaq komanda yarımfinala vəsiqə qazanacq.

Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qalib və bürünc medalçının adına isə 2 gün sonra – noyabrın 11-də aydınlıq gətiriləcək.

A qrupu

4 noyabr

Liviya – Azərbaycan
Səudiyyə Ərəbistanı – Özbəkistan

6 noyabr

Özbəkistan – Azərbaycan
Səudiyyə Ərəbistanı – Liviya

8 noyabr

Səudiyyə Ərəbistanı – Azərbaycan
Özbəkistan – Liviya

Azərbaycan Kuboku: “Neftçi”nin oyunu Həsənliyə tapşırıldı

27 October 2025 at 11:22

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Neftçi” – MOİK oyununu Vüqar Həsənli idarə edəcək.

28 oktyabr (çərşənbə axşamı)

“Göygöl” – “Baku Sportinq”
Hakimlər: Namiq Bəkirov, Şirmamed Mamedov, Nurlan Əhmədzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Buzovna qəsəbə stadionu, 14:00

“Karvan-Yevlax” – “Sheki City”
Hakimlər: Emin Əliyev, Gülnurə Əkbərzadə, Səbuhi Əmrahov, Nazim Abdullayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı şəhər stadionu, 14:00 (canlı / “CBC Sport”)

“Qaradağ Lökbatan” – “İmişli”
Hakimlər: Kamranbəy Rəhimov, Teymur Teymurov, Vüqar Bayramov, Mahmud Bağırzadə
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Quba OİK stadionu, 14:00

“Cəbrayıl” – “Şəfa”
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Samir Qaracayev, Nəriman Ağayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı OİK stadionu, 14:00

“Kəpəz” – “Ağstafa Gəncləri”
Hakimlər: Rövşən Rəcəbov, Cəmil Quliyev, Sənan Atayev, Nahid Xasıyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu, 14:00

“Dinamo” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Safalı Ağayev, Niyaz Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Azersun Arena”, 17:00 (canlı / “CBC Sport”)

29 oktyabr (çərşənbə)

“Şimal” – “Şahdağ Qusar”
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Şamaxı OİK stadionu, 14:00

“Xankəndi” – “Difai”
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Ağsu şəhər stadionu, 14:00

“Zaqatala” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Namiq Əliyev
Zaqatala OİK stadionu, 14:00

“Qəbələ” – “Mingəçevir”
Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ şəhər stadionu, 16:00

“Səbail” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“ASCO Arena”, 16:00 (canlı / “CBC Sport”)

“Neftçi” – MOİK
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Palms Sports Arena”, 19:00 (canlı / “CBC Sport”)

“Zirə”li üçün əlamətdar oyun

27 October 2025 at 11:00

Azərbaycan Premyer Liqasının IX turu “Zirə”nin futbolçusu Ceyhun Nuriyev üçün əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib.

Bu, “Sumqayıt”la ev matçına (1:0) təsadüf edib. Ceyhun qarşılaşmanın 73-cü dəqiqəsində meydana daxil olub.

Hesabında 11 qol olan Nuriyev Premyer Liqada iki klubun formasını geyinib. Premyer Liqada 2020/21 mövsümündə “Sabah”da debüt edən futbolçu ilk klubunda 46 (4 qol), “Zirə”də 54 (7 qol) dəfə şans qazanıb.

200-cü məğlubiyyət

27 October 2025 at 10:50

“Qəbələ” Premyer Liqada 200-cü məğlubiyyətini alıb.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının IX turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzub.

Bölgə təmsilçisi 549-cu oyununda 200-cü dəfə xalsız qalıb. “Qəbələ” Premyer Liqadakı məğlubiyyət sayında ən çox uduzan 6-cı komandadır. Yalnız “Kəpəz”, “Turan”, “Şamaxı”, “Neftçi” və “Sumqayıt” daha çox görüşdə xalsız qalıb.

Qeyd edək ki, “Qəbələ”nin ilk məğlubiyyəti 2006-cı il avqustun 11-də “MKT-Araz”la səfər matçına təsadüf edib – 1:4.

MOİK, “Sumqayıt”, “Kəpəz”

27 October 2025 at 10:43

“Kəpəz” Azərbaycan Premyer Liqasının IX turunda “İmişli” ilə ev görüşündə 0:3 hesabı ilə uduzub.

Futbolrpess.az PFL-ə istinadən xəbər verir ki, bu, Gəncə klubunun Premyer Liqada öz meydanında aldığı 20-ci böyükhesablı yenilgidir.

Qərb təmsilçisi evdə 20 və daha çox görüşdə ən azı 3 top fərqi ilə uduzan 3-cü komandadır. Yalnız MOİK və “Sumqayıt” daha çox ağır məğlubiyyətə üzülüb.

Qeyd edək ki, “Kəpəz”in evdəki ilk böyükhesablı məğlubiyyəti 2001-ci il martın 12-də “Şəmkir”lə qarşılaşmaya təsadüf edib – 0:3.

Azərbaycan millisi Kosovoya qarşı

27 October 2025 at 10:34

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Azərbaycan yığması ilk oyunda Uelsə 0:7 hesabıyla uduzub.

Andrade – 100!

27 October 2025 at 10:22

Azərbaycan Premyer Liqasının IX turu Patrik Andrade üçün yubileylə əlamətdar olub.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.

Kabo-verdeli yarımmüdafiəçinin yubileyi “Sabah”la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.

Andrade 2020/21 mövsümündə debüt etdiyi Premyer Liqada iki klubun formasını geyinib. O, “Qarabağ”da 92 görüşdə 8 qola sevinib, “Araz-Naxçıvan”da isə 8 matçda iştirak edib.

Qələbəyə bərabər heç-heçə

27 October 2025 at 10:14

Çempionlar Liqasında “Atletik”ə uduzan “Qarabağ” Premyer Liqada da xal itkisi yaşayıb. Qurban Qurbanovun yetirmələri “Şamaxı” ilə ev oyununda heç-heçə edib – 0:0.

Əsas diqqət Çempionlar Liqasında noyabrın 5-də “Çelsi”yə qarşı keçiriləcək matçdadır. Sıx qrafik üzündən Premyer Liqa oyunlarına ehtiyat qüvvə ilə çıxan “Qarabağ” ultramüdafiə futbolu oynayan “Şamaxı”ya qol vura bilmədi. Oyun ümumiyyətlə qol epizodları baxımından kasad keçdi. Qonaqların vaxt aparmağa yönəlik futbolu da hardasa başadüşüləndir. “Şamaxı” üçün çempionatda qazanılacaq hər xal, xüsusilə də “Qarabağ”a qarşı qələbəyə bərabərdir.

Matçdan sonra Qurban Qurbanovun oyun tempinin aşağı olması, hakimlərin tez-tez matçı dayandırmasından gileylənməsi əsas diqqət çəkən məqamlardan idi. Avropa turnirlərində sürətli futbolla ayaqlaşmağın çətinliyini hər dəfə vurğulayan mütəxəssis bu dəfə də fikirlərini yenidən bölüşdü.

“Qarabağ”ın ehtiyatda bir oyunu var və “Sabah”la oyunda qazanılacaq qələbə komandanı yenidən liderlik postuna oturdacaq. Birinci pillədəki “Turan Tovuz” bir xal öndədir və “atlılar”ın itirdiyi xal demək olar, problem olmayacaq. “Şamaxı” isə qazandığı bir xalla autsayder “Kəpəz”dən 7 xal önə keçdi.

Şahin Cəfərov

Hansı oyun, hansı kanalda? – TV

27 October 2025 at 09:50

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

27 oktyabr

Rusiya, Premyer Liqa
20:30 Axmat – Soçi (Matç Premyer)

Türkiyə, Super Liqa
21:00 Qaziantep – Fənərbağça (beİN Sports 1, Futbol 3)
21:00 Samsunspor – Rizespor (beİN Sports 2)

İspaniya, La Liqa
00:00 Betis – Atletiko (Matç TV)

Azərbaycan yığmasının növbəti sınağı

27 October 2025 at 09:27

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.

Futbolpress.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Qazaxıstanla üz-üzə gələcək. Çimkənd şəhər stadionunda baş tutacaq oyuna saat 13:00-da start veriləcək.

Komandalar arasında bir neçə gün əvvəl keçirilən matçda milli qələbə qazanıb – 2:1.

Liçka qovuldu

27 October 2025 at 09:15

Türkiyənin “Karagümrük” klubunda baş məşqçi Marçel Liçka ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Karagümrük” Super Liqada 10 turda 1 qələbə qazanıb, 8 dəfə uduzub. Liçka mövsümün əvvəlində baş məşqçi təyin edilib.

Ronaldinyo, Ronaldo, Mbappe

27 October 2025 at 08:45

“Real” İspaniya La Liqasının X turunda “Barselona”nı məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, madridlilərin birinci qolunu vuran Kilian Mbappe ardıcıl dördüncü “El Klasiko”da fərqlənib. O, bunu bacaran üçüncü futbolçudur.

Mbappedən əvvəl Ronaldinyo və Kriştiano Ronaldo bunu bacarıb.

“Real” 10 turdan sonra 27 xalla liderdir. “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.

“Yuventus” yenə məğlub oldu

27 October 2025 at 01:55

Bu gün İtaliya A Seriyasında VIII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

“Milan” azarkeşləri önündə “Pisa” ilə üz-üzə gəlib. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.

İtaliya A Seriyası
VIII tur

24 oktyabr

Milan – Pisa 2:2
Qollar: R.Leao, 7, Z.Atekame, 90+3 – X.Kuadrado, 60 (pen.), M.Nzola, 86

25 oktyabr

Parma – Komo 0:0

Udineze – Leççe 3:2
Qollar: Karlstrom, 16. Devis, 37. Buksa, 89 – Berişa, 59. Ndri, 90+6.

Napoli – İnter 3:1
Qollar:
De Bruyne, 33 (pen.) Maktominey, 54. Anqissa, 67 – H.Çalhanoğlu, 59 (pen.)

Kremoneze – Atalanta 1:1
Qollar: Vardi, 78 – Breşianini, 84.

26 oktyabr

Torino – Cenoa 2:1
Qollar: S.Sabelli, 62 (avtoqol), Q.Maripan, 90 – M.Torsbi, 7

Sassuolo – Roma 0:1
Qol: P.Dibala, 16

Verona – Kalyari 2:2
Qollar: R.Kaqliardini, 23, G.Orban, 59 – R.İdrissi, 77, M.Feliçi, 90+2

Fiorentina – Bolonya 2:2
Qollar: A.Qudmundsson, 74 (pen.), M.Kin, 90+4 (pen.) – S.Kastro, 25, N.Kambiagi, 52

Latsio – Yuventus 1:0
Qol: T.Basiç, 9

Kənan dünya çempionu oldu

27 October 2025 at 00:10

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatı sona yaxınlaşır.

Futbolpress.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə millinin 2 üzvü həlledici görüşə çıxıb.

Kənan Heybətov (70 kq) finalda iranlı Sina Xəliliylə qarşılaşıb. İlk hissədə rəqib üstün olsa da, həmyerlimiz əzmkar qələbə qazanıb. Rəqibinə 9:4 hesabıyla qalib gələn Kənan ilk dəfə U23 dünya çempionu olub.

Xetaq Karsanov (125 kq) da finalda İran təmsilçisiylə qarşılaşıb. Ancaq bu ildən ən ağır çəkidə çıxış etməyə başlayan milli üzvü Abolfazl Necada məğlub olaraq (0:11) gümüş medalı boynundan asıb.

Qurban Qurbanov: “Bu, heç birimizə fayda verən bir şey deyil”

26 October 2025 at 22:40

Azərbaycan Premyer Liqasının IX turunun “Qarabağ” – “Şamaxı” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Ayxan Abbasova uğurlar arzulayıram. Bizim üçün elə də asan oyun olmadı. İstərdim daha dinamik oyun getsin. Əfsuslar olsun ki, alınmırdı. Rəqibin oyun üslubu belə idi. Onların oyunçuları çox tez əks-hücuma keçirdilər. Top itkisi olanda oyuna istədiyimiz kimi başlaya bilmirdik. Ümumən yaxşı oynadıq. “Şamaxı” yaxşı mübarizə apardı, məşqçinin əl işi hiss olunur. Belə oyunlar bizə asan olmur. Çünki oyun tez-tez dayanırdı. Dəfələrlə bunu demək istəmişəm. Oyunun tez-tez dayanmasının bəlkə də Azərbaycan çempionatında kiməsə faydası olur. Sırf bu matç üçün demək istəmirəm. Çox istərdim ki, kimlə oynamağımızdan asılı olmayaraq, hakimlər bizim oyunlara fərqli yanaşsınlar. Daha diqqətli, daha ciddi olsunlar. Oyunu uduzaq, eybi yox. Çempionlar Liqası matçlarından sonra oynamayan futbolçulara şans verirəm. Onların da dinamikaya, sürətə uyğunlaşması komanda üçün çox vacibdir. Bu qədər vaxt keçirmək… Həkimlər bəlkə də beş dəfə meydana girdilər. 1 dəqiqəyə oyunçunun yanına çatırlar, 1 dəqiqəyə qayıdırlar. Ayxan Abbasov da futbolçularına hirslənir, durun deyir. Gərək buna hakimlər nəzarət etsinlər. Belə olmaz da. Qapıçı qurtarış edib yıxılır, zədə alıb sanki. Bu, heç birimizə fayda verən bir şey deyil. Biz istəyirik ki, Avropa ilə ayaqlaşaq. Birdən-birə 180 dərəcə temp dəyişir. Əlbəttə ki, bizim üçün asan deyil. “Atletik”lə matçdan 5 gün sonra oynayırdıq. Səfər oyunlarından sonra futbolçularda yorğunluq olur. Rəvan Həmzəzadənin idarə etdiyi matçlarda rəqibin kimliyindən asılı olmayaraq, temp olur. Cərimə zərbələrini çox da saxlamır. Belə hakimlər var. Çempionatı buna uyğunlaşdırmaq lazımdır. Top 15 dəqiqə oyunda olmursa, futbolçuların vaxt keçirməsinə göz yumulursa… 1-2 dəqiqə tempi qaldırırsan, rəqibi cərimə meydançasına sıxışdırırsan, oyun dayanır. Oyunçular da istər-istəməz əsəbiləşirlər, oyundan çıxırlar. Bu, onlara heç də fayda vermir. Hər dəqiqə həkim meydana girir. Hələ görmədim bir nəfərin harasısa yarıldı. Çıxırlar, təzədən qayıdırlar. Belə detallara diqqət ayrılsa, yaxşı olar. Hər bir halda Ayxan Abbasova uğurlar arzulayıram, oyuna yaxşı hazırlaşmışdı. Bəlkə də udmağa layiq idi. Udsaydıq da, bu sözləri deyəcəkdim. Futbol mübarizədir. Hər dəfə oyunu saxlamaq yaxşı olmaz. Oyuna gəldikdə xallarımızın üzərinə 1 xal gəldi. Görünən odur ki, çempionat heç də asan deyil. Son oyunlara kimi gərgin mövsüm gedəcək.

– Oyun demək olar ki, “Şamaxı”nın qapısının qarşısında keçdi. Rəqibin müdafiəsini yara bilmədiz?
– Buna “Şamaxı” imkan vermədi. Biz cəhd edirdik. Burada daha çox iş “Şamaxı” müdafiəsinin üzərinə düşür. Diqqətli oynayırdılar. Sonlarda yaxşı oyun görə bilərdik. 1-2 dəqiqə görürdük, sonra dayanırdı. Bunun sayı çox olmalıdır.

– Növbəti turda “İmişli” ilə qarşılaşacaqsız. Çempionlar Liqasındakı matçınızı nəzərə alsaq, çempionat oyununun təxirə salınmaq ehtimalı var?
– Xeyr. Oynayacağıq.

– Hücum xəttinin məhsuldarlığı azalıb sanki…
– Ola bilər. Belə period olur. Həmişə istədiyimiz kimi alınmaz. Rəqiblər də bizə ciddi yanaşırlar. Komanda həmişə sağlam olmur. Normal haldır. Bütün dünya futbolunda belədir. İstərdim ki, daha da məhsuldar oynayaq.

– Son dönəmlər mediada “Qarabağ”ın Çempionlar Liqasındakı ev oyunlarını “Tofiq Bəhrəmov”da deyil, Olimpiya stadionunda keçirilməsi gündəmdədir. Belə bir hal baş verərsə, “Qarabağ”ın oyun fəlsəfəsinə və yaxud digər psixoloji amillərə təsir edə bilərmi?
– Bizim üçün “Tofiq Bəhrəmov”da oynamaq daha rahat olur. Lakin, 2017-ci ildə də Çempionlar Liqasının qrup mərhələsinin oyunlarını Olimpiya stadionunda keçirmişdik və yaxşı oyunlarımız alınmışdı. Bizim üçün elə də fərqi yoxdur. Olimpiya stadionu tam hazır deyil. Hazır olsaydı, orada da oynaya bilərdik.

– “Atletik”lə oyundan sonra ən çox müzakirə olunan mövzülardan biri də Elvin Cəfərquliyevə matç zamanı verdiyiniz reaksiya idi. Oyundan sonra bununla bağlı hər hansı söhbətiniz oldumu?
– Normal bir qaydada söhbətimiz oldu. Oyun zamanı daha çox əsəbiləşdim. Amma sonradan sakit söhbətimiz oldu. Belə oyunlarda bu cür halların olması normaldır. Bu səviyyədə keçən oyunlarda futbolçuların səhv etməsi təbii ki, normaldır.

– Sizcə, Premyer Liqada xarici hakimlərə ehtiyac varmı?
– Xeyr. Öz hakimlərimizin olması daha münasibdir. Bir çox hakimimiz var ki, avrokuboklarda oyunlar idarə edirlər. Hakimlər haqqında dediyim fikirlərdə məqsəd onların bizi dinləməsi və növbəti oyunlarda daha ürəkli olmasını istəməyimizdir. Öz hakimlərimiz inkişaf etsin. Xarici hakimlərə ehtiyacımız yoxdur.

“El Klasiko”nu “Real” qazandı

26 October 2025 at 21:40

İspaniya La Liqasında IX turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, “Real” bu turda “Barselona” ilə qarşılaşıb. Madriddə baş tutan “El Klasiko”da 3 qol vurub. “Real” rəqibini 2:1 hesabıyla məğlub edib.

“Kral klubu”nda Kilian Mbappe və Cud Bellingem, “Barselona”da isə Fermin Lopes fərqlənib.

10 turdan sonra “Real” 27 xalla liderdir. İkinci “Barselona”nın isə 22 xalı var.

Abbasov: “Bu təhlükəni qabaqcadan bilirdik”

26 October 2025 at 21:32

Azərbaycan Premyer Liqasının IX turunun “Qarabağ” – “Şamaxı” oyunundan (0:0) sonra qonaq sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Bilirdik ki, çətin olacaq. Son turdakı nəticədən sonra toparlanmağımız önəmli idi. Bu gün nəticədən asılı olmayaraq, futbolçularıma təşəkkür edəcəkdim. Çünki həqiqətən meydançada döyüşkən ruh, istək var idi. Qol epizodlarımız da oldu. Bu da bizə xas olan oyundur. Ötən matçda futbolda nadir hallarda olan hər şey başımıza gəldi. Qırmızı vərəqə aldıq, öz qapımıza qol vurduq. Önəmli olan toparlanmaq idi. Futbolçularıma təşəkkür edirəm ki, “Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm. “Qarabağ”a Çempionlar Liqasında uğurlar arzulayıram. Ümid edirəm ki, bu mövsüm inanılmazı bacaracaqlar.

– Bir xalı sizin, yoxsa “Qarabağ”ın aktivinə yazmaq olar?

– Bizə hər xal vacibdir. Çünki məqsədlər ayrıdır. Biz “Qarabağ”la müqayisə ediləsi deyilik. Əsas odur ki, “Şamaxı” adı ilə “Qarabağ”dan ilk xalımızı aldıq. Ötən mövsüm iki oyunda son anlarda nəsə çatmadı. Bu gün xal aldıq. Bizim üçün mühüm xaldır. “Qarabağ” çempionluğa oynayan, lider komandadır. Səfərdə bir xal bizim üçün daha önəmlidir.

– “Qarabağ” bu gün müdafiə xəttinizi yarada bilmədi, yoxsa siz yaxşı oynadınız?

– Elə siz hər şeyi dediz. “Qarabağ” ağır səfərdən gəlmişdi, heyətlərində dəyişiklik olmuşdu. Bilirdik ki, 60-cı dəqiqədən sonra əsas heyəti buraxacaqlar. Düzdür, “Qarabağ”da əsas heyət deməyə adam bir az çətinlik çəkir. Amma bu gün müdafiəçilərimiz yaxşı oynadı. Demək olar ki, rəqibə 100 faizlik epizod vermədik. Bizdə isə əks-hücumda qol epizodları daha real görünürdü. Futbolçularımız oyuna yaxşı konsentrasiya olmuşdu.

– Qol epizodlarınız oldu, amma vura bilmədiz. Futbolçular təzyiq altında bunu reallaşdıra bilmirdi, yoxsa işləmək lazımdır?

– Hücum çətin plandır. Onu daimi işləməlisən ki, oyunçular bir-birini yaxşı başa düşsün. “Qarabağ”la oyunda belə epizodlara girməyin özü də, istək və işdir. Rafael Məhərrəmli və Kərim Rossinin zərbələri daha kənara getsəydi, qol ola bilərdi. Hücum planında dayanmırıq. Mənim üçün önəmli olan odur ki, lider komandalara qarşı hücum etməliyik. Çalışırıq, vaxt lazımdır.

– Edqar Adilxanovu çoxdandır ki, görmürük…

– Əməliyyat olunub. U-21 yığmasının heyətində Portuqaliyaya qarşı görüşdən qabaq da zədəli idi. Fikirləşirdik ki, bu ağrı ilə qışa qədər oynaya bilər. Qasıq nahiyyəsində problem var idi. Get-gedə Edqarı itirə bilərdik. AFFA Almaniyada əməliyyat etdirdi onu. Məşqlərə başlayıb. Yəqin ki, gələn turda 23-lükdə olacaq.

– Həm klubda, həm də yığmada işləmək sizə çətinlik yaratmır?

– Onsuz da, hər yerdə çətindir. Fərq etmir, milli, ya klub. Yükü bilirik. Çalışırıq ki, öhdəsindən gələk. Nə qədər effekt verəcək, onu sonda görəcəyik.

– Millidə işləməyinizin “Şamaxı”ya mənfi təsiri də var. Bu baxımdan peşman deyilsizki?

– Yox. Onsuz da, mövsümün əvvəlində bu prosesi bilirdik. Düzdür, planda U-21 yığması idi. “Şamaxı” rəhbərliyi ilə də danışmışdıq ki, bu gün komandamızda 8-9 futbolçu U-21 yığmasına gedirdi. İş elə alındı ki, A millidəyik. Əlbəttə, “Şamaxı”ya təsiri ola bilər. Amma burada klubun qazancı da var. Biz bu təhlükəni qabaqcadan bilirdik və buna hazır idik.

“Sabah”ın komandası Antalyada çempion oldu

26 October 2025 at 18:50

Türkiyənin Antalya şəhərində keçirilən “Antalya Friendship Cup” turnirinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Sabah”ın U-12 komandası turnirdə uğurla çıxış edib.

Qrup mərhələsini birinci pillədə başa vuran Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda, yarımfinalda Litvanın “Margiris”, finalda isə Rusiyanın “Yunayted Yekaterinburq” komandasını məğlub edərək turniri birinci sırada, çempion kimi başa vurub.

Antalya Friendship Cup
Yarımfinal

Sabah (Azərbaycan) – Margiris (Litva) 1:0
Qol: Cavidan Ağayev.

Final

Sabah (Azərbaycan) – Yunayted Yekaterinburq (Rusiya) 3:0
Qollar: Raul Pənahov, Abbas Hüseynli, Nihad Həsənov.

Before yesterdayMain stream

“Söz vermişəm, komandanın liqada qalması üçün əlimdən gələni edəcəm”

26 October 2025 at 18:24

Azərbaycan Premyer Liqasının IX turunun “Qəbələ” – “Neftçi” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– “Neftçi”ni təbrik edirəm. Təəssüf ki, epizodları dəyərləndirə bilmirik. Qol vəziyyətlərimiz olur. İndividual səhvlərdən qollar buraxırıq. Sanki epizodlarımızda soyuqqanlılıq çatmır. İşləməliyik. Səhvləri aradan qaldırmalıyıq. Təəssüfləndirən məğlubiyyətdir. Epizodları qola çevirə bilsəydik, fərqli ola bilərdi.

– Oyunu Abubakara qədər və ondan sonra deyə iki hissəyə bölmək olar?
– Abubakar yaxşı futbolçudur. Biz sadəcə öz oyunumuza baxmalıyıq. Abubakara yox, özümüzə diqqət etməliyik. Belə futbolçuların gəlişi çempionatın səviyyəsini qaldırır.

– Hər oyundan sonra rəqib baş məşqçilər “Qəbələ”nin yaxşı oynadığını, oyun tərzini bəyəndiyini deyir. Siz özünüz komandanın oyununu bəyənirsiniz?
– Oyunu görürük. Amma vacib xaldır. Xal qazanmalıyıq. Karyeram ərzində yüksək liqada qalmaq uğrunda oynayan komandada işləməmişəm. Klublarım daim yüksək yerlər üçün mübarizə aparıblar. Mənimçün bu baxımdan çətindir. Klub prezidenti ilə görüşdük və danışdıq. Oyun baxımından yaxşıyıq, amma şans bizim yanımızda da olmur. Bu gün “Neftçi” 2 epizoddan 2 qol vurdu. Amma biz fürsətləri boşa verdik. Söz vermişəm, komandanın liqada qalması üçün əlimdən gələni edəcəm. Səbr edəcəyik, razılaşmışıqsa, bu işin sonuna qədər postumuzda qalacağıq.

– Samir Abasovun futbolçu kimi ən uğurlu dönəmi sizin “İnter”dəki dönəminizdə olub. Bu gün onun komandasını təhlil edən zaman öz təsirinizi görürsünüz?
– Samir Abasova təşəkkür edirəm. Onunla tez-tez danışırıq. Onun adına şadam ki, məşqçi kimi yaxşı yetişib. Azərbaycanda gənc, yaxşı yetişmiş məşqçilər var. Biz isə öz diqqətimizi komandamıza yönəltməliyik.

Şahin Cəfərov

Samir Abasovdan qələbə şərhi

26 October 2025 at 18:11

Azərbaycan Premyer Liqasının IX turunun “Qəbələ” – “Neftçi” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– “Qəbələ” çox yaxşı komandadır. Burda oynamaq çətindir. “Qəbələ” bütün rəqiblərə qarşı yaxşı oynayır. 10 nəfərlə “Qarabağ”a qarşı mübarizə aparmışdılar. Çox yaxşı komandadırlar. Keyfiyyət baxımından bir az axsaqlıq yaşayırlar. Təcrübəyə bağlı problemdir bu. Bir az da təcrübə qazansalar, yuxarı sıralarda olacaqlar. Öz futbolçularıma minnətdaram. Ağır barıyeri aşdılar. İlk hissədə çox çətinlik çəkdik. İkinci hissədə rəqibin açılacağını bilirdik. Daha təhlükəli ola biləcəyimizi bilirdik. Bütün futbolçulara təşəkkür edirəm. Azarkeşlərimizə də minnətdaram. Yolumuza davam edirik.

– Edvin Kuç və Elvin Camalovu startda meydana buraxmaqla risk etdiyinizi düşünmürsünüz?
– Xeyr. Bu, düşünülmüş addım idi. Burda daim məşq edən komandaların üstünlüyü var. Rəqibin hücumlarının qarşısını almaq istəyirdik. Alındı, alınmadı deyə bilmərəm. Oyunun əvvəlində Metyunu düşünə bilməzdik. Çünki bu atmosferdə onu itirə bilərdik. Kənarda məşq etdi, hazırlaşdı və ikinci hissə meydana buraxdıq.

– Sessi Almeydanın oynamaması nə ilə bağlı idi?
– Buranı tanıyan uşaqlara şans vermək istədik. Hər oyunçu oynamaq üçün hazır olmalıdır.

– Hücumda 3 futbolçunu eyni anda dəyişdiniz. Bu da effektini verdi. Növbəti matçlarda bu, həlledici ola bilər?
– Bir neçə dəfədir ki, əvəzetmələr effekt verə bilir. Bu gün kiminsə yaxşı oyuna qoşulub-qoşulmaması yox, oyunçuların hər birinin əsas formada olması vacibdir.

– Oyundan sonra Metyuya hansı iradları bildirdiniz?
– İrad bildirmədim. Onun meydandakı duruşu ilə bağlı istəklərimiz var idi.

– Oyunu iki hissəyə bölsəniz, fasilələri seçərsiz, ya Abubakarın girişindən sonrakı dönəmlə əvvəlkini?
– İkinci hissədə komanda olaraq yaxşı çıxış etdik. Rəqibə imkan vermədik. Hissələri fasiləyə görə ayıraram, Abubakara görə yox.

– Son günlər müzakirə mövzusu yerli qapıçı məsələsidir. “Neftçi”də Rza Cəfərova şans verilmir. Onu icarəyə götürmək daha məqsədəuyğun deyildi?
– Qərarları klub, biz veririk. Qapı xəttində ciddi rəqabət var. Bunu yaratmaq istəyirdik. Bizimçün yerli, əcnəbi fərqi yoxdur.

– Abubakarın növbəti matçda azı yarımsaat oynamaq şansı var?
– Bəli, elə futbolçular var ki, 45 dəqiqə oynayar, imkanlar yaradar. Abubakar da belə oyunçulardandır. Onun kimi futbolçularla bağlı qərarı fiziki durumla əlaqəli vermək olmaz.

– İkinci qələbənizi qazandız. Amma 9 turda 2 qələbə çox azdır.
– Dayanmadan təhlillər aparırıq. Mövsümün əvvəlində ideal vəziyyətdə deyildik. Nə itirdiksə, həmin dönəmlərdə itirdik. Yaxşı oyunlarımız olub. Böyük problemli oyunlar yox idi. Lakin indi geriyə baxmaqla peşmanlıq yaşamaq olmaz. Ancaq qalib olmaq üçün işimizi görəcəyik.

Şahin Cəfərov

Azərbaycan karateçiləri Batumidə 2 medal qazandı

26 October 2025 at 16:39

Azərbaycan karateçiləri Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar.

Futbolpress.az xəbər verir ki, kyokşin karate üzrə yarışda AKF-nin kontakt üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun, baş məşqçi Anar Cəfərovun rəhbərliyi altında yeniyetmələrdən ibarət komanda iştirak edib.

Turnirdə Azərbaycan 11 idmançı ilə təmsil olunub. Kənan Həkimzadə gümüş, Məhəmməd Əliyev isə bürünc medal qazanıb. Qeyd edək ki, yarışda 15 ölkədən 450-dən çox idmançı mübarizə aparıb.

 

“Qarabağ” – “Şamaxı”: heyətlər

26 October 2025 at 17:38

“Qarabağ” Azərbaycan Premyer Liqasının IX turunda bu gün “Şamaxı”nı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 18:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 7. Nəriman Axundzadə 8. Marko Yankoviç 3. Sami Mmae 18. Dani Bolt 15. Leandro Andrade 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 97. Fabian Buntiç 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 35. Pedro Bikalyo 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov

“Şamaxı”: 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 5. Arsen Ağcabəyov 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 90. Davud Mənsumov 6. Antonio Lara
Baş məşqçi: Ayxan Abbasov

Milli üzvü qələbənin iştirakçısı oldu

26 October 2025 at 15:29

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Herakles”lə qarşılaşıb. Matç “Volendam”ın qələbəsiylə başa çatıb – 3:0.

Ozan oyuna start heyətdə başlayıb. O, 46-cı dəqiqədə Ohlerslə əvəzlənib.

“Volendam” 10 turdan sonra 10 xalla 13-cü sıradadır.

Qəbələdə heyətlər məlum oldu

26 October 2025 at 14:55

“Qəbələ” Azərbaycan Premyer Liqasının IX turunda bu gün “Neftçi”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 16:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 42. Jandro Fuks 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 7. Rüfət Əhmədov 66. Nuğay Rəşidov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 3. Eduardo Kunde 70. Paulo Quimbila 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Sxadadze

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 4. Elvin Camalov 15. Elvin Bədəlov 14. Edvin Kuç 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 9. Bassala Sambu 11. İmad Faraj 10. Freddi Varqas
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 45. Vensan Abubakar 6. Sessi Dalmeyda 18. İfeanyi Metyu 27. Kristian Kostin 22. Luis Ortis 28. Alessio Kurçi
Baş məşqçi: Samir Abasov

Azərbaycan Avropa çempionatını 8 medalla başa vurdu

26 October 2025 at 13:16

Monteneqronun Budva şəhərində boks üzrə keçirilən U-15 Avropa çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisi 32 ölkədən 369 idmançının qatıldığı yarışı 2 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.

Komandamızın heyətində Xumar Cəfərli (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Yağmur Eryurtu (Türkiyə) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub etməklə Budvada Azərbaycan himnini səsləndirib. Bu qızıl medal ölkəmiz üçün əlamətdar olub. Boks tariximizdə ilk dəfə qız idmançımız U-15 Avropa çempionatının qalibi adına yiyələnib.

Onun uğurunu Mehran Rəsulov (80 kq) da təkrarlayıb. Finalda Serqiy Kotovskini (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçumuz qızıl medala layiq görülüb. Bu, Rəsulovun karyerasında Avropa birinciliklərinin 3-cü mükafatı olub. O, bunadək 2 dəfə bürünc medal əldə edib.

Digər boksçularımızdan Nəsrin Abdullazadə (40 kq), Nurlan Müseyibli (66 kq), Yusif Ağakişiyev (75 kq) gümüş, Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Azərbaycan millisi komanda hesabında 6-cı yeri tutub.

Hansı oyun, hansı kanalda? – TV

26 October 2025 at 12:00

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

26 oktyabr

Rusiya, Premyer Liqa
14:00 Akron – Lokomotiv Moskva (Matç Premyer)
18:30 Zenit – Dinamo Moskva (Matç Premyer, Matç TV)
20:45 Krasnodar – Rubin (Matç Premyer)

İtaliya, A Seriyası
15:30 Torino – Cenoa (Futbol 1)
18:00 Sassuolo – Roma (Futbol 1)
21:00 Fiorentina – Bolonya (Futbol 1)
23:45 Latsio – Yuventus (Futbol 1, Matç TV)

Azərbaycan, Premyer Liqa
16:00 Qəbələ – Neftçi (CBC Sport)
18:30 Qarabağ – Şamaxı (CBC Sport)

İspaniya, La Liqa
17:00 Malyorka – Levante (İdman TV)
19:15 Real – Barselona (İdman TV, Futbol 2)
21:30 Osasuna – Selta (İdman TV)

İngiltərə, Premyer Liqa
18:00 Arsenal – Kristal Pelas (beİN Sports 3)
18:00 Astona Villa – Mançester Siti (beİN Sports 4)
20:30 Everton – Tottenhem (beİN Sports 3)

Türkiyə, Super Liqa
18:00 Qalatasaray – Göztəpə (Futbol 3, beİN Sports 1)
21:00 Kasımpaşa – Beşiktaş (Futbol 3, beİN Sports 1)

Ronaldonun 950-ci qolu

26 October 2025 at 11:20

“Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Əl Həzm”lə qarşılaşıb. Matç “Əl Nəsr”in qələbəsiylə başa çatıb – 2:0. Qolları Feliks və Ronaldo vurub.

“Əl Nəsr” 6 turdan sonra 18 xalla liderdir.

Bu gün “El Klasiko” var

26 October 2025 at 10:38

Bu gün İspaniya La Liqasında “El klasiko” olacaq.

Futbolpress.az xəbər verir ki, “Real” azarkeşləri önündə “Barselona”nı qəbul edəcək. “Santyaqo Bernabeu”da baş tutacaq görüşə saat 19:15-də start veriləcək.

9 turdan sonra “Real” 24 xalla liderdir. İkinci sıradakı “Barselona”nın isə 22 xalı var.

“Araz-Naxçıvan”ın müdafiıçisi əməliyyat olundu

26 October 2025 at 10:09

“Araz-Naxçıvan”ın üzvü, Azərbaycan milli komandasının Ukrayna ilə oyuna hazırlığı zamanı zədələnən Rahil Məmmədov əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçiyə budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu qoyulub və cərrahiyyə əməliyyatı Finlandiyanın Pihlajalinna klinikasında yerinə yetirilib. Uğurlu əməliyyatdan sonra özünü yaxşı hiss edən futbolçunun məşqlərə başlayacağı tarix hələ məlum deyil.

4-ə 4

26 October 2025 at 09:42

“Liverpul” Premyer Liqanın IX turunda “Brentford”a uduzub – 2:3.

Futbolpress.az xəbər verir ki, “qırmızılar” çempionatda ardıcıl 4-cü məğlubiyyətini yaşayıb.

“Liverpul” çempion olduğu ötən mövsümdə isə cəmi 4 dəfə uduzmuşdu.

Mersisayd klubu 9 turdan sonra 15 xalla 6-cı sıradadır.

Bir xallıq oyun – yenə gündəm hakimlərdir

26 October 2025 at 09:04

“Araz-Naxçıvan” Premyer Liqada növbəti qollu heç-heçəsini edib. Elmar Baxşıyevin yetirmələri nominal meydan sahibi kimi oynadığı “Bank Respublika Arena”da “Sabah”la “sülh” bağlayıb – 2:2.

Qolsuz başa çatan ilk hissədə daha üstün oynayan, qol epizodları yaradan “Sabah” idi. “Araz-Naxçıvan”da Felipe Santosun yoxluğu özünü göstərirdi və kəsərli hücum qurmaq, topu irəli daşımaq müşkülə çevrilmişdi. Komandanın əsas oyunçularından Şarl Boli də günün ən zəiflərindən oldu.

İkinci hissənin əvvəlində hesabı “Sabah”ın açması, daha sonra “Araz-Naxçıvan”ın fərqlənməsi oyunu daha dinamikləşdirdi. Bəzən “Sabah”, bəzənsə “Araz-Naxçıvan” üstünlüyü ələ alır, hücumlarını artırırdı. Sona qədər hərəyə daha bir qol vuran tərəflər yekunda bir xalla kifayətləndi.

Lakin oyundan sonra Premyer Liqa üçün adət halını almış vəziyyət – hakim narazılığı yenidən baş qaldır. Həm “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas, həm də “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyev oyunda əleyhlərinə qərarların verildiyini bildirdi. Üstəlik, matçsonu “Sabah”ın sosial şəbəkə hesabında da hakimlərə görə itirilən xalların olduğunu bildirən paylaşım edildi.

Məşqçilər üçün əsas məsələ diqqətin meydana verilməsidir. Tapşırıqların icrası, oyunçuların durumu və s. “Araz-Naxçıvan”ın hücum xətti “Sabah”la oyunda fərq yarada bilmədi. Standart vəziyyətlərdən vurulan qollarla komanda xal qazandı. “Sabah”ın irəli xətt oyunçuları aktivlik göstərsə də, qələbə üçün kifayət etmədi.

“Neftçi” Qəbələdə qazandı, “Qarabağ” xal itirdi

26 October 2025 at 20:26

Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Qəbələ” “Neftçi”ni qəbul edəcək. Digər görüşdə “Şamaxı” “Qarabağ”la üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası
IX tur

26 oktyabr

16:00 Qəbələ – Neftçi 0:2
Qollar: Matyu, 72, Abubakar, 81
Baş hakim: Əliyar Ağayev
Qəbələ şəhər stadionu

18:30 Qarabağ – Şamaxı 0:0
Baş hakim: Tural Qurbanov
Azersun Arena

Qurbanova dünya üçüncüsü oldu

25 October 2025 at 22:59

Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, yarışın 6-cı günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Bu gün 18 yaşı tamam olan Günay Qurbanova (59 kq) millini medalsız qoymayıb. Perpsektivli güləşçimiz italiyalı Aurora Russoya “tuş”la qalib gələrək dünya üçüncüsü olub.

İki sərbəst güləşçimiz isə fəxri kürsüyə qalxmaq şansını əldən verib. Maqomed-Başir Xaniyev (74 kq) medalın bir addımlığında almaniyalı Manuel Vaqinə (4:8), Sadiq Mustafazadə (92 kq) isə təsəlliverici görüşdə özbəkistanlı Şirzad Poyonova (tuş) məğlub olub.

“Neftçi” uduzdu

25 October 2025 at 22:00

Azərbaycan Basketbol Liqasında IV turun daha bir oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ikinci qarşılaşmasında “Abşeron Lions” “Neftçi” ilə üz-üzə gəlib. Matç “Neftçi”nin məğlubiyyəti ilə başa çatıb – 95:100.

Günün ilk matçında “Naxçıvan” “Sərhədçi”ni üstələyib – 76:69.

“Rəqabətə tap gətirə biləcək gənc oyunçumuz yoxdur” – Sadıqov

25 October 2025 at 21:24

Azərbaycan Premyer Liqasının IX turunun “Zirə” – “Sumqayıt” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Bilirdik ki, çox yaxşı formalaşmış və uğurlu çıxış edən bir komandaya qarşı oynayacağıq. Matça yaxşı başladıq. Birinci hissə üstünlüyümüzlə keçdi, hesabı açdıq. İkinci yarıda rəqibin böyük qüvvə ilə irəli atılacağı bəlli idi. Belə də oldu. Yaxaladığımız boşluqlardan səmərəli istifadə edib ikinci qolu vursaydıq, oyun bizim üçün daha rahat keçərdi. Biz vurmadıqca rəqib daha böyük qüvvə ilə hücuma çıxırdı. Bu dəqiqələrdə futbolçularımız yaxşı xarakter nümayiş etdirdi və rəqibə fərqlənməyə imkan vermədilər. Çox vacib 3 xal qazandıq.

– Rauf Cabarovun idarəçiliyi xoşunuza gəldi?
– Bəlkə də birinci oyunu idi ki, sakit oldu. Yəqin ki, hər iki tərəfin etirazı yoxdur. Oyunu yaxşı idarə etdi.

– 2018-ci ildə U-21 millisinin baş məşqçisi olduğunuz zaman Premyer Liqa klublarının gənc oyunçulara şans verməməsindən gileylənirdiniz. Artıq neçə ildir “Zirə”də çalışırsız. Bu illər ərzində Cəlal Hüseynovdan gənc futbolçunun şans qazandığını görmürük. İndi U-21-in baş məşqçisinin Rəşad Sadıqovu qınamağa haqqı var?
– Zaman fərqli olur. 2018-ci ildəki çempionatla indiki arasında böyük fərq var. Gənc futbolçu olacağı təqdirdə mütləq şəkildə oynayacağıq. Bizim hələ ki elə imkanımız yoxdur ki, perspektivli uşaqları aşağı yaş qruplarından ibarət komandalarımıza cəlb edək. Bilirik ki, iddialı akademiyaları olan klublarımız var. Biz onlarla rəqabət aparmaqda çətinlik çəkirik. İlk fürsətdə Cəlalı oynatdıq. Onu Azərbaycan futboluna qazandırdıq. Fürsət düşdükcə yerli futbolçulara şans verən məşqçiyəm. Hazırda rəqabətə tap gətirə biləcək gənc oyunçumuz yoxdur. 17 yaşlı Əhlimanı artıq əsas komandaya cəlb edirik. Düşünürəm ki, 1-2 il sonra onu çempionat oyunlarında görəcəyik. Digər gənclərdə hələ ki matçlarda iştirak edəcək potensial görmürəm. Bir az da bərkiməlidirlər. 3-4 nəfər var ki, bizimlə məşqlərdə iştirak edirlər. Amma hazırda oyunlarda iştirak etmələri riskli olar.

– Vinsent Tillə yollarınızı ayırdız. Komandaya gələndə onun zədəli olduğunu bilirdiz. Til “Zirə”yə niyə gəldi, niyə getdi?
– Futbolçunun komandaya gəlməsinin bir səbəbi var, o da kollektivi gücləndirməkdir. Onun vaxtilə dizindən aldığı zədə bizi narahat edirdi. Biz onu yoxladıq. Dizində heç bir problem yox idi. Başqa bir zədə aldı. O zədə də 4-5 dəfə təkrarlandı. 4 ay ərzində komanda ilə cəmi bir məşqdə iştirak etmişdi. Oturduq söhbət etdik, düşündük ki, ona uzunmüddətli müalicə lazımdır. Yaxşı olar ki, Avropada bərpa prosesi keçsin. Ola bilər ki, bir məşqçi olaraq gələcəkdə Tillə qarşılaım. Çünki futbolçu olaraq onu çox bəyənirəm. Düşünürəm ki, hər iki tərəf üçün doğru qərar oldu.

– Qapıda Aydın Bayramova şans verməyinizin səbəbi nə idi?
– Tiaqo Silvanın “Sabah”la oyundakı qollarda səhvi yox idi. Qərar həmin matçdan öncə verilmişdi. Demişdim ki, “Sumqayıt” və “Karvan-Yevlax”la oyunlarda Aydına şans verəcəm. O, bizim üçün dəyərlidir. Aydının ötən mövsüm ikinci yeri tutmağımızda böyük rolu oldu. Amma bir nömrəli qapıçımız Silvadır. Hamımız başa düşürük ki, Aydının millidə debüt etmək üçün şansı var. Məşqçilər bütün yerli qapıçıları gözdən keçirəcək.

– Eldar Quliyev legioner statusu ilə çıxış edir. Rəşad Sadıqovun Eldara olan sevgisinin səbəbi nədir?
– Eldar Quliyevin ümumi çıxışından çox razıyam. Onun gəldiyi mövsümdə komanda uğursuz oldu, 5-ci yeri tutduq. Amma sonrakı illərdə Eldarın böyük əməyi olub. Sadəcə olaraq bir az uğursuzluq yaşadı. Ötən mövsüm sona 3-4 tur qalmış zədələndi. Təlim-məşq toplanışında yenidən zədə aldı. 3-4 ay yaxşı məşq edə bilmədi. Yavaş-yavaş ona şans verməyə başlamışıq. Yaxın gələcəkdə daha çox oynayacaq.

Şahin Cəfərov

İliç: “İlk 25 dəqiqədə niyə zəif oynadığımızı başa düşmədim”

25 October 2025 at 21:01

Azərbaycan Premyer Liqasının IX turunun “Zirə” – “Sumqayıt” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– “Zirə” çox çətin rəqibdir. Birinci hissədə, xüsusilə də ilk 25 dəqiqədə niyə zəif oynadığımızı başa düşmədim. Amma ikinci yarıda biz daha üstün idik. Birinci hissədə də bu cür oynasaydıq, nəticə başqa cür olardı.

– Hakim idarəçiliyindən razı qaldız?
– Heç vaxt hakimlik barədə düşünmürəm. Bu, mənə aid sual deyil.

Şahin Cəfərov

“Bizə təzyiq edən rəqib deyil, başqa amillərdir”

25 October 2025 at 18:22

Azərbaycan Premyer Liqasının IX turunun “Araz-Naxçıvan” – “Sabah” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Yaxşı, dinamik, maraqlı oyun oldu. Komandanın oyunundan razıyam. Futbolçular əzmkarlıqla istəklərimizi yerinə yetirməyə çalışırlar. Bir xal qazandıq. Rəqibi də vurğulamaq lazımdır. Bu gün bir xala sevinmək lazımdır.

– Son saniyədəki qoldan sonra məşqçilər korpusu çox sevindi. Bir xal belə böyük əhəmiyyətlidir?
– Son anlardakı qollarda belə hallar normal olur. Emosiyalardır. Futbolun içində belə hallar var. Komandam əzmkarlıq və xarakter göstərdi. Oyun planında daha yaxşı ola bilərik.

– “Sabah”a qarşı ev oyununun burda keçirilməsi nə qədər xoş idi?
– Düzdür, məşqçi kimi hər kəz öz evində oynamağı istəyər. Bu meydança da bizim üçün səfər deyil. Bakıda məskunlaşmışıq. Bakıda keçirilən oyunlarda ev/səfər məsələsi demək olar, olmur. Meydança hamı üçün eynidir. Əfsuslar olsun, o aura yoxdur ki, səfərdə olduğunu hiss edəsən.

– Oyun ərzində sizi ən çox yoran hakimlərin səhvləridir, ya futbolçuların?
– Mən də istərdim ki, bu cür tempdə, oyunda bir qərara 3-4 dəqiqə baxmayaq. Çünki futbolçular da tempə çatmaq üçün iş qoyurlar. Lakin 4-5 dəqiqə VAR-a baxılandan sonra stress də, nəbz də düşür. Təzdən tempi artırmaq üçün vaxt lazım olur. Hakimin üzərinə getmək istəmirəm. Onların ədalətinə inanmağa çalışırıq. Görünən odur ki, hakimlər bizə fərqli yanaşır. Bizə təzyiq edən rəqib deyil, başqa amillərdir. Daha güclü, iddialı olmalıyıq ki, qarşımızda maneə olmasın.

– “Sabah”ın baş məqşçisi Dambrauskas da qol vurduğunuz cərimə zərbəsi zamanı qayda pozuntusunun onlara qarşı edildiyini bildirdi…
– Görünən odur ki, 2-3 komandanın danışığına, iddiasına uyğun açıqlamalar göstərilir. Biz də danışa bilərik. Ötən oyunda “Neftçi”nin qolundakı ofsaydı hamı gördü, amma heç kim danışmadı. Biz də komandanı kənara qoyub, hakimlərə yüklənsək, düzgün olmaz. Məsələn, bu gün “Sabah”ın qazandığı penalti absurd idi, müdafiəçiləri Solvet də ikinci sarı vərəqədən qovulmalı idi. Hakimlikdən az danışsaq, komandalar üçün daha yaxşı olar.

Şahin Cəfərov

“Hakimin son saniyədəki qərarı bizə böyük zərər verdi”

25 October 2025 at 18:12

Azərbaycan Premyer Liqasının IX turunun “Araz-Naxçıvan” – “Sabah” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas fikirlərini bölüşdü.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları dedi…

“Çətin oyun oldu. Düşünürəm ki, ilk hissə daha çox topa nəzarət edən biz idik. Oyuna girmək bir az vaxt aldı. İlk hissədə rəqibə fürsətlər vermədik. Yaxşı epizodlar yarada bilərdik. İkinci hissənin ilk 5 dəqiqəsi xoşuma gəldi. Sanki yatmışdıq. Mərkəzdə çoxlu toplar itirdik. Rəqibin böyük təzyiqi olmasa da, özümüzü itirmişdik. Ancaq qarşılıqlı qollardan sonra açıq futbol başladı. Bizim yaxşı imkanımız var idi ki, hesabı 3:1 edək. Oyunun sonları haqda danışmaq… Qayda pozuntusu mənim oyunçuma qarşı olmuşdu, amma referi fərqli qərar verdi. Hakimlər Komitəsinin sədrinin nə deyəcəyi maraqlıdır. Hakimin son saniyədəki qərarı bizə böyük zərər verdi”.

Şahin Cəfərov

“Kəpəz”lə oyunda ciddi zədə alan futbolçunun son durumu

25 October 2025 at 16:30

“Kəpəz”lə oyunda zədələnən “İmişli”nin futbolçusu Vüsal Qənbərovun son durumu məlum olub.

Futbolpress.az xəbər verir ki, oyunçunun aşağı ətraf sümüklərində sınıq aşkarlanıb. Hadisədən dərhal sonra ona ilkin tibbi yardım göstərilib və immobilizasiya tədbirləri həyata keçirilib.

Hazırda Vüsalın vəziyyəti stabil qiymətləndirilir. Əməliyyatı oktyabrın 27-də planlaşdırılır.

“İmişli” “Kəpəz”i 3:0 hesabıyla məğlub edib.

“Araz-Naxçıvan” – “Sabah”: heyətlər

25 October 2025 at 15:00

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının IX turunda bu gün “Sabah”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 16:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaq.

“Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 8. Coşqun Diniyev 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 76. Süleyman Həsənov 2. Qara Qarayev 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev

“Sabah”: 92. Stas Pokatilov (k) 5. Rəhman Daşdəmirov 88. Xəyal Əliyev 21. Velko Simiç 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 33. Umarali Raxmonaliyev 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 10. Anatoli Nuriyev 8. Ayaz Quliyev 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 40. İqor Noqeyra 70. Cesse Sekidika 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas

“Şahmatçı və ya kapitan kimi əsas məqsəd qalib gəlməkdir” (MÜSAHİBƏ)

25 October 2025 at 14:26

Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı, Dünya Kubokunun qalibi Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, tanınmış şahmatçı Azərbaycan komandasının Avropa çempionatında gümüş medal qazanmasından və kapitan kimi ilk uğurundan danışıb.

– Kişi şahmatçılarımız 8 ildən sonra qitə çempionatında medal qazandı. İlk olaraq yekun nəticə barədə fikirləriniz maraqlıdır.
– Reytinqə görə Azərbaycan turnirin dördüncü komandası idi. Çempionat ərzində qızıl medal uğrunda mübarizə apardıq və sonda gümüş medal qazandıq. Məncə, nəticə milli komandamız üçün mütləq uğurdur.

– Üçqat Avropa çempionları olan Azərbaycan komandasına qızıl medal qazanmaq üçün nə çatmadı?
– Son tur ərəfəsində Azərbaycan və Ukrayna komandalarının hər biri 13 xal toplamışdı. Vəziyyətə nikbin baxırdıq və Serbiyaya qarşı qələbə qazanmağı hədəfləyirdik. Əgər Ukrayna komandası qalib gəlsəydi, tay-breyklərə əsasən birinci yeri tutmaq üçün matçımızda böyük hesablı qələbəyə ehtiyacımız olacaqdı. Şahmatçılar döyüşkən əhval-ruhiyyədə idilər və qızıl medal uğrunda mübarizə aparmaq üçün digər matçlara nisbətən daha çox riskə getdilər. Matçın əvvəlində vəziyyət kifayət qədər bərabər görünürdü, müəyyən oyunlarda bəzi açılış problemləri var idi və digər lövhələrdə də təzyiq görünürdü. Ukrayna komandası oyununu inamla oynadı və qalib gəldi, ona görə də son turda az fərqlə qələbə qazansaq belə, gümüş medal qazanacaqdıq. Hamı sona qədər mübarizə apardı və düşünürəm ki, son turda bəxt bizim tərəfimizdə olmadı.

– Kapitan kimi Teymur Rəcəbov ilk mükafatını qazandı. Uzun illər çıxış etdiyiniz komandada kapitan olmaq necə hisslərdi?
– Düşünürəm ki, milli komanda şahmatçılara kapitan kimi dəstəyim bu çempionatda tamamilə özünü doğrultdu. Ən yüksək səviyyədə yarışmağa çalışdıq, mehriban komanda olaraq düzgün mühit yaratmağa nail olduq. Şahmatçıların çoxunu illərdir tanıyıram və buna görə də milli komandamızın maraqları naminə birlikdə çalışmaq çox xoş oldu.

– Milli komandanın yeni üzvləri Aydın Süleymanlı və Məhəmməd Muradlının çıxış barədə nə düşünürsünüz?
– Həm Aydın Süleymanlı, həm də Məhəmməd Muradlı güclü şahmatçılardır, döyüşkən və özlərini sübut etməyə can atırlar, nə qədər çətin olsa da, hər matçda oynamağa hazır olduqlarını göstərdilər. Onlarla ünsiyyət qurmaq asandı. Hər ikisi məşqləri davam etdirməlidi. Gərgin hazırlıqları davam etdirməklə, çox işləyərək reytinqlərini 2700-ə çatdırmaq şansları var. Amma bu, gərgin hazırlıq sabah və ya o biri gün deyil, bu gündən başlamalıdır. Mən onlara inanıram və onları çox yaxından izləyirəm. Onların qarşıda böyük bir gələcəyi var və onların qətiyyəti gələcəkdə milli komandanın nəticələrinə birbaşa təsir edəcək.

-Şahmatçı kimi mübarizə aparmaq və ya kapitan olmaq. Hansı daha çətindi?
– Əsas məqsədim həmişə xalqımızın, şahmata və şəsxən mənə böyük dəstək göstərən Ümummilli Lider Heydər Əliyevin, şahmata və şahmatçılara çox vaxt ayıran, bütün uğurlarımızı izləyən hörmətli prezidentimiz İlham Əliyevin gözləntilərini doğrultmaq olub. Dövlət başçısının rəhbərliyi altında ölkəmizdə Dünya Kubokları, Olimpiadalar, Dünya Çempionatları və digər əhəmiyyətli yarışlar keçirilib. Azərbaycan fərdi və komanda yarışlarında saysız-hesabsız qələbələr qazanıb. Şahmatçı və ya kapitan kimi əsas məqsəd qalib gəlməkdir. Əlbəttə ki, kapitanın daha çox məsuliyyəti var.

– Sonda şahmat həvəskarlarına, milli komandanın azarkeşlərinə nə demək istərdiniz.
– Komandamıza və şəxsən mənə göstərdikləri dəstəyə görə şahmat azarkeşlərinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin çox sayda mesaja cavab verə bilmədiyim üçün üzr istəyirəm. Hamısını oxumağa çalışıram. Azarkeşlərin dəstəyinə görə çox minnətdarıq. Şahmat oynayın və bu inanılmaz oyunu sevin.

“Bavariya” ingiltərəli futbolçunu transfer etmək istəyir

25 October 2025 at 14:00

“Kristal Pelas”ın futbolçusu Mark Qehi karyerasını Almaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Bavariya” ingilis müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Sky Sport” nəşri məlumat yayıb.

Qehinin agenti artıq “Bavariya”nın nümayəndələri ilə görüşüb. Münhen klubu müdafiəçini 2026-cı ilin yayında azad agent kimi heyətinə qatmaq istəyir.

Dadaşov qələbənin iştirakçısı oldu

25 October 2025 at 13:02

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Motor” klubu Polşa çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Vidzev”lə qarşılaşıb. Matç “Motor”un qələbəsiylə başa çatıb – 3:0.

Renat oyuna 78-ci dəqiqədə daxil olub.

“Motor” 12 turdan sonra 14 xalla 13-cü sıradadır.

Nadirova müvəqqəti əvəzləyici

25 October 2025 at 12:35

“Şəmkir” klubunun müvəqqəti baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə II Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Vüqar Nadirovun ayrılığından sonra komandanın “sükanı” müvəqqəti Kamran İsmayılova tapşırılıb.

“Şəmkir” 6 turdan sonra 9 xalla 6-cı sıradadır.

“Əminəm ki, “Real”ı məğlub edəcəyik”

25 October 2025 at 12:00

“Barselona”nın prezidenti Xoan Laporta La Liqada sabah “Real”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, funksioner komandasının qalib gələcəyinə inandığını deyib:

“Bu ilin ən yüksək rəqabətli oyunu olacaq. Belə matçlarda futbolçular hər zaman maksimum diqqətli olmağa çalışırlar. Uşaqlarımız motivasiyalıdır. Kim meydana çıxsa, şansımız olacaq. Əminəm ki, “Real”ı məğlub edəcəyik. Artıq bir neçə dəfə “Santyaqo Bernabeu”da qalib gəlmişik və yenə edə bilərik”.

Sabah keçiriləcək matça saat 19:15-də start veriləcək.

Kyeza fərqləndi

25 October 2025 at 11:35

İngiltərənin “Liverpul” klubunda sentyabr ayının ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, italiyalı vinger Federiko Kyezadır. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kyeza ötən ay 3 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Hansı oyun, hansı kanalda? – TV

25 October 2025 at 11:00

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

25 oktyabr

Azərbaycan, Premyer Liqa
16:00 Araz-Naxçıvan – Sabah (CBC Sport)
18:30 Zirə – Sumqayıt (CBC Sport)

İspaniya, La Liqa
16:00 Jirona – Ovyedo (İdman TV)
20:30 Atletik – Xetafe (Futbol 2)
23:00 Valensiya – Vilyarreal (Futbol 2)

İtaliya, A Seriyası
17:00 Parma – Komo (Futbol 3)
20:00 Napoli – İnter (Futbol 1, Matç TV)
22:45 Kremoneze – Atalanta (Futbol 1)

İngiltərə, Premyer Liqa
18:00 Çelsi – Sanderlend (beİN Sports 3)
20:30 Mançester Yunayted – Brayton (İdman TV)
23:00 Brentford – Liverpul (İdman TV)

Türkiyə, Super Liqa
18:00 Kocaelispor – Alanyaspor (beİN Sports 1)
21:00 Trabzonspor – Eyüpspor (Futbol 3, beİN Sports 1)

Fransa, Liqa 1
19:00 Brest – PSJ (beİN Sports 4)

Kasilyasın bahalı saatları oğurlandı

25 October 2025 at 10:27

“Real”ın və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyasın evi qarət edilib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Fuentes İnformadas” nəşri məlumat yayıb. Keçmiş qolkiperin Madriddəki evindən bahalı saat kolleksiyası oğurlanıb.

Polis hadisə ilə bağlı cütlüyü saxlayıb. Qadın Kasilyasın evində xidmətçi, kişi isə mühafizəçi kimi çalışıb.

Messi rekordlardan doymur

25 October 2025 at 10:00

Lionel Messinin çıxış etdiyi “İnter Mayami” klubu MLS-də pley-offda ilk oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Neşvill”lə qarşılaşıb. 4 qolun vurulduğu matç “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 3:1.

Messi bu görüşdə iki qolun müəllifi olub.

Argentinalı hücumçu bununla da MLS-də bir təqvim ilindəki qollarının sayını 39-a çatdırıb. Bu, turnir üçün rekord göstəricidir. Messi müntəzəm mövsümdə 29 qolla bombardir olub.

İngiltərə klubunun xalları silindi

25 October 2025 at 09:15

İngiltərə Çempionşipində mübarizə aparan “Şeffild Uenzdey” cəzalandırılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Liqası (EFL) qərar verib. Maliyyə öhdəliklərini yerinə yetirə bilməyən klubun 12 xalı silinib.

24 komandanın yer aldığı Çempionşipdə 6 xalla sonuncu olan “Şeffild Uenzdey”in xalları bu qərarla mənfi 6-ya düşüb.

Ziyexin yeni klubu rəsmiləşdi

25 October 2025 at 08:47

Mərakeşli futbolçu Hakim Ziyexin yeni klubu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Vidad Kasablanka”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ziyexlə müqavilənin detalları açıqlanmayıb.

Son olaraq “Əl Duhail”də çıxış edən mərakeşli futbolçu daha əvvəl “Ayaks”, “Çelsi”, “Qalatasaray” forması geyinib.

Masazırda “sülh”, “Zirə”dən qələbə

25 October 2025 at 20:20

Azərbaycan Premyer Liqasında bu gün IX turun daha iki oyunu baş tutub.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” “Sabah”la heç-heçə.

Digər matçda “Zirə” “Sumqayıt”ı məğlub edib.

Azərbaycan Premyer Liqası
IX tur

25 oktyabr

16:00 Araz-Naxçıvan – Sabah 2:2
Qollar:
Paro, 57, Simakala, 90+9 – S.Solvet, 54, Mikels, 73 (pen.)
Baş hakim: Rəşad Əhmədov
“Bank Respublika Arena”

18:30 Zirə – Sumqayıt 1:0

Qol: Konate, 37
Baş hakim: Rauf Cabarov
Zirə İdman Kompleksinin stadionu

Premyer Liqa: MS səfərdə uduzdu, “Arsenal” dayanmır

27 October 2025 at 01:50

Bu gün İngiltərə Premyer Liqasında IX turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Lids” azarkeşləri önündə “Vest Hem”i məğlub edib.

“Liverpul” bu turda “Brentford”a, “Çelsi” isə “Sanderlend”ə uduzub.

İngiltərə Premyer Liqası
IX tur

24 oktyabr

Lids – Vest Hem 2:1
Qollar: B.Aaronson, 3, C.Rodon, 15 – M.Fernandes, 90

25 oktyabr

Çelsi – Sanderlend 1:2
Qollar: Qarnaço, 4 – İsidor, 22. Talbi, 90+3.

Nyukasl – Fulhem 2:1
Qollar: Mörfi, 18. B.Gimaraynş, 90 – Lukiç, 56.

Mançester Yunayted – Brayton 4:2
Qollar: Kunya, 23. Kazemiro, 34. Mbeumo, 61; 90+6 – Uelbek, 74. Kostulas, 90+2.

Brentford – Liverpul 3:2
Qollar: Uattara, 5. Şade, 45. Tyaqo, 60-pen – M.Kerkez, 45+5. Salah, 89.

26 oktyabr

Arsenal – Kristal Pelas 1:0
Qol:
Eze, 39.

Aston Villa – Mançester Siti 1:0
Qol:
Keş, 19.

Bornmut – Nottingem Forest 2:0
Qollar:
Tavernye, 25. Krupi, 40.

Vulverhempton – Bernli 2:3
Qollar
: Larsen, 42 (pen.) Munetsi, 45+4 – Flemminq, 14; 30. Foster, 90+5.

Everton – Tottenhem 0:3
Qollar:
Van de Ven, 19; 45+6. Sarr, 89.

Bundesliqada tur başa çatdı

26 October 2025 at 23:10

Bu gün Almaniya Bundesliqasında VIII turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Verder” azarkeşləri önündə “Yunion”a qalib gəlib.

“Bavariya” bu turda Münhenqladbax “Borussiya”sına qalib gəlib. Dortmund “Borussiya”sı isə son dəqiqə qoluna sevinib.

Sonuncu oyun günündə “Ştutqart” “Maynts”ı məğlub edib. “Bayer” isə “Frayburq”dan üstün olub.

Almaniya Bundesliqası
VIII tur

24 oktyabr

Verder – Union Berlin 1:0
Qol: Qrüll, 72.

25 oktyabr

Auqsburq – Leypsiq 0:6
Qollar: Diomande, 10. R.Kardozo, 18. Nusa, 22. Baumqartner, 38. Uedraoqo, 56. Lukeba, 65.

Borussiya (Münhenqladbax) – Bayern 0:3
Qollar:
Kimmix, 64. R.Gerrero, 69. L.Karl, 81.

Ayntraxt – Sankt Pauli 2:0
Qollar:
Burkardt, 36; 56.

Hamburq – Volfsburq 0:1
Qol:
Daqim, 15.

Hoffenhaym – Haydenhaym 3:1
Qollar:
Asllani, 18. Lemperle, 45+2. Kramariç, 63 – Şimmer, 75.

Borussiya (Dortmund) – Köln 1:0
Qol:
Bayer, 90+6.

26 oktyabr

Bayer – Frayburq 2:0
Qollar:
Poku, 22. Tapsoba, 52.

Ştutqart – Maynts 2:1
Qollar:
Fuhrix, 45+4. Undav, 80 – Amiri, 41 (pen.)

“Fənərbağça”dan darmadağın

27 October 2025 at 22:56

Bu gün Türkiyə Super Liqasında X turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Karagümrük” azarkeşləri önündə “Kayserispor”la qarşılaşıb. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

“Trabzonspor” bu turda “Eyüpspor”a qalib gəlib. “Kocaelispor” isə “Alanyaspor”dan üstün olub.

Türkiyə Super Liqası
X tur

24 oktyabr

Karagümrük – Kayserispor 2:2
Qollar: S.Larsson, 16 (pen.), A.Cankaya, 79 – Q.Onuqa, 68, 74

25 oktyabr

Kocaelispor – Alanyaspor 2:0
Qollar:
T.Bingöl, 62. S.Dursun, 88.

Trabzonspor – Eyüpspor 2:0
Qollar:
F.Auqusto, 12. Ulai, 51.

26 oktyabr

Antalyaspor – Başakşəhər 0:4
Qollar:
Şomurodov, 22; 88. Da Kosta, 45+4; 53.

Qalatasaray – Göztəpə 3:1
Qollar:
Osimhen, 19. Q.Sara, 63. İkardi, 66 – E.Bekiroğlu, 6.

Gənclərbirliyi – Konyaspor 1:2
Qollar:
O.Ülgün, 28 – U.Nayir, 45+2. Bardi, 49.

Kasımpaşa – Beşiktaş 1:1
Qollar:
Vink, 33 – C.Ündər, 5.

27 oktyabr

Qaziantep- Fənərbağça 0:4
Qollar: Y.En Nesiri, 5, 21, A.Taliska, 81, 88

Samsunspor – Rizespor 1:1
Qollar: K.Holz, 7 – Rak-Saki, 43

❌
❌