Normal view

Today — 14 July 2026Main stream

“Qırmızı şeytanlar”dan 41 milyonluq transfer

13 July 2026 at 22:39

“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “qırmızı-şeytanlar” “Aston Villa”dan Yuri Tilemansla anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

MY belçikalı yarımmüdafiəçinin transferi üçün 41 milyon avro ödəyəcək.

Tilemans Belçika millisi ilə dünya çempionatında 5 oyunda 2 qol vurub. “Qırmızı şeytanlar” mundialda ¼ finalda İspaniyaya uduzub – 1:2.

Before yesterdayMain stream

Tilemans matçdan öncə, Kurtua oyun zamanı zədə aldı

11 July 2026 at 02:00

Belçika millisinin aparıcı futbolçuları Yuri Tilemans və Tibo Kurtua DÇ-2026-nın 1/4 finalında İspaniyaya qarşı keçirilən oyunda zədələniblər.

Arena.az xəbər verir ki, komandanın kapitanı Yuri Tilemans qarşılaşma başlamazdan əvvəl isinmə zamanı zədə alıb.

Nəticədə o, start heyətindən çıxarılıb və onun yerinə Hans Vanaken meydana buraxılıb.

Turnirdə keçirdiyi beş oyunda iki qol vuran Tilemansın zədəsinin ağırlığı ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Belçika millisi oyun ərzində daha bir ciddi itki ilə üzləşib. Təcrübəli qapıçı Tibo Kurtua ikinci hissədə aldığı zədə səbəbindən görüşü davam etdirə bilməyib.

71-ci dəqiqədə onu Senne Lammens əvəzləyib. Dəyişiklikdən sonra Kurtuanın göz yaşlarını saxlaya bilməməsi diqqət çəkib.

34 yaşlı qolkiper 2018-ci ildən Madrid “Real”ının formasını geyinir. O, İspaniya klubu ilə üç dəfə La Liqanın, iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Kurtua həmçinin Belçika millisinin heyətində 2018-ci il dünya çempionatının bürünc medalını qazanıb.

❌
❌