Normal view

Before yesterdayMain stream

Qurbanov “Vestri” ilə oyundan nələr dedi?

15 July 2026 at 22:48

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Avropa Liqasında “Vestri”yə qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– Komanda tam hazırdır. Rəqibi yaxından tanıyırıq. Uzun səfərə gəldik. Dünən demək olar ki, bütün günü yolda olduq. Bir az yorğunluq var. Buna baxmayaraq, inanıram ki, futbolçular sabahkı matça hazır olacaqlar. Hava şəraiti də yaxşıdır. Əsl futbol havasıdır. Heyətdə dəyişikliklər ola bilər. Sabaha kimi vaxtımız var”.

“Neftçi”nin açıq məşqi olacaq

15 July 2026 at 17:19

Neftçi” PFK-nın yeni mövsüm öncəsi açıq məşqi təşkil olunacaq.

Futbolpress.az xəbər verir ki, məşq iyulun 18-də saat 18:00-da “Palms Sports Arena”da başlanacaq.

Komandanın hazırlığını canlı izləmək üçün “Forza Neftçi” Azad Azarkeş Qrupu ilə yanaşı, bütün azarkeşlərimizi tribunalarda gözləyəcəyik. Stadiona giriş sərbəstdir. Saat 16:00-dan etibarən “Palms Sports Arena”da yerləşən rəsmi mağazanın da qapılarını qonaqlar üçün açılacaq. Azarkeşlərin ən geci saat 17:30-da stadionda olması tövsiyə edilir.

Açıq məşqə KİV nümayəndələri də dəvətlidir. Onlar üçün məşqdən əvvəl “Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer və baş məşqçi Yuri Vernidubun iştirakı ilə brifinq təşkil ediləcək.

“Bəzi mövqelərdə güclənməyə ehtiyacımız var” – Məmmədov

15 July 2026 at 12:13

“Kəpəz” yoxlama oyununda “Qəbələ”yə uduzub.

Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov klubun saytına açıqlamasında 1:2 hesabıyla bitən matçı şərh edib:

“Premyer Liqaya hazırlıq dövrünün ilk mərhələsinin yekununda “Qəbələ” ilə yoxlama oyunu keçirdik. Qarşılaşmanın birinci hissəsində əsas heyət üzvlərinə şans verdik. Futbolçular çalışdılar, tapşırıqları yerinə yetirməyə cəhd göstərdilər və ümumilikdə pis təsir bağışlamadılar.

Qarşıda bizi daha bir neçə yoxlama görüşü gözləyir. Məqsədimiz oyundan-oyuna inkişaf etmək, çatışmazlıqları aradan qaldırmaq və komandanın oyununu daha da təkmilləşdirməkdir. Bu matç göstərdi ki, bəzi mövqelərdə güclənməyə ehtiyacımız var. Həmin mövqelərə uyğun futbolçuların transferi istiqamətində iş aparırıq. İnanıram ki, heyəti tam formalaşdırdıqdan sonra istədiyimiz komandanı quracağıq.

İkinci hissədə isə gənc futbolçulara, Akademiyamızın yetirmələrinə şans verdik. Onlardan bəziləri əsas komandanın heyətində ilk dəfə meydana çıxırdı. Təbii ki, həyəcan hiss olunurdu və bu, normaldır. Buna baxmayaraq, onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar”.

“Şamaxı”da israilli futbolçu

15 July 2026 at 11:45

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, “şirlər” israilli yarımmüdafiəçi Teşager Dequnu heyətinə qatıb. 25 yaşlı futbolçu ilə iki (1+1) illik müqavilə imzalanıb.

Degunun son klubu İsrailin “İroni” (Modin) olub.

 

Umarali: “Nəyə qadir olduğumuzu tam göstərməmişik”

15 July 2026 at 11:28

“Sabah” Çempionlar Liqasında I təsnifat mərhələsində cavab oyununda TNS-i məğlub edib – 2:0.

“Bayquşlar”ın futbolçusu Umarali Rahmonaliyev “Futbolpress.az“a açıqlamasında nəticəni dəyərləndirdi:

“Oyun planına və intizama əməl etməməli, həm də xarakter göstərməli idik. Fikrimcə, bunu bacardıq. İlk oyundan sonra özümüzə daha çox inanırdıq, amma ilk matçdan sonra cütün taleyinin həll olunduğunu düşünmürdük. Biz hələ nəyə qadir olduğumuzu tam göstərməmişik. Qarşıda çox oyun var. Ümid edirəm ki, daha baxımlı futbol nümayiş etdirəcəyik və istədiyimiz nəticələri əldə edəcəyik”.

Özbəkistanlı yarımmüdafiəçi növbəti rəqibləri “KuPS” haqda fikirlərini bölüşdü:

“Rəqibi təhlil edəcəyik. Məncə, Çempionlar Liqasının təsnifat mərhələsində nə asan rəqib, nə də oyun olur. Buna görə də məqsədimizə çatmaq üçün hər oyuna ciddi hazırlaşacağıq. Qarşıda hazırlaşmaq üçün vaxtımız var. Bu oyunda da maksimumu edib, növbəti mərhələyə yüksəlmək istəyirik”.

Şahin Cəfərov

“Karvan-Yevlax”dan ayrılan futbolçu II Liqada

15 July 2026 at 11:16

“Şirvan” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi qapıçı Əmrah Buludu heyətinə qatıb. Futbolçu ilə bir illik müqavilə imzalanıb.

Əmrahın son klubu “Karvan-Yevlax” olub.

“Şirvan” yeni mövsümdə Azərbaycan II Liqasında mübarizə aparacaq.

 

Torala görə penalti qazandılar

15 July 2026 at 10:29

Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi “Bursaspor” yoxlama oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, “timsahlar” “Pendikspor”la qarşılaşıb. Görüş 2:2 hesabıyla başa çatıb.

Toral bu görüşdə iştirak edib. O, penaltiyə səbəb olub və rəqib “11 metrə”dən ikinci qolu vurub.

Bayramov ötən ay “Qarabağ”dan “Bursaspor”a keçib.

Harrisondan “Sabah”a tərif

15 July 2026 at 10:18

Uelsin TNS komandasının baş məşqçisi Kreyq Harrison Çempionlar Liqasında “Sabah”a məğlub olduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan mütəxəssis 1:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Oyuna yaxşı başladıq. İlk 20 dəqiqədə bir neçə şans yaratdıq, ancaq qol vura bilmədik. “Sabah” kimi güclü komandalarla oyunlarda hər fürsəti dəyərləndirməlisən, yoxsa cəzalanacaqsan. Onlar sürətli əks-hücumdan hesabı açdılar və bununla da bizim üçün demək olar, oyun bitdi. Rəqibin keyfiyyətli futbolçuları var və bu keyfiyyət fərqi sözünü dedi. 

Fasilədə uşaqlara dedim ki, “məyus olmayın, meydana çıxın və vuruşun”. Qarşıda hələ avrokubok matçlarımız var, onlara hazır olmalıyıq”. 

“Sabah” iki oyunun nəticəsinə görə (2:0, 2:1) mərhələ adlayıb. “Bayquşlar” II təsnifatda Finlandiyanın “KuPS” komandası ilə qarşılaşacaq.

Millinin keçmiş hücumçusu “Şirvan”da

15 July 2026 at 09:23

“Şirvan” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi hücumçu Amil Yunanovu heyətinə qatıb. Futbolçu ilə bir illik müqavilə imzalanıb.

Amilin son klubu  “ASTA Mingəçevir” olub.

Hücumçu karyerası ərzində “Sumqayıt”, “Səbail” kimi komandalarda çıxış edib. O, Azərbaycan yığmasında 5 oyunda forma geyinib.

“Şirvan” Azərbaycan II Liqasında mübarizə aparacaq.

“Sabah”dan UEFA reytinqinə növbəti töhfə

15 July 2026 at 09:15

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda TNS-i (Uels) məğlub edən “Sabah” Azərbaycanın UEFA reytinqi xallarını artırıb.

Futbolpress.az xəbər verir ki, 2:1 hesablı qələbə sayəsində Azərbaycanın aktivinə 0.250 əmsal əlavə olunub. Ölkəmiz 19.563 göstərici ilə reytinqdə 26-cı pillədə qərarlaşıb.

25-ci sırada 20.750 xalla İsrail, 27-ci pillədə isə 18.313 əmsalla Bolqarıstan yer alıb.

Reytinq cədvəlinə 98.520 xalla İngiltərə başçılıq edir.

 

Dambrauskas: “Daha bir qol vurmaq istəyirdik”

15 July 2026 at 00:39

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasında TNS-ə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis oyundan sonra baş tutan mətbuat konfransında bunları deyib:

– İlk növbədə futbolçuları, Azərbaycan futbol ictimaiyyətini və “Sabah” azarkeşlərini UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlməyimiz münasibətilə təbrik etmək istəyirəm. Düşünürəm ki, ən vacib məqam məhz budur. İki oyundan ibarət qarşılaşmaya bütöv şəkildə baxsaq, bu matç mübarizənin ikinci hissəsi idi. İlk oyunda 2:0 hesabı ilə qalib gəlmişdik. Bilirdik ki, rəqib daha açıq futbol oynamalı və daha çox risk etməli olacaq.

– Qələbəni necə şərh edərdiniz? 

– Oyunun ilk dəqiqələri meydana və şəraitə uyğunlaşmaqla keçdi. Təxminən 15-20 dəqiqədən sonra oyuna tam daxil olduq. Əvvəlcə bir, daha sonra isə ikinci qolu vurduq. Düşünürəm ki, bundan sonra ikinci hissə bizim üçün daha çox formal xarakter daşıdı. Rəqib də, demək olar ki, matçın bitməsini gözləyirdi. Bəzi futbolçularımız oyun təcrübəsi qazandılar. Əlbəttə, daha bir qol vurmaq istəyirdik. Bunun üçün imkanlarımız da oldu, lakin onlardan istifadə edə bilmədik. Rəqibin də bir neçə yarımfürsəti oldu, onlar da bu imkanları dəyərləndirmədilər. Matçın sonunda buraxdığımız qol isə səhvimizin nəticəsi idi. Qarşılaşmanı qapımızı toxunulmaz saxlamaqla başa vurmaq daha xoş olardı. Bununla belə, iki oyunun yekun nəticəsini, əlbəttə ki, müsbət qiymətləndirirəm.

– Növbəti turda Finlandiyanın “KuPS” komandası ilə qarşılaşacaqsınız… 

– İndi təhlükəsiz şəkildə Bakıya qayıtmalı və növbəti mərhələyə hazırlaşmağa başlamalıyıq. Çünki oyunlar çox sıx qrafiklə keçirilir. Artıq gələn çərşənbə axşamı ikinci təsnifat mərhələsində yeni rəqibə qarşı meydana çıxacağıq. Növbəti mərhələdə Finlandiyanın KuPS komandası ilə qarşılaşacağıq. Açığı, indiyədək bütün diqqətimi TNS-lə oyunlara yönəltmişdim. Əlbəttə, KuPS-un hansı taktiki düzülüşdən istifadə etdiyinə və necə futbol oynadığına müəyyən qədər baxmışam, lakin rəqibi hələ detallı şəkildə təhlil etməmişik.

Bakıya qayıdan kimi onların oyunlarını analiz etməyə başlayacağıq. Əlimizdə bütün materiallar və lazımi məlumatlar var. Qarşıdakı bir neçə gün ərzində çox çalışmalı və komandanı çərşənbə axşamı keçiriləcək oyuna ən yaxşı şəkildə hazırlamalıyıq.

Şahin Cəfərov 

Premyer Liqa klubları yoxlama oyununda üz-üzə gəldi

14 July 2026 at 20:50

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qəbələ” və “Kəpəz” yoxlama oyununda üz-üzə gəlib.

Futbolpress.az xəbər verir ki, matç Qəbələ şəhər stadionunda baş tutub.

Görüş “qırmızı-qaralar”ın 2:1 hesablı qələbəsiylə başa çatıb.

TNS – “Sabah”: heyətlər

14 July 2026 at 20:26

“Sabah” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda bu gün TNS-in qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 21:30-da start götürəcək matça komandalar aşağıdakı heyətlə çıxacaqlar:

TNS: Natan Şepperd, Daniel Villiams, Dinel Simeu, Cek Bodenam, Daniel Redmond, Leo Smit, Dominik Korness, Eon Farrel, Rayan Brobbi, Cordan Villiams, Ris Haqs

“Sabah”: Stas Pokatilov, Rəhman Daşdəmirov, Erivaldo Almeyda, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Rahmonaliyev, Velko Simiç, Aleksey İsayev, Aaron Maluda, Coy-Lens Mikels.

“Şamaxı”da portuqaliyalı müdafiəçi

14 July 2026 at 20:11

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, “şirlər” Portuqaliyanın “Paredes” klubundan mərkəz müdafiəçisi Rui Paçeçonu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu növbəti iki mövsümü “Şamaxı”da keçirəcək.

Premyer Liqa klubu qvineyalı hücumçu gətirdi

14 July 2026 at 18:14

Məşqlərini davam etdirən “Araz-Naxçıvan” heyətini komplektləşdirmək istiqamətində də işləri davam etdirir.

Futbolpress.az xəbər verir ki, Naxçıvan təmsilçisi qvineyalı Mara Mohamedlə anlaşıb. Hücumçu ilə müqavilənin müddəti 1 illikdir.

Müxtəlif illərdə o, Fransanın “Loryan”, “Paris”, “Thonon Evian”, “Martiques”, “Stad Brioşan”, “Hyeres 83”, eləcə də Taylandın “Ratçaburi”, “Kançanaburi” klublarında çıxış edib. 30 yaşlı forvard 3 matçda Qvineya yığmasının formasını da geyinib.

Futbolçunun həm da Fransa vətəndaşlığı var.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Artur Auqusto Da Silva, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

ÇL: “Sabah” mərhələ adladı

14 July 2026 at 23:22

“Sabah” bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səfərdə TNS ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin qələbəsiylə başa çatıb.

“Sabah” ilk oyunda rəqibini 2:0 hesabıyla məğlub edib.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu

14 iyul

21:30 TNS (Uels) – Sabah 1:2
Qollar:
Lok, 89Mikels, 28, Rəhman, 42

“Sabah” – “Neftçi”: Start heyətlər

8 December 2025 at 19:13

“Sabah” Misli Premyer Liqasının 14-cü turunda “Bank Respublika Arena”da “Neftçi”nin qonağı olacaq.

“Sabah”: 92. Stas Pokatilov (k) 46. Aleksey İsayev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 8. Ayaz Quliyev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmiro 6. Abdulax Xaybulaev 88. Xəyal Əliyev 89. Cəfər Muxtarov 53. Andrey Santos

Baş məşqçi: Valdas Dambrauskas

“Neftçi”: 13. Kenan Piriç (k) 15. Elvin Bədəlov 47. Murad Məmmədov 45. Vensan Abubakar 77. Falaye Sako 6. Sessi Dalmeyda 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 11. İmad Faraj

Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 8. Emin Mahmudov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 14. Edvin Kuç 27. Kristian Kostin 10. Freddi Varqas 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi

Məşqçi: Sənan Qurbanov

“Qəbələ” – “Turan-Tovuz” oyunu təxirə getdi  

8 December 2025 at 18:05

Misli Premyer Liqasının XIV turunda “Qəbələ” doğma meydanda “Turan-Tovuz”u qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, dumanlı hava şəraitində davan edən matç təxirə salınıb. Görüş sabah qaldığı yerdən davam edəcək.

Xatırladaq ki, ilk hissəsi davan edən matçda qapılara qol vurulmamışdı.

Qəbələdə oyun dayandı – SƏBƏB – VİDEO 

8 December 2025 at 17:25

Misli Premyer Liqasının XIV turunda “Qəbələ” doğma meydanda “Turan-Tovuz”u  qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, dumanlı hava şəraitində davan edən matç yarımçıq dayandırılıb.

Bu barədə görüşün baş hakimi Tural Qurbanov oyun zamanı futbolçulara da məlumat verib.

Qəbələdə oyun təxirə getdi, “Sabah” “Neftçi”yə qarşı – Yenilənir

8 December 2025 at 18:48

Misli Premyer Liqasında 14-cü tur davam edir.

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda “Qəbələ” “Turan Tovuz”u qəbul edib. Görüş dumanlı hava şəraitinə görə təxirə salınıb.

Günün digər matçında “Neftçi” “Sabah”ın qonağı olacaq. Sıralamada “Sabah” 25 xalla 3-cü, “Neftçi” isə 16 xalla 8-ci pillədə qərarlaşır.

Bu turun son 2 görüşü sabah keçiriləcək. 

Misli Premyer Liqası, 14-cü tur

8 dekabr (bazar ertəsi)

17:00. “Qəbələ” – “Turan Tovuz” – 0:0 
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov 
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Qəbələ şəhər stadionu

20:00. “Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
“Bank Respublika Arena”

“Qəbələ” – “Turan Tovuz”: Start heyətlər

8 December 2025 at 16:00

“Qəbələ” Misli Premyer Liqasının 14-cü turunda doğma meydanda “Turan Tovuz”u qəbul edir.

“Qəbələ”: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo

Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 27. Eşqin Əhmədov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 30. Prins Ovusu

Baş məşqçi: Kaxaber Tsxadadze “Turan Tovuz” 1. Oleq Baklov 10. Xəyal Nəcəfov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza

Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 73. Ülvü Mədətov 14. Murad Dadaşev 30. Mircamal Əlizadə

Baş məşqçi: Kurban Berdiyev

❌
❌