Normal view

Today — 14 December 2025Main stream

“Sabah” yaxşı kollektiv formalaşdırıb” – Qurban Qurbanov

14 December 2025 at 19:52

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri ev oyunu haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 5:1 hesablı qələbəni belə şərh edib:

“Futbolçularımı təbrik edirəm. Vacib qabiliyyət idi. Sona yaxın boşluqlar oldu, lakin yaxşı oyun göstərdilər. Qarşımızda topla yaxşı davranan komanda var idi. Bu soyuq havada gələn, bizi dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm.

Bugünkü nəticələr “Sabah”la oyuna görədir. Yaxşı kollektiv formalaşdırıblar. Futbolçularıma bir az istirahət verməliyəm, komandada yorğunluq var. Qarşımızda ciddi rəqib var. “Neftçi”yə qarşı da yaxşı oynadılar. Bizi “Sabah”la çətin oyun gözləyir.

Futbolçulardan gözlədiyimi almışam, lakin daha çox gözlədiklərimdən onu ala bilməmişəm”.

Nəzrin

The post “Sabah” yaxşı kollektiv formalaşdırıb” – Qurban Qurbanov appeared first on Komanda.az.

“İlk qol komandaya təsir etdi” – Baxşıyev

14 December 2025 at 19:39

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 1:5 hesablı məğlubiyyəti belə şərh edib:

“Bizim üçün ağır oyun alındı. Üzərində işlədiyimiz bir plan var idi. İlk qol komandaya təsir etdi. Öz səhvimizdən qol buraxdıq. Bu il üçün bir oyunumuz qalıb. Bu oyunu unudub, ona hazırlaşmaq lazımdır.

Məni bura dəvət ediblər. Üzərimə nə düşünürsə, yerinə yetirməyə çalışıram. Qərar mənim deyil”.

Nəzrin

The post “İlk qol komandaya təsir etdi” – Baxşıyev appeared first on Komanda.az.

Azər Bağırov: “Bu oyun 9 xala bərabər idi”

14 December 2025 at 16:29

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qəbələ” ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matçda 1:0 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı olub. Bağırov maraqlı oyun alındığını bildirib:

“Maraqlı oyun alındı. Baxmayaraq ki, bir qol vuruldu. Amma rəqib də, biz də daim hücumdaydıq. Bu oyun, mən deyərdim ki, 9 xala bərabər idi, çünki rəqibimizdən uzaqlaşırıq, turnir cədvəli baxımından. Mənim üçün çətin oyun alındı.

Komandamız çoxlu yerli futbolçulardan ibarət olduğuna görə səhvlər var. Oyunçu meydanda çıxış edirsə, səhvlər olacaq. Biz gəldikdən sonra Ohorini fərqli-fərqli mövqelərdə oynadırıq. Düşünürəm ki, zaman-zaman özünü inkişaf etdirəcək.

Əslində, bu gün yaxşı oyunçulara daha çox ehtiyacımız var. Ehtiram bu gün yaxşı çıxış, etdi, oynadığı mövqedə daha effektli idi. Sadəcə, qolu çatışmır. Düşünürəm ki, o da olacaq”.

“Kəpəz” növbəti turda “Turan Tovuz”la üz-üzə gələcək.

Fəxri Rüstəmli

The post Azər Bağırov: “Bu oyun 9 xala bərabər idi” appeared first on Komanda.az.

Tsxadadze: “Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz”

14 December 2025 at 16:07

“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Kəpəz”lə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı baş tutub. Gürcüstanlı mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:

“Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Belə qırmızı vərəqələri ancaq biz ala bilərdik. Qol da elə vuruldu ki, heç kim rəqibin oyunçusunun qarşısını ala bilmədi. Çox pis oynadıq.

Məqsədimiz ilk gündən Premyer Liqada qalmaqdır. Reallıqdan danışmalıyıq. 10 manatınız varsa, restorana getməyi düşünmürsüz. Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz.

Vəziyyət elədir ki, çempionatdakı iştirak ərizəsinə görə biz yalnız beş futbolçu gətirə bilərik. İbrahim Sanqareyə gəlincə, razıyam, çox səhvlər edir. Komandada rəqabət olmalıdır. Rəqabət olmadıqda, inkişafdan danışmaq olmaz. Hər kəsə hörmətlə yanaşırıq. Klub olaraq, qapıçı transferi üçün çalışırıq.

İntizamla bağlı heç bir hal olmadı. Sadəcə, futbolçumuz topa düzgün getmədi. Bu da futbolçu keyfiyyəti ilə bağlı məsələdir. İntizamla bağlı o halda olardı ki, oyunçu söyüş söysün.

Topla itkilər çox odu. Təkcə bizimlə yox, digər komandaların da oyunlarında da bunu görmüşdük. Amma o demək deyil ki, bu meydanda futbol oynamaq olmaz. Sadəcə, futbolçular özləri öyrəşməlidir.

Özümüz bilirik hansı mövqelərə oyunçu lazımdır. Bu, klubun daxili məsələsidir. Klub olaraq bunun üzərində çalışırıq.

Sona kimi mübarizə aparmalıyıq. Bəzi futbolçular ardıcıl iki qələbədən sonra oyuna köklənə bilməmişdilər. “Turan Tovuz”a qarşı da 23 dəqiqə yaxşı çıxış etmişdik. Düşünürəm ki, psixoloji olaraq buna hazır deyillər”.

“Qəbələ” növbəti turda “Qarabağ”ı qəbul edəcək.

Fəxri Rüstəmli

The post Tsxadadze: “Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz” appeared first on Komanda.az.

Tovuzdan lider qayıdanlar

14 December 2025 at 09:18

“Sabah” Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb. “Bayquşlar” Tovuz səfərində “Turan Tovuz”a 3:1 hesabıyla qalib gəlib.

Görüşün startından sona qədər daha nizamlı və üstün oynayan “futuristlər” qələbə sayəsində müvəqqəti liderliyə yüksəlib. Valdas Dambrauskas çempionatda son ayların ən formada komandasıdır. Hücum fazasında daha aktiv olan və qısa ötürmələrlə rəqib müdafiəsinə çətinlik yaşatmağı bacaran “Sabah” Tovuzda qalib gəlməkləQarabağ“la oyunöncəsi xüsusi motivasiya qazandı.

“Turan Tovuz” isə enişdədir. Turnir cədvəlində 24 xalla 5-ci sırada qərarlaşan bölgə təmsilçisi nəticələr bir yana, sərgilədiyi oyunla ümid vermir. Baş məşqçi Kurban Berdıyev də çətin situasiyanı qəbul edir. Mövsümün əvvəlində çempionluq iddiası ilə yola çıxan tovuzlular artıq yarışdan yavaş-yavaş uzaqlaşmaqdadır.

Liqada ən yaxşı heyətə sahib kollektivlərdən olan tovuzlularda konkret problemin nədə/kimdə olduğu qeyri-müəyyəndir. Bu heyət mövsümün əvvəlində yaxşı nəticələrlə seçilib, bir müddət liderliyə yüksəlib. Lakin enişin konkret səbəbləri məlum deyil. Son turlardakı xal itkiləri komanda üçün gələcəkdə avrokubok zonası üçün belə təhlükə yarada bilər.

Şahin Cəfərov

“Kəpəz”dən qələbə, Suraxanıda darmadağın

14 December 2025 at 19:28

Bu gün Azərbaycan Premyer Liqasında XV turun daha iki oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub. 

“Kəpəz” Yevlaxda “Qəbələ“ni məğlub edib.

Digər matçda “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəlib.

Azərbaycan Premyer Liqası
XV tur

14 dekabr

14:00 Kəpəz – Qəbələ 1:0
Qol: Ohori, 56
Qırmızı vərəqə:
İbrahim Sanqare, 38 (“Qəbələ”)
Baş hakim: Rəvan Həmzəzadə
Yevlax şəhər stadionu

17:30 Qarabağ – Araz-Naxçıvan 5:1
Qollar:
Toral Bayramov, 31, 90+5 (pen.) Nəriman Axundzadə, 41, Montiel, 57 (pen.), Leandro Andrade, 72 – Ramon Maçado, 75 (pen.)
Baş hakim: Rəşad Əhmədov
Azersun Arena”

Yesterday — 13 December 2025Main stream

Berdıyev: “Uşaqlara dedim ki, bu ağrılıdır, həm də utancvericidir”

13 December 2025 at 18:53

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sabah”ı qəbul edib.

Komanda.az xəbər verir ki, 1:3 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışıdırıcı müdafiədəki səhvlərdən məğlub olduqlarını bildirib:

“Fikirləşirəm ki, bu gün müdafiədə buraxdığımız səhvləri “Sabah” lazımınca dəyərləndirdi. Hansı ki, biz onları etməməli idik.

İstənilən məşqçi səhv edə bilər. İlk hissədə düzülüşümüz düzgün olmadı və bununla əlaqədar “Sabah”ın istifadə edəcəyi boşluqlar oldu. İkinci hissədə arxa xətdə buraxdığımız səhvləri “Sabah” dəyərləndirdi.

İlk növbədə, bu məsələləri bütün klublarda prezident həll edir. O ağrı-acı ki biz onları azarkeşlərə yaşatdıq – mən bununla bağlı paltardəyişmə otağında danışdım. Uşaqlara dedim ki, bu ağrılıdır, həm də utancvericidir”.

“Turan Tovuz” növbəti turda “Kəpəz”lə üz-üzə gələcək.

Fəxri Rüstəmli

The post Berdıyev: “Uşaqlara dedim ki, bu ağrılıdır, həm də utancvericidir” appeared first on Komanda.az.

Dambrauskas: “Çox önəmli qələbə qazandıq”

13 December 2025 at 18:43

“Sabah” Azərbaycan Premyer Liqasının 15-ci turunda bu gün “Turan Tovuz”un qonağı olub.

Komanda.az xəbər verir ki, oyundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“İlk olaraq oyunçularımı təbrik edirəm. Həqiqətən də, bu gün möhtəşəm çıxış etdik. Çox önəmli qələbə qazandıq. Rəqib yaxşı təşkil olunmuş komandadır. Qalib gəldiyimizə görə çox şadıq. Oyunçularım qələbəyə layiq idilər.

Bizim sadəcə bir arzumuz var. O da hər dəfə qarşıdakı oyuna hazırlaşımağımızdır. Dörd gün sonra bizi ağır oyun gözləyir. Elə bir komandaya qarşı oynayacağıq ki, ölkəmizi Avropada layiqincə təmsil edir. Tək istəyimiz Bakıya qayıqıb, bərpa olunub bu oyuna hazırlaşmaqdır.

Azərbaycanlı deyiləm, sizin ölkənizdə qonağam. Burada işləmək mənim üçün zövqdür. Azarkeşlər baxımından hər şey yaxşı idi. Amma meydança baxımından bunu deyə bilməyəcəm. Hər kəs istəyir ki, futbolçular inkişaf eləsin. Amma bu cür meydançalarda bu mümkün deyil”.

“Sabah” növbəti turda səfərdə “Sumqayıt”la qarşılaşacaq.

Fəxri Rüstəmli

The post Dambrauskas: “Çox önəmli qələbə qazandıq” appeared first on Komanda.az.

Ayxan Abbasov: “Avrokuboklara vəsiqə uğrunda oynamaq üçün geniş heyət lazımdır”

13 December 2025 at 16:41

“Şamaxı” Azərbaycan Premyer Liqasının 15-ci turunda doğma meydanda “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.

Komanda.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra oyunla bağlı fikirlərini bildirib:

“Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm idilər. Komandamı, futbolçuları təbrik edirəm. Əlbəttə, rəqib güclüdür. Son illərə baxanda, sabit oynayan bir kollektivdir. Onlar da ağır qrafikdən çıxmışdılar. Hər iki komandanın epizodları oldu. Mühüm qələbə qazandıq, davam etmək lazımdır. Futbolçulardan daha inamlı, istəkli olmalarını istəyirəm.

Avrokuboklara vəsiqə uğrunda oynamaq üçün geniş heyət lazımdır. Mühüm amillər var. Hər oyuna baxırıq. Məqsəd hər matçda xal qazanmaqdır. Ötən il qışa qədər iki dövrədə 17 xal yığmışdıq, bu il isə artıq 20 xal var, kubokda irəliləmişik. Möhkəmlənmiş heyətimiz var. Eyni zamanda, avrokubok üçün büdcə lazımdır.

Premyer Liqada qalmaq üçün 25 xalın bəs edəcəyini düşünürəm. İndi 20 xalımız var. Hər yer bizim üçün önəmlidir. Ötən ildən daha yaxşı olmaq istəyirik”.

The post Ayxan Abbasov: “Avrokuboklara vəsiqə uğrunda oynamaq üçün geniş heyət lazımdır” appeared first on Komanda.az.

Rəşad Sadıqov: “Bu itkilər bizi çox yordu”

13 December 2025 at 16:20

“Zirə” Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “Şamaxı”ya 1:2 hesabı ilə uduzub.

Komanda.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini bildirib:

“Gərgin oyun oldu. Ümumiyyətlə, çempionatda heç bir oyun rahat keçmir. Hər iki komanda meydanda əzmkar oyun nümayiş etdirdi. Birinci hissə bizim üçün uğurlu oldu, hesabda önə keçdik. Fasilədə danışdıq ki, rəqib ikinci hissənin əvvəlində fəal olacaq, daha diqqətli olmalıyıq. Amma təəssüf ki, birinci qol rəqibin gözlədiyimiz hücumundan vuruldu. Diqqətsizlik etdik və “Şamaxı” fərqləndi. Daha sonra penalti. İkinci qoldan sonra çoxlu qol epizodlarımız oldu. Belə epizodlar qol olmursa, həmin matçda qalib gəlmək müşkülə çevrilir. Bu oyundan nəticələr çıxarıb növbəti qarşılaşmalara köklənəcəyik. Hücum xəttində dörd futbolçunu birdən itirmişik. Bu itkilər bizi çox yordu, bir çox oyunlarda özünü hiss etdirdi. Bu gün dörd hücumameyilli oyunçudan istifadə edə bilmədik. Bu, hücumu gücləndirməyimizə mane olur”.

The post Rəşad Sadıqov: “Bu itkilər bizi çox yordu” appeared first on Komanda.az.

“Neftçi”dən təklif gələn kimi digərlərini kənara qoydum” – MÜSAHİBƏ

13 December 2025 at 13:03

“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub klubun rəsmi saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, ukraynalı mütəxəssis “Neftçi”yə gəlişi və hədəflər haqda danışıb:

– “Neftçi”yə gəlişiniz necə baş tutdu?

– Əslində, həm ölkə daxilindən, həm də ölkə xaricindən təkliflərim var idi. Amma “Neftçi”dən təklif gələn kimi digərlərini kənara qoydum. Çünki “Neftçi” böyük tarixə malik klubdur. Komandanı hələ SSRİ çempionatından tanıyıram. Özüm də futbolçu kimi “Neftçi”yə qarşı oynamışam. “Neftçi” Ukraynada da çox populyardır. Rəhbərliklə söhbətimizdən sonra klubun qarşısında hansı hədəflərin dayandığını gördüm. Layihəni çox bəyəndim. Burada sistemli iş aparılır və klubun böyük planları var. Hazırda nəticələr çox da ürəkaçan olmasa da, bunlar müvəqqətidir. Nəticələri birlikdə yaxşılaşdıracağıq.

– Artıq futbolçularla da tanış olmusuz, komandanı bir neçə məşqə çıxarmısız. İlkin təəssüratlarınız necədir?

– Heyət çox keyfiyyətli futbolçulardan ibarətdir. Klub gözəl və hədəflərə uyğun transfer siyasəti həyata keçirib. Hər mövqedə güclü futbolçular toplaşıb. Onlardan gözləntilərim yüksəkdir. Çalışacağıq ki, qısa zamanda komandaya öz oyun fəlsəfəmizi aşılayaq, həm taktiki, həm fiziki, həm də psixoloji cəhətdən onları yeni səviyyəyə qaldıraq. Vaxt gedir, artıq çempionatın ortasındayıq. İşə düzgün yanaşsaq, məqsədimizə çatacağıq. Yaxın vaxtlarda hər hansı bir transferin həyata keçirilməsi gündəmdə deyil. Əlbəttə, uzunmüddətli planda komandanın möhkəmləndirilməsi var, amma indi əsas prioritetimiz əlimizdə olan futbolçuların oyun səviyyəsini bir qədər də qaldırmaqdır. Onlara güvənirəm.

– Qarşınıza hansı hədəflər qoyulub?

– Əvvəlcə mütləq şəkildə nəticələri yaxşılaşdırmalıyıq. İşimiz çoxdur, amma qorxmuruq. Artıq bir neçə məşq keçmişəm, futbolçularda da istək və əzm hiss olunur. Rəhbərlikdən də ilk gündən yalnız dəstək görürəm. İnanıram ki, bu çətinliyin öhdəsindən birlikdə gələcəyik. İlk söhbətimizdə də rəhbərlikdən xahiş etdim ki, hər dəqiqə mənim və futbolçuların yanında olsun. Biz bir-birimizi çox yaxşı başa düşdük. Hədəflərə gəlincə, “Neftçi”yə yalnız çempionluq yaraşır. Düzdür, indi turnir cədvəlində yerimiz yaxşı deyil, amma mövsümün sonunda mütləq ön pillələrdə olmalıyıq. Vuruşacağıq, sonadək mübarizə aparacağıq. Ən azı bunun üçün sona qədər döyüşəcəyik, əlimizdən nə gəlirsə, edəcəyik. Elə “Sumqayıt”la matçdan etibarən qələbələri sıralamağa çalışacağıq.

– “Neftçi” azarkeşlərinə sözünüz nədir?

– Bu komanda necə böyükdürsə, elə də böyük azarkeşi var. Balacadan böyüyə ürəyi “Neftçi” ilə döyünən azarkeş ordusu var. Bunu bilirəm. Hər şeyin fərqindəyəm. “Neftçi”ni hər oyunda nəticədən asılı olmayaraq sonadək dəstəklədiklərindən xəbərdaram. Çalışacağıq və əlimizdən gələni edəcəyik ki, onların ümidlərini doğruldaq, hər oyundan sonra onları evlərinə sevinclə yola salaq. Azarkeşlərdən də xahiş edirəm ki, futbolçulardan dəstəklərini əsirgəməsinlər.

The post “Neftçi”dən təklif gələn kimi digərlərini kənara qoydum” – MÜSAHİBƏ appeared first on Komanda.az.

“Sabah” üçün liderlik oyunu

13 December 2025 at 11:00

“Sabah” Premyer Liqanın XV turunda bu gün “Turan Tovuz”un qonağı olacaq. Matça saat 16:30-da start veriləcək.

“Turan Tovuz” 14 turdan sonra 24 xalla turnir cədvəlinin beşinci sırasında qərarlaşıb. Ehtiyatda daha bir oyunu olan Kurban Berdıyevin yetirmələri ikinci pillədəki “Sabah”dan dörd xal geridədir. “Bayquşlar”ın da ehtiyatda “Qarabağ“la bir matçı var. Həmin matç dekabrın 18-də keçiriləcək.

“Sabah” bu görüşdə qələbə qazanacağı halda, azı bir günlük liderliyə yüksələcək. Valdas Dambrauskasın yetirmələri yaxşı formadadadır. Komanda son 5 oyunda cəmi 1 heç-heçə edib, 4 qələbə qazanıb.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Tovuz təmsilçisi isə son 5 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib. Tovuz təmsilçisi “Sabah”a qarşı keçirdiyi son beş ev oyununun cəmi 1-də uduzub. 2 qələbə qazanan komanda 2 dəfə də heç-heçə edib.

“Sabah” Tovuz səfərində sonuncu dəfə 2023-cü ildə qələbə qazanıb. Komandaların son duelində “Sabah” azarkeşləri önündə inamlı qələbəyə sevinib.

Şahin Cəfərov

“Zirə” uduzdu, “Sabah”dan qələbə

13 December 2025 at 18:29

Bu gün Azərbaycan Premyer Liqasında XV tura start verili.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçında “Şamaxı” “Zirə“ni qəbul edib. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb – 2:1.

Günün digər oyununda “Sabah” “Turan Tovuz”un qonağı olub. Matç qonaqların qələbəsiylə bitib. 

Azərbaycan Premyer Liqası
XV tur

13 dekabr

Şamaxı – Zirə 2:1
Qollar: Msanqa, 54, Rossi, 61 (pen.) – Papunaşvili, 8
Baş hakim: İnqilab Məmmədov
Şamaxı şəhər stadionu

Turan Tovuz – Sabah 0:1
Qollar:
F.Ozobiç, 82 – V.Simiç, 68, U.Rahmonaliyev, 79, Mikels, 31
Baş hakim: Əliyar Ağayev
Tovuz şəhər stadionu

Before yesterdayMain stream

“Məğlubiyyətə səbəb Nərimanın zəif oyunu deyil”

12 December 2025 at 16:50

“QarabağÇempionlar Liqasının VI turunda “Ayaks”a uduzub – 2:4.

Millinin sabiq futbolçusu, Qərb Regional Futbol Federasiyasının rəhbəri Nadir NəbiyevFutbolpress.az“a açıqlamasında nəticəni dəyərləndirdi:

Qarabağ“a inam böyük idi. Komanda oyuna da yaxşı başladı, qol vurdu. Rəqibdən üstün futbol sərgiləyirdilər. İkinci hissədə də pis oyun alınmadı. “Ayaks” son 15 dəqiqədə üstünlüyü ələ alıb qollar vurdu və qələbə qazandı“.

Mütəxəssis Qurban Qurbanovun Nəriman Axundzadəni meydana buraxmasına görə tənqid edilməsinə toxundu:

“Qurban müəllim ilk dəfə deyil ki, belə əvəzetmələr etsin. Dəfələrlə oyuna sonradan daxil olan futbolçular qələbə qolunu vurublar. Razıyam, əvəzetmələr bu dəfə yaxşı təsir göstərmədi. Amma məğlubiyyətə səbəb Nərimanın zəif oyunu deyil. Hücumda yaxşı fürsətlər boşa verildi, müdafiədə boşluqlar oldu və rəqib bundan yararlandı“.

Nəbiyev komandanın pley-off şanslarını da dəyərləndirdi:

Ayntraxt”la oyunda qələbə mütləqdir. Bundan əlavə, digər rəqiblərin də nəticələri önəmli olacaq. Çətindir, amma şanslar qalır. Ümid edirəm, “Qarabağ” sonda yenə azarkeşlərini sevindirəcək”.

Şahin Cəfərov

Vernidubun debütü

12 December 2025 at 14:25

“Neftçi” Premyer Liqanın XV turunun “Sumqayıt”la oyununa yeni baş məşqçisi Yuri Vernidubun rəhbərliyi altında çıxacaq. Dekabrın 15-də, “Palm Sports Arena”da baş tutacaq görüşə saat 19:00-da start veriləcək.

Vernidub buna qədər yeni iş yerlərindəki ilk oyunlarında uğursuzluq yaşayıb. 2011-ci ildəZarya”nı Ukrayna çempionatında birinci oyuna çıxaran mütəxəssis məğlubiyyətlə üzləşib – 1:2.

Vernidub növbəti iş yeri “Soliqorsk”da da eyni aqibəti yaşayıb. Belarus təmsilçisi mütəxəssisin rəhbərliyi altında ilk matçda “Minsk”ə uduzub – 0:1.

YurininŞerif” karyerası uğurlu alınıb. Moldova çempionatında “Sfıntul”la matçda Vernidubun komandası qələbəyə sevinib – 4:1.

Ukraynalının son ünvanıKrivbas”dakı debütü də yaxşı alınmayıb. Komanda “Kolos”a səfərdə 0:1 hesabıyla məğlub olub.

Vernidubun debütü səfərə düşübsə, məğlub olub. Yeganə qələbəŞerif”lə ev oyunundakıdır.

Şahin Cəfərov

Ertem abinin narahatlığı boyu

12 December 2025 at 10:14

Ertem Şener artıq qıcıq oyatmağa başlayır. “Ayaks”a 2:4 hesablı məğlubiyyətə görə komandanı, Qurban Qurbanovu, klubu tənqid edən azarkeşlərə “turkish arabesk” ritmində “fikir orientalı” oynamağa başlayıb.

Bu azmış kimi, tənqidçi mediaya qarşı da irad bildirib: “ya siz ne yapıyorsunuz?!”.

Ertem abi, şimdi bak… Sən gəldin, qonağımız oldun, “Qarabağ”ın ÇL oyununu “CBC Sport”dan şərh etdin, “vatan, millet, sakarya” əhvalında emosiyaların sinir uclarından yapışıb, alqışlanası dərəcədə “hype” topladın, getdin.

Ok, bu, əla idi.

Sonra məlum oldu ki, ödənişli kanallarımızın birində oyunlar şərh edəcəksən. Bu da xub!

Qardaş ölkədən gəlirsən, xoşdur, işini gör, paranı al…

Amma artıq ağıl verməyə, “arabesk” ab-havası qondarmağa cəhd edirsən, bak, bu olmuyor işte…

Bizdə belə şeylər “yeyilməz”. Bizim auditoriyanın emosional sinir ucları “istismara açıq deyil”, güzel kardeşim benim.

Bizə bizdən çox can yandırmayacağını deyib, neqativ toxumu səpməyəcəkdim araya, lakin sən tənqidçi müəlliflərə irad bildirirsən…

Gör biz heç sənə tamada deyirikmi? Yox.

Məsələn, bizim tanınmış idman jurnalisti sizə analoji senaridə qonaq gəlsəydi, heç vaxt, “…bu hədiyyələri də futbol federasiyamız adına gətirdim” deməzdi. Bizim jurnalistikamız tam ayrı üslubda, fərqli kriteriyadadır. Bizdə peşəkar jurnalist tərifi maddi qarşılıq müqabilində etmir, amma sizdə – o mühitə çox yaxşı bələdəm, ötən yazımda da vurğulamışdım, bu işlər maliyyə qarşılığında edilir və bu məsələ bizdəki kimi “ayıb” sayılmır. Bu və bu kimi irili-xırdalı çoxlu fərqlərimiz var, sən hələ bu “bazarın” daxilinə bələd olmamış sürətli giriş yapmısan. Abi, yapma ya…

Bilirik ki, Türkiyədə lirə dəyər itirir, kardeş ülke Azerbeycanda isə… lənət şeytana! Heç cür niyyətinizin çılpaqlığına varmaq istəmirəm.

Kardeşim, Karabağ savaşı, “44 gün”və s. emosional mövzular həssas yanaşma tələb edir. Burada doza aşılması qıcıq yarada bilər…

Ertem abi, gəlişin gözəldir, bilirik ki, bu il Türkiyədən xeyli bloqer və s. də gəldi və ilk dəfədir ki, “Qarabağ” haqda qardaş ölkədə geniş danışlır artıq.

Bəli, bilirik, bu il bu baxımdan fərqlilik var. Amma ciddi xərc də çəkilib də…

Heç vaxt “Qarabağ”dan bu qədər danışılmırdı oralarda. “Bayer”lə heç-heçə edib Avropaya səs salanda, “Atletiko” ilə eyni nəticəni göstərəndə Türkiyə televiziyalarında danışılmırdı (1-2 istisna).

Bəli, ötən yazımda da bildirdiyim kimi, oranın öz şərtləri/qaydaları var, buranın öz qaydaları.

Paralı konuşmalar problem deyil, aşırı olması problem, güzel kardeşim. Anladın sen ne söylemek istediyimi…

Gəl-get, işini gör, pulunu qazan, gözəldir, rəng/dinamika qatırsan.

Bunlar əladı, çox gözəldir. Biz səni əzizimiz kimi qarşılayarıq da, yola da salarıq.

Lakin ağıl verməyə, “elə etməyin, belə edin” deməyə girişmə. İstənilən girişmələrə açıq ola bilərsən bəlkə də, amma buna yok artık…

Burda nəyi necə etməyi bilib, “Qarabağ”ı buralaradək ÇIXARANLAR var. Var bir bildiyimiz…

Barış Manço səmimiyyəti, Erkin Koray ustalığı, Cem Karaca məsumiyyəti, Edip Akbayram saflığında gəlin…

Güzel günler göreceyiz… Ceviz ağacı altında, Gülhane parkında!

Elçin Cəlilov

Malalama…

12 December 2025 at 08:04

“Qarabağ”ın “Ayaks”a məğlubiyyətinə (2:4) səbəb olan detalları azarkeşcəsinə qabartmaq niyə təəssübkeşlərin acığına gəldi ki?

Dünən ölkə gündəmi: “Qarabağ” – “Ayaks” 2:4, Qurban Qurbanovun əvəzetmələrindən sonra buraxılan qollar, Nəriman Axundzadənin fürsətləri boşa verməsi və s. idi.

Dünyada ən gözlənilən şeylərdən biri azarkeşin məğlubiyyətdə günahkar axtarmasıdır. Hər dəfə belə hal olanda “təəssübkeşlər” oyanır, vəcdə gəlir, naftalin qoxulu dramalar ətrafda uçuşur…

Azarkeşdən nə istəyirsiz ki?!

Şırhaşır yağışda, heç də ucuz olmayan bileti alıb stadiona gələn azarkeş üstün olduğu oyundan məğlub ayrılan komandanı qınamasın?!

Sizin ağlınız çaşıb?

Ən uzağı, “…belə canıyanansızsa, ölkə çempionatının oyunlarına gəlin də!” deyib, qınaya bilərdik, onu da hər kiçik fürsətdə belə azarkeşin başına qaxınc etmişik də, indi nə istəyirsiniz ki?

“Ayaks”dır eee bu…!

Baho! Nə edək, udmayaq?!

12 ildir avrokuboklarda oynayan,cari mövsüm 7 xal (!) toplayan “Qarabağ”dır bu! Sıfır xallı rəqibdən 4 qol yeməsinə qıçından bəraət uydursun azarkeş?

“Qarabağ”ın özü özünü heç bu qədər müdafiə etməzdi ki, siz bunu edirsiniz…

Nərimanı göylərə qaldıran və dəfələrlə ona dəstək verənlər sırasında biz də olmuşuq. Amma bir zəhmət, Nəriman da meydana çıxanda hücumçunun etməli olduğu təməl davranışları göstərsin.

Hələ bəziləri lap dramanın şitini-şorunu çıxarıb. Ah.. gəncdir, eləməyin belə, psixologiyası pozulur…

Dünya futbolunda 21 yaşlı gənc olmur, olsa da, Nəriman kimi ləng olmur. “Ayaks”ın meydana buraxdığı 17 yaşlıdır gənc. Nəriman və digər yerli oyunçular ondan refleksin nə olduğunu öyrənsin, sonrasına baxarıq…

İdmançının psixoloji həssaslığı 1-2-3 oyun olar. Bərpa olunmursa, ya klub onu bu vəziyyətdən çıxara bilmir, ya da “qabında yoxdur”.

ÇL psixoloji həssaslıqdan çıxmaq üçün reabilitasiya meydanı deyil, ən hazırlıqlıların meydanda çıxdığı və nəticə üçün bacarıqlarını ortaya qoyduğu yerdir. Nərimanın builki ÇL oyunlarında ortaya nəsə qoyduğunu görmürük, üstəlik, rabitəsiz hərəkətlər, laqeyd “rolu” ilə əsəbləri gərir.

Bəllidir, bu işdə məqsədli və “hype” toplamaq üçün tənqid/tərif qondaranlar da var. Onları öz dünyalarında rahat buraxıb, ciddi söhbətə qayıdaq; yoldaşlar, “Qarabağ”ın, Qurbanovun, Nərimanın müdafiə edilməyinə nə ehtiyac var?! Məgər onlara qarayaxma, hücummu var?

Azarkeş – hirsini çıxardır.
Tənqid edən müəlliflər – olmalı olanı edir.

Kimsə sarsaq tərzdə danışırsa, özünü azarkeş kimi təqdim edib, “ağıl verirsə”, bu sarsaqların üzərindən niyə AZARKEŞLƏRİN üzərinə gedilir ki?

Ümumiyyətlə, siz niyə vurnuxursunuz? Nədir məğlubiyyətə görə tənqidlərin olmasına görə narahat olmağınızın səbəbi?!

“Neftçi” ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksələndə, “Qəbələ” iki dəfə bu nəticəni təkrarlayanda uğursuz nəticələrə uğrayarkən nə azarkeş, nə media sərt tənqid etməmişdi. Məntiq vardı: çünki bu yolda kövrək addımlarımız idi…

“Qarabağ” isə, təkrar qeyd edirəm, 12 ildir bu yolu gedir! Bu, postsovet ölkələri içində ən yaxşı nəticədir! Bilirsinizmi bu həm də nə boyda bir təcrübə deməkdir?

İndi bu boyda təcrübənin hesabda və oyunda üstün olduğu qarşılaşmada uduzması və bunun sırf əvəzetmələrdən sonra baş verməsi qıcıq yaratmasın?!

Qurbanovun, “…oyundan razı qaldım” ifadəsinin hər məğlubiyyətdən sonra işlənməsi ilk dəfə bu oyundan sonra emosiya partlayışına səbəb oldu. İnsanlar belə vəziyyətdə bu sözləri eşitmək istəmədi, reaksiya verdi. Və tam haqlıdılar.

Hər şeyin bir tərzi, əndazəsi var.

“Qarabağ”ın (və digər bir neçə klub da) oyunçuları mediaya qapadılıblar, şablon açıqlamalara da göz yumuruq; təki ən yaxşımız olan bu komanda elə də davam etsin, quru xəbər də yazsaq, bəsimizdir – deyirik, lakin bu qədər də yox.

2:1 üstün olduğun oyunda 15 dəqiqə ərzində 2:4 məğlub duruma düşmək, sonra, “oyundan razı qaldım” sözlərini eşitmək xoş deyil, güzəşti də yoxdur/olmamalıdır. Bunu uğurlarına görə büdrəmələrinə həlim yanaşdığımız “Qarabağ”ın (lazım olarsa) müdafiəsinə belə dəfələrlə qalxdığımızı xatırladaraq qeyd edirəm: bu dəfə müdafiəlik yer yox idi. Daha uğursuzluq olarkən, “Qarabağ” belə bir çempionatda oynayır ee, neyləsin ee” kimi arxaik bəraətlərə də yer yoxdur.

Elçin Cəlilov

“Məğlubiyyət o demək deyil ki, şanslar qalmayıb” – Diniyev

11 December 2025 at 19:30

“QarabağÇempionlar Liqasının VI turunda Bakıda “Ayaks”a uduzub – 2:4.

Millinin sabiq məşqçisi Şahin Diniyev “Futbolpress.az“a açıqlamasında oyunu dəyərləndirdi:

“Hamı kimi məyusam. “Qarabağ” üçün yaxşı şans var idi. “Ayaks”ı keçmək olardı, amma alınmadı. Lakin məğlubiyyət o demək deyil ki, şanslar qalmayıb. Düzdür, bu oyunda qələbə olsaydı, indi fərqli şeylərdən danışardıq. “Ayaks”ın əsas oyunçuları olmasa da, gəncləri özlərini sübut etmək istəyirdi. “Ayaks”da oyunçuların kimliyinin fərqi yoxdur”.

Mütəxəssis “atlılar”ın son dəqiqələrdə üstünlüyü əldən verməsinə toxundu:

“Qarabağ” 70-80 dəqiqə yaxşı oynadı. Təəssüf ki, son dəqiqələrdə üstünlük əldən verildi. Təəssüflənirik, amma nəzərə alaq ki, “Qarabağ” yaxşı işlər görüb. Çempionlar Liqasında 7 xal toplamaq asan iş deyil. Həm də şanslar hələ də davam edir”.

Məğlubiyyətə görə ən çox tənqid edilən Nəriman Axundzadədir. İkinci hissədə meydana daxil olan, lakin oyuna qoşula bilməyən hücumçu ardıcıl top itkilərinə yol verdi. Diniyev Nərimanın oyunundan da söz açdı:

“Məğlubiyyətə səbəb əvəzetmə deyil. Belə olduğunu düşünmürəm. Sadəcə meydança ağır idi, “Qarabağ” da çox güc sərf etmişdi. “Ayaks”ın gənc heyəti var, onların dinamikliyi və sürəti artırması təzyiq yaratdı. “Qarabağ”ın belə yorğunluğu gözlənilən idi”.

Şahin Cəfərov

“Qurban Qurbanov hər zaman futbolçularının arxasında durur”

11 December 2025 at 16:15

“Qarabağ” Çempionlar Liqasının VI turunda “Ayaks”a uduzub – 2:4.

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:

“Nə demək olar… Üzücü oldu. “Qarabağın məğlubiyyətinə görə məyusuq. Oyundan əvvəl də görünən o idi ki, xalı olmasa da, bu, “Ayaks”dır. Tarixi, ənənəsi var. Çətin oyun olacağını bilirdik. “Qarabağ” oyuna yaxşı başladı, hesabda da irəli çıxdı, hücumlar etməyə davam etdi. 2:1-dən sonra da qol vurmaq istəyirdilər. Böyük qüvvə ilə irəli atıldılar vəAyaksəks-hücumlardan fərqləndi”.

Mütəxəssis “Qarabağ”ın pley-off şanslarının davam etdiyini bildirdi:

“Şanslar davam edir, irəli pozitiv baxmalıyıq. “Qarabağın göstərdiyi oyun fəxredicidir. Əvvəl Çempionlar Liqasına düşməyi arzu edirdik, indi isə qazandığı xallara görə pley-off arzulayırıq. Bu, istəkdir. Amma reallığa baxaq, rəqiblərin büdcəsi, şəraiti, gücü ortadadır. Bunlar fonunda belə “Qarabağ” Azərbaycanı layiqincə təmsil edir. Qarşıda iki oyun var. Hələ heç nə bitməyib. Şanslar davam edir”.

Mütəxəssis oyunun ikinci hissəsində meydana daxil olan, lakin uğursuz çıxışı ilə tənqidlərə səbəb olan Nəriman Axundzadə haqda danışdı:

“Bu məsələyə məşqçi prizmasından yanaşmaq lazımdır. Düzdür, azarkeşlərin fikirlərinə hörmətlə yanaşmalıyıq. Amma baxaq, Qurban Qurbanovun əlində ikinci hücumçu kimi tək Nəriman var. O, çempionatda da mütəmadi oynayır, qollar vurur. Bəs bu zaman nə deyək? Futboldur, ilk növbədə hər şey oyunçudan asılıdır. O, özünü fərdi şəkildə oyuna hazırlamalıdır. Məşqçi nəyisə dəyişmək, hücumu gücləndirmək istəyir. Lakin oyunçuda alınmırsa, məşqçi buna nə edə bilər? Futbolda belə hallar olur. Qurban Qurbanov hər zaman futbolçularının arxasında durur. Neçə illərdir, belə situasiyalar olur. Enişlər olsa da, Qurbanov futbolçularının arxasındadır. Çalışır ki, onları belə vəziyyətdən çıxara. Məsələyə neqativ yanaşmaq asandır. Məsələ pozitiv düşünmək, daha yaxşı olmaq üçün çalışmaqdır”.

Şahin Cəfərov

Təxirə salınan oyunun müəmmalı taleyi

11 December 2025 at 13:50

Premyer Liqanın XIV turunun “Qəbələ” – “Turan Tovuz” oyunu (08.12.2025) qatı duman səbəbindən 23-cü dəqiqədən dayandırılıb. Daha sonra Peşəkar Futbol Liqası (PFL) oyunun keçirilməsinin mümkün olmadığını bildirərək, matçı təxirə salıb.

Əsasnaməyə görə, başlayan, ancaq yarımçıq dayandırılan oyun ən geci bir gün sonra baş tutmalıdır.

Lakin Qəbələdəki matçın keçirilmə vaxtı açıqlanmayıb və qeyri-müəyyən durum hökm sürür. Duman kimi fors-major hallarda bəs hansı qayda tətbiq edilir?

Oyunun baş tutmama səbəbinin əsasları ilə bağlı hər iki kluba müraciət etdik:

“Qəbələ” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli: “Növbəti gün iki oyun var idi. Buna görə VAR və canlı yayım olmayacaqdı. Çünki “CBC Sport”un maşınları Bakıya qayıtmalı idi. Klublar da VAR-sız və canlı yayımsız oynamaq istəmədiyi üçün məsələ belə oldu”.

“Turan Tovuz” klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev: “Səhəri Premyer Liqanın 2 oyunu var idi. Hər şey öncədın planlaşdırılır – VAR, canlı yayım və sairə. Həm VAR, həm də “CBC Sport” oyunlardan xeyli öncə təyin olunan yerdə olmalıdırlar”.

PFL təfsil açıqlama verməyib, təxirəsalmanın detalları bilinmir. Bu da haqlı şübhələrə, suallara şərait yaradır.

Güman edilir ki, “CBC Sport”un PTS-i və VAR sistemi Bakıya qayıtdığından ertəsi gün oyunu davam etdirmək mümkün olmayıb.

Əsasnamə pozuntusudur və maraqlıdır ki, məsələ nə geniş müzakirə olunur, nə aydınlıq verilir.

Xatırladaq ki, 2023/2024 mövsümündə, 2023-cü ilin dekabrında “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu Tovuz stadionunda işıq dirəyinin aşması səbəbindən 81-ci dəqiqədə yarımçıq dayanmış, fors-major hal olsa da, növbəti gün oyun VAR və canlı yayım olmadan qaldığı yerdən davam etdirilmişdi. Matçdan sonra isə hər iki klubun baş məşqçiləri analoji durumdan narazılığını bildirmişdi. Bəlkə bu “təcrübədən” çəkindiyinə, əlavə söz-söhbət istəmədiyinə görə PFL ertəsi oyunun davam etməsinə göstəriş verməyib. “Bəlkələr” çoxdur, izah isə yoxdur.

PFL-in bu mövzuda mövqeyini öyrənməyə çalışırıq…

Şahin Cəfərov

“Qarabağ”dan darmadağın, “Kəpəz”dən çətin qələbə

14 December 2025 at 19:23

Dünən Azərbaycan Premyer Liqasında 15-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olub.

Hər iki oyun bölgələrdə keçirilib. Əvvəlcə “Şamaxı” doğma publika önündə “Zirə”ni qəbul edib. Ayxan Abbasovun komandası bu görüşda iddialı rəqibinə qalib gəlməyi bacarıb.

Günün son matçı Tovuzda baş tutub. Kurban Berdıyevin komandası “Sabah”la üz-üzə gəlib. Oyun paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb.

Bu gün daha iki oyun olub. Əvvəlcə “Kəpəz” Yevlaxda “Qəbələ” ilə qarşılaşıb. Qonaqların ilk hissədən azlıqda qaldığı matçda sonda qələbəyə sevinən Gəncə təmsilçisi olub.

“Qarabağ” isə bu tur “Araz-Naxçıvan”la görüşüb. Ağdam təmsilçisi rəqibini böyük hesabla yenib.

Turun qalan oyunları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası, 15-ci tur

13 dekabr

Şamaxı – Zirə 2:1
Qol: Msanqa, 54. Karim Rossi, 61-pen – Papunaşvili, 8.
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 33. Əkbər Eyubov, 43. Əhliman Süleymanzadə, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Turan Tovuz – Sabah 1:3
Qollar: Filip Ozobiç, 82 – Coy Lens Mikels, 31. Velko Simiç, 68. Umarali Rahmonaliyev, 79.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu

Turan Tovuz: 1. Oleq Baklov, 10. Xəyal Nəcəfov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov
Baş məşqçi: Kurban Berdiyev

Sabah: 92. Stas Pokatilov (k), 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev, 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmiro, 6. Abdulax Xaybulaev, 89. Cəfər Muxtarov, 11. Kahim Parris, 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas

14 dekabr

Kəpəz – Qəbələ 1:0
Qol:
Ohori, 54.
Qırmızı vərəqə: Sanqare, 38 (“Qəbələ”)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu

Kəpəz: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu 
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 72. Nizami Səmədov 9. Luis Paçu 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov 

Qəbələ: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 27. Eşqin Əhmədov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Tsxadadze 

Qarabağ – Araz-Naxçıvan 5:1
Qollar: Toral Bayramov, 30; 90+5-pen. Nəriman Axundzadə, 41. Xoni Montiel, 57-pen. Leandro Andrade, 72 – Ramon Maçado, 76-pen.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Azərsun Arena”

Qarabağ: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 17. Kamilo Duran 
Baş məşqçi: Qurban Qurbanov

Araz-Naxçıvan: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 8. Coşqun Diniyev 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli 
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Qara Qarayev 5. Slavik Alxasov 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev 

15 dekabr

14:00. İmişli – Karvan-Yevlax
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu

19:00. Neftçi – Sumqayıt
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Palms Sports Arena”

The post “Qarabağ”dan darmadağın, “Kəpəz”dən çətin qələbə appeared first on Komanda.az.

Qələbə gözləməyək?

11 December 2025 at 12:00

Hər kəsin qələbə gözlədiyi anda gələn məğlubiyyət “Qarabağa turnir cədvəlində mövqe, həm də psixoloji olaraq neqativ təsirlərini göstərəcək. İki dəfə önə keçilməsinə baxmayaraq, son dəqiqələrdə ardıcıl qollar buraxmaq yaraşmadı.

Nəriman Axundzadənin oyuna daxil olması ilə dəyişən oyun, azalan pressinq, rəqibin ustalığı və s. bunlar ayrı mövzudur. Lakin matçın ilk hissəsində 2-3 ötürmə ilə “Qarabağ” qapısına yaxınlaşan “Ayaks” asan olmayacağını əvvəldən göstərmişdi.

İllərdir, “Qarabağüçün əvvəldən rahat hesab edilən oyunlar demək olar, məğlubiyyətlə başa çatıb. Bəlkə, 1-2 dəfə heç-heçə ola, ya yox. Bu il Ferentsvaroş“a səfərdə iki fərqlə qalib gəldikdən sonra da Bakıda rahat nəticə proqnozlaşdırılırdı. Lakin bəlkə də, bu mövsümün ən çətin, dramatik oyunlarından biri macarlara qarşı evdə olmuşdu. 2:3 hesablı məğlubiyyət və Çempionlar Liqasına alınan çətin bilet.

Bu dəfə isəAyaks“. Ağır mövsüm keçirən, liqada liderdən uzaq düşən, Çempionlar Liqasında xal qazana bilməyən amsterdamlılar “Qarabağın rəqibləri arasında bəlkə də, ən rahatı hesab edilirdi. Baş məşqçi postu da müvəqqəti birinə tapşırılan “narıncılar”ın burda qələbə qazanmasına inanan kəsim çox az idi. Hər kəs qələbəyə köklənmiş, pley-off yolu gözləyirdi… Lakin keçmişə baxsaq, “Qarabağ”ın yaxşı futbolu, yaxşı nəticələri məhz favorit olmadığı, meydana rahat çıxdığı matçlarda olub. 

Niderland klubuna oyunun taleyini həll etmək üçün 10 dəqiqə kifayət etdi. Əvvəlcə bərabərlik qolunu vurdular, daha sonra əks-hücumlardan fərqləndilər. Bakıda “Çelsi“dən xal al, “Ayaks”a uduz… SəfərdəBenfika”dan üç xal al, Bakıda “Ayaks”a uduz… Belə bir məqamda motivasiya məsələsi də üzə çıxır. Oyunçular çox arxayın idimi? Nəyin rahatlığı, nəyin gətirdiyi qələbə gözləntisi idi?

Nərimanın oyuna daxil olması ilə hücumda problemlər artdı. Amma əvəzləməyə qədər qaçırılan şansları kimə yazmaq olar? Zubirin real epizodda ləng qərar verməsi, bundan öncə bir dəfə təkbətəki vura bilməməsi və s. Tək Zubirlə deyil, rəqibin ikinci qoluna qədər kifayət qədər epizodlar qaçırıldı. Çempionlar Liqasınəhənglər”in yeridir. Sən 10 epizod qaçır, onlar birində səni cəzalandırar. Məhz belə də oldu, “Qarabağ” nizamlı qurulan hücumlardan fərqlənə bilmədi, “Ayaks” kortəbii futbol və son dəqiqələrdəki əks-hücumlar hesabına Bakıdan üç xalla döndü və pley-off ümidlərini saxladı.

Bizim ümidimiz? Var, amma daha çətindir. Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna qalib gəlmək, səfərdəLiverpul”dan azı bir xal almaq müşkül məsələyə oxşayır.

Şahin Cəfərov

Azarkeş də uduzdu

11 December 2025 at 10:09

“Qarabağ” – “Ayaks” (2:4) oyununa 1400 niderlandlı gəlmişdi. Cari ÇL mövsümünün ən pis nəticələrinə uğramış “Ayaks”ı 3800 km. uzaqda dəstəkləməyə o qədər azarkeş gəlmişdi. Bəli, azarkeş…

Hansı ki, “Qarabağ”ın avrokubok oyununa 30.000 baxmağa (!) gəlir, ölkə çempionatı oyununa isə ən çox 300.

…Və o 1400 nəfər 30 min yerli azarkeşdən daha kompakt, daha gurultulu idi. Susdurdu…

Azarkeşlərimiz “Qarabağ”ı möhkəm qınayır, hətta Qurban Qurbanovu tənqid atəşinə tutub əvəzetmələrində, taktikasında səhv axtarırlar.

Ancaq dünən meydanda uduzan həm də azarkeşimiz idi. Biz nəyisə hamılıqla düz etmirik, yoldaşlar…

Kamil Əhməd

Zərərli israr və ya uduzanda razı olmayaq

11 December 2025 at 08:01

Milyard il də olsa, Qurban Qurbanovu qınayanlardan müdafiə edərəm, amma cəmi iki məsələyə görə yox:

•⁠ ⁠Uduzduğumuz oyundan “razı qalması”
•⁠ ⁠⁠Bəzən hansısa futbolçunun lehinə inad etməsi

İllərdir Qurban müəllimi detallı izləyirəm, araşdırıram. Onda bu iki məsələdə inadkarlıq heç yaxşı hal deyil.

İlk dəfədir bunu qeyd edirəm, əvvəllər onun əziz xətrinə görə toxunmurdum.

Qurbanov nadir şəxsiyyətdir ki, Azərbaycan futboluna XİDMƏT edib. O, bizimçün mənəvi anlamda toxunulmazdır. Ondan öyrənməliyik və yeni-yeni ideyalarının gerçəkləşməsinə/icrasına meydan verməliyik.

Ancaq bütün bu pozitivlərin ucaltdığı bu şəxsiyyətin tənqid olunmalı məqamını da artıq qeyd etmək VACİBDİR.

Bəzən legionerə, bəzən yerli oyunçuya görə – inad edib, ona inanılmaz dərəcədə dəstək verib, şans tanıyıb. Olan olub, keçən keçib – lakin indi biz yüksəlişdə/öyrənməkdə olan “Qarabağ”dan deyil, 12 ildir sərasər avrokuboklarda çıxış edən klubdan danışırıqsa, artıq baxış bucağında dəyişikliyə ehtiyac var.

***

“Qarabağ” klub olaraq cari ÇL mövsümünə xəsis yanaşdı. Xəsis deyilsə, onda qeyri-ciddi…

Belə olmur…

***

Nəriman dünya futbol təfəkkürünə görə gənc sayılmır. Bu yaşda futbolçu ustalığa namizəd/usta olur. Ancaq bu növcavan hər formada göstərir ki, ona ümid bəsləmək əbəsdir.

Gəncdir, hələ öyrənəcək?! Artıracaqsa belə, bu eksperiment “Qarabağ”da olmamalıdır.

Andrade kimi top saxlama, müdafiə-hücum fazasında dinamik balans yaratma, pressinq kimi keyfiyyətləri olan futbolçunu çıxarıb, yerinə Nərimanı salmaq irəlidə olduğumuz oyunu uduzmağa səbəb olan əsas qərar idi.

Nəriman pressinqdə yoxdur, top qəbulunda həvəskar səhvlər edir, meydanda yerini belə doğru təyin edə bilmir.

Və bu oyunçu iki ildir ki belədir…

“Çelsi” ilə dominant oynayarkən əvəzetmələrdən sonra “sındıq” və qələbəni əldən verdik, “Ayaks”a qarşı da hərtərəfli üstünlük yaratmışkən edilən əvəzetmələr bizdə eniş, rəqibdə yüksəliş yaradırsa… barı oyundan “razı qalmayaq”, Qurban müəllim.

Elçin Cəlilov

Qurban Qurbanov: “Çox geridə qalmışıq”

11 December 2025 at 00:33

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının VI turunda “Ayaks”a uduzduqları görüşdən (2:4) sonra jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Rəqibi təbrik etmək istəyirəm. Oyunsonrası baş məşqçiləri öz oyunçuları tərəfə getdi, görüşə bilmədik. Oyuna gəlincə, futbolçulardan razı qaldım. Son dönəmlərdə belə dinamik, sürətli oyun nadir hallarda olur. Sadəcə bu cür komandalar səhvləri bağışlamır və əllərinə düşən imkanları maksimum dəyərləndirirlər. Bura Çempionlar Liqasıdır, istənilən nəticəni gözləmək lazımdır. “Ayaks”da əvvəlki oyunlarda alınmayanlar bu oyunda alındı. Bundan öncə məğlub olmalarına baxmayaraq, yaxşı oynamışdılar. Hər bir halda, futbolçulardan razı qaldım. Döyüşərək məğlub olduq. Bu gün bərabərlik haqda düşünmürdük. Futbolçular qələbə ruhunu vermişdi. Sona kimi hücumda daha çox olduq. Azarkeşlərimizə də təşəkkür edirəm. Bu gün futbol bayramı idi, sadəcə qələbə çatmadı.

– Qələbə istəyirdiz və öndə olduğunuz anlarda əks-hücumlardan qol buraxdınız…
– Hazırlığımız necədirsə, sona kimi saxlamaq istəyirik. Belə böyük oyunlarda gücümüzü sona qədər sınamalıyıq. Qol vurandan sonra geri çəkilmək düzgün olmazdı. “Ayaks” topla çox yaxşı davranmağı bacarır. Riskə getdik, rəqibə pressinq etdik. Bizim qol epizodlarımız daha çox olub. Nədən razı qaldım? Demək olar, bir günün içində oyuna hazırlaşdıq. Rəqibə uyğun hazırlıqlarımız oldu.

– “Bu cür komandalar səhvləri bağışlamır” dediniz. Hansı səhvləri nəzərdə tutursunuz?
– İlk iki qol uzaqdan vurulan zərbələr idi. Diqqətsizlik yaranmışdı. 3 və 4-cü qol da əks-hücumda yaxalandıq. Hücuma çıxanda toplar itirdik. Oyunun sonlarında Elvin Cəfərquliyev sol cinahda daha diqqətli olmalı idi. Bizim cinah müdafiəçilərimiz hücumda daha aktiv çıxış edir. Sona yaxın futbolçularda yorğunluq var idi. Bəlkə də, həmin epizodlarda sürətdə uduzduq.

– Oyunun qırılma anı Zubirin 2:1 öndə olduğunuz anda yaxşı imkanı qaçırması idi?
– Çoxlu şanslarımız oldu. Saymaq olar, amma artıq gecdir. Qırılma anı demək üçün gecdir. Epizodlardan rəqib daha yaxşı istifadə etdi.

– Oyuna sonradan daxil olanlardan razı qaldınız? Xüsusilə, Nəriman…
– Tam razı qaldım deməzdim. Daha yaxşı oynaya bilərdilər. Sürəti artırmaq istəyirdik. Dəqiq olsaydılar, məncə, fərqli olardı. İlk dəfə deyil, bu baş verir. Bu gün alınmadı.

– Nərimanın oyunu ilə bağlı narazılıq var. Azarkeşlər deyir ki, o oyuna daxil olandan sonra hücumda ləngimələr olur.
– Nərimanla bağlı nə qədər vaxtdır, müzakirələr gedir. Özüm bilmirəm Nəriman haqda nə deyim. Nəsə fikir bildirsəm, azarkeşə qarşı çıxmış olaram. Nəriman daha yaxşı oynaya bilərdi. Dəfələrlə futbolçularımın yanında olmuşam, bu gün də. Oyunun əvvəlindən çox güc sərf etdik. Azarkeşlərin narazılığı ilə bağlı hansısa fikir bildirmək istəmirəm. Sadəcə Nəriman daha yaxşı oynaya bilərdi.

– Hava şəraiti oyuna necə təsir etdi?
– Ağır idi. Amma indi nəsə fikir bildirsəm, düzgün çıxmaz. Oyun bitib. Hər iki komanda üçün şərtlər eyni idi. Avropadan gələn komandalar ilboyu bu rejimdə, tempdə oynayırlar. Bu gün çox istəkli olmağımız bəlkə də, bizi yordu. Oyuna kənardan baxanda həzz alırdım. 90 dəqiqə dayanma, ləngimə oldu. Meydanda sürət, mübarizə var idi. Bugünkü matç son dönəmlərin ən yaxşı üç oyunundan biri idi. Xeyli sayda qol epizodları, qollar oldu.

– “Ayntraxt”la oyundan öncə çempionatda bir aylıq fasilə olacaq. Amma Almaniyada liqa davam edəcək. Bu, komandaya mənfi təsir edə bilər?
– Olar. Çünki onlar daha hazır olacaqlar. Hər bir halda, başqa yolumuz yoxdur, maksimum çalışmalıyıq. Bəzi yoldaşlıq oyunları keçirməyi planlaşdırırıq. Qarşıda çempionat matçlarımız var. Köklənmək psixoloji baxımdan asan olmayacaq.

– Pley-off şanslarınızı necə dəyərləndirirsiniz?
– Futbolçular məğlubiyyətə görə məyusdur. Onlar da şansdan maksimum istifadə etməyə çalışdılar. Paltardəyişmə otağında da kefsiz olduqlarını gördük. Onları qaytarmaq üçün vaxtımız olacaq. Şansımız varsa, maksimum istifadə etməyə çalışacağıq.

– U-19 komandası Gənclər Liqasında 6 oyuna xal toplaya bilmədi və böyükhesabla uduzdu. Bu haqda fikirlərinizi bilmək istəyirdim. O kollektivdən hansısa oyunçunun əsas komandaya gəlmək ehtimalı var?
– Azərbaycan futbolunun yaralı yeridir. Bu gün 19 yaşlılarımızda fərq bu qədər hiss olunursa, 4-5 il sonra bu komanda hansı səviyyədə olacaq, maraqlıdır. Bu, bizim üçün böyük təhlükədir. Bəlkə, kənardan nəticələrimiz, vuruşmağımız bizi aldadır. Gələcəyə baxsaq, futbolumuzdakı fərqlər böyüyə-böyüyə gedir. Sonu necə olacaq, bilmirəm. “Qarabağ” olaraq mütləq şəraitimizi yaxşılaşdırmalı, daha diqqətli olmalıyıq. Həm də 19 yaşlılarımızın çox 17, 18 yaşlı oyunçular idi, ilk dəfədir belə turnirdə iştirak edirlər. Rəqiblər böyüyə-böyüyə gəlirlər. Bu gün biz Çempionlar Liqasında oynayırıqsa, onlar 17 yaşlarından başlayır belə turnirlərdə oynamağa. Onların şəraitindən isə danışmağa dəyməz. Avropada uşaq futbolu deyəndə ağıla gələn ilk komanda “Ayaks”dır. Onların şəraitindən danışılası deyil. Onların şəraiti Azərbaycan futbolunun şəraitindən üstündür. Özüm də bir neçə klubda, akademiyada olmuşam. Onlarla biz yan-yana qoyulası deyilik. Fərq çox böyükdür.

– Azərbaycanda futbolunda üzdə olan əsas iki simadan birisiniz. Gələcəyə ümid yoxdur?
– Ümidsiz olacağıqsa, futboldan uzaqlaşmalıyıq. Çalışıb, onlarla ayaqlaşmalıyıq. Bu gün klub olaraq onlara qarşı mübarizə apara bilirik. Elə səviyyədə olan komandalardır ki… Bu gün futbol elə səviyyədədir ki, istənilən komanda digərinə qalib gəlmək gücündədir. Finallarda belə böyükhesablı nəticələr olur. Çox geridə qalmışıq. Onlar gələcəyə böyük yatırımlar edirlər. Hər bir halda, pozitiv olmalıyıq.

Şahin Cəfərov

Qəbələdə oyun təxirə getdi, “Sabah” “Neftçi”yə qarşı – Yenilənir

8 December 2025 at 18:48

Misli Premyer Liqasında 14-cü tur davam edir.

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda “Qəbələ” “Turan Tovuz”u qəbul edib. Görüş dumanlı hava şəraitinə görə təxirə salınıb.

Günün digər matçında “Neftçi” “Sabah”ın qonağı olacaq. Sıralamada “Sabah” 25 xalla 3-cü, “Neftçi” isə 16 xalla 8-ci pillədə qərarlaşır.

Bu turun son 2 görüşü sabah keçiriləcək. 

Misli Premyer Liqası, 14-cü tur

8 dekabr (bazar ertəsi)

17:00. “Qəbələ” – “Turan Tovuz” – 0:0 
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov 
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Qəbələ şəhər stadionu

20:00. “Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
“Bank Respublika Arena”

“Şamaxı” “Karvan-Yevlax”ı məğlub etdi – YENİLƏNİB 

7 December 2025 at 15:49

Bu gün Misli Premyer Liqasında 14-cü turun daha bir oyunu keçirilib.

İdmanxeber.az xəbər verir ki, “Karvan-Yevlax” “Şamaxı”nı qəbul edib. Görüş qonaqların böyükhesablı qələbəsilə başa çatıb – 3:0.

Misli Premyer Liqası

XIV tur

7 dekabr

14:00 “Karvan-Yevlax”- “Şamaxı” 0:3

Qollar: Oruc Məmmədov, 59arim Rossi, 70, Dioqo Balau, 82
Baş hakim: Cavid Cəlilov
Yevlax şəhər stadionu

Azərbaycan kuboku: “Sumqayıt”, “Qəbələ” və “Kəpəz” növbəti mərhələdə – YENİLƏNİB

4 December 2025 at 21:37

Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinə yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, son oyun günündə üç qarşılaşma keçiriləcək.

Əvvəlcə “Qəbələ” 1-ci liqanın hazırkı lideri “Şəfa”nı qəbul edib. Qarşılaşma ev sahibinin qələbəsilə başa çatıb -2:1.

Günün digər matçında isə “Sumqayıt” “Difai”ni mübarizədən kənarlaşdırıb – 3:1.

“Araz-Naxçıvan” – “Kəpəz” matçının əsas vaxtında hesab açılmadığı üçün görüşdə əlavə vaxt oynanılıb. Gəncə təmsilçisi 115-ci dəqiqədə vurduğu qolla növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Azərbaycan kubokunda 1/8 final mərhələsi bir oyundan ibarətdir.

4 dekabr

Azərbaycan Kuboku

1/8 final

15:00. “Qəbələ” – “Şəfa” – 2:1 

Qollar: İbrahim Sanqare, 2 (1:0), 52 (2:1) Emin Zamanov, 5 (1:1)

Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.

Qəbələ şəhər stadionu

19:00. “Araz-Naxçıvan” – “Kəpəz” 0:1

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Kamranbəy Rəhimov.

“Liv Bona Dea Arena”

19:00. “Difai” – “Sumqayıt” 1:3

Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

“Premyer Liqaya yüksəlsək, orada da avrokuboklar uğrunda mübarizə aparacağıq” – Kənan Sadıqlı

4 December 2025 at 12:50

Azərbaycan I liqasında çıxış edən “Şəfa” klubunu öz himayəsinə götürən “MyGroup Holding”in Azərbaycan üzrə rəhbəri Kənan Sadıqlının İdmanxeber.az saytına müsahibəsi

Tam bir il bundan öncə “My Group” olaraq “Şəfa” futbol klubunu öz himayənizə götürdünüz. Artıq layihələrinizdən biri də futbol klubudur. Şirkət olaraq “Şəfa”dan gözləntilərinizi əldə edə bilmisinizmi?

Düşünürəm ki, bu günə kimi gözləntiləri əldə edə bilmişik. Biz klubu götürəndə əsas məqsədimiz II Liqada qalmaq idi. Liqada sonuncu pillələrdə olan komanda həmin mövsüm bu işin öhdəsindən gəldi. Region Liqasına düşməkdən qurtulan kollektiv daha sonra iddialı duruma gətirildi və II Liqada ikinci pilləni tutaraq I Liqaya vəsiqə qazandı. Hazırda da I Liqada komanda turnir cədvəlinin zirvəsində qərarlaşıb və bugünkü durum bizi qane edir. Bizim əsas hədəfimiz I Liqanı qalib bitirib Premyer Liqaya vəsiqə qazanmaqdır.

“MyGroup”un tərkibində bir çox layihələr mövcuddur. Futbol layihənizi “Şəfa”nın timsalında uğurlu hesab etmək olarmı?

Prioritetinə görə, “Şəfa” layihələrimiz arasında ən öndə gedənidir. Holdinq olaraq bizim bu işə yanaşmamızın əsas səbəblərindən biri ölkə futboluna töhfə verməkdir. Yerli futbolçuların inkişafına xüsusi diqqət ayırmaq, milli komandalarımıza yeni futbolçular bəxş etmək, infrastruktur baxımından yeniliklər etmək layihəmizin əsas hissəsidir. Klubla bağlı hər şeyi, hər xırda detalı nəzarətdə saxlayırıq. Bizim həm də “MyWrestling” layihəmiz mövcuddur. Biz ölkə idmanına dəstək vermək istəyirik. Prezidentimiz İlham Əliyevin idmana olan qayğısı hamıya məlumdur. Məhz onun diqqəti və səyi nəticəsində Azərbaycanda idman sahəsi özünün intibah dövrünə qədəm qoydu. Bu gün dünyanın mötəbər idman yarışlarında ölkəmiz adına uğurlu nəticələr qeydə alınır. Biz də cənab Prezidentimizin bu uğurlu siyasətini layiqincə davam etdirmək istəyirik.

Açıqlamalarınızda yalnız yerli futbolçularla işləyəcəyinizi, onlara güvənəcəyinizi bildirmisiniz. Bu çox çətin prosesdir. Yəqin ki, fərqindəsiniz…

Təbii ki, fərqindəyik. Bizim əsas hədəfimiz yerli futbolçulara güvənməkdir. Bu gün I Liqada yeganə komandalardan biriyik ki, legionersiz çıxış edirik. Bizim heyətdə yalnız əslən azərbaycanlı futbolçular oynaya bilər. Perspektivli futbolçularımız var. Onları araşdırıb tapmaq lazımdır. Ölkə olaraq bizim insanlar hər sahədə uğurlu olmağı bacarıb. Niyə futbolda olmasın? Sadəcə buna inanmaq və sürətlə işləmək lazımdır. Zamanla hər şeyin yaxşılığa doğru dəyişdiyini görə biləcəyik. Tarixən bizim yaxşı futbolçularımız olub. Düzgün idarəetmə olsa, həmin istedadlı uşaqları tapmaq mümkün olacaq. Bu gün “Şəfa” olaraq əsas hədəflərimizdən biri də budur. Düzdür, Premyer Liqaya yüksəlsək, orada yalnız yerlilərlə oynamaq çox çətin olacaq. Lakin bunu kimsə bir formada etməlidir. Biz də bunu qarşımıza əsas hədəf kimi qoymuşuq.

Ölkə futbolunda sponsorlar himayəsinə götürdüyü klublardan nəticə tələb edirlər. Sizin sponsoru olduğunuz komandadan Premyer Liqaya yüksələcəyiniz təqdirdə nə tələbləriniz olacaq?

Biz hansı liqada iştirak etməyimizdən asılı olmayaraq, hədəfimiz yalnız yuxarı pillələrdir. Təbii ki, qismət olsa, Premyer Liqaya yüksəlsək, orada da avrokuboklar uğrunda mübarizə aparacağıq. Öz övladlarımızla bunu bacara bilərik. Gənc baş məşqçimiz və yaxşı heyətimiz var.

Baş məşqçi məsələsinə yaxşı toxundunuz. Elgiz Kərəmlinin dönəmində “Şəfa” bir ildən artıqdır ki, məğlubiyyət tanımır. Ümumiyyətlə, onun dönəmində komanda heç vaxt uduzmayıb. Səhv etmirəmsə, onu bu komandaya da siz gətirmisiniz. Premyer Liqaya yüksələcəyiniz təqdirdə onu da “Şəfa”nın başında görə biləcəyikmi?

Biz təkcə yerli futbolçulara deyil, həm də məşqçilərimizə inanırıq və onların inkişafına töhfə vermək istəyirik. Bu gün bizim baş məşqçimizin işinə klubdan heç kim müdaxilə etmir. Ona sərbəstlik verilib ki, işinin öhdəsindən gəlsin. Klub rəhbərliyi olaraq məşqçilərimizin yanındayıq. Tez-tez onlarla ünsiyyət qurur, problemləri varsa dinləyirik. Biz kənarda komandamızla bağlı deyilən söz-söhbətlərə fikir vermirik. Qısa müddətdə nəticə vermişik. Belə məqamda bizim barəmizdə həm pozitiv, həm də neqativ fikirlər səslənəcək. Biz yalnız işimizə köklənmişik.

“Qarabağ”ın bazasını ziyarət etmək imkanınız oldu. Bu görüşlərdə qazancınız nə oldu?

Biz ölkəmizi avrokuboklarda uğurla təmsil edən “Qarabağ”ı təkcə rəhbərlik səviyyəsində ziyarət etmədik. Məşqçilərimiz də təcrübə toplaması üçün Qurban Qurbanovun yanında oldular. Komandamızın fiziki hazırlıq üzrə məşqçisi bu gün də “Qarabağ”ın məşqlərində iştirak edir, təcrübə toplayır. “Qarabağ”ın keçdiyi uzun yolu biz daha sürətlə keçmək üçün onların təcrübəsindən yararlanmaq istəyirik. Bu gün onlarda idarəçilik yüksək səviyyədə olub ki, komanda bu yerlərə gəlib çıxıb. “Şəfa” olaraq biz də yaxşı nümunələrdən yararlanmaq, onların təcrübəsindən maksimum istifadə etmək niyyətindəyik. Bilirik ki, qısa zamanda nəticə əldə etmək olmur.

Bu gün “Şəfa”nın hər hansı bir maliyyə problemi varmı?

Yox, şükürlər olsun ki, yoxdur. Amma xərclərimiz də limitsiz deyil. Maliyyəni diqqətlə klubumuzun inkişafı üçün xərcləyirik.

Bir müddət mediada yeni stadion inşa edəcəyinizlə bağlı xəbərlər dolaşırdı. Bu məsələ qapanıbmı, yoxsa yenilik varmı?

Ölkəmizdə infrastruktur problemi var. Bunu yaxşı başa düşürük. Klub olaraq “ASK Arena” ilə bağlı müəyyən cəhdlər etdik, ancaq alınmadı. Stadion tikmək üçün ərazilər nəzərdən keçirildi, lakin yekun qərarımız artıq vermişik. Bu barədə yaxın günlərdə açıqlama verəcəyik. Gənclər və İdman Nazirliyinə də təşəkkür edirik ki, bizə belə bir şərait yaratdı.

“Şamaxı”, “Sabah” və “Qarabağ” növbəti mərhələdə – YENİLƏNİB

3 December 2025 at 21:09

Azərbaycan kubokunda 1/8 final mərhələsi davam edir.

İdmanxeber.az xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 3 oyundan biri başa çatıb.

“Şamaxı” evdə “Bakı Sportinq”lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Ayxan Abbasovun komandası . 1/4 finalda “Qarabağ” – “Karvan-Yevlax” matçının üstün olan tərəfi ilə qarşılaşacaq. 

Günün son matçında  “Qarabağ” “Karvan-Yevlax”ı qəbul edib. Qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir. Ötən gün “Turan Tovuz” və “Zirə” 1/4 finala adlayıblar.

 

Günün son matçında  “Qarabağ” “Karvan-Yevlax”ı qəbul edəcək.

Azərbaycan kuboku

1/8 final

3 dekabr

14:00. “Şamaxı” – “Bakı Sportinq” – 1:0 

Qol: Abdullahi Şuaybu, 69

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.

Şamaxı şəhər stadionu

14:00. “İmişli” – “Sabah” – 1:2 

Qollar: Coy-Lens Mikels, 59 (0:1), İbrahim Əliyev, 89-pen. (1:1), Kahim Parris, 96 (1:2)

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.

VAR: Fərid Hacıyev.

AVAR: Vüqar Həsənli.

Quba OİK stadionu

19:00. “Qarabağ” – “Karvan-Yevlax” 3:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.

VAR: Rəşad Əhmədov.

AVAR: Emin Əliyev.

“Azərsun Arena”

Pis vərdiş

3 December 2025 at 10:00

Azərbaycan kuboku da əldən çıxdı. “Neftçi” üçün bundan sonrası daha çətin keçəcək.

Söhbəti çox uzatmadan, sağa-sola çevirmədən belə başladıq yazıya. Ölkənin hər tərəfində həmən-həmən hər gün eşitdiyimiz “günü-gündən çətinləşir” narazılığı sanki bu klubun əyninə biçilib. Heç nə düzəlmir, heç nə dəyişmir.

Samir Abasovun ayağına çox şeyi yazdıq. Yaxşı da etdik. Son illərin ən yaxşı heyəti qurulmuşdu, komandada kifayət qədər səviyyəli futbolçular vardı. Amma II “Neftçi” dönəmini boş-boş danışmaqla keçirən mütəxəssis artıq yoxdu. Özü olmayan adamın arxasından da çox danışmazlar.

Ona görə də gəlirik var olub ortalıqda görünməyənlərə. Adı işdə gedib ay sonunda havayı maaş alanlara.

Hardasınız, bəylər? “Neftçi”yə cavabdeh kimsə varmı? Nə qədər belə olacaq? Nə qədər baş məşqçi, futbolçu dəyişəcək?

Elə “söndür-yandır”la olmur axı. Düzəlmir. Bəlkə bir başı çıxan, düzəldə bilən var. Alınmırsa, nə məcburdu? Özünüz hiss etmirsiniz?

Deyəsən, uğursuzluq sizdə pis vərdişə çevrilib. Nə gedişatı dəyişmirsiniz, nə də dəyişmirsiniz. Eyni yerdə qalmısınız. Siz ofisdə, “Neftçi” aşağı sıralarda.

İdarəetməniz qüsurlu deyil ümumiyyətlə, yararsızdı. “Refresh” və baş məşqçi dəyişikliyi. Dəfələrlə eyni şey. Başqa heç nəyiniz yoxdur. “Yaxşı olacaq”dan sonra yaxşı heç nə olmadı.

Türkiyəli qardaşlarımız bizim dildə heç nəyi bilməsə də, yaxşı sözünün mənasını çox gözəl bilir. “Neftçi”də durumun “iyi” olmadığı bir yana, iyi də yaxşı gəlmir.

Heç nə yarada bilmirsiniz. Bu qədər bom-boş olmaq, sıfır fayda ilə hərəkət etmək səbrləri tükədib. Eyni simalar azarkeşi artıq yorur.

Rəhbərlik axtarılır. Vəziyyəti düzəldə biləcək.

Var kimsə? Ordasınız, yoxsa getmisiniz?!

Həsən Quluzadə

Azərbaycan kuboku: “Turan Tovuz”dan qələbə, “Neftçi” uduzdu 

2 December 2025 at 21:35

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk günə nəzərdə tutulan 2 matçdan 1-i artıq yekunlaşıb.

I Liqada mübarizə aparan “Şahdağ Qusar” “Turan Tovuz”u sınağa çəkib. Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutan matçda “Turan Tovuz” 2:1 hesablı qələbə ilə 1/4 finala adlayıb. Tovuz təmsilçisi növbəti mərhələdə “Araz-Naxçıvan” – “Kəpəz” cütünün qalibi ilə qarşılaşacaq.

Günün digər matçı isə Zirədə baş tutub. Bu mərhələnin ən prinsipial qarşıdurmasında “Zirə”  “Neftçi”ni məğlub edib – 1:0.

Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir. 

Əlavə edək ki, bu mərhələdə yalnız Misli Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunacaq. 

Azərbaycan kuboku

1/8 final

2 dekabr

19:00. “Zirə” – “Neftçi” – 1:0

Qol: Martins Junior, 116
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Zirə İdman Kompleksinin stadionu

15:00. “Şahdağ Qusar” – “Turan Tovuz” – 1:2

Qollar: Ayxan Hüseynov, 4-pen (0:1), Aleks Souza, 64 (0:2), F.Camalov , 76 (1:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
“SOCAR Polymer Arena”

Azərbaycan çempionatında komanda sayı artırıla bilər – Axtarışlar başlayıb 

2 December 2025 at 10:00

Azərbaycan I Liqasında növbəti mövsüm komanda sayı artırıla bilər.

İdmanxeber.az-a verilən məlumata görə, AFFA Premyer Liqa və II Liqada olduğu kimi, I Liqada da 12 komandalı çempionat keçirmək istəyir. Artıq yarışların təşkilatçısı Peşəkar Futbol Liqasının əməkdaşları bununla bağlı aşağı liqadakı klubların durumunu gözdən keçirir. II Liqada çıxış edən komandaların infrasturkturları yoxlanır.

Uyğun olan klublara müəyyən tapşırıqlar verilib. Artıq bir neçə komandanın I Liqa üçün rəsmi müraciət etdiyi də bildirilir. 

Təbii ki, son illərdə olduğu kimi, növbəti mövsüm də idman prisinpləri qorunacaq. Klubların I Liqa yolu nəticələrindən və infrastruktur durumundan asılı olacaq.

❌
❌