Normal view

Today — 14 December 2025Main stream

“Sabah” yaxşı kollektiv formalaşdırıb” – Qurban Qurbanov

14 December 2025 at 19:52

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri ev oyunu haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 5:1 hesablı qələbəni belə şərh edib:

“Futbolçularımı təbrik edirəm. Vacib qabiliyyət idi. Sona yaxın boşluqlar oldu, lakin yaxşı oyun göstərdilər. Qarşımızda topla yaxşı davranan komanda var idi. Bu soyuq havada gələn, bizi dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm.

Bugünkü nəticələr “Sabah”la oyuna görədir. Yaxşı kollektiv formalaşdırıblar. Futbolçularıma bir az istirahət verməliyəm, komandada yorğunluq var. Qarşımızda ciddi rəqib var. “Neftçi”yə qarşı da yaxşı oynadılar. Bizi “Sabah”la çətin oyun gözləyir.

Futbolçulardan gözlədiyimi almışam, lakin daha çox gözlədiklərimdən onu ala bilməmişəm”.

Nəzrin

The post “Sabah” yaxşı kollektiv formalaşdırıb” – Qurban Qurbanov appeared first on Komanda.az.

“İlk qol komandaya təsir etdi” – Baxşıyev

14 December 2025 at 19:39

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 1:5 hesablı məğlubiyyəti belə şərh edib:

“Bizim üçün ağır oyun alındı. Üzərində işlədiyimiz bir plan var idi. İlk qol komandaya təsir etdi. Öz səhvimizdən qol buraxdıq. Bu il üçün bir oyunumuz qalıb. Bu oyunu unudub, ona hazırlaşmaq lazımdır.

Məni bura dəvət ediblər. Üzərimə nə düşünürsə, yerinə yetirməyə çalışıram. Qərar mənim deyil”.

Nəzrin

The post “İlk qol komandaya təsir etdi” – Baxşıyev appeared first on Komanda.az.

“Turan Tovuz”da “xüsusi görüş” – VİDEO

14 December 2025 at 19:09

“Tovuz Gənclər Evi” Sosial xidmətlər müəssisəsinin “Ünsiyyət” klubunun daun sindromlu və autizmli üzvləri Tovuz şəhər stadionuda qonaq olublar.

Komanda.az xəbər verir ki, uşaqlar və valideynlərlə keçirilən görüşdə “Turan Tovuz” PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstəyin klub üçün vacib istiqamətlərdən biri olduğunu və bu cür aksiyaların davamlı şəkildə həyata keçiriləcəyini vurğulayıb.

“Nəfəs” İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində uşaqlara hədiyyələr təqdim olunub. Daun sindromlu və autizmli uşaqlar üçün motivasiya mühiti formalaşdırmaq, onların özünəinam hissinin artırılmasına, cəmiyyətdə inklüzivlik dəyərlərinin təşviqinə dəstək göstərmək məqsədilə stadiona dəvət olunan qonaqlar “Turan Tovuz” – “Sabah” oyununu izləyiblər.

The post “Turan Tovuz”da “xüsusi görüş” – VİDEO appeared first on Komanda.az.

Tahir Gözəl “Qarabağ”ın üzvləri ilə görüşdü

14 December 2025 at 18:41

“Qarabağ”ın prezidenti Tahir Gözəl komanda üzvləri ilə görüşüb.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

O, Premyer Liqanın 15-ci turunun “Azərsun Arena”da keçirilən “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan öncə baş məşqçi Qurban Qurbanovla və komanda üzvləri ilə görüşüb.

Klub rəhbəri komandaya dəstəyini ifadə edib və qarşılaşmada uğurlar arzulayıb.

The post Tahir Gözəl “Qarabağ”ın üzvləri ilə görüşdü appeared first on Komanda.az.

“Sabah”ın əvəzediciləri “Zirə”yə məğlub oldu

14 December 2025 at 18:22

Əvəzedicilər Liqasında 14-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.

“Sabah-2” “Zirə-2” ilə ev oyununda məğlub olub. “Sumqayıt-2” isə “Şamaxı-2” üzərində qələbəyə sevinib.

Əvəzedicilər Liqası
14-cü tur

14 dekabr

“Sabah-2” – “Zirə-2” 0:2
Qollar: Əhliman Süleymanzadə, 48. Ramiz Muradov, 82.

“Sumqayıt-2” – “Şamaxı-2” 3:2
Qollar
: Əjdər Hacılı, 2; 38; 61 – Bilal İsmayılov, 36. Edqar Adilxanov, 80-pen.

The post “Sabah”ın əvəzediciləri “Zirə”yə məğlub oldu appeared first on Komanda.az.

Azər Bağırov: “Bu oyun 9 xala bərabər idi”

14 December 2025 at 16:29

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qəbələ” ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matçda 1:0 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı olub. Bağırov maraqlı oyun alındığını bildirib:

“Maraqlı oyun alındı. Baxmayaraq ki, bir qol vuruldu. Amma rəqib də, biz də daim hücumdaydıq. Bu oyun, mən deyərdim ki, 9 xala bərabər idi, çünki rəqibimizdən uzaqlaşırıq, turnir cədvəli baxımından. Mənim üçün çətin oyun alındı.

Komandamız çoxlu yerli futbolçulardan ibarət olduğuna görə səhvlər var. Oyunçu meydanda çıxış edirsə, səhvlər olacaq. Biz gəldikdən sonra Ohorini fərqli-fərqli mövqelərdə oynadırıq. Düşünürəm ki, zaman-zaman özünü inkişaf etdirəcək.

Əslində, bu gün yaxşı oyunçulara daha çox ehtiyacımız var. Ehtiram bu gün yaxşı çıxış, etdi, oynadığı mövqedə daha effektli idi. Sadəcə, qolu çatışmır. Düşünürəm ki, o da olacaq”.

“Kəpəz” növbəti turda “Turan Tovuz”la üz-üzə gələcək.

Fəxri Rüstəmli

The post Azər Bağırov: “Bu oyun 9 xala bərabər idi” appeared first on Komanda.az.

Tsxadadze: “Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz”

14 December 2025 at 16:07

“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Kəpəz”lə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı baş tutub. Gürcüstanlı mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:

“Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Belə qırmızı vərəqələri ancaq biz ala bilərdik. Qol da elə vuruldu ki, heç kim rəqibin oyunçusunun qarşısını ala bilmədi. Çox pis oynadıq.

Məqsədimiz ilk gündən Premyer Liqada qalmaqdır. Reallıqdan danışmalıyıq. 10 manatınız varsa, restorana getməyi düşünmürsüz. Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz.

Vəziyyət elədir ki, çempionatdakı iştirak ərizəsinə görə biz yalnız beş futbolçu gətirə bilərik. İbrahim Sanqareyə gəlincə, razıyam, çox səhvlər edir. Komandada rəqabət olmalıdır. Rəqabət olmadıqda, inkişafdan danışmaq olmaz. Hər kəsə hörmətlə yanaşırıq. Klub olaraq, qapıçı transferi üçün çalışırıq.

İntizamla bağlı heç bir hal olmadı. Sadəcə, futbolçumuz topa düzgün getmədi. Bu da futbolçu keyfiyyəti ilə bağlı məsələdir. İntizamla bağlı o halda olardı ki, oyunçu söyüş söysün.

Topla itkilər çox odu. Təkcə bizimlə yox, digər komandaların da oyunlarında da bunu görmüşdük. Amma o demək deyil ki, bu meydanda futbol oynamaq olmaz. Sadəcə, futbolçular özləri öyrəşməlidir.

Özümüz bilirik hansı mövqelərə oyunçu lazımdır. Bu, klubun daxili məsələsidir. Klub olaraq bunun üzərində çalışırıq.

Sona kimi mübarizə aparmalıyıq. Bəzi futbolçular ardıcıl iki qələbədən sonra oyuna köklənə bilməmişdilər. “Turan Tovuz”a qarşı da 23 dəqiqə yaxşı çıxış etmişdik. Düşünürəm ki, psixoloji olaraq buna hazır deyillər”.

“Qəbələ” növbəti turda “Qarabağ”ı qəbul edəcək.

Fəxri Rüstəmli

The post Tsxadadze: “Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz” appeared first on Komanda.az.

Premyer Liqa: “Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz”a qarşı

14 December 2025 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

Çempionatın autsayderlərindən olan “Kəpəz” “Qəbələ”ni qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq oyunu Rəvan Həmzəzadə idarə edəcək. Gəncə təmsilçisi 6 xalla 11-ci, “Qəbələ” isə 8 xalla 10-cu pillədə qərarlaşıb. Bu üzdən də sözügedən oyunu 6 xallıq görüş də adlandırmaq mümkündür.

Günün digər oyununda çempion “Qarabağ” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. “Azərsun Arena”da baş tutacaq oyunu Rəşad Əhmədov idarə edəcək. Ağdam təmsilçisi bu oyundan da qalib ayrılmaqla zirvədəki mövqeyini qorumağa çalışacaq. Son turlarda qeyri-sabit çıxışı ilə diqqət mərkəzində olan “Araz-Naxçıvan”ın güclü rəqibinə nə dərəcədə müqavimət göstərə biləcəyi maraqla gözlənilir.

Premyer Liqa
15-ci tur

13 dekabr

“Şamaxı” – “Zirə” 2:1
Qollar: Alfons Msanqa, 54. Karim Rossi, 61-pen – Georgi Papunaşvili, 8.
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu, 14:00.

“Turan Tovuz” – “Sabah” 1:3
Qollar: Filip Ozobiç, 82 – Coy Lens Mikels, 31. Velko Simiç, 68. Umarali Rahmonaliyev, 79.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu, 16:30.

14 dekabr

“Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 14:00.

“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “Azərsun Arena”, 17:30.

15 dekabr

“İmişli” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Neftçi Arena”, 19:00.

“Zirə”nin legioneri milliyə dəvət alıb

14 December 2025 at 13:26

“Zirə”nin futbolçusu Rikardo Martins Afrika Millətlər Kubokunda iştirak etmək üçün Mozambik millisinə dəvət alıb.

Komanda.az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu səbəbdən o, Misli Premyer Liqasının 15-ci turunda “İmişli”yə qarşı matçda iştirak edə bilməyəcək.

Yarımmüdafiəçi sabah yığmanın düşərgəsinə qoşulacaq.

The post “Zirə”nin legioneri milliyə dəvət alıb appeared first on Komanda.az.

“Qarabağ”la matçdakı qələbə komandanı motivasiya edir” – “Ayaks”ın futbolçusu

14 December 2025 at 12:43

“Ayaks”ın hücumçusu Kasper Dolberq UEFA Çempionlar Liqasının 6-cı turunda Bakıda “Qarabağ”ı üzərində qazanılan 4:2 hesablı qələbə haqda danışıb.

Komanda.az “De Telegraaf”-a istinadən xəbər verir ki, danimarkalı forvard Bakıda əldə etdikləri üç xalın onlar üçün çox vacib olduğunu deyib:

“Bu mövsüm avrokuboklar bizim üçün uğursuz oldu. Buna baxmayaraq, bu qələbəni uzun müddətdir gözləyirdik. Hər halda, həmin qələbəni Bakıda qazandıq və biz buna çox sevinirik. “Qarabağ”a qarşı yaxşı oyun oynadıq və bacardığımız hər şeyi göstərdik. Komandamın ilk qolunu vurduğum və hesabı bərabərləşdirdiyim üçün şadam. Bəli, növbəti mərhələyə keçmək üçün demək olar ki, heç bir şansımız yoxdur. Amma “Qarabağ”la matçdakı qələbə komandanı motivasiya edir və bizə inkişaf etmək imkanı verir”.

The post “Qarabağ”la matçdakı qələbə komandanı motivasiya edir” – “Ayaks”ın futbolçusu appeared first on Komanda.az.

Dambrauskas da Tovuzdakı ot örtüyündən şikayətləndi

13 December 2025 at 22:00

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 15-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tovuzda baş tutmuş görüşündə paytaxt təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Dambrauskas qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımı təbrik edirəm. Həqiqətən də möhtəşəm oyun sərgilədilər. Çox önəmli 3 xal qazandıq. Burada qalib gəlmək çətindir. Rəqib yaxşı təşkilatlanmış komandadır. Onların müdafiəsini yarmaq çox çətindir. 80-ci dəqiqəyə qədər hesabda 3:0 öndə idik. Bu gün qələbəyə layiq idik. Bakıdan bizi dəstəkləməyə gəlmiş azarkeşlərimizi təbrik edirəm.

Bizim sadəcə bir niyyətimiz var, o da növbəti oyuna hazırlaşmaqdır. 4 gün sonra bizi çox önəmli qarşılaşma gözləyir. Belə qələbələrdən sonra rahatlaşmaq olmaz. “Qarabağ”la matç çox ağır olacaq. Ölkənin ən yaxşı komandasına qarşı oynayacağıq. Avropada da sürprizlərə imza atıblar. Məşqlər və oyunlara hazırlaşmaq bizim üçün çox önəmlidir”.

Dambrauskas Tovuz şəhər stadionundakı atmosfer və ot örtüyünün durumundan da söhbət açıb:

“Azərbaycanda qonağam. Burada işləmək mənim üçün böyük üstünlükdür. Azarkeşlər, stadion barədə xoş sözlər deyə bilərəm. Möhtəşəm idilər. Amma ot örtüyü barədə bunu deyə bilmərəm. Meydança yaxşı deyildi. Hamımız futbolçuların inkişafını istəyirik. Amma bu cür meydançalarda futbolçuların inkişaf etməsi mümkün deyil”.

“Bu, utancvericidir” – Berdıyev

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları dilə gətirib:

“Bu gün müdafiədə buraxdığımız kobud səhvlərdən sonra “Sabah” qollar vurdu və qələbə qazandı. Bu səhvləri etməməli idik. Məşqçinin səhv etmədiyini desək, doğru olmaz. İstənilən məşqçi səhv edir. Birinci hissədə meydanda düzülüşümüz düzgün deyildi. Bunun nəticəsində “Sabah”ın istifadə edəcəyi boşluqlar çox oldu”.

Berdıyev tovuzlu azarkeşlərin onu istefaya səsləməsinə də münasibət bildirib:

“Azarkeşləri məyus etdiyimiz üçün özümüzü yaxşı hiss etmirik. Bu, utancvericidir. İstefaya gəlincə, bu məsələləri bütün klublarda prezident həll edir”.

“Turan Tovuz” – “Sabah” 1:3 – Video

13 December 2025 at 21:00

Azərbaycan Premyer Liqasının 15-ci turunun “Turan Tovuz” – “Sabah” matçı meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Tovuzda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
15-ci tur
13 dekabr

“Turan Tovuz” – “Sabah” 1:3
Qollar: Filip Ozobiç, 82 – Coy Lens Mikels, 30. Velko Simiç, 69. Umarali Rahmonaliyev, 79.
Sarı vərəqələr: Enrike Silva, 89 (qeyri-idman hərəkəti) – İqor Noqeyra, 42 (qeyri-idman hərəkəti). Xəyal Əliyev, 54 (qeyri-idman hərəkəti). Amin Seydiyev, 80 (qeyri-idman hərəkəti). Aron Maluda, 83 (oyunun bərpasının ləngidilməsi). Stas Pokatilov, 90+2 (oyunun bərpasının ləngidilməsi). İvan Lepinitsa, 90+4 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Valerio Zuddas (“Sabah”), 82 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 16:30. Tovuz şəhər stadionu, 3000 tamaşaçı.

Baş hakim: Əliyar Ağayev.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli.
Dördüncü hakim: Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.

Turan Tovuz: 1. Oleq Baklov, 10. Xəyal Nəcəfov (17. Rəhim Sadıxov, 46), 5. Roderik Miller (29. Filip Ozobiç, 76), 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza (11. Ayxan Hüseynov, 46).
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov.
Baş məşqçi: Kurban Berdıyev.

Sabah: 92. Stas Pokatilov (k), 88. Xəyal Əliyev (11. Kahim Parris, 66), 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka (2. Amin Seydiyev, 78), 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev (6. Abdulla Xaybullayev, 90), 19. Aaron Maluda (8. Ayaz Quliyev, 90).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 5. Rəhman Daşdəmirov, 89. Cəfər Muxtarov, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Premyer Liqa: “Sabah”dan Tovuzda inamlı qələbə

13 December 2025 at 20:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Tovuzda baş tutub.

Burada avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki komanda – “Turan Tovuz”la “Sabah” üz-üzə gəlib. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmanın yekununda paytaxt təmsilçisi inamlı qələbəyə sevinib.

Premyer Liqa
15-ci tur

13 dekabr

“Turan Tovuz” – “Sabah” 1:3
Qollar: Filip Ozobiç, 82 – Coy Lens Mikels, 31. Velko Simiç, 68. Umarali Rahmonaliyev, 79.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu, 16:30.

Turan Tovuz: 1. Oleq Baklov, 10. Xəyal Nəcəfov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov.
Baş məşqçi: Kurban Berdıyev.

Sabah: 92. Stas Pokatilov (k), 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 89. Cəfər Muxtarov, 11. Kahim Parris, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Yesterday — 13 December 2025Main stream

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

13 December 2025 at 21:08

Komanda.az Premyer Liqanın 15-ci turunun “Turan Tovuz” – “Sabah” matçının (1:3) videoicmalını təqdm edir:

The post “Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO appeared first on Komanda.az.

“Şamaxı” – “Zirə” 2:1 – Video

13 December 2025 at 18:00

Azərbaycan Premyer Liqasının 15-ci turunun “Şamaxı” – “Zirə” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Şamaxıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
15-ci tur

13 dekabr

“Şamaxı” – “Zirə” 2:1
Qollar: Alfons Msanqa, 54. Karim Rossi, 62-pen – Georgi Papunaşvili, 8.
Sarı vərəqələr: Karim Rossi, 11 (qeyri-idman hərəkəti) – Junior Martins, 44 (qeyri-idman hərəkəti). Qismət Alıyev, 77 (hakimin qərarına etiraz). Eldar Quliyev, 90+6 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 6 dəqiqə.
Saat 14:00. Şamaxı şəhər stadionu, 900 tamaşaçı.

Baş hakim: İnqilab Məmmədov.
Baş hakimin köməkçiləri: Rəhman İmami, Şirmamed Mamedov.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov (7. Edqar Adilxanov, 83), 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario (6. Antonio Lara, 90+4), 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa (27. Emil Süleymanov, 88).
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k) (7. Rövlan Muradov, 83), 29. Ceyhun Nuriyev (6. Eldar Quliyev, 77), 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins (8. İsmayıl İbrahimli, 62), 5. Ange Mutsinzi, 11. Junior Martins (77. Yeqor Boqomolski, 62), 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 33. Əkbər Eyyubov, 43. Əhliman Süleymanzadə.
Baş məşqçi: Rəşad Sadıqov.

Ayxan Abbasov: “Avrokubok üçün büdcə lazımdır”

13 December 2025 at 17:00

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş oyununda meydan sahibləri əzmkar qələbəyə seviniblər – 2:1.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm idilər. Komandamı, futbolçuları təbrik edirəm. Əlbəttə, rəqib güclüdür. Son illərə baxanda, stabil oynayan bir kollektivdir. Onlar da ağır qrafikdən çıxmışdılar. Hər iki komandanın epizodları oldu. Mühüm qələbə qazandıq, davam etmək lazımdır. Futbolçulardan daha inamlı, istəkli olmalarını istəyirəm”.

Ayxan Abbasov komandasının avrokuboklarla bağlı hədəflərinə dair sualı isə belə cavablandırıb:

“Avrokuboklara oynamaq üçün geniş heyət lazımdır. Eyni zamanda üçün büdcə lazımdır. Mühüm amillər var. Biz hər növbəti oyuna baxırıq. Məqsəd hər matçda xal qazanmaqdır. Ötən il qışa qədər iki dövrədə 17 xal yığmışdıq, bu il isə artıq 20 xal var, kubokda irəliləmişik. Möhkəmlənmiş heyətimiz var. 25 xalın Premyer Liqada qalmaq üçün bəs edəcəyini düşünürəm. İndi 20 xalımız var. Hər yer bizim üçün önəmlidir. Ötən ildən daha yaxşı olmaq istəyirik”.

Rəşad Sadıqov: “Hücum xəttində 4 futbolçunu birdən itirmişik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının uzun müddətdən sonra uduzmasına belə şərh verib:

“Gərgin oyun oldu. Ümumiyyətlə, çempionatda heç bir oyun rahat keçmir. Hər iki komanda meydanda əzmkar oyun nümayiş etdirdi. Birinci hissə bizim üçün uğurlu oldu, hesabda önə keçdik. Fasilədə danışdıq ki, rəqib ikinci hissənin əvvəlində fəal olacaq, daha diqqətli olmalıyıq. Təəssüf ki, birinci qol rəqibin gözlədiyimiz hücumundan vuruldu. Diqqətsizlik etdik və “Şamaxı” fərqləndi. Daha sonra penalti. İkinci qoldan sonra çoxlu qol epizodlarımız oldu. Belə epizodlar qol olmursa, həmin matçda qalib gəlmək müşkülə çevrilir. Bu oyundan nəticələr çıxarıb növbəti qarşılaşmalara köklənəcəyik. Hücum xəttində 4 futbolçunu birdən itirmişik. Bu itkilər bizi çox yordu, bir çox oyunlarda özünü hiss etdirdi. Bu gün 4 hücumameyilli oyunçudan istifadə edə bilmədik. Bu, bizim hücumu gücləndirməyimizə mane olur”.

Premyer Liqa: “Şamaxı”dan “Zirə” üzərində əzmkar qələbə

13 December 2025 at 16:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “Şamaxı” “Zirə”ni qəbul edib.

Şamaxı şəhər stadionunda təşkil edilmiş oyunu İnqilab Məmmədov idarə edib. Üç qolun qeydə alındığı görüşdə meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Premyer Liqa
15-ci tur

13 dekabr

“Şamaxı” – “Zirə” 2:1
Qollar: Alfons Msanqa, 54. Karim Rossi, 61-pen – Georgi Papunaşvili, 8.
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu, 14:00.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 33. Əkbər Eyubov, 43. Əhliman Süleymanzadə, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Yuri Vernidub: “Neftçi”yə yalnız çempionluq yaraşır”

13 December 2025 at 13:00

“Neftçi”nin yeni baş məşqçisi, ukraunalı futbol mütəxəssisi Yuri Vernidub paytaxt klubunun rəsmi saytına müsahibə verib.

Arena.az xəbər verir ki, ukraynalı mütəxəssis “Neftçi”yə gəlişi və hədəflər haqda danışıb.

– “Neftçi”yə gəlişiniz necə baş tutdu?
– Əslində, həm ölkə daxilindən, həm də ölkə xaricindən təkliflərim var idi. Amma “Neftçi”dən təklif gələn kimi digərlərini kənara qoydum. Çünki “Neftçi” böyük tarixə malik klubdur. Komandanı hələ SSRİ çempionatından tanıyıram. Özüm də futbolçu kimi “Neftçi”yə qarşı oynamışam. “Neftçi” Ukraynada da çox populyardır. Rəhbərliklə söhbətimizdən sonra klubun qarşısında hansı hədəflərin dayandığını gördüm. Layihəni çox bəyəndim. Burada sistemli iş aparılır və klubun böyük planları var. Hazırda nəticələr çox da ürəkaçan olmasa da, bunlar müvəqqətidir. Nəticələri birlikdə yaxşılaşdıracağıq.

– Artıq futbolçularla da tanış olmusunuz, komandanı bir neçə məşqə çıxarmısınız. İlkin təəssüratlarınız necədir?
– Heyət çox keyfiyyətli futbolçulardan ibarətdir. Klub gözəl və hədəflərə uyğun transfer siyasəti həyata keçirib. Hər mövqedə güclü futbolçular toplaşıb. Onlardan gözləntilərim yüksəkdir. Çalışacağıq ki, qısa zamanda komandaya öz oyun fəlsəfəmizi aşılayaq, həm taktiki, həm fiziki, həm də psixoloji cəhətdən onları yeni səviyyəyə qaldıraq. Vaxt gedir, artıq çempionatın ortasındayıq. İşə düzgün yanaşsaq, məqsədimizə çatacağıq. Yaxın vaxtlarda hər hansı bir transferin həyata keçirilməsi gündəmdə deyil. Əlbəttə, uzunmüddətli planda komandanın möhkəmləndirilməsi var, amma indi əsas prioritetimiz əlimizdə olan futbolçuların oyun səviyyəsini bir qədər də qaldırmaqdır. Onlara güvənirəm.

Yuri Vernidub hədəflərini açıqladı

– Qarşınıza hansı hədəflər qoyulub?
– Əvvəlcə, mütləq şəkildə nəticələri yaxşılaşdırmalıyıq. İşimiz çoxdur, amma qorxmuruq. Artıq bir neçə məşq keçmişəm, futbolçularda da istək və əzm hiss olunur. Rəhbərlikdən də ilk gündən yalnız dəstək görürəm. İnanıram ki, bu çətinliyin öhdəsindən birlikdə gələcəyik. İlk söhbətimizdə də rəhbərlikdən xahiş etdim ki, hər dəqiqə mənim və futbolçuların yanında olsun. Biz bir-birimizi çox yaxşı başa düşdük. Hədəflərə gəlincə, “Neftçi”yə yalnız çempionluq yaraşır. Düzdür, indi turnir cədvəlində yerimiz yaxşı deyil, amma mövsümün sonunda mütləq ön pillələrdə olmalıyıq. Vuruşacağıq, sonadək mübarizə aparacağıq. Ən azı bunun üçün sona qədər döyüşəcəyik, əlimizdən nə gəlirsə, edəcəyik. Elə “Sumqayıt”la matçdan etibarən qələbələri sıralamağa çalışacağıq.

– “Neftçi” azarkeşlərinə sözünüz nədir?
– Bu komanda necə böyükdürsə, elə də böyük azarkeşi var. Balacadan böyüyə ürəyi “Neftçi” ilə döyünən azarkeş ordusu var. Bunu bilirəm. Hər şeyin fərqindəyəm. “Neftçi”ni hər oyunda nəticədən asılı olmayaraq, sonadək dəstəklədiklərindən xəbərdaram. Çalışacağıq və əlimizdən gələni edəcəyik ki, onların ümidlərini doğruldaq, hər oyundan sonra onları evlərinə sevinclə yola salaq. Azarkeşlərdən də xahiş edirəm ki, futbolçulardan dəstəklərini əsirgəməsinlər.

UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq

13 December 2025 at 11:00

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) 5,55 milyon avro ayıracaq.

Arena.az xəbər verir ki, bu, 2025/2026-cı illər mövsümündə avrokubok yarışlarının ümumi mərhələlərində iştirak etməyən klublar üçün həmrəylik ödənişi proqramı çərçivəsində baş tutacaq.

Vəsait sonda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələlərini buraxmış yüksək divizion klubları arasında bərabər bölüşdürüləcək.

Ödəniş məbləği iki hissədən ibarətdir: 70 faiz ölkənin UEFA reytinqindəki mövqeyi ilə müəyyən edilir (Azərbaycan 26-cı yerdədir), digər 30 faiz isə klubun avrokubok yarışlarından əldə etdiyi gəlirlə mütənasibdir. Bu da həmin milli təşkilatı təmsil edən klublar arasında ən yüksək göstəricidir.

Top-5-dən kənar assosiasiyalar arasında ən çox vəsaiti – 6,25 milyon avronu Niderland alacaq. İlk beş ölkə (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa) 10 milyon avro alacaq.

Qeyd edək ki, Azərbaycanı bu mövsüm Avropa yarışlarında Ağdamın “Qarabağ” klubu təmsil edir. Çempionlar Liqasının Liqa mərhələsinin 6 turundan sonra Ağdam klubu turnir cədvəlində 22-ci yerdə qərarlaşıb. Komanda növbəti oyununu yanvarın 21-də Bakıda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasına qarşı keçirəcək.

“Sabah”, “Zirə” və “Araz-Naxçıvan” isə bu mövsüm avrokuboklarda mübarizəni erkən başa vurmuşdular.

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Turan” “Sabah”a qarşı

13 December 2025 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “Şamaxı” “Zirə”ni qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək oyunu İnqilab Məmmədov idarə edəcək. Ayxan Abbasovun çalışdırdığı komanda doğma meydanda növbəti qələbəsini qazanmağa çalışacaq. Ötən tur lider “Qarabağ”la sülh bağladığı üçün ikinci pilləni “Sabah”a təhvil vermiş Rəşad Sadıqovun komandası da səfərdə uğurlu seriyasını davam etdirmək arzusundadır.

Günün digər oyunu avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki komanda – “Turan Tovuz”la “Sabah” arasında keçiriləcək. Tovuz şəhər stadionunda baş tutacaq bu görüşün baş hakimi FİFA referisi Əliyar Ağayev olacaq.

Premyer Liqa
15-ci tur

13 dekabr

“Şamaxı” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu, 14:00.

“Turan Tovuz” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu, 16:30.

14 dekabr

“Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 14:00.

“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “Azərsun Arena”, 17:30.

15 dekabr

“İmişli” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Neftçi Arena”, 19:00.

Berdıyev: “Uşaqlara dedim ki, bu ağrılıdır, həm də utancvericidir”

13 December 2025 at 18:53

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sabah”ı qəbul edib.

Komanda.az xəbər verir ki, 1:3 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışıdırıcı müdafiədəki səhvlərdən məğlub olduqlarını bildirib:

“Fikirləşirəm ki, bu gün müdafiədə buraxdığımız səhvləri “Sabah” lazımınca dəyərləndirdi. Hansı ki, biz onları etməməli idik.

İstənilən məşqçi səhv edə bilər. İlk hissədə düzülüşümüz düzgün olmadı və bununla əlaqədar “Sabah”ın istifadə edəcəyi boşluqlar oldu. İkinci hissədə arxa xətdə buraxdığımız səhvləri “Sabah” dəyərləndirdi.

İlk növbədə, bu məsələləri bütün klublarda prezident həll edir. O ağrı-acı ki biz onları azarkeşlərə yaşatdıq – mən bununla bağlı paltardəyişmə otağında danışdım. Uşaqlara dedim ki, bu ağrılıdır, həm də utancvericidir”.

“Turan Tovuz” növbəti turda “Kəpəz”lə üz-üzə gələcək.

Fəxri Rüstəmli

The post Berdıyev: “Uşaqlara dedim ki, bu ağrılıdır, həm də utancvericidir” appeared first on Komanda.az.

Dambrauskas: “Çox önəmli qələbə qazandıq”

13 December 2025 at 18:43

“Sabah” Azərbaycan Premyer Liqasının 15-ci turunda bu gün “Turan Tovuz”un qonağı olub.

Komanda.az xəbər verir ki, oyundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“İlk olaraq oyunçularımı təbrik edirəm. Həqiqətən də, bu gün möhtəşəm çıxış etdik. Çox önəmli qələbə qazandıq. Rəqib yaxşı təşkil olunmuş komandadır. Qalib gəldiyimizə görə çox şadıq. Oyunçularım qələbəyə layiq idilər.

Bizim sadəcə bir arzumuz var. O da hər dəfə qarşıdakı oyuna hazırlaşımağımızdır. Dörd gün sonra bizi ağır oyun gözləyir. Elə bir komandaya qarşı oynayacağıq ki, ölkəmizi Avropada layiqincə təmsil edir. Tək istəyimiz Bakıya qayıqıb, bərpa olunub bu oyuna hazırlaşmaqdır.

Azərbaycanlı deyiləm, sizin ölkənizdə qonağam. Burada işləmək mənim üçün zövqdür. Azarkeşlər baxımından hər şey yaxşı idi. Amma meydança baxımından bunu deyə bilməyəcəm. Hər kəs istəyir ki, futbolçular inkişaf eləsin. Amma bu cür meydançalarda bu mümkün deyil”.

“Sabah” növbəti turda səfərdə “Sumqayıt”la qarşılaşacaq.

Fəxri Rüstəmli

The post Dambrauskas: “Çox önəmli qələbə qazandıq” appeared first on Komanda.az.

“Şamaxı” “Zirə”yə belə qalib gəldi – VİDEO

13 December 2025 at 17:27

Komanda.az Premyer Liqanın 15-ci turunun “Şamaxı” – “Zirə” matçının (2:1) videoicmalını təqdim edir.

The post “Şamaxı” “Zirə”yə belə qalib gəldi – VİDEO appeared first on Komanda.az.

Ayxan Abbasov: “Avrokuboklara vəsiqə uğrunda oynamaq üçün geniş heyət lazımdır”

13 December 2025 at 16:41

“Şamaxı” Azərbaycan Premyer Liqasının 15-ci turunda doğma meydanda “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.

Komanda.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra oyunla bağlı fikirlərini bildirib:

“Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm idilər. Komandamı, futbolçuları təbrik edirəm. Əlbəttə, rəqib güclüdür. Son illərə baxanda, sabit oynayan bir kollektivdir. Onlar da ağır qrafikdən çıxmışdılar. Hər iki komandanın epizodları oldu. Mühüm qələbə qazandıq, davam etmək lazımdır. Futbolçulardan daha inamlı, istəkli olmalarını istəyirəm.

Avrokuboklara vəsiqə uğrunda oynamaq üçün geniş heyət lazımdır. Mühüm amillər var. Hər oyuna baxırıq. Məqsəd hər matçda xal qazanmaqdır. Ötən il qışa qədər iki dövrədə 17 xal yığmışdıq, bu il isə artıq 20 xal var, kubokda irəliləmişik. Möhkəmlənmiş heyətimiz var. Eyni zamanda, avrokubok üçün büdcə lazımdır.

Premyer Liqada qalmaq üçün 25 xalın bəs edəcəyini düşünürəm. İndi 20 xalımız var. Hər yer bizim üçün önəmlidir. Ötən ildən daha yaxşı olmaq istəyirik”.

The post Ayxan Abbasov: “Avrokuboklara vəsiqə uğrunda oynamaq üçün geniş heyət lazımdır” appeared first on Komanda.az.

Rəşad Sadıqov: “Bu itkilər bizi çox yordu”

13 December 2025 at 16:20

“Zirə” Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “Şamaxı”ya 1:2 hesabı ilə uduzub.

Komanda.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini bildirib:

“Gərgin oyun oldu. Ümumiyyətlə, çempionatda heç bir oyun rahat keçmir. Hər iki komanda meydanda əzmkar oyun nümayiş etdirdi. Birinci hissə bizim üçün uğurlu oldu, hesabda önə keçdik. Fasilədə danışdıq ki, rəqib ikinci hissənin əvvəlində fəal olacaq, daha diqqətli olmalıyıq. Amma təəssüf ki, birinci qol rəqibin gözlədiyimiz hücumundan vuruldu. Diqqətsizlik etdik və “Şamaxı” fərqləndi. Daha sonra penalti. İkinci qoldan sonra çoxlu qol epizodlarımız oldu. Belə epizodlar qol olmursa, həmin matçda qalib gəlmək müşkülə çevrilir. Bu oyundan nəticələr çıxarıb növbəti qarşılaşmalara köklənəcəyik. Hücum xəttində dörd futbolçunu birdən itirmişik. Bu itkilər bizi çox yordu, bir çox oyunlarda özünü hiss etdirdi. Bu gün dörd hücumameyilli oyunçudan istifadə edə bilmədik. Bu, hücumu gücləndirməyimizə mane olur”.

The post Rəşad Sadıqov: “Bu itkilər bizi çox yordu” appeared first on Komanda.az.

“Neftçi” sabiq futbolçusunu geri qaytardı – Bu dəfə məşqçi kimi

13 December 2025 at 13:16

“Neftçi” ötən günlərdə yeni baş məşqçisinin adına aydınlıq gətirdi. “Ağ-qaralar” ukraynalı mütəxəssis Yuri Vernidubla anlaşdı.

Komanda.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu daha bir məşqçinin təyinatını rəsmiləşdirib. Belə ki, “Neftçi”nin sabiq futbolçusu Aqil Məmmədov bundan sonra Vernidubun köməkçilərindən biri olacaq.

36 yaşlı mütəxəssis klubun qapıçıları ilə işləyəcək.

Aqil Məmmədov futbolçu kimi karyerasını “Neftçi”də başa vurub. Daha sonra klubdan ona akademiyada qalıb qapıçı məşqçilər üzrə kordinator kimi çalışmaq təklif olunub. O, indi əsas komandada iş başında olacaq.

The post “Neftçi” sabiq futbolçusunu geri qaytardı – Bu dəfə məşqçi kimi appeared first on Komanda.az.

“Neftçi”dən təklif gələn kimi digərlərini kənara qoydum” – MÜSAHİBƏ

13 December 2025 at 13:03

“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub klubun rəsmi saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, ukraynalı mütəxəssis “Neftçi”yə gəlişi və hədəflər haqda danışıb:

– “Neftçi”yə gəlişiniz necə baş tutdu?

– Əslində, həm ölkə daxilindən, həm də ölkə xaricindən təkliflərim var idi. Amma “Neftçi”dən təklif gələn kimi digərlərini kənara qoydum. Çünki “Neftçi” böyük tarixə malik klubdur. Komandanı hələ SSRİ çempionatından tanıyıram. Özüm də futbolçu kimi “Neftçi”yə qarşı oynamışam. “Neftçi” Ukraynada da çox populyardır. Rəhbərliklə söhbətimizdən sonra klubun qarşısında hansı hədəflərin dayandığını gördüm. Layihəni çox bəyəndim. Burada sistemli iş aparılır və klubun böyük planları var. Hazırda nəticələr çox da ürəkaçan olmasa da, bunlar müvəqqətidir. Nəticələri birlikdə yaxşılaşdıracağıq.

– Artıq futbolçularla da tanış olmusuz, komandanı bir neçə məşqə çıxarmısız. İlkin təəssüratlarınız necədir?

– Heyət çox keyfiyyətli futbolçulardan ibarətdir. Klub gözəl və hədəflərə uyğun transfer siyasəti həyata keçirib. Hər mövqedə güclü futbolçular toplaşıb. Onlardan gözləntilərim yüksəkdir. Çalışacağıq ki, qısa zamanda komandaya öz oyun fəlsəfəmizi aşılayaq, həm taktiki, həm fiziki, həm də psixoloji cəhətdən onları yeni səviyyəyə qaldıraq. Vaxt gedir, artıq çempionatın ortasındayıq. İşə düzgün yanaşsaq, məqsədimizə çatacağıq. Yaxın vaxtlarda hər hansı bir transferin həyata keçirilməsi gündəmdə deyil. Əlbəttə, uzunmüddətli planda komandanın möhkəmləndirilməsi var, amma indi əsas prioritetimiz əlimizdə olan futbolçuların oyun səviyyəsini bir qədər də qaldırmaqdır. Onlara güvənirəm.

– Qarşınıza hansı hədəflər qoyulub?

– Əvvəlcə mütləq şəkildə nəticələri yaxşılaşdırmalıyıq. İşimiz çoxdur, amma qorxmuruq. Artıq bir neçə məşq keçmişəm, futbolçularda da istək və əzm hiss olunur. Rəhbərlikdən də ilk gündən yalnız dəstək görürəm. İnanıram ki, bu çətinliyin öhdəsindən birlikdə gələcəyik. İlk söhbətimizdə də rəhbərlikdən xahiş etdim ki, hər dəqiqə mənim və futbolçuların yanında olsun. Biz bir-birimizi çox yaxşı başa düşdük. Hədəflərə gəlincə, “Neftçi”yə yalnız çempionluq yaraşır. Düzdür, indi turnir cədvəlində yerimiz yaxşı deyil, amma mövsümün sonunda mütləq ön pillələrdə olmalıyıq. Vuruşacağıq, sonadək mübarizə aparacağıq. Ən azı bunun üçün sona qədər döyüşəcəyik, əlimizdən nə gəlirsə, edəcəyik. Elə “Sumqayıt”la matçdan etibarən qələbələri sıralamağa çalışacağıq.

– “Neftçi” azarkeşlərinə sözünüz nədir?

– Bu komanda necə böyükdürsə, elə də böyük azarkeşi var. Balacadan böyüyə ürəyi “Neftçi” ilə döyünən azarkeş ordusu var. Bunu bilirəm. Hər şeyin fərqindəyəm. “Neftçi”ni hər oyunda nəticədən asılı olmayaraq sonadək dəstəklədiklərindən xəbərdaram. Çalışacağıq və əlimizdən gələni edəcəyik ki, onların ümidlərini doğruldaq, hər oyundan sonra onları evlərinə sevinclə yola salaq. Azarkeşlərdən də xahiş edirəm ki, futbolçulardan dəstəklərini əsirgəməsinlər.

The post “Neftçi”dən təklif gələn kimi digərlərini kənara qoydum” – MÜSAHİBƏ appeared first on Komanda.az.

Rəhim Həsənov Fərid Hacıyevin səhvini etiraf etdi – Video

12 December 2025 at 18:00

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, o, həm çempionatın sonuncu turundakı, həm də Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunlarındakı mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib. O, ümumilikdə 5 matçda qeydə alınmış 5 epizodla bağlı fikirlərini bölüşüb.

Rəhim Həsənov FIFA referiləri Kamal Umudlunun “İmişli” – “Sabah” görüşündə, Əliyar Ağayevin isə “Sumqayıt” – “İmişli” matçında təyin etdikləri penalti qərarlarının səhv olduğunu vurğulayıb.

AFFA Hakimlər Komitəsinin sədrinin çempionat və kubok oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Mirzə Əmirov əməliyyat olundu

12 December 2025 at 13:00

Futzal üzrə Azərbaycan milli komandasının və “Araz-Naxçıvan”ın üzvü Mirzə Əmirov cərrahiyyə əməliyyatına məruz qalıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, futzalçının “diz qapağı sınığında bitişməyən hissələrin çıxarılması, diz qapağı bağının bərpası” əməliyyatı uğurlu alınıb. Bu gün xəstəxananı tərk edəcək Mirzə Əmirovun 3 aydan sonra komanda ilə birgə məşqlərə başlaya biləcəyi gözlənilir.

Yeri gəlmişkən, futzal üzrə Azərbaycan çempionatının (Yüksək Liqa) 9-cu turundan təxirə salınmış “Araz-Naxçıvan” – U-19 oyununa təyinatlar açıqlanıb. Həmin təyinatlarla sizi də tanış edirik:

Yüksək Liqa
9-cu turun oyunu
18 dekabr

Araz-Naxçıvan – U-19
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vüsal Balaşov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 13:00.

UEFA reytinqində 26-cı pillədə qaldıq

12 December 2025 at 10:00

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında Liqa mərhələsinin 6-cı turunun görüşlərindən sonra reytinq siyahısı yenilənib.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bu həftə Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Niderlandın “Ayaks” komandası ilə qarşılaşıb və 2:4 hesablı məğlubiyyətlə üzləşib.

Buna baxmayaraq, Azərbaycan UEFA reytinqində əvvəlki mövqeyini qoruyub. Hazırda Azərbaycan 22,250 əmsalla 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki Ukraynanın 23,256 əmsalı var. Sloveniya isə 22,218 əmsalla 27-cidir.

Qeyd edək ki, Azərbaycan cari mövsümdə 5,125 reytinq əmsalı əldə edib. Son beş mövsümdəki ən yaxşı göstəricimiz isə 5,875 əmsaldır. Bu, 2023/2024-cü illər mövsümündə qazanılıb. “Qarabağ”ın cari mövsümdə ÇL-in Liqa mərhələsində ən azı daha 2 oyun keçirəcəyini nəzərə alsaq, yeni rekordun reallaşması da istisna deyil.

Xatırladaq ki, 55 ölkənin yer aldığı reytinq cədvəlinə hazırda İngiltərə başçılıq edir – 104,005. İtaliya (92,017) ikinci, İspaniya (85,562) üçüncü, Almaniya (82,777) dördüncü, Fransa (75,391) beşincidir.

Before yesterdayMain stream

Yüksək Liqa: “Turan qalib gəldi, “Neftçi” uduzdu

11 December 2025 at 20:00

Bu gün qadın və kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 6-cı turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, qadın voleybolçular arasında 2 qarşılaşma baş tutub.

“Turan” Tovuz Olimpiya İdman Kompleksində “Milli Aviasiya Akademiyası”nı, UNEC kollektivi isə Azərbaycan Voleybol Federasiyasının idman zalında “Gənclər”i 3:0 hesabı ilə məğlub edib.

Kişilərin mübarizəsində isə “Ordu” “Neftçi” ilə qarşılaşıb. Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunmuş görüşdə “Ordu” qələbə qazanıb – 3:1.

Qadınların yarışında 6-cı turun “Murov” – “Abşeron” qarşılaşması təxirə salınıb. Kişilərin mübarizəsində 6-cı tura dekabrın 13-də yekun vurulacaq.

Yüksək Liqa (qadınlar)
6-cı tur
11 dekabr

“Turan” – “Milli Aviasiya Akademiyası” 3:0 (25:11, 25:20, 28:26)
Tovuz Olimpiya İdman Kompleksi.

“Gənclər” – UNEC 0:3 (6:25, 14:25, 10:25)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.

Yüksək Liqa (kişilər)
6-cı tur
11 dekabr

“Ordu” – “Neftçi” 3:1 (25:22, 25:21, 18:25, 25:16)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

Yüksək Liqa: “Araz-Naxçıvan” liderə qalib gəldi

11 December 2025 at 19:00

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, hesabat turu turnir cədvəlinin qonşu pillələrində yer almış komandaların duelləri ilə əlamətdar olub.

U-19 debütant və xalsız olan “Lənkəran”la qarşılaşıb. Gənclər millisi fasiləyə qədər vurduğu qollarla görüşün taleyini həll edib.

Turun ən maraqla gözlənilən görüşü lider “Neftçi” ilə ən yaxın izləyicisi “Araz-Naxçıvan”ın qarşılaşması idi. Oyun “Araz-Naxçıvan”ın minimalhesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında 1-ci dövrədə keçirilmiş matçda “Neftçi” 5:4 hesablı qələbəyə sevinmişdi.

“İlk 3-lüy”ü qapayan “Baku Fire” isə onu qarabaqara izləyən “Şuşa”dan güclü olub. Fasiləyə qədər 4 cavabsız top vuran nominal qonaqlar üstünlüyünü ikinci hissədə də davam etdiriblər.

Yüksək Liqa
10-cu tur

11 dekabr

U-19 – Lənkəran 8:4
Qollar: İsmayıl Əhmədov, 0:47, 4:35, 6:53, 23:18, Pünhan Qasımzadə, 4:06, 12:36, Oqtay Mahmudzadə, 4:46, 38:46 – Ömər Kərimli, 3:26-öz qapısına, Şahin Xəlilov, 30:53, Ümid Qəhrəmanov, 34:47, Rasim Əhmədov, 38:23, Tofiq Məlikov, 39:44.
Hakimlər: İmran Məhərrəmov, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 13:00.

Neftçi İK – Araz-Naxçıvan 4:5
Qollar: Lukas Ramos, 18:05, Tofiq Əliyev, 27:13, Allef Mayolli, 30:51, Yaqo Hernike, 38:28 – Kamran Hacıyev, 0:43-öz qapısına, Luicci Lonqo, 19:30, Karlos Bertula, 24:57, 26:32, 37:58.
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Əli Cəbrayılov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 15:00.

Şuşa – Baku Fire 2:6
Qollar: Rüstəm Bağırov, 33:19, 37:46 – Fərid Abbasov, 3:51, Rüfət Məmmədli, 6:03, 8:43, Nurlan Məmmədov, 17:25, Novruz Kazıxanov, 32:20, Kənan Manafov, 36:28.
Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Knyaz Əmiraslanov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 17:30.

Xallar: Neftçi İK – 25. Araz-Naxçıvan – 22. Baku Fire – 20. Şuşa – 12. U-19 – 6. Lənkəran – 0.

Bombardirlər: Luicci Lonqo (“Araz-Naxçıvan”) – 21. Rüstəm Bağırov (“Şuşa”) – 18. Yaqo Henrike (“Neftçi” İK) – 16 qol.

Birinci Liqa: “Şəfa” xal itirdi, “Səbail” darmadağına sevindi

11 December 2025 at 18:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun gününüdə iki qarşılaşma baş tutub.

“Şəfa” – “Zaqatala” matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Səbail” isə “Difai”yə böyük hesabla qalib gəlib.

Birinci Liqa
10-cu tur

10 dekabr

“Mingəçevir” – “Cəbrayıl” 2:0
Qollar: Samir Abdullayev, 15-pen. Qurban Səfərov, 52.
Hakimlər: Kamran Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Baku Sportinq” – “Şahdağ Qusar” 2:1
Qollar: Luka Stevanoviç, 2. Xəyyam Məmmədli, 28 – Ruslan Voronsov, 24.
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Aydın Baxşıyev, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Buzovna qəsəbə stadionu, 14:30.

MOİK – “Şimal” 2:0
Qollar: Seyxan Fərəcov, 20-pen; 71.
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Ceyhun Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 14:30.

11 dekabr

“Şəfa” – “Zaqatala” 1:1
Qollar: Elnur Cəfərov, 55 – Okan Təhməzli, 74.
Hakimlər: Əli Əliyev, Sənan Atayev, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 14:30.

“Səbail” – “Difai” 3:0
Qollar: Rəhman Hacıyev, 4. Emil Qasımov, 87; 90+4.
Hakimlər: Alik Yunusov, Orxan İbişov, Rasim Axundov, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Bayıl Arena”, 15:00.

“Qəbələ” – “Turan Tovuz” matçı 2026-cı ildə keçiriləcək

11 December 2025 at 17:00

Premyer Liqanın 14-cü turunda qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmış “Qəbələ” – “Turan Tovuz” oyunu bu il keçirilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Qeyd edilir ki, sözügedən matç 2026-cı ildə keçiriləcək. Belə ki, məsələ ilə bağlı PFL-in İdarə Heyətinin iclası keçirilib və oyunun keçirilmə tarixi, eləcə də bununla bağlı digər məsələlərlə əlaqədar müzakirələr aparılıb.

Qış fasiləsinə qədər olan, eləcə də fasilədən sonrakı ilk turun təqvimi tam açıqlandığı, klublar fəaliyyət planını artıq müəyyənləşdirdiyi üçün, eləcə də bununla bağlı digər məqamları və klubların da fikrini diqqətə alaraq PFL-in İdarə Heyəti bir sıra qərarlar qəbul edib.

Əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmış qarşılaşma yeni oyun kimi keçiriləcək və görüş 2026-cı ildə baş tutacaq.

Klublar 2026-cı ildə baş tutacaq oyunda sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcəklər. 24-cü dəqiqədə dayandırılan oyun üçün qüvvədə olan cəzalar Azərbaycan Premyer Liqasının növbəti oyunlarına şamil ediləcək.

Xatırladaq ki, “Qəbələ” – “Turan Tovuz” matçı dekabrın 8-də keçirilmiş, lakin əlverişsiz hava şəraiti səbəbindən yarıda qalmışdı.

Əvəzedicilər Liqası: 14-cü turun bütün təyinatları açıqlandı

11 December 2025 at 16:00

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 14-cü turun təyinatları müəyyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

14-cü turun oyunları dekabrın 14-də, 15-də və 16-da keçiriləcək.

Əvəzedicilər Liqası
14-cü tur
14 dekabr

“Sabah-2” – “Zirə-2”
Hakimlər: Əli Əliyev, Sevda Nuriyeva, Elmin Süleyanov, Ləman Əmirli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 14:00.

“Sumqayıt-2” – “Şamaxı-2”
Hakimlər: Alik Yunusov, Mirhihad Seyidov, Orxan İbişov, Rasim Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

15 dekabr

“Qarabağ-2” – “Kəpəz-2”
Hakimlər: Nazim Abdullayev, Zakir Şükürzadə, Rəhman Aslanov, Sənan Bayramzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu, 14:00.

“Turan Tovuz-2” – “Qəbələ-2”
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

16 dekabr

“Araz-Naxçıvan-2” – “Neftçi-2”
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Sənan Atayev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.

U-19 millimiz Xorvatiya, Çexiya və Gürcüstanla bir qrupda!

11 December 2025 at 15:00

19 yaşadək qadın futbolçulardan ibarət yığmalar (U-19) arasında Avropa çempionatının 2025/26 mövsümü üzrə 2-ci raundun püşkü atılıb.

Arena.az xəbər verir ki, bu gün baş tutmuş püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

B Liqasının 6-cı qrupunda yer almı U-19 millimiz Xorvatiya, Çexiya və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.

Premyer Liqa: 15-ci turun hakim təyinatları açıqlandı

11 December 2025 at 14:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turunun təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Premyer Liqa
15-ci tur
13 dekabr

“Şamaxı” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu, 14:00.

“Turan Tovuz” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu, 16:30.

14 dekabr

“Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 14:00.

“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “Azərsun Arena”, 17:30.

15 dekabr

“İmişli” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Neftçi Arena”, 19:00.

“Qarabağ”dan darmadağın, “Kəpəz”dən çətin qələbə

14 December 2025 at 19:23

Dünən Azərbaycan Premyer Liqasında 15-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olub.

Hər iki oyun bölgələrdə keçirilib. Əvvəlcə “Şamaxı” doğma publika önündə “Zirə”ni qəbul edib. Ayxan Abbasovun komandası bu görüşda iddialı rəqibinə qalib gəlməyi bacarıb.

Günün son matçı Tovuzda baş tutub. Kurban Berdıyevin komandası “Sabah”la üz-üzə gəlib. Oyun paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb.

Bu gün daha iki oyun olub. Əvvəlcə “Kəpəz” Yevlaxda “Qəbələ” ilə qarşılaşıb. Qonaqların ilk hissədən azlıqda qaldığı matçda sonda qələbəyə sevinən Gəncə təmsilçisi olub.

“Qarabağ” isə bu tur “Araz-Naxçıvan”la görüşüb. Ağdam təmsilçisi rəqibini böyük hesabla yenib.

Turun qalan oyunları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası, 15-ci tur

13 dekabr

Şamaxı – Zirə 2:1
Qol: Msanqa, 54. Karim Rossi, 61-pen – Papunaşvili, 8.
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 33. Əkbər Eyubov, 43. Əhliman Süleymanzadə, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Turan Tovuz – Sabah 1:3
Qollar: Filip Ozobiç, 82 – Coy Lens Mikels, 31. Velko Simiç, 68. Umarali Rahmonaliyev, 79.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu

Turan Tovuz: 1. Oleq Baklov, 10. Xəyal Nəcəfov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov
Baş məşqçi: Kurban Berdiyev

Sabah: 92. Stas Pokatilov (k), 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev, 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmiro, 6. Abdulax Xaybulaev, 89. Cəfər Muxtarov, 11. Kahim Parris, 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas

14 dekabr

Kəpəz – Qəbələ 1:0
Qol:
Ohori, 54.
Qırmızı vərəqə: Sanqare, 38 (“Qəbələ”)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu

Kəpəz: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu 
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 72. Nizami Səmədov 9. Luis Paçu 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov 

Qəbələ: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 27. Eşqin Əhmədov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Tsxadadze 

Qarabağ – Araz-Naxçıvan 5:1
Qollar: Toral Bayramov, 30; 90+5-pen. Nəriman Axundzadə, 41. Xoni Montiel, 57-pen. Leandro Andrade, 72 – Ramon Maçado, 76-pen.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Azərsun Arena”

Qarabağ: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 17. Kamilo Duran 
Baş məşqçi: Qurban Qurbanov

Araz-Naxçıvan: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 8. Coşqun Diniyev 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli 
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Qara Qarayev 5. Slavik Alxasov 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev 

15 dekabr

14:00. İmişli – Karvan-Yevlax
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu

19:00. Neftçi – Sumqayıt
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Palms Sports Arena”

The post “Qarabağ”dan darmadağın, “Kəpəz”dən çətin qələbə appeared first on Komanda.az.

U-17 millimiz Sloveniya, Belçika və Farer adaları ilə bir qrupda

11 December 2025 at 13:00

17 yaşadək qadın futbolçulardan ibarət yığmalar (U-17) arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə 2-ci raundun püşkü atılıb.

Arena.az xəbər verir ki, bu gün baş tutmuş püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

B Liqasının 3-cü qrupunda yer almış U-17 millimiz Belçika, Sloveniya və Farer adaları yığmaları ilə mübarizə aparacaq.

“Qarabağ” dünya reytinqində 3 pillə gerilədi

11 December 2025 at 12:00

Azərbaycanın “Qarabağ”, “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” klublarının dünya reytinqindəki mövqeləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.

İFFHS-in cədvəlində planetin 502 ən yaxşı komandası yer alıb. Siyahıda Azərbaycanı 4 klub təmsil edib.

Hazırda 187,5 xalı olan “Qarabağ” yeni siyahıda 3 pillə geriləyib. Azərbaycan çempionu 65-ci sıradan 68-ci yerə düşüb.

Digər klublarımızdan “Sabah” (87,25 xal) 276-cı mövqedən 252-yə, “Zirə” (70,5 xal) 387-dən 360-a qalxıb. “Araz-Naxçıvan” 390-cı pillədən (57,75 xal) 486-cı yerədək geriləyib.

Dünya reytinqinə 585 xalı olan Fransa çempionu PSJ rəhbərlik edir. İspaniyanın “Real” klubu 511 xalla ikincidir. İlk üçlüyü İngiltərənin “Çelsi” klubu qapayır – 484 xal.

Reytinq siyahısının ilk 10 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. PSJ (Fransa) – 585 xal
  2. Real (Madrid, İspaniya) – 534 xal
  3. Çelsi (İngiltərə) – 483 xal
  4. İnter (Milan, İtaliya) – 453 xal
  5. Bayern (Almaniya) – 437 xal
  6. Barselona (İspaniya) – 404 xal
  7. Arsenal (İngiltərə) – 401 xal
  8. Flamenqo (Braziliya) – 400 xal
  9. Palmeyras (Braziliya) – 378 xal
  10. Borussiya (Dortmund, Almaniya) – 371 xal

Yüksək Liqa: Bu gün 10-cu turun oyunları keçiriləcək

11 December 2025 at 10:00

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edəcək və “Olimpik Star”da təşkil olunacaq.

Yüksək Liqa
10-cu tur
11 dekabr

U-19 – Lənkəran
Hakimlər: İmran Məhərrəmov, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 13:00.

Neftçi İK – Araz-Naxçıvan
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Əli Cəbrayılov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 15:00.

Şuşa – Baku Fire
Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Knyaz Əmiraslanov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 17:30.

Xallar: Neftçi İK – 25. Araz-Naxçıvan – 19. Baku Fire – 17. Şuşa – 12. U-19 – 3. Lənkəran – 0.

Bombardirlər: Luicci Lonqo (“Araz-Naxçıvan”) – 20. Rüstəm Bağırov (“Şuşa”) -16. Yaqo Henrike (“Neftçi” İK) – 15 qol.

Qurban Qurbanov: “Ayaks” 5 oyunda bacarmadığını bu gün etdi”

11 December 2025 at 01:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Ayaks”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş oyununda Azərbaycan çempionu 2:4 hesablı məğlubiyyətə üzülüb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqibi təbrik edirəm. Oyundan sonra baş məşqçiləri öz oyunçuları tərəfə getdi, onu təbrik edə bilmədim. Görüşsəydik, daha yaxşı olardı. Matça gəldikdə, futbolçularımdan razı qaldım. Son illərdə belə dinamik, sürətli oyun, bu qədər bolqollu qarşılaşma nadir hallarda olurdu. Bu cür komandalar səhvləri bağışlamır, epizodlardan istifadə edirlər. Bura Çempionlar Liqasıdır. Burada istənilən nəticəni gözləmək lazımdır. Elə də oldu. Sanki “Ayaks” əvvəlki 5 oyunda bacarmadığını bu gün bacardı. Bu komanda əvvəlki oyunlarda uduzsa da, istənilən rəqibdən üstün futbol oynayıb. Bunu demişdim. Biz meydançada döyüşərək uduzduq. Azarkeşlər də, biz də bərabərlik haqda düşünmürdük, qələbə istəyirdik. Futbolçulara da bu ruhu vermişdik. Ona görə oyunçularımız hücumda çoxluq təşkil etməyə çalışırdılar. Azarkeşlərə təşəkkür edirəm. Futbol bayramı idi. Sadəcə, qələbə çatışmadı. Bizə güvəndilər. Çalışdıq ki, güvənlərini itirməyək. Futboldur, belə nəticələrə hazır olmaq lazımdır. Məncə, hamı oyundan həzz aldı, sadəcə nəticə fərqli oldu.

Qalib gəlmək istəyiriksə, necə hazırlaşmışıqsa, o sistemi sonadək saxlamalıyıq. Belə böyük oyunlarda futbolçularıma bildirmişəm ki, sona qədər oynamalıyıq. Qol vurduq, müdafiədən oynayaq söhbəti olmamalıdır. “Ayaks” topla yaxşı davransa da, risklərə gedirdik. Qol epizodlarını saysan, bəlkə bizdə daha çox idi. Nədən razı qaldım? Dünən hazırlaşmışdıq ki, hansı hücumları edəcəyik. Xeyli hücumlarımız oldu”.

Qurban Qurbanov onların çıxışından razı qalmayıb

Qurban Qurbanov bəzi oyunçuları, xüsusilə də sonradan meydana çıxanları tənqid edib:

“Buraxdığımız birinci və ikinci qol uzaqdan vurulan qollar idi. Orada bir az diqqətsizlik oldu. Digərlərini əks-hücumdan buraxdıq. Orada rəqibin ustalığı önə çıxdı. Hücuma çıxanda, sonda qol buraxırıq. Elvin Cəfərquliyev daha diqqətli olmalı idi. Sağ və sol müdafiəçilərimizin üstün tərəfidir ki, hər ikisi hücumda aktiv çıxış etsin. Qapımızda qollar gördük, oyunun sonları idi, bəlkə onlarda yorğunluq var idi. O epizodlarda sürətdə uduzduq.

Sonradan meydana buraxdığımız oyunçulardan tam razı qalmadım. Yağışlı hava idi, meydana sonradan daxil olmaq çətin idi. Sürəti artırmaq istəyirdik. Aleksey Kaşuk, Nəriman Axundzadə daha dəqiq olsaydı, fərqli nəticə olardı. İlk dəfə deyil ki, belə addımlar atmışıq. Sadəcə, bu dəfə alınmadı.

Təəssüf ki, Nərimanla bağlı çoxlu müzakirələr gedir. Mən özüm bilmirəm onun haqqında nə deyim. Hansısa fikir bildirsəm, bəlkə azarkeşə qarşı çıxmış olaram. Daha yaxşı oynaya bilərdi. Dəfələrlə futbolçularımın yanında olduğumu demişəm. İndi də eləcə. Kamilo Duran nə qədər sprint etdi, güc sərf etdi. Yorulmuşdu. Nəriman daha yaxşı oynaya bilərdi. Tək o yox, sonradan meydana çıxanların hər biri. Oyuna kənardan baxıb həzz alırdım. 90 dəqiqə dinamika var idi. Son vaxtlar çox oyuna baxmışdıq, analiz etmişdik ÇL matçlarını. Bəlkə də 3 ən yaxşı oyunlardan biridir. Hər iki komanda cəsarətli oynadı, xeyli sayda qol epizoduna girdi. Məğlub olduq. Deyəcək bir şey yoxdur”.

Qurban Qurbanov komandasının ÇL-in pley-offuna vəsiqə qazanmaq şanslarını da dəyərləndirib:

“Futbolçular üzgün idilər. Hamımız istəyirdik ki, şansdan maksimum istifadə edək. Meydanda icraçılar onlardılar. Çox çalışdılar. İndi də patlardəyişmə otağında gördüm ki, çox kefsizdirlər. Vaxtımız olacaq ki, onları yenidən geri qaytaraq. Hansısa matçlarda qalib gəlmişiksə, yenə də bunu edə bilərik. Pley-off şansımız varsa, maksimum istifadə edəcəyik”.

“Bu, Azərbaycan futbolunun yaralı yeridir”

Qurban Qurbanov “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasında keçirdiyi oyunların hamısında uduzmasına, xüsusilə də böyük hesablarla məğlub olmasına belə reaksiya verib:

“Bu, bizim Azərbaycan futbolunun yaralı yeridir. U-19 komandamızla fərq bu qədər hiss olunursa, 4-5 il sonra bu səviyyədə oyunlarda hansı səviyyədə olacağıq? Bu, bizim üçün böyük təhlükədir. Bəlkə kənardan vuruşmağımız, nəticələrimiz bizi aldadır. Amma gələcəyə baxsaq, fərq böyüyə-böyüyə gedir. 4-5 ildən sonra necə olacaq, bilmirəm. Biz mütləq “Qarabağ” olaraq, şəraitimizi yaxşılaşdırmalıyıq, daha diqqətli olmalıyıq. Bizim U-19 komandamızın əksər oyunçuları cavanlar idi, 17-18 yaşları vardı. İlk dəfə idi belə turnirdə oynayırdılar. Amma bu cür klubların futbolçuları beynəlxalq turnirlərdə oynayıb, böyüyə-böyüyə oynayırlar. Onlar 17 yaşından bu cür turnirlərdə iştirak edirlər. Onların şəraitləri danışılası deyil. Avropa futbolu, gənc, uşaq futbolu dedikdə, ilk ağla gələn “Ayaks”dır. Bu klubun şəraiti bizim bəlkə də Azərbaycan futbolunun şəraitindən daha üstündür. Bir neçə klubda olmuşam, akademiyalarına baxmışam. “Barselona”nın, “Çelsi”nin, “Borussiya”nın. Yan-yana qoyulası deyil. Çalışıb əziyyət çəkməli, pozitiv yanaşmalı, inamla baxmalıyıq gələcəyə. Fərq çox böyükdür”.

Fred Qrim: “Bakıdakı qələbəni çox böyük sevinclə qeyd etdik”

11 December 2025 at 00:30

“Ayaks”ın baş məşqçisi Fred Qrim UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş oyununda Niderland nəhəngi 4:2 hesablı əzmkar qələbəyə sevinib.

Fred Qrim matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox gözəl oyun oldu. “Qarabağ”ın qolları da keyfiyyətli oldu. Onların da çox şansı var idi ki, qollar vursunlar. Fasilədən sonra daha yaxşı oynamağa çalışdıq. Hesabda geri olanda, yenidən qol vurmaq mental cəhətdən də çətin idi. Amma bunu etməyi bacardıq.

Formatdan da çox şey asılı idi. Bu oyunda bundan istifadə etdik. İstədiyimiz oyunu göstərə bilərdik. Daha yaxşı ola bilərdik. Addım-addım daha yaxşı olacağıq.

“Qarabağ” da çox yaxşı oynayırdı. Bu səviyyədə oyunlarda çox kiçik səhvlərin çox böyük nəticəsi ola bilər. Futbolçularımız sürüşkən otun üstündə yıxılırdılar. Yəqin, “Qarabağ” bu ot örtüyünə öyrəşib, amma bizim üçün çətin idi. Amma bu qələbədən sonra özgüvənimiz artacaq. İstəyirik ki, bu nəticənin davamını gətirək.

İlk qələbəni çox böyük sevinclə qeyd etdik. Xüsusilə də fanatlarla bunu yaxşı qeyd etdik. Onlar bizə böyük dəstək oldular. İnanılmaz dərəcədə sevincliyik”.

ÇL: “Qarabağ” autsayder “Ayaks”ı Bakıda sevindirdi

10 December 2025 at 23:50

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 6-cı turu çərçivəsində Niderland nəhəngi “Ayaks”la üz-üzə gəlib.

Sözügedən komandalar arasındakı oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi FIFA referisi Rade Obrenoviç olub.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində uğurlu çıxışı ilə diqqət mərkəzindəydi. Ağdam klubu əvvəlki 5 oyunda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə üzləşmişdi.

“Ayaks” isə ÇL-in Liqa mərhələsində keçirdiyi 5 oyunun hamısında məğlubiyyətə üzülmüşdü. Niderland nəhəngi bu oyundan öncə xal qazanmamış yeganə komanda idi və 36-cı sırada qərarlaşmışdı. “Qarabağ” isə 7 xalla 20-ci idi.

Altı qolun qeydə alındığı bu oyuna Ağdam təmsilçisi daha yaxşı başlayıb və iki dəfə hesabda önə keçib. Amma matçın sonlarında fəallaşan “Ayaks” yekunda əzmkar qələbəyə sevinməklə “Qarabağ”ın xal hesabını artırmasına imkan verməyib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
10 dekabr

“Qarabağ” – “Ayaks” 2:4
Qollar: Kamilo Duran, 10. Mateus Silva, 47 – Kasper Dolberq, 39. Oskar Qlux, 79; 90. Anton Qaey, 83.
Hakimlər: Rade Obrenoviç, Yure Praprotnik, Qreqa Kordej, Mateo Tozan (Sloveniya).
VAR: Matey Yuq (Sloveniya).
AVAR: Alen Borosak (Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 11. Emmanuel Addai, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 9. Xoni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Ayaks: 1. Viteslav Yaroş, 2. Lukas Roşa, 3. Anton Qaey, 4. Ko İtakura, 7. Raul Moro, 9. Kasper Dolberq, 10. Oskar Qlux, 15. Yuri Baas (k), 30. Aaron Bauman, 24. Yorti Mokio, 48. Sean Steur.
Ehtiyat oyunçular: 12. Yoeri Herkens, 22. Remko Pasveer, 5. Ouen Veyndal, 6. Yuri Reger, 11. Mika Qodts, 17. Oliver Edvardsen, 18. Davi Klaassen, 19. Don Konadu, 21. Van den Bomen, 28. Kian Fits-Jim, 43. Rayan Bunida, 53. Van de Lans.
Baş məşqçi: Fred Qrim.

“Qarabağ” – “Ayaks”: Start heyətlər açıqlandı

10 December 2025 at 21:00

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” matçının start heyətləri müəyyənləşib.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı oyun bu gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi FIFA referisi Rade Obrenoviç olacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
10 dekabr

“Qarabağ” – “Ayaks”
Hakimlər: Rade Obrenoviç, Yure Praprotnik, Qreqa Kordej, Mateo Tozan (Sloveniya).
VAR: Matey Yuq (Sloveniya).
AVAR: Alen Borosak (Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 11. Emmanuel Addai, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 9. Xoni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Ayaks: 1. Viteslav Yaroş, 2. Lukas Roşa, 3. Anton Qaey, 4. Ko İtakura, 7. Raul Moro, 9. Kasper Dolberq, 10. Oskar Qloux, 15. Yuri Baas (k), 30. Aaron Bauman, 24. Yorti Mokio, 48. Sean Steur.
Ehtiyat oyunçular: 12. Yoeri Herkens, 22. Remko Pasveer, 5. Ouen Veyndal, 6. Yuri Reger, 11. Mika Qodts, 17. Oliver Edvardsen, 18. Davi Klaassen, 19. Don Konadu, 21. Van den Bomen, 28. Kian Fits-Jim, 43. Rayan Bunida, 53. Van de Lans.
Baş məşqçi: Fred Qrim.

UEFA Region Kubokunun püşkü atıldı, rəqiblərimiz bilindi

10 December 2025 at 19:00

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Region Kubokunun 2026/2027-ci illər mövsümünün ilk raundunun püşkü atılıb.

Arena.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edəcək komanda ilkin mərhələdən mübarizəyə başlayacaq.

Azərbaycan komandası ilkin mərhələnin 7-ci qrupunda Polşa, Türkiyə və Rumıniya kollektivləri ilə mübarizə aparacaq. Bu raundun oyunları 2026-cı ilin sentyabr-dekabr ayları aralığında Türkiyədə baş tutacaq.

Birinci Liqa: “Mingəçevir” və “Baku Sportinq”dən qələbə

10 December 2025 at 18:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününüdə üç qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Baku Sportinq” – “Şahdağ Qusar” oyununda birincilər qələbə qazanıblar. “Mingəçevir” “Cəbrayıl”ı, MOİK də “Şimal”ı 2 cavabsız qolla üstələyib.

10-cu turun qalan görüşləri sabah baş tutacaq.

Birinci Liqa
10-cu tur

10 dekabr

“Mingəçevir” – “Cəbrayıl” 2:0
Qollar: Samir Abdullayev, 15-pen. Qurban Səfərov, 52.
Hakimlər: Kamran Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Baku Sportinq” – “Şahdağ Qusar” 2:1
Qollar: Luka Stevanoviç, 2. Xəyyam Məmmədli, 28 – Ruslan Voronsov, 24.
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Aydın Baxşıyev, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Buzovna qəsəbə stadionu, 14:30.

MOİK – “Şimal” 2:0
Qollar: Seyxan Fərəcov, 20-pen; 71.
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Ceyhun Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 14:30.

11 dekabr

“Şəfa” – “Zaqatala”
Hakimlər: Əli Əliyev, Sənan Atayev, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 14:30.

“Səbail” – “Difai”
Hakimlər: Alik Yunusov, Orxan İbişov, Rasim Axundov, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Bayıl Arena”, 15:00.

U-17 millimiz Bolqarıstan, Litva və Malta ilə eyni qrupda!

10 December 2025 at 16:30

Bu gün 17 yaşadək futbolçulardan ibarət yığmalar (U-17) arasında Avropa çempionatının 2025/26 mövsümünün 2-ci raundunun püşkü atılıb.

Arena.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

B Liqasının 2-ci qrupunda yer almış U-17 millimiz Bolqarıstan, Litva və Malta yığmaları ilə mübarizə aparacaq. Bu qrupdakı oyunların təqvimi daha sonra müəyyənləşəcək.

UEFA Gənclər Liqası: “Qarabağ” “Ayaks”a biabırçı hesabla uduzdu

10 December 2025 at 16:00

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının 2025/2026 mövsümünün əsas mərhələsində bu gün sonuncu oyununa çıxıb.

Arena.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderland təmsilçisi “Ayaks”ın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Görüş “Azərsun Arena”da baş tutub. Əsas mərhələnin 6-cı turunun matçını macarıstanlı FIFA referisi Marton Ruş idarə edib. Görüş Azərbaycan təmsilçisi üçün uğursuz alınıb. Ağdam klubu yekunda 0:8 hesablı məğlubiyyətə üzülüb.

Qeyd edək ki, əvvəlki oyunlarının hamısında məğlub olmuş “Qarabağ”ın U-19 komandası yarışı sonuncu – 35-ci pillədə başa vurub. Norveçin “Bodo Qlimt” və İngiltərənin “Nyukasl” komandaları da hazırda xalsızdırlar. Lakin onlar hələ son oyunlarını keçirməyiblər.

U-17 millimiz Almaniyaya rəqib oldu

10 December 2025 at 15:00

Bu gün 17 yaşadək futbolçulardan ibarət yığmalar (U-19) arasında Avropa çempionatının 2026/2027-ci illər mövsümünün ilk püşkü atılıb.

Arena.az xəbər verir ki, bugünkü püşkatmada Avropa çempionatının 1-ci seçmə mərhələsində mübarizə aparacaq komandalar öz rəqiblərini tanıyıblar.

Püşkatma mərasimində Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. 2-ci qrupda yer almış U-17 millimiz Almaniya, Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq.

1-ci seçmə mərhələnin oyunları 2026-cı il noyabrında keçiriləcək.

Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

11 noyabr 2026-cı il
Almaniya – Azərbaycan

14 noyabr
Şimali İrlandiya – Azərbaycan

17 noyabr
Litva – Azərbaycan

Qeyd edək ki, bu qrupun oyunları Almaniyada keçiriləcək.

U-19 millimiz Şimali İrlandiya və Litva ilə bir qrupda!

10 December 2025 at 14:30

Bu gün 19 yaşadək futbolçulardan ibarət yığmalar (U-19) arasında Avropa çempionatının 2026/2027-ci illər mövsümünün ilk püşkü atılıb.

Arena.az xəbər verir ki, bugünkü püşkatmada Avropa çempionatının 1-ci seçmə mərhələsində mübarizə aparacaq komandalar öz rəqiblərini tanıyıblar.

Püşkatma mərasimində Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. B Liqasının 6-cı qrupunda yer alan U-19 millimiz Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq.

1-ci seçmə mərhələnin oyunları 2026-cı il martın 23-dən 31-nə qədər keçiriləcək.

AFFA “Şamaxı”, “Kəpəz” və “Sumqayıt”ı cərimələdi

10 December 2025 at 14:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 13-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Əvəzedicilər Liqası, 13-cü tur

“Zirə-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib.

“Kəpəz-2” – “Şamaxı-2” oyununun 69-cu dəqiqəsində “Şamaxı”nın futbolçusu Sənan Muradlı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. “Şamaxı-2” buna görə 100 manat cərimə edilib.

“Kəpəz-2” – “Şamaxı-2” oyununda əvəzetmə tabloları işləmədiyinə görə Gəncə komandası 100 manat cərimə edilib.

AFFA-dan Musazadəyə 1 oyunluq cəza

10 December 2025 at 13:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 12-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

İkinci Liqa, 12-ci tur

“Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Qaradağ komandası 70 manat cərimə edilib.

“Quba” – “Xankəndi” oyununda “Xankəndi”nin 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib.

“Şirvan” – “Ağdaş” oyununda “Şirvan”ın 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib.

“Kür-Araz” – “Göygöl” oyununun 87-ci dəqiqəsində “Kür-Araz”ın futbolçusu Cavidan Musazadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Kür-Araz” buna görə 50 manat cərimə edilib. “Göygöl”ün 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib.

AFFA qərar verdi: Dəymiş zərəri “Neftçi” ödəyəcək

10 December 2025 at 13:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 14-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Azərbaycan Premyer Liqası, 14-cü tur

“Sabah” – “Neftçi” oyununda “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə sözügedən klub 5000 manat cərimə edilib.

“Sumqayıt” – “İmişli” oyununun 90+13-cü dəqiqəsində “Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Sumqayıt” buna görə 1000 manat cərimə edilib. “İmişli”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə ödəyəcək.

AFFA “Sabah”la “Neftçi”ni azarkeşlərinə görə cərimələdi

10 December 2025 at 12:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

“Zirə” – “Neftçi” oyununda “Neftçi”də 4 nəfər sarı vərəqə aldığı üçün paytaxt klubu 700 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal kubokda ilk dəfə yaşandığına görə paytaxt klubu 2000 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal kubokda ilk dəfə yaşandığına görə sözügedən klub 5000 manat cərimə edilib.

“İmişli” – “Sabah” oyununda “İmişli”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib. “Sabah”ın azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə paytaxt komandası 5000 manat cərimə edilib.

“Qarabağ” – “Karvan” oyununda “Karvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Yevlax komandası 700 manat cərimə edilib.

“Difai” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Difai”nin futbolçusu Roman Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Difai” buna görə 150 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Kəpəz” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 700 manat cərimə edilib.

Birinci Liqa: 10-cu turun təyinatları açıqlandı

10 December 2025 at 11:30

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

10-cu tura bu gün keçiriləcək üç oyunla start veriləcək. Turun qalan görüşləri isə sabah baş tutacaq.

Birinci Liqa
10-cu tur
10 dekabr

“Mingəçevir” – “Cəbrayıl”
Hakimlər: Kamran Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Baku Sportinq” – “Şahdağ Qusar”
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Aydın Baxşıyev, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Buzovna qəsəbə stadionu, 14:30.

MOİK – “Şimal”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Ceyhun Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 14:30.

11 dekabr

“Şəfa” – “Zaqatala”
Hakimlər: Əli Əliyev, Sənan Atayev, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 14:30.

“Səbail” – “Difai”
Hakimlər: Alik Yunusov, Orxan İbişov, Rasim Axundov, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Bayıl Arena”, 15:00.

Rauf Hüseynli 100-ə çatdı

10 December 2025 at 12:00

“Kəpəz”in sağ cinah müdafiəçisi Rauf Hüseynli futbol üzrə Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.

25 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 14-cü turunun “Araz-Naxçıvan”la görüşünə (0:2) təsadüf edib. O, səfər matçına start heyətində çıxıb.

Müdafiəçi 5 klubun heyətində çıxış edib. Hüseynli “Kəpəz”də 33 (3 qol), “Şamaxı”da 31 (1 qol), “Qəbələ”də 30 (1 qol), “Zirə”də 5, “Qarabağ”da 1 (1 qol) oyun keçirib.

Rauf Hüseynli Premyer Liqada keçirdiyi 100 qarşılaşmada 6 qola imza atıb.

Qeyd edək ki, Premyer Liqada debütü 2019/2020-ci illər mövsümünə təsadüf etmiş Hüseynli çempionatda 100 və daha çox oyun keçirən 449-cu futbolçudur.

UEFA Gənclər Liqası: “Qarabağ” “Ayaks”a qarşı

10 December 2025 at 10:00

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının 2025/2026 mövsümünün əsas mərhələsində bu gün sonuncu oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderland təmsilçisi “Ayaks”ın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Görüş “Azərsun Arena”da baş tutacaq. Oyuna saat 14:00-da start veriləcək. Əsas mərhələnin 6-cı turunun matçını macarıstanlı FIFA referisi Marton Ruş idarə edəcək.

Qeyd edək ki, əvvəlki beş qarşılaşmanın hamısında məğlub olmuş “Qarabağ”ın U-19 komandası hazırda yarış cədvəlinin 35-ci pilləsində qərarlaşıb. “Ayaks” isə 7 xalla 22-cidir.

ÇL: “Qarabağ” “Ayaks”ı qəbul edir

10 December 2025 at 09:00

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 6-cı turu çərçivəsində Niderland nəhəngi “Ayaks”la üz-üzə gələcək.

Sözügedən komandalar arasındakı oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi FIFA referisi Rade Obrenoviç olacaq. Ona yan xətt hakimləri Yure Praprotnik və Qreqa Kordej kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. VAR-da Matey Yuq, AVAR-da Alen Borosak əyləşəcəklər.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində uğurlu çıxışı ilə diqqət mərkəzindədir. Ağdam klubu ilk turda səfərdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 hesabıyla qalib gəlib. İkinci turda isə Azərbaycan çempionu Danimarka nəhəngi “Kopenhagen”i diz çökdürüb – 2:0. Üçüncü turda İspaniya təmsilçisi “Atletik”ə 1:3 hesabıyla uduzmuş təmsilçimiz ardından Bakıda İngiltərə nəhəngi “Çelsi”dən xal almağı bacarıb – 2:2. Liqa mərhələsinin 5-ci turunda baş tutmuş “Napoli” (İtaliya) ilə oyunda isə ağdamlılar 0:2 hesablı məğlubiyyətə üzülüblər.

“Ayaks” isə ÇL-in Liqa mərhələsində keçirdiyi 5 oyunun hamısında məğlubiyyətə üzülüb. Niderland nəhəngi hazırda xal qazanmamış yeganə komandadır və 36-cı sırada qərarlaşıb. “Qarabağ” isə 7 xalla 20-ci pillədə qərarlaşıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
10 dekabr

“Qarabağ” – “Ayaks”
Hakimlər: Rade Obrenoviç, Yure Praprotnik, Qreqa Kordej, Mateo Tozan (Sloveniya).
VAR: Matey Yuq (Sloveniya).
AVAR: Alen Borosak (Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.

Xorxe Kaskilya: “Həmin anda heç kim özünü yaxşı aparmadı”

9 December 2025 at 23:30

“İmişli”nin baş məqşçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 14-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş oyunu “İmişli”nin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sumqayıt” birinci hissədə daha üstün futbol oynadı. Fasilədən sonra taktiki dəyişiklərə getdik. Bu da ikinci hissədə özünü göstərirdi. Rəqibdən daha üstün oynamağa başlamışdıq, qol epizodlarımız çox idi. Juninyonun epizodunda qola çox yaxın idik, amma alınmadı. Futbol elə oyundur ki, şanslardan yararlanmayanda səni cəzalandırırlar. Qoldan sonra hesabı bərabərləşdirə bilərdik.

Heyətimizdəki oyunçuların əcnəbi və ya yerli olmasına fərq qoymuram. Hansı oyunçu özünü daha yaxşı göstərirsə, o da əsas heyətdə yerini alır. Cari mövsümdə 3-cü dəfə penaltini boşa verməyimizə gəlincə, buna şərh vermək çətindir. Biz məşqlərdə penaltilər üzərində çalışırıq, amma oyun zamanı bunu reallaşdırmaq bir qədər çətin və fərqli olur”.

Kaskilya matçın sonlarında iki komandanın futbolçuları və texniki heyətləri arasında baş vermiş davaya da münasibət bildirib:

“Hər iki tərəf həmin anda özünü yaxşı aparmadı. Rəqib komandanın işçiləri də özünü yaxşı aparmadılar. Futbol emosional bir oyundur. Gərək hər kəs özünü cilovlaya bilsin”.

“Təəssüf ki, çox qol epizodu yarada bilmədik”

“Sumqayıt”ın məşqçisi Şahin Abdullayev isə komandasının qələbəsi ilə bağlı bunları dilə gətirib:

“Gözlənilən kimi, ağır oyun oldu. “İmişli” yaxşı müdafiə olunan komandadır. Onlara qarşı ilk oyunda da çətinlik çəkmişdik. Təəssüf ki, çox qol epizodu yarada bilmədik. Amma yekunda son dəqiqələrdə qolu vurub 3 xalı qazanan tərəf biz olduq. “İmişli”yə növbəti oyunlarda uğurlar arzu edirəm.

Penalti epizodundan sonra biz də öz aramızda söhbətləşdik. Bizə görə 50-nin 50-yə epizod idi. Penaltiyə daha yaxın hesab etmək olardı. Amma referinin çox uzun müddət bu barədə düşünməsi, bizi də fikrimizi dəyişməyə yönləndirirdi. Çox da bu epizod haqda danışmağa dəyməz.

Əks-hücumlara yaxşı çıxan bir komanda ilə oynadıq. Məşqlərdə də buna hazırlaşmışdıq. Düşünürəm ki, bunun da bəhrəsini gördük”.

“Sumqayıt” – “İmişli” 1:0 – Video

9 December 2025 at 23:00

Azərbaycan Premyer Liqasının 14-cü turunun “Sumqayıt” – “İmişli” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
14-cü tur

9 dekabr

“Sumqayıt” – “İmişli” 1:0
Qol: Rüstəm Əhmədzadə, 83
Qolla nəticələnməyən penalti: İbrahim Əliyev, 90+9.
Sarı vərəqələr: Aleksa Yankoviç, 55 (qeyri-idman hərəkəti). Abdul Raşid Mumini, 89 (qeyri-idman hərəkəti). Xəyal Fərzullayev, 90+6 (oyunun bərpasının ləngidilməsi) – Edvin Banqera, 52 (qeyri-idman hərəkəti). Ronaldo de Souza, 90+13 (qeyri-idman hərəkəti).
Luis Silvestr, 90+13 (qeyri-idman hərəkəti). İbrahim Əliyev, oyundan sonra (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Veliçko Kaplanoviç, 90+13 (oyunun bərpasını ləngitdiyinə görə).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 6 dəqiqə.
Saat 19:30. Mehdi Hüseynzadə Sumqayıt şəhər stadionu, 910 tamaşaçı.

Baş hakim: Əliyar Ağayev.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Kərim Zeynalov.
Dördüncü hakim: Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat (71. Masaki Murata, 75), 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 10. Nikola Ninkoviç (95. Nsana Simon, 65), 72. Rayan Senhadji, 80. Keffel Resende, 11. Aleksa Yankoviç (6. Rauf Rüstəmli, 88), 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev.
Məşqçi: Veliçko Kaplanoviç.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 94. Rafael Vyeqas (44. Həzrət İsayev, 90+1), 10. Nikola Karaklaiç (21. Abbas Ağazadə, 46), 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes (5. İdris İnqilablı, 46), 9. Dioqo Almeyda, 23. Dioqo Rollo (77. Elmir Rəhimzadə, 90+1), 17. Ezekiel Morqan (22. İbrahim Əliyev, 90+1), 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Xorxe Kaskilya.

Premyer Liqa: “Sumqayıt” “İmişli”ni xalsız yola saldı

9 December 2025 at 22:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün sonuncu qarşılaşması Sumqayıtda baş tutub.

“Sumqayıt” mövsümün sürpriz komandalarından olan “İmişli” ilə üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş görüşü Əliyar Ağayev idarə edib. Meydan sahibləri bu oyundan çətin qələbə ilə ayrılıblar.

Premyer Liqa
14-cü tur

9 dekabr

“Sumqayıt” – “İmişli” 1:0
Qol: Rüstəm Əhmədzadə, 82.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 71. Masaki Murata, 95. Nsana Simon.
Məşqçi: Veliçko Kaplanoviç.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Xorxe Kaskilya.

“Qarabağ” – “Ayaks” matçına qanunsuz bilet satanlar saxlanıldı

9 December 2025 at 21:30

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin “Qarabağ” – “Ayaks” oyununa bilet satan şəxslər saxlanılıblar.

Arena.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ” – “Ayaks” oyununun biletlərinin qeyri-qanuni onlayn satışına qarşı növbəti əməliyyat-texniki tədbir keçirib.

Biletləri əvvəlcədən onlayn qaydada və satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkələrdə müxtəlif səhifələrdə, eləcə də “qara bazar”da dəyərindən daha artıq qiymətə satmaq istəyən Şahin Məmmədov və Hüseyn Quliyev saxlanılıblar. Həmin şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.

DİN yaydığı xəbərdə bir daha idman yarışlarını stadionda izləmək istəyən vətəndaşlara biletləri yalnız rəsmi satış nöqtələri, eləcə də, onlayn qaydada QR və ya elektron bilet sifarişi verməklə əldə etməyi tövsiyə edib.

Sosial şəbəkələrdə saxta bilet satışı ilə bağlı dələduzluq halları ilə üzləşən şəxslər bu barədə polisə məlumat verə bilərlər.

“Araz-Naxçıvan” – “Kəpəz” 2:0 – Video

9 December 2025 at 20:30

Azərbaycan Premyer Liqasının 14-cü turunun “Araz-Naxçıvan” – “Kəpəz” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Mərdəkanda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
14-cü tur
9 dekabr

“Araz-Naxçıvan” – “Kəpəz” 2:0
Sarı vərəqələr: Vanderson Melo, 40 (qeyri-idman hərəkəti). Çarlz Boli, 84 (hakimin qərarına etiraz) – Fərid Nəbiyev, 31 (qeyri-idman hərəkəti). Şakir Seyidov, 36 (qeyri-idman hərəkəti).
Qollar: Coşqun Diniyev, 38. Patrik Andrade, 65.
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 17:00. “Dalğa Arena”, 100 tamaşaçı.

Baş hakim: İnqilab Məmmədov.
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Rahil Ramazanov.
Dördüncü hakim: İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov (77. Bruno Franko, 75), 8. Coşqun Diniyev (19. Bar Kohen, 80), 16. Ramon Maçado (14. Ülvi İsgəndərov, 86), 6. Patrik Andrade (2. Qara Qarayev, 86), 29. Vanderson Melo (24. Mustafa Əhmədzadə, 75), 17. İssuf Paro, 23. Nuno Rodriqes, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 26. Ömər Buludov, 22. Elçin Mustafayev.
Baş məşqçi: Elmar Baxşıyev.

Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev (20. Elcan Əbilov, 70), 5. Rauf Hüseynli, 88. Şakir Seyidov (99. Əli Səmədov, 70), 17. Ümid Səmədov, 29. Dioqo Verdaska (k), 14. Adama Fofana (23. Fərid Kələntərov, 83), 10. Ryonosuke Ohori (53. Şahmar Aşurov, 70), 6. Pedro Qomes (38. Cefferson Bentu, 70).
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 15. Raul Məmmədov, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Azər Bağırov.

Baxşıyev: “Həftə ərzində bir-birimizə dəstək olmağa çalışdıq”

9 December 2025 at 20:00

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 14-cü turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Mərdəkanda baş tutmuş oyununda Naxçıvan təmsiçisi 2:0 hesablı qələbəyə sevinib.

Elmar Baxşıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Ağır oyun alındı. Kubok matçından sonra komanda şəklində daha artığını etmək məcburiyyətində idik. Yaxşı oynadıq və buna görə futbolçularımı təbrik edirəm.

Oyun ərzində hər bir komandanın üstünlük qazanmaq şansı olar. Biz də kubok oyunundan sonra stress yaşamışdıq və həftə ərzində bir-birimizə yaxın, dəstək olmağa çalışdıq. Həmin stressi atdıqdan sonra bu gün meydanda işimiz alındı.

Felipe Santosun zədəsi ciddi deyil. Fərdi məşq edir. Qarşıdakı oyunlarda komandanın yanında olacağına inanıram”.

Azər Bağırov: “Bu gün bəxtimiz də gətirmədi”

9 December 2025 at 19:30

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Mərdəkanda baş tutmuş oyununda Gəncə təmsiçisi 0:2 hesablı məğlubiyyətə üzülüb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Mənim üçün maraqlı oyun oldu. Futbolçularımın çıxışından çox razı qaldım. Bir az bəxtimiz də gətirmədi. Bəlkə də, birinci və ya ikinci epizodda fərqlənsəydik, oyun tam başqa cür olardı. Önümüzə baxıb, oyunlarımızı təhlil edib, səhvlərimizi düzəldib, daha da yaxşı olmağa çalışacağıq.

“Araz-Naxçıvan”ı təbrik edirəm. Oyundan sonra hakimlərə də təşəkkür etdim. Yaxşı oyun idarə etdilər. Onların idarəçiliyindən razı qaldım”.

Premyer Liqa: “Kəpəz” “Araz-Naxçıvan”a məğlub oldu

9 December 2025 at 19:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Günün ilk oyununda “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. “Dalğa Arena”da baş tutmuş görüşün baş hakimi İnqilab Məmmədov olub. Naxçıvanlılar yekunda inamlı qələbəyə seviniblər.

Premyer Liqa
14-cü tur

9 dekabr

“Araz-Naxçıvan” – “Kəpəz” 2:0
Qollar: Coşqun Diniyev, 38. Patrik Andrade, 64.
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Dalğa Arena”, 17:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 16. Ramon Maçado, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.

Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 29. Dioqo Verdaska (k), 14. Adama Fofana, 10. Ryonosuke Ohori, 6. Pedro Qomes.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 38. Cefferson Bento.
Baş məşqçi: Azər Bağırov.

Qurbanov: “Komandaya bir neçə oyunçu cəlb etmək istəyirik”

9 December 2025 at 18:30

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayaks”a qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Niderland nəhəngləri sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Bakıda üz-üzə gələcəklər.

Qurban Qurbanov bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox vacib oyundur. Hazırlaşmağa çox vaxt olmadı. İstəyərdik ki, daha bir neçə gün vaxtımız olsun. Oyunun gedişatında fərqli rotasiyalar edən komandaya qarşı oynayırıq. Çox diqqətli olmalıyıq. Qarşımızda qalib gəlmək istəyən komanda var. İlk qələbələrini qazanmaq istəyəcəklər. “Ayaks”ın proqramına baxanda görərik ki, matça çox ciddi çıxacaqlar. Məşqi başqa yerdə edəcəklər. Görünən odur ki, bu qarşılaşmaya var gücləri ilə hazırlaşırlar. Çalışacağıq ki, yenə də öz istəkli oyunumuzu oynayaq. Çox istəyərdik ki, bu oyunda daha çox yaradıcı olaq. Amma rəqib təkbətək oynamağı xoşlayan, fərqli rotasiyalar edən kollektivdir. Biz də azarkeşləri sevindirmək və uğurlu nəticə əldə etmək üçün çalışacağıq.

İstənilən komandanın xalı çox ola və ya olmaya bilər. Biz də ÇL-in Liqa mərhələsinə düşəndə, rəqiblərimizi biləndə, bizə qarşı müəyyən fikirlər var idi ki, xalımız az ola bilər. Amma indi xeyli xalımız var. “Ayaks”a belə yanaşaraq bizdən 3 xal gözləmək təhlükəlidir. Amma güvənərək gözləmək yaxşıdır. Biz kənar fikirlərə diqqət ayırmayaraq, fikrimizi tam olaraq oyuna kökləməliyik. Düzgün və intizamlı oynamalıyıq. Unutmamalıyıq ki, qarşımızda “Ayaks” var.

Niderland mətbuatının bu oyunda “Qarabağ”ı favorit göstərməsinə bir azərbaycanlı kimi sevinə bilərəm. “Qarabağ”ı belə dəyərləndirirlərsə, ancaq sevinmək olar. Deməli, öz oyunumuzla, nəticələrimizlə, stabil çıxışımızla bunu haqq etmişik. Təkcə bu günə qədər yox, illərin gedişatına görə belə fikir formalaşıb. Bunun oyunun gedişatına təsiri olmamalıdır. Bunu bizim işimizə verilən dəyər kimi görmək olar. Demək ki, bizi dəyərləndirirlər, güvənirlər, qiymət verirlər. Sevindirici xəbərdir”.

“Yaxşı klublardan bizim oyunçulara təklif olarsa…”

Qurban Qurbanov qışda heyəti qorumağa çalışacaqlarını da vurğulayıb:

“İlin sonunda həmişə problemlər yaranır. Bir neçə oyunçumuz zədəli, yorğun olur. Mövsüm sona yaxınlaşdıqca istənilən böyük komandada problemlər müşahidə olunur. Biz daim heyətimizdə daha yaxşı, daha keyfiyyətli futbolçuların olmasının tərəfdarıyıq. Bunun da üzərində iş gedir. Dünya bazarına çıxmaq istəyiriksə, bu hallar mütləq olmalıdır. Yaxşı klublardan bizim oyunçulara təklif olarsa, bu bazara girmək üçün düşünə bilərik. Buna qədər bir neçə transferimiz olub. Özümüz də komandaya əlavə oyunçular gətirməliyik. İşin gedişatıdır. Elə şey yoxdur ki, bu futbolçu heç yerə getməyəcək, komandada qalacaq. İstəyirik ki, daha üstün liqalara getsinlər. Belə olan halda buna yox deməyəcəyik. İmkan olduğu qədər, qış transfer pəncərəsində bir neçə oyunçu cəlb etmək istəyirik ki, komandamız daha sağlam və daha keyfiyyətli olsun”.

Mateus Silva: “Missiyamızı başa vurmalıyıq”

9 December 2025 at 18:00

“Qarabağ”ın müdafiəçisi Mateus Silva UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayaks”a qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Niderland nəhəngləri sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Bakıda üz-üzə gələcəklər.

Mateus Silva matçdan öncə keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Bizi sabah çox ciddi oyun gözləyir. Çox təəssüf ki, hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Oyun fəlsəfəmiz hamıya bəllidir. Hamımız bilirik ki, meydanda nə edəcəyik. Doğma meydanda oynayacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək.

Bu turnirdə uğurlu nəticə üçün təkcə mənim yüksək performans göstərməyim yetərli deyil. Komanda yoldaşlarım hamısı yüksək performans göstərməlidir. Söz verə bilərəm ki, sabah mən və komanda yoldaşlarım əlimizdən gələni edəcəyik.

UEFA Çempionlar Liqasında bütün oyunlar əhəmiyyətlidir. Amma hansısa həyəcan yoxdur. Digər matçlara necə hazırlaşırıqsa, bu oyuna da elə hazırlaşacağıq.

Ötən mövsüm “Ayaks”a böyük hesabla (0:3) uduzmuşduq. Amma bir sözü deyə bilərəm ki, bu dəfə vəziyyəti xeyrimizə dəyişmək istəyəcəyik”.

Mateus Silva adının “Flamenqo” ilə birgə hallanmasına da münasibət bildirib:

“Mətbuatda çoxlu xəbərlər çıxır. Bütün xəbərlərə inanmaq məcburiyyətində deyilik. Biz yolun ortasındayıq. Öz missiyamız var. Onu bitirməliyik. Bir işə fokuslanmışıq və diqqətimizi yayındırmamalıyıq. Düşünmək üçün vaxtımız var. Missiyamızı başa vurmalıyıq”.

Yaroş: “Qarabağ”a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq”

9 December 2025 at 17:00

“Ayaks”ın qapıçısı Viteslav Yaroş Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Niderland nəhəngləri sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Bakıda üz-üzə gələcəklər.

Viteslav Yaroş bu gün Bakıda baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Ayaks”da xoşbəxtəm. Komandamız yaxşıdır. Hər şey gözəldir. Son iki oyunda gördünüz ki, inkişaf etmişik. Şəxsən mən tərəfdən böyük inkişaf var. Sabah “Qarabağ”a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq”.

Xatırladaq ki, çexiyalı qolkiper “Ayaks”a bu yay İngiltərənin “Liverpul” klubundan icarə əsasında keçib. 23 yaşlı qapıçı 2026-cı ilin yayınadək Amsterdam təmsilçisində çıxış edəcək. O, “Ayaks”ın heyətində 14 oyuna çıxıb, 21 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.

Fred Qrim: “Qarabağ”la matçda xal qazanmaq istəyirik”

9 December 2025 at 16:30

“Ayaks”ın baş məşqçi əvəzi Fred Qrim Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Niderland nəhəngləri sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Bakıda üz-üzə gələcəklər.

Fred Qrim bu gün Bakıda baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Bakıya səhayətimiz yaxşı keçdi. Amma səfər heç də ucuz başa gəlmədi. Şadıq ki, azarkeşlərimiz də bura gəliblər. Klub rəhbərliyi bizə çox böyük dəstək verir. Bu da ümidvericidir. Bizim də öhdəliklərimiz var.

“Qarabağ”ın oyunlarına baxmışam. Çox yaxşı komandadır, məğlubiyyətləri azdır. Rəqibin sürətli hücumları var. Oyunçuları texniki cəhətdən yaxşıdırlar. Bizim üçün çox ciddi oyundur.

Futbolçularımız üçün ciddi oyundur. Yol yorğunluğu var, amma futbolçularıma inanıram. Komanda olaraq enerjimiz kifayət qədərdir. Onlar hamısı aktiv şəkildə oynamaq istəyirlər. Oyunçularım sabahkı matçı səbirsizliklə gözləyirlər.

Vut Veqhorst haqda dəfələrlə danışmışıq. Zədəsi çox ciddidir. Qış fasiləsindən öncə belə zədə ilə üzləşməsi üzücüdür. Amma indi biz Kasper Dolberq haqda düşünürük. O da çox oynayıb. Bütün oyunçuları kfayət qədər nəzərə almışıq. Müəyyən işlər görürük. Hər futbolçunun neçə dəqiqə oynaya biləcəyi haqda danışırıq. “Ayaks”ın inkişafını düşünürük.

Bizim xalımız yoxdur. Amma çox istəyərdik ki, sabah “Qarabağ”la görüşdə xal qazanaq”.

İkinci Liqa: “Şəmkir” və “Kür-Araz”dan inamlı qələbə

9 December 2025 at 16:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 12-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Şirvan” – “Ağdaş” matçı qolsuz yekunlaşıb. “Şəmkir” səfərdə “Dinamo”ya, “Kür-Araz” isə ev oyununda “Göygöl”ə 2 cavabsız qolla qalib gəlib.

İkinci Liqa
12-ci tur

7 dekabr

“Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan” 0:1
Qol: Tofiq Nəsibov, 8.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Ağstafa şəhər stadionu, 14:30.

8 dekabr

“Şəki” – “Araz Saatlı” 4:0
Qollar: Nurlan Novruzov, 4. Elşad Əliyev, 57. Cavid İmamverdiyev, 58. Tahir Zeynalov, 70.
Hakimlər: Rasim Musayev, Elvin Mədətov, Ruslan Məmmədov, Ləman Əmirli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Rekord Arena”, 14:00.

“Quba” – “Xankəndi” 1:2
Qollar: Ramin Məhərrəmov, 45 – Elşad Manafov, 39; 70.
Hakimlər: Murad Səlimov, Mirnihad Seyidov, Asif Abdullayev, Şamil İmanzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

9 dekabr

“Dinamo” – “Şəmkir” 0:2
Qollar: Turqut Mustafazadə, 51. Tural Məmmədzadə, 70.
Hakimlər: Rəsul Babayev, Sevda Nuriyeva, Sadiq Əliyev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 14:00.

“Şirvan” – “Ağdaş” 0:0
Hakimlər: Nahid Xasıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Kür-Araz” – “Göygöl” 2:0
Qollar: Elnur Məmmədov, 33. Əli Tağızadə, 90+6.
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Tural Bayramov, Sənan Bayramzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.

Yuri Vernidub – “Neftçi”nin yeni baş məşqçisi!

9 December 2025 at 15:30

Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən “Neftçi”nin baş məşqçisi vəzifəsinə ukraynalı mütəxəssis Yuri Vernidub təyin edilib.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlamış, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində “Metallurq” (Zaporojye), “Zarya”, “Krivbass”, Belarusda “Şaxtyor” (Soliqorsk), Moldovada “Şerif” klublarında çalışıb.

Yuri Vernidub müxtəlif illərdə “Zarya” və “Krivbass” ilə Ukrayna çempionatının bürünc mükafatçısı, “Şerif”lə 2 dəfə Moldova çempionu olub. “Şerif”i UEFA Çempionlar Liqasının, “Zarya”nı Avropa Liqasının qrup mərhələsinə yüksəldən, “Krivbass”ı 24 ildən sonra avrokuboklara çıxaran təcrübəli mütəxəssis 2016 və 2018-ci illərdə Ukraynada, 2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.

Qeyd edək ki, məşqçilər korpusunda Vernidubun köməkçiləri – Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin yer alırlar.

Vitali Vernidub məhz Yuri Vernidubun oğludur. Hansı ki, veteran futbolçu bir müddət ölkəmizdə “Qəbələ”nin formasını geyinib.

Yüksək Liqa: 10-cu turun təyinatları açıqlandı

9 December 2025 at 14:00

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunlarına təyinatlar açıqlanıb.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

10-cu turun görüşləri dekabrın 11-də “Olimpik Star”da təşkil olunacaq.

Yüksək Liqa
10-cu tur
11 dekabr

U-19 – Lənkəran
Hakimlər: İmran Məhərrəmov, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 13:00.

Neftçi İK – Araz-Naxçıvan
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Əli Cəbrayılov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 15:00.

Şuşa – Baku Fire
Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Knyaz Əmiraslanov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 17:30.

Xallar: Neftçi İK – 25. Araz-Naxçıvan – 19. Baku Fire – 17. Şuşa – 12. U-19 – 3. Lənkəran – 0.

Bombardirlər: Luicci Lonqo (“Araz-Naxçıvan”) – 20. Rüstəm Bağırov (“Şuşa”) -16. Yaqo Henrike (“Neftçi” İK) – 15 qol.

Elçin Məsiyev “Frayburq” – “Zalsburq” oyununa təyinat aldı

9 December 2025 at 13:30

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev futbol üzrə Avropa Liqasının 2025/2026 mövsümünün Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir.

Elçin Məsiyev Avroliqanın əsas mərhələsinin 6-cı turu çərçivəsində Almaniyada yerli “Frayburq” və Avstriyanın “Zalsburq” komandaları arasında keçiriləcək matçı idarə edəcək. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Xatırladaq ki, “Frayburq” – “Zalsburq” matçı dekabrın 11-də baş tutacaq. Frayburqdakı “Avropa-Park” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

“Frayburq” Avroliqanın Liqa mərhələsinin 5 turundan sonra 11 xalla 4-cü pillədə qərarlaşıb. “Zalsburq” isə 3 xalla 29-cudur.

Yüksək Liqa: Qış “transfer pəncərəsi” yanvarda açılacaq

9 December 2025 at 13:00

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa), həmçinin Birinci Liqada qış “transfer pəncərəsi” gələn il yanvarın 6-da açılacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, komandalar fevralın 6-sı, saat 18:00-a qədər transfer çalışmalarını davam etdirə, yeni oyunçularını qeydiyyatdan keçirə bilərlər.

Qeyd edək ki, Yüksək Liqada 2025/2026-cı illər mövsümünün geridə qalmış hissəsində yarış cədvəlindəki vəziyyət belədir:

Xallar: Neftçi İK – 25. Araz-Naxçıvan – 19. Baku Fire – 17. Şuşa – 12. U-19 – 3. Lənkəran – 0.

Bombardirlər: Luicci Lonqo (“Araz-Naxçıvan”) – 20. Rüstəm Bağırov (“Şuşa”) -16. Yaqo Henrike (“Neftçi” İK) – 15 qol.

Elvin Yunuszadə 200-ə çatdı

9 December 2025 at 12:30

Yevlax təmsilçisi “Karvan”ın mərkəz müdafiəçisi Elvin Yunuszadə Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, 33 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 14-cü turuna təsadüf edib.

Elvin “Şamaxı” ilə ev matçına (0:3) start heyətində çıxıb. O, yubiley görüşündə 69 dəqiqə meydanda olub.

Yunuszadə 200 oyunda 8 qola imza atıb.

Müdafiəçi 7 fərqli klubda forma geyinib. Elvin “Neftçi”də 75 (1 qol), “Qarabağ”da 52 (3 qol), “Simurq”da 31 (2 qol), “Səbail”də 23 (2 qol), “Karvan”da 12, “Kəpəz”də 5, “Sabah”da 2 dəfə meydana çıxıb.

Elvin Yunuszadə Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 157-ci futbolçu olub. O, “200”ə cari mövsümdə çatan 3-cü oyunçudur. Onadək Filip Ozobiç və Elvin Bədəlov buna bacarıb.

“Şamaxı” 25-ci dəfə səfər oyununda darmadağına sevindi

9 December 2025 at 12:00

“Şamaxı” futbol üzrə Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci dəfə səfər oyununda böyük hesabla qalib gəlib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 14-cü turunda baş verib.

Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub “Karvan”ı üç cavabsız qolla üstələyib. Bu göstəricidə “Kəpəz”ə çatan “Şamaxı” yalnız “Qarabağ”la “Neftçi”dən geri qalır.

Səfərdə ilk böyükhesablı qələbəsini 2001/2002-ci illər mövsümündə “Xəzər Universiteti” kimi qazanmış komanda “Dinamo-Bakılı”nı (sonrakı “Bakı”) 3:0 hesabı ilə məğlub edib.

Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Premyer Liqanın cari mövsümündə 14 oyuna 4 qələbə qazanıb, 5 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. Əyalət təmsilçisi 17 xalla 12 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Premyer Liqa: “Araz” “Kəpəz”ə, “Sumqayıt” “İmişli”yə qarşı

9 December 2025 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edəcək. “Dalğa Arena”da baş tutacaq görüşün baş hakimi İnqilab Məmmədov olacaq. Son turlarda işləri qaydasında getməyən Naxçıvan təmsilçisi uğursuz gedişata son qoymağa çalışacaq. Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda hazırda 20 xalla 6-cıdır. Mövsümün aşkar autsayderlərindən olan “Kəpəz” isə 6 xalla 11-cidir.

“Sumqayıt” isə bu gün “İmişli” ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşü Əliyar Ağayev idarə edəcək. 23 xalla 5-ci sırada qərarlaşmış sumqayıtlılar doğma meydanda qalib gəlsələr, bir pillə irəliləyəcəklər. 15 xalla 9-cu olan “İmişli” isə qələbə sayəsində 7-ci sıraya yüksələ bilər.

Premyer Liqa
14-cü tur

6 dekabr

“Zirə” – “Qarabağ” 1:1
Qollar: İssa Cibrilla, 31 – Enrike Kustodio, 44-öz qapısına.
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

7 dekabr

“Karvan” – “Şamaxı” 0:3
Qollar: Oruc Məmmədov, 59. Karim Rossi, 70. Dioqo Balau, 82.
Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 14:00.

8 dekabr

“Qəbələ” – “Turan Tovuz” 0:0 (oyun yarıda qalıb)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu, 17:00.

“Sabah” – “Neftçi” 2:0
Qollar: Akim Zedadka, 58. Coy Lens Mikels, 77.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 20:00.

9 dekabr

“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Dalğa Arena”, 17:00.

“Sumqayıt” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

“Sabah” – “Neftçi” 2:0 – Video

8 December 2025 at 23:00

Azərbaycan Premyer Liqasının 14-ci turunun “Sabah” – “Neftçi” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Masazırda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
14-cü tur

8 dekabr

“Sabah” – “Neftçi” 2:0
Qollar: Akim Zedadka, 58. Coy Lens Mikels, 77.
Sarı vərəqələr: Mustafa Sek, 79 (qeyri-idman hərəkəti). Cordan Rezabala, 85 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 20:00. “Masazır Arena”, 3500 tamaşaçı.

Baş hakim: Rəvan Həmzəzadə.
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Cəmil Quliyev.
Dördüncü hakim: Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.

Sabah: 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev (8. Ayaz Quliyev, 87), 20. Coy Lens Mikels, 21. Velko Simiç (17. Tellur Mütəllimov, 90+1), 40. İqor Noqeyra, 80. Akim Zedadka (2. Amin Seydiyev, 90+1), 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa (6. Abdulla Xaybullayev, 82), 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda (88. Xəyal Əliyev, 82).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 5. Rəhman Daşdəmirov, 89. Cəfər Muxtarov, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Neftçi: 13. Kenan Piriç (k), 15. Elvin Bədəlov, 47. Murad Məmmədov (22. Luis Ortis, 79), 45. Vensan Abubakar (10. Freddi Varqas, 61), 77. Falaye Sako, 6. Sessi D Almeyda (8. Emin Mahmudov, 46), 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu (14. Edvin Kuç, 61), 9. Bassala Sambu, 11. İmad Faraj (23. Cordan Rezabala, 61).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 27. Kristian Kostin, 28. Alessio Kurçi.
Məşqçi: Sənan Qurbanov.

Dambrauskas: “Neftçi” bu gün gözləmədiyimiz düzülüşdə idi”

8 December 2025 at 22:30

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 14-cü turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş oyununda meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Bu gün möhtəşəm çıxış etdilər. Bir məşqçi kimi hələ də inkişaf etdirmək istədiklərim var. Komandamın bugünkü davranışı, yanaşması çox xoşuma gəldi. Heç bir oyunçu topdan gizlənmədi. Bu cür oynayan “Sabah”ı həmişə görmək istəyirik. Azarkeşlərimizi, rəhbərliyimizi, hamını təbrik edirəm. Neytral azarkeşlər üçün də çox gərgin, çox maraqlı və çox yaxşı oyun oldu.

Ən önəmli açar bizim ilk dəqiqələrdən təşəbbüsü ələ almaq istəyimiz idi. “Neftçi” bu gün fərqli düzülüşdə idi, start heyətində gözləmədiyimiz dəyişikliklər etmişdilər. İkinci hissədə daha yaxşı çıxış edən, topa nəzarət edən, rəqibə təzyiq edən tərəf biz idik. “Neftçi”yə çox da topla oynamasına imkan vermirdik. Məni məşqçi kimi məyus və narahat edən məsələ qol fürsətlərini reallaşdıra bilməməyimizdir. Bəzən sonuncu ötürməni verə, həlledici zərbəni endirə bilmədik. Çox qol fürsətini qaçırdıq. Daha çox inkişaf etməliyik. Həftəsonu bizi çox çətin səfər və çox çətin rəqib gözləyir. Daha sonra isə “Qarabağ”la önəmli oyuna çıxacağıq.

Bir-iki aydan sonra və ya mövsümün sonunda nə baş verəcəyini demək çox çətindir. Bizim üçün önəmli olan bərpa məşqini keçmək, istirahət etmək və növbəti matça hazırlaşmaqdır”.

Dambrauskas Aleksey İsayevin bu oyunda zədələnməsinə də münasibət bildirib:

“Aleksey bizim üçün önəmli oyunçudur, artırmaqdadır. Meydançadakı keyfiyyəti ilə oyunumuza təsirini göstərir. Ümid edirəm ki, ciddi bir zədə olmayacaq”.

“Mən “Neftçi”də qlobal dəyişikliyə gedə bilməzdim” – Sənan Qurbanov

“Neftçi”nin məşqçisi Sənan Qurbanov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Geridə qalan 3 oyunda mən və akademiyadakı məşqçilər gəldik, əlimizdən gələni etdik. Düşündük ki, komanda bəlkə toparlanar və nəticələr yaxşı olar. Amma görünür ki, nəticələr yaxşı olmadı. Hamımız birlikdə azarkeşlərimizi üzdük. Üç oyunumuzu müqayisə etsək, bəlkə də ən pisi bugünkü idi. Birinci hissədə rəqibə müqavimət göstərməyə çalışdıq. Meydana 2 hücumçu ilə çıxdıq ki, bəlkə rəqibə təzyiq edə bildik. Fasilədən sonra bəzi futbolçular zədə səbəbindən əvəzetmə istədilər. Bunu da reallaşdırdıq. Oyuna təsir etməyə çalışdıq. Bu da bəhrəsini vermədi.

Bütün futbolçular olaraq azarkeşlərdən üzrxahlıq etmək mümkündür. Düşünürəm ki, artıq futbolçular da nəticələrə görə utanırlar. Allah qoysa, qarşıdakı günlərdə “Neftçi” üçün xeyirli olar, yeni baş məşqçi gələr və komandanı toparlayar. Biz ancaq “Neftçi”nin yaxşı olmasını arzulayırıq.

Mən birdən-birə qlobal dəyişikliyə gedə bilməzdim. Futbolçular gərək məşqlərdə yaxşı tərəfdən özlərini göstərsinlər ki, meydana çıxa bilsinlər. Mən sadəcə gördüklərimi oynatdım. Çox da dəyişikliyə gedə bilmədim”.

Premyer Liqa: “Sabah” “Neftçi”ni xalsız yola saldı

8 December 2025 at 22:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, günün sonuncu oyunu iki paytaxt təmsilçisi – “Sabah” və “Neftçi” arasında keçirilib.

Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşma “Masazır Arena”da keçirilib. 25 xalla 3-cü olan “Sabah” qalib gəlməklə ikinci sıraya yüksələ bilərdi. Son üç oyununda 2 məğlubiyyət, 1 heç-heçə görmüş “Neftçi” isə 16 xalla 8-ci idi.

Paytaxt derbisi meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb. “Sabah” bu qələbə sayəsində yarış cədvəlinin ikinci pilləsinə yüksəlib.

Premyer Liqa
14-cü tur

8 dekabr

“Sabah” – “Neftçi” 2:0
Qollar: Akim Zedadka, 58. Coy Lens Mikels, 77.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 20:00.

Sabah: 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 88. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Neftçi: 13. Kenan Piriç (k), 15. Elvin Bədəlov, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 77. Falaye Sako, 6. Sessi D Almeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 27. Kristian Kostin, 10. Freddi Varqas, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Məşqçi: Sənan Qurbanov.

Yuri Vernidub “Neftçi”yə görə Bakıya gəldi

8 December 2025 at 21:00

Bir müddət öncə Samir Abasovu istefaya göndərmiş “Neftçi”nin yeni baş məşqçisi ukraynalı futbol mütəxəssisi Yuri Vernidub olacaq.

Arena.az xəbər verir ki, “Neftçi” hazırda Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Sabah”la qarşılaşır.

“Masazır Arena”da keçirilən görüşü izləyənlər arasında Yuri Vernidub da var. “Neftçi” ilə razılığa gəlmiş ukraynalı mütəxəssis qəbul edəcəyi komandanın durumunu canlı izləyir. “Ağ-qaralar”ın yeni baş məşqçisinin təyinatı yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, Yuri Vernidub bir neçə il öncə də bu stadionda matç izləyib. O zaman “Sabah”la müqavilə bağlamaq üçün Bakıya gəlmiş mütəxəssislə razılıq əldə edilməmişdi. Amma bu dəfə onun “Neftçi”dən imtina etməsi inandırıcı görünmür.

Vernidub son olaraq Ukraynanın “Krivbass” komandasını (Krivoy Roq) çalışdırıb. O, əvvəllər “Şerif” (Tiraspol”), “Şaxtyor” (Soliqorsk), “Zarya” (Luqansk) kimi komandalarda da baş məşqçi olub.

“Qəbələ” – “Turan” matçı sabah da keçirilməyəcək

8 December 2025 at 20:00

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının 14-cü turunun yarıda qalmış “Qəbələ” – “Turan Tovuz” matçı ilə bağlı yeni açıqlama yayıb.

Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan Premyer Liqasının 14-cü turunun qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmış “Qəbələ” – “Turan Tovuz” oyunundan sonra bütün texniki imkanlar araşdırılıb.

Turun davam etməsi baxımından matçın sabah bütün texniki imkanların təmin olunması ilə keçirilməsinin mümkün olmadığı müəyyən edilib. Bu məsələ ilə bağlı hər iki klubun nümayəndələri ilə görüş keçirilib və mövcud vəziyyət barədə məlumat verilib.

Oyunun keçirilmə tarixi ilə bağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin müzakirəsindən sonra rəsmi məlumat veriləcək.

Xatırladaq ki, bu gün Qəbələdə keçirilən bu matç qatı duman səbəbindən yarıda dayandırılmış, daha sonra təxirə salındığı açıqlanmışdı.

Premyer Liqa: “Qəbələ” – “Turan” oyunu yarıda qaldı

8 December 2025 at 19:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün 14-cü turunun “Qəbələ” – “Turan Tovuz” oyunu keçirilib.

Lakin Qəbələdə təşkil edilmiş qarşılaşma yarıda qalıb.

Arena.az xəbər verir ki, oyun 24-cü dəqiqədə qatı duman səbəbindən dayandırılıb.

Stadionda oyun zamanı görmə məsafəsinin çox aşağı düşməsi, demək olar sıfıra yaxınlaşması səbəbindən matçın davam etdirilməsi mümkün olmayıb. Prosedur qaydalarına uyğun olaraq, stadiona yenidən baxış keçirilsə də, hava şəraiti oyunun bu gün davam etdirilməsinə imkan verməyib. Qarşılaşmanın nə vaxt keçiriləcəyi barədə əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında və sosial media hesablarında veriləcək.

Premyer Liqa
14-cü tur

8 dekabr

“Qəbələ” – “Turan Tovuz” 0:0
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 27. Eşqin Əhmədov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 30. Prins Ovusu.
Baş məşqçi: Kaxaber Sxadadze.

Turan Tovuz: 1. Oleq Baklov, 10. Xəyal Nəcəfov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə.
Baş məşqçi: Kurban Berdıyev.

İkinci Liqa: “Xankəndi” çətin, “Şəki” asan qələbəyə sevindi

8 December 2025 at 17:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Şəki” doğma meydanda “Araz Saatlı”ya 4 cavabsız qolla qalib gəlib. Üç qolun qeydə alındığı “Quba” – “Xankəndi” matçında isə qonaqlar 3 xala seviniblər.

12-ci turun qalan görüşləri dekabrın 9-da keçiriləcək.

İkinci Liqa
12-ci tur

7 dekabr

“Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan” 0:1
Qol: Tofiq Nəsibov, 8.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Ağstafa şəhər stadionu, 14:30.

8 dekabr

“Şəki” – “Araz Saatlı” 4:0
Qollar: Nurlan Novruzov, 4. Elşad Əliyev, 57. Cavid İmamverdiyev, 58. Tahir Zeynalov, 70.
Hakimlər: Rasim Musayev, Elvin Mədətov, Ruslan Məmmədov, Ləman Əmirli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Rekord Arena”, 14:00.

“Quba” – “Xankəndi” 1:2
Qollar: Ramin Məhərrəmov, 45 – Elşad Manafov, 39; 70.
Hakimlər: Murad Səlimov, Mirnihad Seyidov, Asif Abdullayev, Şamil İmanzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

9 dekabr

“Dinamo” – “Şəmkir”
Hakimlər: Rəsul Babayev, Sevda Nuriyeva, Sadiq Əliyev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 14:00.

“Şirvan” – “Ağdaş”
Hakimlər: Nahid Xasıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Kür-Araz” – “Göygöl”
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Tural Bayramov, Sənan Bayramzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.

Əvəzedicilər Liqası: “Kəpəz” “Şamaxı”nı xalsız yola saldı

8 December 2025 at 16:00

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 13-cü turun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Kəpəz”lə “Şamaxı”nın ikinci komandaları üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı görüşdə Gəncə təmsilçisi inamlı qələbəyə sevinib.

Əvəzedicilər Liqası
13-cü tur

5 dekabr

“Qarabağ-2” – “Araz-Naxçıvan-2” 2:0
Qollar: Eltun Babazadə, 71; Mahmud Ağayev, 74
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Elmin Süleymanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

7 dekabr

“Qəbələ-2” – “Sabah-2” 2:2
Qollar: Paulo Kimbila, 4. Nasiru Salihu, 47 – Həmzəalı Mikayılov, 24. Şahin İbrahimov, 82.
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Elvin Mədətov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 13:00.

“Neftçi-2” – “Turan Tovuz-2” 1:0
Qol: Aslan Şirinov, 61.
Hakimlər: Nazim Abdullayev, Teymur Teymurov, Rəhman Aslanov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Zirə-2” – “Sumqayıt-2” 3:1
Qollar: Ramiz Muradov, 16; 79. Rauf Qafarov, 71 – Kamal Zülfiyev, 82.
Hakimlər: Sənan Bayramzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“Rekord Arena”, 15:00.

8 dekabr

“Kəpəz-2” – “Şamaxı-2” 3:1
Qollar: Kresus Donqo, 45; 57. Raul Nağıyev, 77-öz qapısına – Enar Ağalarov, 82.
Hakimlər: Ruslan Quliyev, Ağadur Mahmudov, Elman Kərimov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

Kamal Umudlu “Atalanta” – “Çelsi” oyununa təyinat aldı

8 December 2025 at 14:00

Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının 2025/2026-cı illər mövsümündə növbəti oyuna təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Kamal Umudlu UEFA Gənclər Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Atalanta” (İtaliya) – “Çelsi” (İngiltərə) oyununun baş hakimi olacaq. Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Görüş dekabrın 9-da Berqamo şəhərində yerləşən Bortolotti İdman Mərkəzində keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Qeyd edək ki, UEFA Gənclər Liqasının əsas mərhələsinin geridə qalmış 5 turundan sonra “Atalanta” 4 xalla 27-ci pillədə qərarlaşıb. “Çelsi” isə 13 xalla 2-cidir. Yarış cədvəlinə 15 xala malik Madrid “Real”ı başçılıq edir.

“Qarabağ” – “Ayaks” matçı Obrenoviçə tapşırıldı

8 December 2025 at 12:30

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyununun təyinatları bəlli olub.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Rade Obrenoviç idarə edəcək. Ona yan xətt hakimləri Yure Praprotnik və Qreqa Kordej kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. VAR-da Matey Yuq, AVAR-da Alen Borosak əyləşəcək.

Qeyd edək ki, Rade Obrenoviç 2017-ci ildən beynəlxalq oyunlara təyinat alır. O, daha əvvəl də “köhlən atlar”ın matçında iş başında olub. 35 yaşlı ədalət təmsilçisi 2021-ci ildə komandanın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşünə təyinat alıb. FIFA referisi həmin vaxt Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin Bakıda Şotlandiyanın “Aberdin” komandasını 1:0 hesabı ilə üstələdiyi qarşılaşmada baş hakim olub.

Xatırladaq ki, “Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.

Yeri gəlmişkən, “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasının Liqa mərhələsinin 6-cı turunda Bakıda “Ayaks”a (Niderland) qarşı keçirəcəyi matçın da hakim təyinatları bəlli olub. Bu görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Marton Ruş olacaq. Gerqo Viq-Tarsonyi və Balaz Şalay köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək.

Qarşılaşma dekabrın 10-da “Azərsun Arena”da baş tutacaq. Oyuna saat 15:00-da start veriləcək.

Abdullar Zubir: “Qarabağ”ın kapitanı olmağımla qürur duyuram”

8 December 2025 at 12:00

“Qarabağ”ın kapitanı Abdullah Zubir komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsindəki çıxışı barədə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə açıqlama verən fransalı futbolçu komandasının inkişafından da bəhs edib:

“Qarabağ”a gələndə məqsədim UEFA Çempionlar Liqasında oynamaq idi. Avropa Liqasında və Konfrans Liqasında oynamaqdan zövq alırdım, amma UEFA Çempionlar Liqası tamamilə fərqlidir. Bu atmosferi, stadionları, azarkeşləri, ətrafda baş verən hər şeyi, xüsusən də, evdə oynadığımız zaman həvəs inanılmazdır. Son bir neçə ildə klubun peşəkarlığı bir çox sahədə artıb: qidalanma, məşq, eyni zamanda iş yükü baxımından. Klub çox dəyişib və bu gün bir neçə illik işdən sonra əldə edilən nəticələri görürük”.

Abdullah Zubir uşaqlıqdan bəri bu məqsədə necə çatdığını da izah edib:

“Mən çox oyunçunun peşəkarlaşmadığı işçi sinfi məhəlləsindən gəlirəm. Futbolçu olmaq şansları çox az idi. Məhəlləmdə oynayanda həmişə öz-özümə deyirdim: “Bir gün Çempionlar Liqasında oynayacağam”. Axı, Çempionlar Liqası futbolun zirvəsidir. “Qarabağ”a gələndə isə şansımın olduğunu anladım. “Qarabağ”ın kapitanı olduğum üçün çox qürur duyuram. Bu, unudulmaz təcrübədir, bunu heç vaxt unutmayacam. Bir dəfə atamla birlikdə “Lill” və “Mançester Yunayted” arasında Çempionlar Liqası matçını izləməyə getmişdim. İndi isə şəxsən bu turnirdə oynamaq imkanım olduğuna görə atam böyük qürur hissi keçirir və mənə onun arzusunu gerçəkləşdirdiyimi deyir”.

Zubirin böyük qardaşı Muad da çox emosionaldır:

“Onun “Qarabağ”da gördüyü işlərlə fəxr edirəm. Ailəmizdən birinin dünyanın ən yaxşı turniri olan Çempionlar Liqasında oynaması hamımızı çox sevindirir”.

Premyer Liqa: “Qəbələ” “Turan”a, “Sabah” “Neftçi”yə qarşı

8 December 2025 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.

“Qəbələ” doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək. Əyalət təmsilçilərinin Qəbələdə baş tutacaq görüşünü Tural Qurbanov idarə edəcək. Hazırda 24 xalla 4-cü olan Tovuz təmsilçisi qələbə qazanmaqla liderlər qrupunda möhkəmlənməyə çalışacaq. Amma Kurban Berdıyevin komandası ardıcıl 3 oyundur 1 xalla kifayətlənir. 8 xalla 10-cu olan “Qəbələ” isə növbəti qələbəsini qazanmaq arzusundadır.

Günün digər oyunu iki paytaxt təmsilçisi – “Sabah” və “Neftçi” arasında keçiriləcək. Rəvan Həmzəzadənin idarə edəcəyi qarşılaşma “Masazır Arena”da keçiriləcək. 25 xalla 3-cü olan “Sabah” qalib gəlsə, ikinci sıraya yüksələcək. Son üç oyununda 2 məğlubiyyət, 1 heç-heçə görmüş “Neftçi” isə 16 xalla 8-cidir.

14-cü turun qalan görüşləri dekabrın 9-da keçiriləcək.

Premyer Liqa
14-cü tur

6 dekabr

“Zirə” – “Qarabağ” 1:1
Qollar: İssa Cibrilla, 31 – Enrike Kustodio, 44-öz qapısına.
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

7 dekabr

“Karvan” – “Şamaxı” 0:3
Qollar: Oruc Məmmədov, 59. Karim Rossi, 70. Dioqo Balau, 82.
Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 14:00.

8 dekabr

“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu, 17:00.

“Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 20:00.

9 dekabr

“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Dalğa Arena”, 17:00.

“Sumqayıt” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

İkinci Liqa: “Qaradağ Lökbatan”a Ağstafada bir qol bəs etdi

7 December 2025 at 18:30

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 12-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Ağstafa Gəncləri” doğma meydanda “Qaradağ Lökbatan”la qarşılaşıb. Qonaqlar bu görüşdə tək qolla 3 vacib xal qazanıblar.

12-ci turun qalan görüşləri dekabrın 8-də və 9-da keçiriləcək.

İkinci Liqa
12-ci tur

7 dekabr

“Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan” 0:1
Qol: Tofiq Nəsibov, 8.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Ağstafa şəhər stadionu, 14:30.

8 dekabr

“Şəki” – “Araz Saatlı”
Hakimlər: Rasim Musayev, Elvin Mədətov, Ruslan Məmmədov, Ləman Əmirli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Rekord Arena”, 14:00.

“Quba” – “Xankəndi”
Hakimlər: Murad Səlimov, Mirnihad Seyidov, Asif Abdullayev, Şamil İmanzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

9 dekabr

“Dinamo” – “Şəmkir”
Hakimlər: Rəsul Babayev, Sevda Nuriyeva, Sadiq Əliyev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 14:00.

“Şirvan” – “Ağdaş”
Hakimlər: Nahid Xasıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Kür-Araz” – “Göygöl”
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Tural Bayramov, Sənan Bayramzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.

Füzuli Məmmədov: “Daha yaxşı komanda olacağıq”

7 December 2025 at 18:00

“Karvan”ın məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqibi təhlil etmişdik, futbolçulara məlumat vermişdik. Təəssüf ki, səhvlərimizə görə uduzduq. Amma ruhdan düşmürəm. Qarşıda 2 oyunumuz var, maksimum hazırlaşıb daha yaxşı komanda olacağıq. Bunun öhdəsindən yalnız işləməklə və məşq etməklə gələ bilərik. Futbolçuların əzmkarlığı, inamı sayəsində uğur qazanacağıq”.

Qış planlarından və transferlərdən danışan Fizuli Məmmədov, hazırda əldəki heyətlə davam etdiklərini, lakin rəhbərliklə danışıb fasilədə mütləq güclənməli olduqlarını diqqətə çatdırıb.

Bununla yanaşı, mütəxəssis rəsmi sənədlərdə baş məşqçinin hələ də Azər Haşımov olması məsələsinin tezliklə həll olunacağına inandığını qeyd edib. O, futbolçularının texniki səviyyəsinin aşağı olması barədə iradlara isə belə cavab verib:

“Xeyr, ola bilər ki, siz belə görürsünüz. Rəqibin təzyiqi buna çox təsir edir. İnanın ki, futbolçularda özünəinam artsa, ötürmələr və açılmalar da daha yaxşı səviyyədə olacaq”.

Əvəzedicilər: “Neftçi” tək, “Zirə” 3 qolla qalib gəldi

7 December 2025 at 17:30

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 13-cü turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Qəbələ-2” – “Sabah-2” matçında qalib müəyyənləşməyib. “Neftçi”nin ikinci komandası “Turan Tovuz”a, “Zirə”nin əvəzedici kollektivi isə “Sumqayıt”a qalib gəlib.

13-cü tura dekabrın 8-də yekun vurulacaq.

Əvəzedicilər Liqası
13-cü tur

5 dekabr

“Qarabağ-2” – “Araz-Naxçıvan-2” 2:0
Qollar: Eltun Babazadə, 71; Mahmud Ağayev, 74
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Elmin Süleymanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

7 dekabr

“Qəbələ-2” – “Sabah-2” 2:2
Qollar: Paulo Kimbila, 4. Nasiru Salihu, 47 – Həmzəalı Mikayılov, 24. Şahin İbrahimov, 82.
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Elvin Mədətov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 13:00.

“Neftçi-2” – “Turan Tovuz-2” 1:0
Qol: Aslan Şirinov, 61.
Hakimlər: Nazim Abdullayev, Teymur Teymurov, Rəhman Aslanov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Zirə-2” – “Sumqayıt-2” 3:1
Qollar: Ramiz Muradov, 16; 79. Rauf Qafarov, 71 – Kamal Zülfiyev, 82.
Hakimlər: Sənan Bayramzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“Rekord Arena”, 15:00.

8 dekabr

“Kəpəz-2” – “Şamaxı-2”
Hakimlər: Ruslan Quliyev, Ağadur Mahmudov, Elman Kərimov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Karvan” – “Şamaxı” 0:3 – Video

7 December 2025 at 17:00

Azərbaycan Premyer Liqasının 14-cü turunun “Karvan” – “Şamaxı” matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
14-cü tur
7 dekabr

“Karvan” – “Şamaxı” 0:3
Qollar: Oruc Məmmədov, 60. Karim Rossi, 70. Dioqo Balau, 82.
Sarı vərəqələr: Elvin Yunuszadə, 41 (qeyri-idman hərəkəti). Şakil Sno, 63 (qeyri-idman hərəkəti) – Alfons Msanqa, 31 (qeyri-idman hərəkəti). Vladislav Veremeyev, 90 (qeyri-idman
hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 14:00. Yevlax şəhər stadionu, 2000 tamaşaçı.

Baş hakim: Cavid Cəlilov.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Kamran Bayramov.
Dördüncü hakim: Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.

Karvan: 1. Kamran İbrahimov, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə (42. İbrahim Qədirzadə, 69), 14. Uğur Cahangirov (8. Peter Kinqs, 74), 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi (12. Vitor Roşa, 74), 3. Said İranxan, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 99. Pedro Mateuş, 25. Əmrah Bulud, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 21. İmani Barker.
Məşqçi: Füzuli Məmmədov.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov (21. Bilal İsmayılov, 86), 82. Rüfət Abbasov, (24. Sənan Muradlı, 90), 9. Karim Rossi (90. Davud Mənsumov, 86), 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario (27. Emil Süleymanov, 86), 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa (7. Edqar Adilxanov, 81).
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 77. Nihat Mehralıyev, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu.
Məşqçi: Elnur Çodarov.

Elnur Çodarov: “Fürsətimizi gözləyirdik”

7 December 2025 at 16:30

“Şamaxı”nın məşqçisi Elnur Çodarov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş matçında “Şamaxı” 3:0 hesablı qələbəyə sevinib.

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov cəzalı olduğu üçün, bu oyuna komandanı Elnur Çodarov çıxarıb. O, matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Gözlədiyimiz kimi maraqlı, gərgin, yaxşı oyun alındı. İlk hissə kəşfiyyat xarakteri daşıyırdı. Füzuli Məmmədov “Karvan”a yeni baş məşqçi təyin olunub. Buna görə tələsmirdik və gözləməyi üstün tuturduq. Futbolçulara da tapşırmışdıq ki, tələsməsinlər, rəqibi gözləsinlər və kompakt oynasınlar. Öz fürsətimizi gözləyirdik. İkinci hissədə isə futbolçular tapşırıqları maksimum səviyyədə yerinə yetirməyə çalışdılar. Qolumuzu vurduq və ardını da gətirdik.

Rəqibin iki oyununa baxıb analiz etmişdik. “Qarabağ”a qarşı bir cür, bizə qarşı isə tam fərqli çıxış edəcəklərini bilirdik. İkinci hissədə tempi artırdıq, ön xətdə aqressivliyi və intensivliyi yüksəltdik və istədiyimiz nəticəyə nail olduq.

Bu meydançada oynamaq ağır idi. Dəqiq desək, süni örtüyün rezinləri sərt idi. Amma yağış üzümüzə baxdı”.

Premyer Liqa: “Karvan” “Şamaxı”ya böyük hesabla uduzdu

7 December 2025 at 16:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

Günün yeganə görüşü “Karvan”la “Şamaxı” arasında baş tutub. Mövsümün aşkar autsayderinə çevrilmiş Yevlax təmsilçisi doğma meydanda qələbə həsrətinə son qoymağa və turnir cədvəlinin “zirzəmi”sindən çıxmağa çalışıb. “Şamaxı” isə növbəti xal və ya xallarını qazanmaq üçün mübarizə aparıb. Yevlax şəhər stadionunda keçirilmiş oyunu Cavid Cəlilov idarə edib. Görüşün yekununda qonaqlar 3 cavabsız qolla 3 xal qazanıblar.

14-cü turun qalan görüşləri dekabrın 8-də və 9-da keçiriləcək.

Premyer Liqa
14-cü tur

7 dekabr

“Karvan” – “Şamaxı” 0:3
Qollar: Oruc Məmmədov, 59. Karim Rossi, 70. Dioqo Balau, 82.
Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 14:00.

Karvan: 1. Kamran İbrahimov, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 14. Uğur Cahangirov, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 3. Said İranxan, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 99. Pedro Mateuş, 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 8. Peter Kinqs, 21. İmani Barker.
Məşqçi: Füzuli Məmmədov.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 24. Sənan Muradlı, 90. Davud Mənsumov, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu.
Məşqçi: Elnur Çodarov.

İkinci Liqa: 12-ci turun təyinatları açıqlandı

7 December 2025 at 13:00

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 12-ci turunun oyunları üçün təyinatlar müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

12-ci tura bu gün keçiriləcək bir oyunla start veriləcək. Turun qalan görüşləri dekabrın 8-də və 9-da keçiriləcək.

İkinci Liqa
12-ci tur

7 dekabr

“Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Ağstafa şəhər stadionu, 14:30.

8 dekabr

“Şəki” – “Araz Saatlı”
Hakimlər: Rasim Musayev, Elvin Mədətov, Ruslan Məmmədov, Ləman Əmirli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Rekord Arena”, 14:00.

“Quba” – “Xankəndi”
Hakimlər: Murad Səlimov, Mirnihad Seyidov, Asif Abdullayev, Şamil İmanzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

9 dekabr

“Dinamo” – “Şəmkir”
Hakimlər: Rəsul Babayev, Sevda Nuriyeva, Sadiq Əliyev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 14:00.

“Şirvan” – “Ağdaş”
Hakimlər: Nahid Xasıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Kür-Araz” – “Göygöl”
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Tural Bayramov, Sənan Bayramzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.

Premyer Liqa: “Karvan” “Şamaxı” ilə üz-üzə

7 December 2025 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutacaq.

Günün yeganə görüşü “Karvan”la “Şamaxı” arasında baş tutacaq. Mövsümün aşkar autsayderinə çevrilmiş Yevlax təmsilçisi doğma meydanda qələbə həsrətinə son qoymağa və turnir cədvəlinin “zirzəmi”sindən çıxmağa çalışacaq. “Şamaxı” isə növbəti xal və ya xallarını qazanmaq üçün mübarizə aparacaq. Yevlax şəhər stadionunda keçiriləcək oyunu Cavid Cəlilov idarə edəcək.

14-cü turun qalan görüşləri dekabrın 8-də və 9-da keçiriləcək.

Premyer Liqa
14-cü tur

6 dekabr

“Zirə” – “Qarabağ” 1:1
Qollar: İssa Cibrilla, 31 – Enrike Kustodio, 44-öz qapısına.
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

7 dekabr

“Karvan” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 14:00.

8 dekabr

“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu, 17:00.

“Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 20:00.

9 dekabr

“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Dalğa Arena”, 17:00.

“Sumqayıt” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

“Sabah” Yusif İmanovla bağlı yeni bəyanat yaydı

6 December 2025 at 23:00

Futbol üzrə Azərbaycan Kubokunun sonuncu qalibi “Sabah” keçmiş qapıçısı Yusif İmanov ilə bağlı yeni bəyanat yayıb.

Arena.az həmin bəyanatla sizi də tanış edir:

Bu gün “Sabah” FK AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarı ilə tanış olub. Həmin qərara əsasən, Yusif İmanovun tələbləri qismən təmin edilib, klubun qarşı tələbləri isə təmin olunmayıb.

Klub hesab edir ki, Komitə bu qərarda bir sıra qanunsuz və heç bir əsası olmayan nəticələrə gəlib.

Birincisi, reqlamentin iş üzrə tərəfin Komitəyə ərizə təqdim etməzdən əvvəl digər tərəfə rəsmi qaydada xəbərdarlıq göndərmək və tələblərin icrası üçün müddət vermək öhdəliyi barədə tələbi formal prosedur deyil, hüquqi baxımdan vacib və məcburi tələbdir. Bu tələbin yerinə yetirilməməsi futbolçunun iddiasının icraata qəbul edilməsini istisna etməlidir. Lakin Komitənin bu norma ilə bağlı şərhi həmin normanı tamamilə mənasından məhrum edib.

İkincisi, Komitə futbolçu ilə klub arasında bağlanmış müqavilədə qeyd edilən, futbolçunun yalnız əsas komandada deyil, hər hansı komandada (həm birinci, həm də ikinci komandada) çıxış edə bilməsini nəzərdə tutan əsas müddəasını düzgün şəkildə dəyərləndirməyib.

Əgər futbolçunun əvəzedici komandaya göndərilməsi müqavilə ilə tənzimlənirsə, əsas və ikinci komandada hansı oyunçuların çıxış edəcəyinə dair yeganə qərar vermək səlahiyyəti kluba və onun məşqçi heyətinə məxsusdur. Bu məsələdə məşqçi heyətinin səlahiyyəti məhdudlaşdırıla bilməz. Beləliklə, futbolçunun əsas komandadan uzaqlaşdırılmasının qeyri-qanuni olması barədə arqument hüquqi baxımdan qəbul edilə bilməz.
Bununla belə, Komitə heç bir hüquqi əsas olmadan futbolçunun hansı komandada çıxış etməli olduğuna məşqçi heyətinin deyil, Komitənin qərar verə biləcəyi kimi təhlükəli presedent yaradır.

Komitənin qərarı yekun xarakter daşımır və “Sabah” FK bu qanunsuz, əsassız, qeyri-obyektiv və ədalətsiz qərardan şikayət etmək üçün bütün mümkün hüquqi mexanizmlərdən istifadə edəcəkdir”.

Xatırladaq ki, Yusif İmanov bu ilin yayında yetirməsi olduğu paytaxt klubundan ayrılaraq Kosovo təmsilçisi “Malışeva” komandasına keçmişdi. Amma bir müddət öncə o, Kosovo klubundan ayrılaraq Azərbaycana qayıdıb və “Kəpəz”lə müqavilə bağlayıb.

“Zirə” – “Qarabağ” 1:1 – Video

6 December 2025 at 22:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turunun bu gün keçirilmiş “Zirə” – “Qarabağ” matçı bərabərliklə (1:1) başa çatdı.

Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və videoicmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
14-cü tur
6 dekabr

“Zirə” – “Qarabağ” 1:1
Qollar: İssa Cibrilla, 31 – Enrike Kustodio, 44-öz qapısına.
Sarı vərəqələr: Abdullah Zubir, 86 (qeyri-idman hərəkəti). Xoni Montiel, 90+2 (hakimin qərarına etiraz). Marko Yankoviç, 90+2 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 17:00. Zirə İdman Kompleksinin stadionu, 1200 tamaşaçı.

Baş hakim: Rauf Cabbarov.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli (6. Eldar Quliyev, 82), 4. Ruan Renato, 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili (29. Ceyhun Nuriyev, 51), 30. Rikardo Martins, 20. İssa Cibrilla (28. Leroy Mikels, 46), 5. Ange Mutsinzi, 11. Junior Martins (21. Hacıağa Hacılı, 66), 77. Yeqor Boqomolski (14. Elçin Əlicanov, 66).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 48. Ramiz Muradov, 33. Əkbər Eyubov, 43. Əhliman Süleymanzadə.
Baş məşqçi: Rəşad Sadıqov.

Qarabağ: 99. Mateus Koxalski, 77. Ramil Şeydayev (10. Abdullah Zubir, 66), 13. Bəhlul Mustafazadə (k), 27. Toral Bayramov, 81. Kevin Medina, 2. Mateus Silva (44. Elvin Cəfərquliyev, 66), 9. Xoni Montiel, 15. Leandro Andrade (11. Emmanuel Addai, 66), 21. Aleksey Kaşuk (7. Nəriman Axundzadə, 66), 35. Pedro Bikalyo, 17. Kamilo Duran (8. Marko Yankoviç, 75).
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku.
Baş məşqçi: Qurban Qurbanov.

Rəşad Sadıqov: “Qarabağ”la matçda hər xal dəyərlidir”

6 December 2025 at 21:00

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun bizim üçün qola qədər daha rahat gedirdi. Amma sonra “Qarabağ” sürəti artırdı. Heç-heçə ədalətli nəticədir. “Qarabağ”la matçda qazanılan xal dəyərlidir. Onlara qarşı mübarizə aparmaq çox çətindir. “Neftçi” ilə kubok oyunundakı 120 dəqiqəlik mübarizədən sonra futbolçularımın əzmkarlığı təqdirəlayiqdir. Belə də davam etməliyik”.

Rəşad Sadıqov hücumdakı problemləri Brahim Konate və Davit Volkovun yoxluğu, digər oyunçuların isə yorğunluğu ilə əlaqələndirib. O, Abdullah Zubirin epizodunda hakimdən qırmızı vərəqə tələb etməsi ilə bağlı suala isə belə aydınlıq gətirib:

“Yəqin ki, gördünüz, 4-cü hakimə yaxınlaşdım. Onunla yarızarafat, yarıciddi danışırdım, yüngül təzyiq göstərirdim (gülür). Aramızda ciddi dialoq olmadı”.

Qurban Qurbanov: “Hər iki komanda 1 xala layiq idi”

6 December 2025 at 20:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Keyfiyyət baxımından oyun istədiyimiz kimi olmasa da, meydanda gərgin mübarizə vardı. Futbolçular çox enerji sərf etdilər. Biz də, “Zirə” də kubok matçından sonra meydana çıxmışdıq. Rəqibin oyunu isə 120 dəqiqə davam etmişdi. Buna görə dinamikanın bir qədər aşağı olması normaldır. Amma meydanda ciddi mübarizə getdi və hər iki komanda 1 xal qazanmağa layiq idi. Futbolçular həqiqətən çox əziyyət çəkdi. Oyundan-oyuna daha çətin, daha formalaşmış və daha geniş düşüncəli “Zirə” ilə qarşılaşırıq. Rəşad Sadıqovdan hər matçda bir sürpriz gözləmək mümkündür və bunu oyunun gedişində hiss edirik. Güclü rəqibə qarşı oynadıq. Hər iki komandaya uğurlar arzulayıram”.

Qurban Qurbanov Xoni Montieli iki mövqedə oynatmasına da aydınlıq gətirib:

“O, üç müxtəlif mövqedə oynaya bilən futbolçudur. Həm dayaq yarımmüdafiəçisi, həm “10 nömrə”, həm də vinger kimi çıxış edə bilir. Həqiqətən universal oyunçudur. Rotasiyalar və oyunun gedişatı buna səbəb oldu. “Zirə” təkbətək mübarizələrdə çox yaxşı çıxış edir, müdafiədə isə cəsarətli və aktivdir. Montieldən çox razı qaldım. Hər dəfə onun haqqında pozitiv fikirlər formalaşır.

“Ayaks”la matça start heyətdə yer almaq üçün tam hazır deyil. Bəlkə də bu gün onun üçün 90 dəqiqə oynamaq çoxdur. İlyarımdır bu rejimdə nə məşq edir, nə də oynayır. İlk dəqiqələrdən olmasa da, oyunun gedişatında müəyyən dəyişikliklər edə bilər. Əvvəlki matçda 90 dəqiqə oynamışdı və üç gün sonra bərpa oldu. Özünün dediyinə görə, çox yorulmuşdu. Qarşıdakı günlərdə onun bərpasına baxacağıq və ona uyğun qərar verəcəyik. Oyundan-oyuna daha hazırlıqlı olur”.

“O da futbolçudur, emosiyalarını biruzə verə bilər”

Qurban Qurbanov Abdullah Zubirin bu oyunda əsəblərini cilovlaya bilməməsinə də münasibət bildirib:

“Məni həmişə sakit görürsünüz, ancaq mən də bəzən emosiyalarımı saxlaya bilmirəm. Bir futbolçuya qarşı daha sərt oynayırlarsa, onu izləyirlərsə, ondan da hansısa emosional hərəkət olacaq. Zubir rəqibin üzünə əl atmadı, sadəcə itələdi. Oyunçulara tapşırıq olmuşdu ki, əsəblərini cilovlasınlar. O da futbolçudur, emosiyalarını biruzə verə bilər.

Qurban Qurbanov Ramil Şeydayevin durumundan da söhbət açıb:

“Ramil istəklidir, amma bəlkə ona daha çox şans versək, idman formasını daha tez bərpa edə bilər. Hər bir futbolçu üçün oyun sayı və oyun dəqiqəsi çox vacibdir. Nə qədər məşq etsə və istəkli olsa da, matç təcrübəsi tamamilə fərqlidir. Razı qaldığım odur ki, o həm istəkli, həm də intizamlıdır. Komandada ikinci heyət də var ki, uğur üçün böyük fayda verir. Bu oyunçular nəticə əldə etmək baxımdan kömək edir, əsas heyət üzvləri üçün isə rəqabət yaradır. Şərt deyil ki, onlar bütün oyunlarda iştirak etsinlər. Hər tərəfdən futbolçulardan razıyam. Məşqlərdə 20 oyunçunun aktiv olması komandanın idman formasını qorumasına böyük töhfə verir”.

Premyer Liqa: “Zirə” və “Qarabağ”dan hərəyə 1 qol, 1 xal

6 December 2025 at 19:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında lider “Qarabağ” əsas izləyicisi “Zirə”nin qonağı olub. Ağdam təmsilçisi bu oyundan öncə 29 xalla zirvədə qərarlaşmışdı. Rəşad Sadıqovun rəhbərlik etdiyi qəsəbə təmsilçisi isə 26 xalla ikinciydi. Bir sözlə, “Zirə” bu oyunda qələbə qazanmaqla zirvəyə şərik ola bilərdi. Əks halda “Qarabağ” izləyiciləri ilə xal fərqini daha da artırmış olacaqdı.

Amma tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

14-cü turun qalan görüşləri dekabrın 7-də, 8-də və 9-da keçiriləcək.

Premyer Liqa
14-cü tur

6 dekabr

“Zirə” – “Qarabağ” 1:1
Qollar: İssa Cibrilla, 31 – Enrike Kustodio, 44-öz qapısına.
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 5. Ange Mutsinzi, 11. Junior Martins, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 33. Əkbər Eyubov, 43. Əhliman Süleymanzadə, 28. Leroy Mikels, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Qarabağ: 99. Mateus Koxalski, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə (k), 27. Toral Bayramov, 81. Kevin Medina, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

Vensan Abubakar Afrika Millətlər Kubokundan kənarda qaldı

6 December 2025 at 17:00

“Neftçi”nin ulduz futbolçusu Vensan Abubakar Kamerun millisinin Afrika Millətlər Kuboku üçün açıqlanmış heyətində yer almayıb.

Arena.az xəbər verir ki, 33 yaşlı forvard Afrikanın ən böyük futbol turnirində iştirak etməyəcək.

Abubakardan başqa, “Trabzonspor”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in qapıçısı Andre Onana da millidən kənarda qalıb.

Afrika Millətlər Kuboku 21 dekabr – 18 yanvar tarixləri arasında Mərakeşdə keçiriləcək. Kamerun millisi turnirin qrup mərhələsində Qabon, Kot-d’İvuar və Mozambik komandaları ilə qarşılaşacaq.

Xatırladaq ki, “Neftçi” Abubakarı oktyabr ayında heyətinə qatıb. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar. O, “ağ-qaralar”ın heyətində indiyədək 7 oyuna çıxıb, 5 qol vurub, 1 assist müəllifi olub.

Vensan Abubakar karyerası ərzində “Portu”, “Beşiktaş”, “Valensyen”, “Əl-Nəsr”, “Loryan”, “Koton Sport”, “Hatayspor” kimi klubların da formasını geyinib. O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), Portuqaliya Kubokunun (2020) və Portuqaliya Super Kubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), Türkiyə Kubokunun (2021, 2024) və Türkiyə Super Kubokunun (2024) qalibi olub.

Abubakar 2010-cu ilin may ayında debüt etdiyi Kamerun yığmasında 115 oyun keçirib, 45 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Abubakar kapitanı olduğu milli komanda ilə 2017-ci ildə Afrika Kubokunu başı üzərinə qaldırıb. O, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı hücumçunun transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

Yüksək Liqa: 10-cu turun oyun cədvəli açıqlandı

6 December 2025 at 10:00

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, ikinci dövrənin sonuncu turunun oyunları dekabrın 11-də “Olimpik Star”da keçiriləcək.

Lider “Neftçi” İK son çempion “Araz-Naxçıvan”la qarşılaşacaq. U-19 “Lənkəran”la, “Şuşa” isə “Baku Fire” ilə üz-üzə gələcək.

Yüksək Liqa
10-cu tur
11 dekabr

U-19 – Lənkəran
Bakı. “Olimpik Star”. Saat 13:00.

Neftçi İK – Araz-Naxçıvan
Bakı. “Olimpik Star”. Saat 15:00.

Şuşa – Baku Fire
Bakı. “Olimpik Star”. Saat 17:30.

Xallar: Neftçi İK – 25. Araz-Naxçıvan – 19. Baku Fire – 17. Şuşa – 12. U-19 – 3. Lənkəran – 0.

Bombardirlər: Luicci Lonqo (“Araz-Naxçıvan”) – 20. Rüstəm Bağırov (“Şuşa”) -16. Yaqo Henrike (“Neftçi” İK) – 15 qol.

Premyer Liqa: “Zirə” üçün “Qarabağ”a çatmaq şansı

6 December 2025 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış matçında lider “Qarabağ” əsas izləyicisi “Zirə”nin qonağı olacaq. Ağdam təmsilçisi hazırda 29 xalla zirvədə qərarlaşıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi qəsəbə təmsilçisi isə 26 xalla ikincidir. Bir sözlə, “Zirə” bu oyunda qələbə qazana bilsə, zirvəyə şərik ola bilər. Əks halda “Qarabağ” izləyiciləri ilə xal fərqini daha da artırmış olacaq.

14-cü turun qalan görüşləri dekabrın 7-də, 8-də və 9-da keçiriləcək.

Premyer Liqa
14-cü tur
6 dekabr

“Zirə” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

7 dekabr

“Karvan” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 14:00.

8 dekabr

“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu, 17:00.

“Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 20:00.

9 dekabr

“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Dalğa Arena”, 17:00.

“Sumqayıt” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

“Araz-Naxçıvan” “Benfika”ya yenə uduzdu, ÇL-lə vidalaşdı

5 December 2025 at 23:00

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026-cı illər mövsümündə mübarizəni dayandırıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün ÇL-in 1/8 final mərhələsinin cavab oyununda Lissabonda “Benfika”nın qonağı olub.

İlk oyunla müqayisədə hər iki komandanın heyətində dəyişiklik var idi. Təmsilçimizdə cəzası başa çatmış Karlos Bertula, Valerio Covanni və Aleks Teyşeyra bu dəfə iş başında idi. Əvəzində Yaqo Henrike səfərə aparılmamışdı.

Hesab 10-cü dəqiqədə açılıb. Souzanın bu qolu fasiləyə qədər yeganə olub. İkinci hissədə təmsilçimizin üzvü Perruzo ikinci sari-qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu. Bundan maksimum yararlanan meydan sahibləri fərqi artırıblar. Bu dəfə Koelyo fərqlənib. Bakıdakı oyunda hesab açmış Anilton Silva isə 35-ci dəqiqədə fərqi 3 topa çatdırıb. 13 nömrə 1 dəqiqə sonra dublunu rəsmiləşdirib. Cəmi 20 saniyə sonra Luicci Lonqo naxçıvanlıların ilk qolunu vurub. Matçda son qolun müəllifi isə Ədalət Ələkbərov olub.

Beləliklə, səfər oyununda da məğlub olmuş Azərbaycan çempionu mübarizəni dayandırıb.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunu
5 dekabr

“Benfika” – “Araz-Naxçıvan” 4:2
Qollar: Hiqor de Souza, 09:24. Andre Koelyo, 28:57. Anilton Silva, 34:28; 35:40 – Luicci Lonqo, 35:52. Ədalət Ələkbərov, 39:40.
Qırmızı vərəqə: Yan Perruzo, 27:23 (ikinci sarı).
Hakimlər: Petar Radoyçiç, Nikola Rabrenoviç, Yasmina Mikoska (Hakimlər briqadası Serbiyadandır).
Timekeeper: Srcan Mihayloviç (Serbiya).
Hakim-inspektor: Sven Eyxler (Almaniya).
UEFA nümayəndəsi: Tai Regel Pundik (Danimarka).
Lissabon. “Pavilhao Fidelidade”. Saat 21:30.
İlk oyun: 9:0

Premyer Liqa: 14-cü turun təyinatları açıqlandı

5 December 2025 at 22:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun oyunları üçün təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

14-cü tura sabah keçiriləcək “Zirə” – “Qarabağ” oyunu ilə start veriləcək. Turun qalan görüşləri ayın 7-də, 8-də və 9-da keçiriləcək.

Premyer Liqa
14-cü tur

6 dekabr

“Zirə” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

7 dekabr

“Karvan” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 14:00.

8 dekabr

“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu, 17:00.

“Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 20:00.

9 dekabr

“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Dalğa Arena”, 17:00.

“Sumqayıt” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

Əvəzedicilər: “Qarabağ”dan “Araz” üzərində inamlı qələbə

5 December 2025 at 16:00

Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 13-cü tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Qarabağ”la “Araz-Naxçıvan”ın ikinci komandaları üz-üzə gəliblər. Oyun Ağdam təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb.

Əvəzedicilər Liqasında 13-cü turun qalan görüşləri dekabrın 7-də və 8-də keçiriləcək.

Əvəzedicilər Liqası
13-cü tur

5 dekabr

“Qarabağ-2” – “Araz-Naxçıvan-2” 2:0
Qollar: Eltun Babazadə, 71; Mahmud Ağayev, 74
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Elmin Süleymanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

7 dekabr

“Qəbələ-2” – “Sabah-2”
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Elvin Mədətov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 13:00.

“Neftçi-2” – “Turan Tovuz-2”
Hakimlər: Nazim Abdullayev, Teymur Teymurov, Rəhman Aslanov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Zirə-2” – “Sumqayıt-2”
Hakimlər: Sənan Bayramzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“Rekord Arena”, 15:00.

8 dekabr

“Kəpəz-2” – “Şamaxı-2”
Hakimlər: Ruslan Quliyev, Ağadur Mahmudov, Elman Kərimov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

Əvəzedicilər Liqasında 13-cü turun təyinatları açıqlandı

5 December 2025 at 13:30

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 13-cü turun təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Əvəzedicilər Liqasında 13-cü tura bu gün start veriləcək. Turun qalan görüşləri dekabrın 7-də və 8-də keçiriləcək.

Əvəzedicilər Liqası
13-cü tur

5 dekabr

“Qarabağ-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Elmin Süleymanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

7 dekabr

“Qəbələ-2” – “Sabah-2”
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Elvin Mədətov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 13:00.

“Neftçi-2” – “Turan Tovuz-2”
Hakimlər: Nazim Abdullayev, Teymur Teymurov, Rəhman Aslanov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Zirə-2” – “Sumqayıt-2”
Hakimlər: Sənan Bayramzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“Rekord Arena”, 15:00.

8 dekabr

“Kəpəz-2” – “Şamaxı-2”
Hakimlər: Ruslan Quliyev, Ağadur Mahmudov, Elman Kərimov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

Azərbaycan Kubokunun son 14 mövsümünün antirekordu

5 December 2025 at 13:00

Futbol üzrə Azərbaycan Kubokunun 2025/26 mövsümünün 1/8 final mərhələsi çərçivəsində keçirilmiş oyunlarda qapılara cəmi 19 qol vurulub.

Arena.az xəbər verir ki, səkkiz oyunun baş tutduğu mərhələdə orta məhsuldarlıq 2,375-ə bərabər olub.

Bu, son 14 mövsümün ən aşağı göstəricisidir. 1/8 finalda daha aşağı məhsuldarlığa sonuncu dəfə 2011/2012-ci illər mövsümündə təsadüf olunmuşdu. Həmin vaxt 7 qarşılaşmada qapılara cəmi 14 qol vurulmuşdu. Orta göstərici 2,00-a bərabər olmuşdu.

Qeyd edək ki, ötən mövsümün 1/8 final mərhələsinin oyunlarında 27 qol qeydə alınmışdı.

Azərbaycan Kubokunun cari mövsümün 1/8 final mərhələsinin oyunlarının nəticələri belə olub:

“Şahdağ Qusar” – “Turan Tovuz” 1:2
“Zirə” – “Neftçi” 1:0
“Şamaxı” – “Baku Sportinq” 1:0
“İmişli” – “Sabah” 1:2
“Qarabağ” – “Karvan” 3:0
“Qəbələ” – “Şəfa” 2:1
“Araz-Naxçıvan” – “Kəpəz” 0:1
“Difai” – “Sumqayıt” 1:3

“Şamaxı” 20-ci, “Sumqayıt” 10-cu dəfə

5 December 2025 at 12:00

“Şamaxı” və “Sumqayıt” komandaları futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanmaqla yubileyə imza atıblar.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün bütün 1/4 finalçıları müəyyənləşib. Bu mərhələdə yeni komandalar olmayacaq. Belə ki, 8 ən yaxşı sırasına yüksəlmiş bütün klublar əvvəllər də 1/4 final həyəcanı yaşayıblar.

Onlardan ikisi yubiley uğuruna imza atıb. “Şamaxı” 20-ci, “Sumqayıt” 10-cu dəfə bu raundda iştirak edəcək. 1/4 finalçılar arasında ən yüksək göstərici “Qarabağ”dadır. Ağdam klubu 27-ci dəfə bu mərhələdə oynayacaq. Bununla da bölgə təmsilçisi 33 dəfə belə uğura imza atmış “Neftçi” ilə fərqi azaldacaq.

Mərhələnin digər iştirakçılarından “Qəbələ” və “Kəpəz” 17-ci, “Zirə” 11-ci, “Sabah” 7-ci, “Turan Tovuz” 2-ci dəfə 1/4 finalda oynayacaq.

Qeyd edək ki, ümumilikdə 46 komanda yarımfinalın bir addımlığında olub.

“Araz-Naxçıvan” “Benfika” ilə cavab matçına çıxır

5 December 2025 at 11:00

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bu gün “Benfika” ilə cavab matçına çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan və Portuqaliya çempionları arasındakı qarşılaşma Lissabon şəhərində baş tutacaq.

Portuqaliyanın paytaxtındakı “Pavilyao Fidelidade”də təşkil ediləcək oyuna Bakı vaxtı ilə saat 21:30-da start veriləcək. Görüşü serbiyalı hakimlər – Petar Radoyçiç, Nikola Rabrenoviç və Yasmina Mikoska idarə edəcəklər.

Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanmışdı.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunu
5 dekabr

“Benfika” (Portuqaliya) – “Araz-Naxçıvan” (Azərbaycan)
Hakimlər: Petar Radojcic, Nikola Rabrenoviç, Yasmina Mikoska (Hakimlər briqadası Serbiyadandır).
Timekeeper: Srdjan Mihayloviç (Serbiya).
Hakim-inspektor: Sven Eichler (Almaniya).
UEFA nümayəndəsi: Tai Regel Pundik (Danimarka).
Lissabon. “Pavilhao Fidelidade”. Saat 21:30.
İlk oyun: 9:0

“Araz-Naxçıvan” – “Kəpəz” 0:1 – Video

4 December 2025 at 23:20

Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Araz-Naxçıvan” – “Kəpəz” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir:

Azərbaycan Kuboku
1/8 final mərhələsi
4 dekabr

“Araz-Naxçıvan” – “Kəpəz” 0:1
Qol: Ryonosuke Ohori, 116.
Sarı vərəqələr: Mustafa Əhmədzadə, 45+1 (qeyri-idman hərəkəti). Bəxtiyar Həsənalızadə, 98 (qeyri-idman hərəkəti) – Cefferson Bento, 31 (qeyri-idman hərəkəti). Rauf Hüseynli, 88 (qeyri-idman hərəkəti). Ryonosuke Ohori, 90+3 (qeyri-idman hərəkəti). Elcan Əbilov, 100 (qeyri-idman hərəkəti). Dioqo Verdaska, 120 (oyunun bərpasının ləngidilməsi).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, 2-ci hissədə 4 dəqiqə.
Əlavə vaxta artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 2 dəqiqə.
Saat 19:00. “Dalğa Arena”, 250 tamaşaçı.

Baş hakim: Cavid Cəlilov.
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev.
Dördüncü hakim: İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Kamranbəy Rəhimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə (k), 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov (16. Ramon Maçado, 59), 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə (2. Qara Qarayev, 79), 6. Patrik Andrade (23. Nuno Rodriqes, 79), 17. İssuf Paro, 7. Hamidu Keyta (70. Çarlz Boli, 59), 11. Ba-Muaka Simakala (19. Bar Kohen, 91), 77. Bruno Franko (5. Slavik Alxasov, 91).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 34. Ürfan Abbasov, 22. Elçin Mustafayev, 33. Elmir Cəfərov.
Baş məşqçi: Elmar Baxşıyev.

Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev (9. Luis Paçu, 59 / 53. Şahmar Aşurov, 91), 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev (20. Elcan Əbilov, 83), 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana (17. Ümid Səmədov, 83), 10. Ryonosuke Ohori, 38. Cefferson Bento (6. Pedro Qomes, 69).
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Azər Bağırov.

Azər Bağırov: “1/4 finala çıxacağımıza inanırdım”

4 December 2025 at 23:00

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Mərdəkanda baş tutmuş görüşü Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azər Bağırov 1/4 finala vəsiqə qazandıqları matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Həm bizim, həm də azarkeşlər üçün maraqlı oyun alındı. Niyə bilmirəm, amma qələbəyə inanırdım. Rəqib haqqında çox danışmışdıq, bilirdik ki, səhvsiz oynasaq, qalib gələ bilərik. Müdafiədə yaxşı oynadıq və vacib qələbə qazandıq. Hakimlik bu gün normal idi. Yalnız qalib gəldiyimiz üçün yox, ümumilikdə razı qaldım. Səhvlər olur, amma onlardan qaçmaq mümkün deyil”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə məğlub olduqları matçı belə şərh edib:

“Oyuna komanda olaraq pis qoşulduq. Kubok və çempionat fərqli yarışdır. Burada gərək əlindən gələnin yüz faizini edəsən ki, məqsədinə çatasan. Açığı, son 5-6 oyunda komandamı tanıya bilmirəm. Meydanda görmək istədiyim komanda yoxdur. Təbii ki, problem özümüzdədir. Bu durumdan çıxmaq üçün daha artığını etməliyik.

Hər bir məğlubiyyət təzyiq yaradır. Önəmli olan məğlubiyyət yox, komandanın meydanda göstərdiyi oyundur. Çox zəif çıxış etdik. Səbəbini araşdırmalı, daha yaxşı çıxış etmək məcburiyyətindəyik”.

“Difai” – “Sumqayıt” 1:3 – Video

4 December 2025 at 22:40

Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Difai” – “Sumqayıt” matçı meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir:

Azərbaycan Kuboku
1/8 final mərhələsi
4 dekabr

“Difai” – “Sumqayıt” 1:3
Qollar: Kamil Qardaşlı, 67 – Ronaldo Vaskes, 9; 75-pen. Aleksandr Ramalinqom, 90+2.
Sarı vərəqələr: Əsgər Hüseynov, 74 (hakimin qərarına etiraz). Roman Hüseynov, 81 (hakimin qərarına etiraz); 83 (qeyri-idman hərəkəti) – Nadir Orucov, 22 (qeyri-idman hərəkəti). Rayan Senhadji, 35 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Roman Hüseynov, 83.
Artırılan vaxt: Birinci hissədə yoxdur; ikinci hissədə – 4 dəqiqə.
Saat 19:00. Mehdi Hüseynzadə Sumqayıt şəhər stadionu, 1200 tamaşaçı.

Baş hakim: Nicat İsmayıllı.
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Zöhrab Abbasov.
Dördüncü hakim: Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.

Difai: 1. Sadiq Məmmədzadə, 77. Roman Hüseynov (k), 27. Əsgər Hüseynov, 20. Nemət Musayev (55. Nazim Həsənzadə, 55), 11. Bayraməli Qurbanov, 5. Nihad Həsənzadə, 17. Emin Məcidzadə (19. Hacıəli Şirəliyev, 55), 44. Rüfət Tahirov, 23. Kamil Qardaşlı, 16. Altayturan Bektaşoğlu (7. Fərid Kazımzadə, 75), 8. Kamil Sadiqov (10. Musa Musazadə, 62).
Ehtiyat oyunçular: 12. Tural Mirsultanov, 24. Miraqşin Abasov, 21. Mühəmməd Həsənov, 6. Nihad İsmayılov, 18. Kristian Kamta.
Məşqçi: Aydın Qasımov.

Sumqayıt: 22. Xəyal Fərzullayev (k), 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə (9. Aleksandr Ramalinqom, 80), 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç (19. Roi Kehat, 62), 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 71. Masaki Murata (66. Ruslan Əliyev, 80), 95. Nsana Simon (8. Səbuhi Abdullazadə, 70), 11. Aleksa Yankoviç (7. Rüstəm Əhmədzadə, 62).
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 37. Nihad Orucəli, 14. Pedro Pinto, 80. Keffel Resende, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.

Saşa İliç: “4 oyunluq cəza çox ağır qərardır”

4 December 2025 at 22:20

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Difai”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş oyunda Saşa İliçin komandası 3:1 hesabı ilə qalib gələrək kubokun 1/4 finalına yüksəlib.

Saşa İliç matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu mərhələni keçmək çox vacib idi. Amma qənaətbəxş oyun göstərmədik. Çoxlu səhvlər etdik. Çempionatda belə oynamaq olmaz.

Mən gənc oyunçuların tərəfindəyəm. Düzdür, bəzi səhvlər oldu. Onların potensialları var. Hər birinə güvənirəm. İnanıram ki, gələcəkdə nəticəsi olacaq. Səhvlərin olması normaldır”.

Serbiyalı mütəxəssis AFFA İntizam Komitəsinin onu 4 oyunluq cəzalandırmasına da münasibət bildirib:

“Məncə, çox ağır qərardır. Çünki heç kimi öldürməmişəm. Düşünürəm ki, iki oyunluq cəza kifayət edərdi. Şamaxıdakı oyun çox emosional keçdi. Bəzi sözləri serb dilində dedim. Sözlərim heç kimə ünvanlanmamışdı. Oyundan sonra “Şamaxı”nın baş məşqçisi ilə görüşdüm və bu məsələni həll etdik”.

Azərbaycan Kubokunda 1/4 finalın cütləri bəlli oldu

4 December 2025 at 22:00

Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, buna 1/8 final mərhələsinin bu gün baş tutmuş sonuncu oyunlarından sonra aydınlıq gəlib.

Kubokun sonuncu qalibi “Sabah” yarımfinala vəsiqə uğrunda “Qəbələ” ilə mübarizə aparacaq. “Qarabağ” “Şamaxı”ya rəqib olub. “Turan Tovuz” “Kəpəz”lə, “Zirə” isə “Sumqayıt”la üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları 3-4 fevralda, cavab matçları 3-4 martda təşkil olunacaq.

Azərbaycan Kuboku
1/4 final

Turan Tovuz – Kəpəz
Zirə – Sumqayıt
Şamaxı – Qarabağ
Sabah – Qəbələ

Azərbaycan Kubokunda 1/8 finala yekun vuruldu

4 December 2025 at 21:33

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu 1/4 finalçının adına Mərdəkanda aydınlıq gəlib.

“Araz-Naxçıvan” Premyer Liqanın digər təmsilçisi “Kəpəz”lə üz-üzə gəlib. “Dalğa Arena”da keçirilmiş oyunu Cavid Cəlilov idarə edib. Əsas vaxtı qolsuz bitən qarşılaşmanın qalibi əlavə vaxtda müəyyənləşib. “Kəpəz” yeganə qol sayəsində 1/4 finala yüksəlib.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları 2026-cı ildə keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final
2 dekabr

“Araz-Naxçıvan” – “Kəpəz” 0:1
Qol: Ryonosuke Ohori, 115.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Kamranbəy Rəhimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Dalğa Arena”, 19:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə (k), 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 17. İssuf Paro, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 34. Ürfan Abbasov, 5. Slavik Alxasov, 22. Elçin Mustafayev, 33. Elmir Cəfərov, 16. Ramon Maçado, 23. Nuno Rodriqes, 70. Çarlz Boli, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.

Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 10. Ryonosuke Ohori, 38. Cefferson Bento.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 9. Luis Paçu, 6. Pedro Qomes.
Baş məşqçi: Azər Bağırov.

“Sumqayıt” Azərbaycan Kubokunda 1/4 finala yüksəldi

4 December 2025 at 21:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin sonuncu oyunları keçirilir.

Arena.az xəbər verir ki, “Sumqayıt” isə 1/4 finala vəsiqə uğrunda “Difai” ilə mübarizə aparıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyunun baş hakimi Nicat İsmayıllı olub. Dörd qolluq oyundan inamlı qələbə ilə ayrılmış “Sumqayıt” 1/4 finala yüksəlib.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları 2026-cı ildə keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final
2 dekabr

“Difai” – “Sumqayıt” 1:3
Qollar: Kamil Qardaşlı, 67 – Ronaldo Vaskes, 9; 75. Aleksandr Ramalinqom, 90+3.
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

Difai: 1. Sadiq Məmmədzadə, 77. Roman Hüseynov (k), 27. Əsgər Hüseynov, 20. Nemət Musayev, 11. Bayraməli Qurbanov, 5. Nihad Həsənzadə, 17. Emin Məcidzadə, 44. Rüfət Tahirov, 23. Kamil Qardaşlı, 16. Altayturan Bektaşoğlu, 8. Kamil Sadiqov.
Ehtiyat oyunçular: 12. Tural Mirsultanov, 7. Fərid Kazımzadə, 55. Nazim Həsənzadə, 10. Musa Musazadə, 19. Hacıəli Şirəliyev, 24. Miraqşin Abasov, 21. Mühəmməd Həsənov, 6. Nihad İsmayılov, 18. Kristian Kamta.
Məşqçi: Aydın Qasımov.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 95. Nsana Simon, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 80. Keffel Resende, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.

“Qəbələ” – “Şəfa” 2:1 – Video

4 December 2025 at 19:00

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Qəbələ” – “Şəfa” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir:

Azərbaycan Kuboku
1/8 final mərhələsi
4 dekabr

“Qəbələ” – “Şəfa” 2:1
Qollar: İbrahim Sanqare, 2; 53 – Emin Zamanov, 6.
Sarı vərəqə: Hüseyn Mürsəlov, 90+2 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 15:00. Qəbələ şəhər stadionu, 500 tamaşaçı.

Baş hakim: Əli Əliyev.
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Gülnurə Əkbərzadə.
Dördüncü hakim: Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev (21. Ziya Şəkərxanov, 78), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov (22. Fərid İsgəndərov, 62), 12. İbrahim Sanqare (50. Adriel Ba Lua, 62), 3. Eduardo Kunde (74. Süleyman Damadayev, 46), 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo (97. Elşad Tağıyev, 87), 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov.
Baş məşqçi: Kaxaber Sxadadze.

Şəfa: 13. Əli Həsənli, 33. Tərlan Quliyev (k) (22. Hüseyn Mürsəlov, 86), 8. Ürfan İsmayılov (18. Elvin İsmayılov, 61), 42. Elnur Cəfərov (70. Ruslan Hacıyev, 78), 14. Vüqar Həsənov, 10. Emin Zamanov, 6. Xəyal Tomarov, 27. Pərviz Azadov (29. Ramin Nəsirli, 78), 17. İsmayıl Zülfüqarlı, 83. Nihad Quliyev, 23. Nahid Əliyev (99. Amir Ebrahimzade, 78).
Ehtiyat oyunçular: 95. Rəvan Kazımov, 21. Novruz Məmmədov, 88. Aqşin Paşayev, 9. Amil Yunanov, 80. Zahid Mərdanov, 2. Seymur Rəhimov, 19. İsmayıl Rzayev.
Baş məşqçi: Elgiz Kərəmli.

Kaxaber Sxadadze: “Rəqibə yuxarıdan aşağı baxmaq olmaz”

4 December 2025 at 18:30

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Şəfa”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş oyununda 2:1 hesablı qələbəyə sevinmiş əyalət təmsilçisi 1/4 finala yüksəlib.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma təşəkkür edirəm. Kubokda növbəti mərhələyə yüksəlmək vacib idi. “Araz-Naxçıvan”la çətin oyundan sonra komandada yorğunluq var. İlk dəqqiqələrin çətin olacağını bilirdik. “Şəfa” çox yaxşı komandadır. Kompakt şəkildə müdafiə olunurlar. Qol vurduqdan sonra sakitləşdik. Bundan yaralanan rəqib, hesabı bərabərləşdirdi. Sanki bəzi futbolçularımız 1-ci Liqa klubuna qarşı oynamağa hazır deyildi. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Çətin qrafikdəyik. Qarşıda bizi “Turan Tovuz”la oyun gözləyir. Bu qələbələr bizə inam verəcək. Qış fasiləsinə qədər 3 vacib oyunumuz var. Çalışacağıq ki, maksimim xal toplayaq. Kubokda da sona qədər mübarizə aparacağıq.

Uduzan komanda istər-istəməz irəli atılır. Həmin anlarda biz topa yiyələnməli idik. Son dəqiqələrdə bizim də fürsətlərimiz oldu. Sadəcə, bunlardan istifadə edə bilmədik. Fürsətləri dəyərləndirə bilməyəndə gərginlik yaranır. Heyətimiz gəncdir. Bunun olması normaldır. “Şəfa” Premyer Liqa səviyyəsində komandadır.

Heyətin güclənməsinə 100 faiz ehtiyac var. Bunu hamımız bilirik. Bunun üzərində də işləyirik. Bununla belə bütün oyunlarda döyüşməliyik”.

“Premyer Liqaya çıxsaq, yalnız azərbaycanlı futbolçular transfer edəcəyik”

“Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli isə oyunla bağlı bunları söyləyib:

“Qəbələ”ni təbrik edirəm. Ötən ildən onları izləyirəm. Ən bəyəndiyim komandalardan biridir. Bizim üçün heç də asan olmadı. Rəqibi təhlil etmişdik. Onların ən üstün tərəfləri hücumda olan 3 futbolçularıdır. Müdafiəni daha kompakt təşkil etməyə çalışdıq. Düşünürəm ki, yaxşı alındı. Hesabı bərabərləşdirsək də, sonradan rəqibin sürətli hücumlarının qarşısını ala bilmədik. Futbolçularıma təşəkkür edirəm. Premyer Liqa komandasına qarşı inamlı çıxış etdilər. Bu mövsüm ilk dəfədir ki, əks-hücumda oynayırıq. Çünki Birinci Liqada bütün matçları dominant keçiririk. Liqalar arasındakı səviyyə fərqi öz sözünü deyir.

Birinci Liqaya uyğun yaxşı komandamız var. Premyer Liqaya çıxsaq, təbii ki, heyəti gücləndirəcəyik. Yaxşı azərbaycanlı futbolçular var. Onlarla güclənə bilərik. Elita çıxsaq, yalnız azərbaycanlı futbolçular transfer edəcəyik. Azərbaycan futboluna töhfə verməyə çalışırıq. Bəli, çətin olacaq, amma mümkünsüz deyil”.

Bruno Bertuççi: “Azərbaycanda çox varlandım, amma…”

4 December 2025 at 18:00

Azərbaycan klubu “Neftçi”nin keçmiş sol cinah müdafiəçisi, braziliyalı futbolçu Bruno Bertuççi Brazliyanın GE nəşrinə müsahibə verib.

Arena.az xəbər verir ki, dopinq cəzasına görə karyerasını erkən bitirməsindən danışan 35 yaşlı veteran futbolçu “Neftçi”dəki günlərini də xatırlayıb.

Braziliya nəşri Bertuççinin Azərbaycanda ayda 30 min dollar maaş aldığını da yazıb. “Neftçi” karyerasında yaxşı pul qazandığını etiraf edən veteran futbolçu bu vəsaiti düzgün istifadə etmədiyini bildirib:

“Milyonçu olmadım, amma varlandım. Zəngin oldum. Pul yığmaq, biznes qurmaq və karyeramdan sonrakı dönəm haqqında düşünmək üçün maliyyə biliyim yox idi. Sadəcə, hər şeyi xərclədim. Hamısını mülklərə xərclədim. Birini alıb irəliləmək əvəzinə, birdən-birə bir dəstə almaq istədim. Hər şeyim var idi, amma əslində heç bir şeyim yox idi. Çünki heç bir nəticə vermədim.

Burada, Braziliyada üç-dörd maşınım var idi. Xaricdə yaşayırdım və istifadə etmədiyim maşınlar üçün pul ödəyirdim. Enerjini gecə klublarında istifadə edirdim. Gecə həyatı məni təhlükəyə atırdı”.

Xatırladaq ki, Bruno Bertuççi 2012-2014-cü illər aralığında “Neftçi”də çıxış edib. O, paytaxt klubu ilə Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub, Avropa Liqasının qrup mərhələsinin oyunlarında iştirak edib. “Neftçi”dən getdikdən sonra dopinq testi müsbət çıxdığına görə 2 illik futboldan uzaqlaşdırılan Bertuççi 2019-cu ildə – 29 yaşında karyerasını bitirməyə qərar verib.

Yüksək Liqa: “Neftçi” “Baku Fire” üzərində qələbəyə sevindi

4 December 2025 at 17:30

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun iki oyunu keçirilib.

Arena.az xəbər verir ki, hər iki qarşılaşma “Olimpik Star”da təşkil edilib.

İlk oyunda turnir cədvəlinin üst pillələrində yer almış komandalar – “Baku Fire” ilə “Neftçi” İK qarşılaşıblar. Qələbə turnir cədvəli baxımından hər iki tərə üçün vacib idi. Tam heyətlə meydana çıxmış komandalar matça erkən qollarla başlayıblar. Yekunda rəqibindən ikiqat çox qol vurmağa nail olmuş “Neftçi” qələbə qazanaraq zirvədəki mövqeyini möhkəmləndirib.

Günün digər oyununda debütant “Lənkəran” orta pillələrdə qərarlaşmış “Şuşa”nın qonağı olub. Şuşalılar bu görüşdə inamlı qələbəyə seviniblər.

9-cu tur çərçivəsində keçirilməli olan “Araz-Naxçıvan” – U-19 görüşü isə birincilərin UEFA Çempionlar Liqasının oyununda iştirakı ilə əlaqədar dekabrın 18-nə təyin olunub.

Yüksək Liqa
9-cu tur
4 dekabr

Baku Fire – Neftçi İK 4:8
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Elgün Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 13:00.

Lənkəran – Şuşa 5:12
Hakimlər: İmran Məhərrəmov, Vüsal Balaşov, Nihad Bağırov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 15:30.

Xallar: Neftçi İK – 25. Araz-Naxçıvan – 19. Baku Fire – 17. Şuşa – 12. U-19 – 3. Lənkəran – 0.

Bombardirlər: Luicci Lonqo (“Araz-Naxçıvan”) – 20. Rüstəm Bağırov (“Şuşa”) -16. Yaqo Henrike (“Neftçi” İK) – 15 qol.

“Qəbələ” Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

4 December 2025 at 17:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Qəbələdə baş tutub.

“Qəbələ” doğma meydanda aşağı liqa təmsilçisi “Şəfa” ilə üz-üzə gəlib. Əyalət təmsilçisi doğma meydanda baş tutmuş bu görüşdə aşağı liqa təmsilçisini çətin qələbə sayəsində mübarizədən kənarlaşdırmağı bacarıb.

Bu gün həm də “Araz-Naxçıvan” Premyer Liqanın digər təmsilçisi “Kəpəz”lə üz-üzə gələcək. “Sumqayıt” isə 1/4 finala vəsiqə uğrunda “Difai” ilə mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları 2026-cı ildə keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final

4 dekabr

“Qəbələ” – “Şəfa” 2:1
Qollar: İbrahim Sanqare, 2; 53 – Emin Zamanov, 5.
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Qəbələ şəhər stadionu, 15:00.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 74. Süleyman Damadayev, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 50. Adriel Ba Lua.
Baş məşqçi: Kaxaber Sxadadze.

Şəfa: 13. Əli Həsənli, 33. Tərlan Quliyev (k), 8. Ürfan İsmayılov, 42. Elnur Cəfərov, 14. Vüqar Həsənov, 10. Emin Zamanov, 6. Xəyal Tomarov, 27. Pərviz Azadov, 17. İsmayıl Zülfüqarlı, 83. Nihad Quliyev, 23. Nahid Əliyev.
Ehtiyat oyunçular: 95. Rəvan Kazımov, 21. Novruz Məmmədov, 88. Aqşin Paşayev, 9. Amil Yunanov, 70. Ruslan Hacıyev, 80. Zahid Mərdanov, 2. Seymur Rəhimov, 18. Elvin İsmayılov, 22. Hüseyn Mürsəlov, 29. Ramin Nəsirli, 19. İsmayıl Rzayev, 99. Amir Ebrahimzade.
Baş məşqçi: Elgiz Kərəmli.

Vensan Abubakar: “Mənə “Neftçi” haqda müsbət sözlər dedilər”

4 December 2025 at 16:30

Futbol üzrə Kamerun milli komandasının mərkəz hücumçusu Vensan Abubakar Azərbaycan klubu “Neftçi”yə transferi ilə bağlı danışıb.

Arena.az xəbər verir ki, kamerunlu hücumçu türkiyəli şərhçi Ertem Şenerə verdiyi müsahibədə bunları deyib:

“Neftçi”yə gəlməzdən əvvəl həm klubun icraçı direktoru Cenk Sümerlə, həm də Çağlar Söyüncü (Türkiyə millisi və “Fənərbağça”nın futbolçusu – red.) ilə danışdım. Onlar mənə komanda haqda çox müsbət sözlər söylədilər, böyük bir klub olduğunu bildirdilər. Onsuz da, Cenk Sümeri “Beşiktaş”da çalışdığı dövrdən tanıyırdım. Bu da qərar verməyimi asanlaşdırdı”.

33 yaşlı ulduz futbolçu “Beşiktaş”la çempion olduqları 2020/2021 mövsümünü də xatırlayıb. O, bu uğuru baş məşqçi Sergen Yalçının yox, futbolçuların qazandığını bildirib:

“Sergen Yalçınla çempion olduğumuz dönəmdə o böyük işi bacaran və çempion olan biz futbolçular idik. O kuboku meydanda mübarizə aparan oyunçu qrupu qazandı. Hazırda komandanın baş məşqçisi eyni şəxsdir. Üstəlik, heyətdə çempion olduğumuz dönəmlə müqayisədə daha böyük adlar var. Sergen Yalçın bacarırsa, indi də komandanı çempion etsin”.

Xatırladaq ki, “Neftçi” Abubakarı bu ay heyətinə qatıb. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar. O, “ağ-qaralar”ın heyətində indiyədək 6 oyuna çıxıb, 5 qol vurub, 1 assist müəllifi olub.

Vensan Abubakar karyerası ərzində “Portu”, “Beşiktaş”, “Valensyen”, “Əl-Nəsr”, “Loryan”, “Koton Sport”, “Hatayspor” kimi klubların da formasını geyinib. O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), Portuqaliya Kubokunun (2020) və Portuqaliya Super Kubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), Türkiyə Kubokunun (2021, 2024) və Türkiyə Super Kubokunun (2024) qalibi olub.

Abubakar 2010-cu ilin may ayında debüt etdiyi Kamerun yığmasında 115 oyun keçirib, 45 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Abubakar kapitanı olduğu milli komanda ilə 2017-ci ildə Afrika Kubokunu başı üzərinə qaldırıb. O, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı hücumçunun transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

AFFA Yaşar Abuzərova 4 oyunluq cəza verdi

4 December 2025 at 14:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 12-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

Əvəzedicilər Liqası, 12-ci tur

“Turan Tovuz-2” – “Qarabağ-2” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz komandası 70 manat cərimə edilib. Bu oyuna Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə Tovuz komandası 200 manat cərimə ödəyəcək.

“Şamaxı-2” – “Zirə-2” oyununun 67-ci dəqiqəsində “Şamaxı”nın məşqçisi Yaşar Abuzərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Şamaxı” buna görə 1000 manat cərimə edilib. “Zirə”də 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 7-ci dəqiqəsində “Zirə”nin futbolçusu Ömər Həsənli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Zirə” buna görə 100 manat cərimə edilib.

“Sabah-2” – “Neftçi-2” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə ödəyəcək.

AFFA Süleymanovu 3 oyunluq cəzalandırdı

4 December 2025 at 14:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 11-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

İkinci Liqa, 11-ci tur

“Ağstafa Gəncləri” – “Araz Saatlı” oyununda “Ağstafa Gəncləri”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün Ağstafa komandası 70 manat cərimə edilib.

“Şəki” – “Quba” oyununda “Quba”da 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Bu oyunun 74-cü dəqiqəsində “Şəki”nin futbolçusu Saleh Süleymanov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Şəki” buna görə 300 manat cərimə ödəyəcək.

“Ağdaş” – “Göygöl” oyununda “Göygöl”ün 6 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

AFFA-dan Rəhim Cəfərliyə 1 oyunluq cəza

4 December 2025 at 13:30

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 9-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

Birinci Liqa, 9-cu tur

“Mingəçevir” – “Baku Sportinq” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib.

“Mingəçevir” – “Baku Sportinq” oyununun 75-ci dəqiqəsində “Mingəçevir”in futbolçusu Rəhim Cəfərli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Mingəçevir” buna görə 300 manat cərimə ödəyəcək.

Qeyd edək ki, Birinci Liqada 9 turdan sonra 23 xala malik “Şəfa” vahid liderdir. “Səbail” 18 xalla ikinci, “Mingəçevir” 16 xalla üçüncüdür.

AFFA Saşa İliçi 4 oyunluq cəzalandırdı

4 December 2025 at 13:00

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 13-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

Azərbaycan Premyer Liqası, 13-cü tur

“İmişli” – “Sabah” oyununda “İmişli”nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 3000 manat cərimə edilib.

“Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. “Şamaxı” buna görə 2000 manat cərimə edilib. “Sumqayıt”da 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib. Oyunun 88-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Saşa İliç rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyun oyunluq cəzalanıb. “Sumqayıt” buna görə 10000 manat cərimə edilib.

“Qəbələ” – “Araz-Naxçıvan” oyununun 90+4-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Qəbələ” buna görə 500 manat cərimə edilib.

“Araz-Naxçıvan” “Benfika” ilə oyun üçün 13 futzalçı seçdi

4 December 2025 at 12:30

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının (ÇL) 1/8 finalının “Benfika” ilə cavab matçı üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Baş məşqçi Yevgeni Kukseviç Portuqaliya komandası ilə səfər oyununa 2-si qapıçı olmaqla ümumilikdə 13 futzalçı aparıb.

Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli;

Oyunçular: 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 10. Yan Perruzo, 21. Filipinyo, 98. Karlos Bertula, 49. Valero Covanni, 3. Qüdrət Qasımzadə, 29. Luicci Lonqo, 9. Alleks Rezende, 15. Aleksanderson Teyşeyra.

Qeyd edək ki, görüş dekabrın 5-də Lissabondakı “Pavilyao Fidelidade”də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:30-da start veriləcək. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, “Araz-Naxçıvan” “Benfika”ya qarşı Bakıda keçirdiyi ilk oyunda 0:9 hesabıyla məğlub olub.

Yüksək Liqa: Bu gün 9-cu turun 2 oyunu keçiriləcək

4 December 2025 at 12:00

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

“Baku Fire” – “Neftçi” İK ilə üz-üzə gələcək. “Lənkəran” isə “Şuşa” ilə qarşılaşacaq.

9-cu tur çərçivəsində keçirilməli olan “Araz-Naxçıvan” – U-19 görüşü isə birincilərin UEFA Çempionlar Liqasının oyununda iştirakı ilə əlaqədar dekabrın 18-nə təyin olunub.

Yüksək Liqa
9-cu tur
4 dekabr

Baku Fire – Neftçi İK
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Elgün Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 13:00.

Lənkəran – Şuşa
Hakimlər: İmran Məhərrəmov, Vüsal Balaşov, Nihad Bağırov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 15:30.

Azərbaycan Kubokunda 1/8 finala yekun vurulur

4 December 2025 at 09:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin sonuncu oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutacaq.

Günün ilk oyunu Qəbələdə keçiriləcək. “Qəbələ” doğma meydanda aşağı liqa təmsilçisi “Şəfa”nı mübarizədən kənarlaşdırmağa çalışacaq.

“Araz-Naxçıvan” Premyer Liqanın digər təmsilçisi “Kəpəz”lə üz-üzə gələcək. “Dalğa Arena”da keçiriləcək oyunu Cavid Cəlilov idarə edəcək.

“Sumqayıt” isə 1/4 finala vəsiqə uğrunda “Difai” ilə mübarizə aparacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunun baş hakimi Nicat İsmayıllı olacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları 2026-cı ildə keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final

2 dekabr

“Şahdağ Qusar” – “Turan Tovuz” 1:2
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Sumqayıt Arena”, 15:00.

“Zirə” – “Neftçi” 1:0
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

3 dekabr

“Şamaxı” – “Baku Sportinq” 1:0
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu, 14:00.

“İmişli” – “Sabah” 1:2
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Qarabağ” – “Karvan” 3:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Azersun Arena”, 19:00.

4 dekabr

“Qəbələ” – “Şəfa”
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Qəbələ şəhər stadionu, 15:00.

“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Kamranbəy Rəhimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Dalğa Arena”, 19:00.

“Difai” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

“Qarabağ” – “Karvan” 3:0 – Video

3 December 2025 at 23:00

Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Qarabağ” – “Karvan” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir:

Azərbaycan Kuboku
1/8 final mərhələsi
3 dekabr

“Qarabağ” – “Karvan” 3:0
Qollar: Nəriman Axundzadə, 80; 88. Elvin Yunuszadə, 83-öz qapısına.
Sarı vərəqələr: Marko Yankoviç, 41 (qeyri-idman hərəkəti) – İbrahim Qədirzadə, 35 (qeyri-idman hərəkəti). Vadim Abdullayev, 41 (qeyri-idman hərəkəti); Peter Kinqs, 57 (qeyri-idman hərəkəti). Elvin Yunuszadə, 88 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 1 dəqiqə.
Saat 19:00. “Azersun Arena”, 550 tamaşaçı.

Baş hakim: Əliyar Ağayev.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli.
Dördüncü hakim: Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Qarabağ: 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 44. Elvin Cəfərquliyev, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina (2. Mateus Silva, 65), 8. Marko Yankoviç, 18. Dani Bolt (13. Bəhlul Mustafazadə, 65), 6. Kris Kuaku (15. Leandro Andrade, 65), 11. Emmanuel Addai (35. Pedro Bikalyo, 82), 17. Kamilo Duran (22. Musa Qurbanlı, 85).
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 9. Xoni Montiel, 21. Aleksey Kaşuk.
Baş məşqçi: Qurban Qurbanov.

Karvan: 1. Kamran İbrahimov (25. Əmrah Bulud, 46), 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 42. İbrahim Qədirzadə (12. Vitor Roşa, 63), 14. Uğur Cahangirov, 2. Şakil Sno (4. Olavale Doyeni, 74), 37. Mois Nqvisani, 3. Said İranxan, 8. Peter Kinqs (22. Qabil Əlizadə, 63), 10. Samuel Durrant (11. Kayl Spens, 63), 21. İmani Barker.
Ehtiyat oyunçular: 7. Araz Abdullayev, 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 77. Əli Abdullayev.
Məşqçi: Füzuli Məmmədov.

Qurban Qurbanov: “Karvan” bizi çox yaxşı təhlil etmişdi”

3 December 2025 at 22:30

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün baş tutmuş oyunda 3:0 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib.

Qurban Qurbanov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox intizamlı oynadılar. Belə oyunlarda səbirli olmaq çox vacibdir. Oyun intizamını pozmamaq lazımdır. Xüsusilə də kubok matçında. Bu rəqiblə 4 gün əvvəl oynamışdıq. Bizi çox yaxşı təhlil etmişdilər. 80-ci dəqiqəyə kimi qol vura bilmədik. İmkanlarımız var idi, dəqiqlik çatmadı. Belə oyunlar bəzən futbolçular üçün böyük fayda verir. Rəqib səni yaxşı tanıyır, sənə oynamaq imkanı vermir. Sən də axtarışda olursan ki, rəqibi səhvə məcbur edəsən. Buna nail olanda razı qalırsan. Maraqlı oyun oldu. Hər iki komanda intizamlı oynadı. Azarkeşlərimizə təşəkkür edirəm. “Karvan”a və Füzuli Məmmədova uğurlar arzulayıram”.

Füzuli Məmmədov: “Qarabağ”a qalib gəlmək çox çətindir”

3 December 2025 at 22:00

“Karvan”ın məşqçisi Füzuli Məmmədov Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş oyununda Ağdam təmsilçisi 3 cavabsız qol vurmaqla 1/4 finala yüksəlib.

Yevlax təmsilçisinə yeni təyinat almış Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Gərgin oyun oldu. “Qarabağ”a qarşı oynamaq həmişə çətindir. Futbolçularım bu gün çox əzmkarlıq, fədakarlıq göstərdilər. Hər bir futbolçuya təşəkkür edirəm. “Qarabağ”a qalib gəlmək çətindir. Uduzduq, kubokda mübarizəni dayandırdıq. Bundan sonra çempionata köklənəcəyik. Bütün matçlara maksimum nəticə üçün çıxacağıq.

Hər oyundan qabaq və sonra həm rəqibi, həm də özümüzü təhlil edirik. Məğlubiyyətə səbəb aydındır. Futbolçularımız fiziki cəhətdən tam hazır deyillər. Məşqlərdə çox əzmkarlıq göstərirlər. “Qarabağ”a qarşı oynamaq çətin olur. 80-ci dəqiqədən sonra bir az yorğunluq hiss edilir. Onda da səhvlər yaranır. Matçın sonlarında hətta “Qarabağ”ın futbolçuları da kiçik səhvlər edirlər.

“Qarbağ”a qarşı hücum futbolu oynamaq çətindir. Məcbur edirlər ki, müdafiə olunasan. Oyunçularım əzmkarlıq göstərirlər. Oyun intizamını sona qədər qorumağa çalışdılar. Hər matçda müdafiə olunmayacağıq. Epizodumuz da var idi. “Qarabağ”la matçda epizodun varsa, dəyərləndirməlisən.

Qışda mütləq güclənməliyik. Qarşıda 3 oyunumuz var. Bütün diqqətimiz həmin oyunlaradır. İmkandan yararlanmağa çalışacağıq”.

“Qarabağ” da Azərbaycan Kubokunda 1/4 finala çıxdı

3 December 2025 at 21:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Bakıda baş tutub.

“Qarabağ” Premyer Liqanın aşkar autsayderi “Karvan”ı sınağa çəkib. Yevlax təmsilçisi güclü rəqibinə ciddi müqavimət göstərsə də, son 10 dəqiqədə 3 cavabsız qola sevinən Ağdam klubu adını 1/4 finalçılar sırasına yazdırmağı bacarıb.

Daha öncə keçirilmiş oyunlarda “Turan Tovuz” “Şahdağ Qusar”ı (2:1), “Zirə” “Neftçi”ni (1:0), “Şamaxı” “Baku Sportinq”i (1:0), “Sabah” “İmişli”ni (2:1) mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qalan oyunları dekabrın 4-də keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final
3 dekabr

“Qarabağ” – “Karvan” 3:0
Qollar: Nəriman Axundzadə, 80; 89. Elvin Yunuszadə, 83-öz qapısına.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Azersun Arena”, 19:00.

Qarabağ: 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 44. Elvin Cəfərquliyev, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 18. Dani Bolt, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo.
Baş məşqçi: Qurban Qurbanov.

Karvan: 1. Kamran İbrahimov, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 42. İbrahim Qədirzadə, 14. Uğur Cahangirov, 2. Şakil Sno, 37. Mois Nqvisani, 3. Said İranxan, 8. Peter Kinqs, 10. Samuel Durrant, 21. İmani Barker.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 12. Vitor Roşa, 11. Kayl Spens, 4. Olavale Doyeni.
Məşqçi: Füzuli Məmmədov.

Rəhim Həsənov Fərid Hacıyevin səhvini etiraf etdi – Video

3 December 2025 at 20:00

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 13-cü turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, o, son turun oyunlarındakı mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib. Həsənov “Turan Tovuz” – “Neftçi” (0:0), “İmişli” – “Sabah” (0:3), “Qarabağ” – “Karvan” (2:0), “Şamaxı” – “Sumqayıt” (1:2) və “Qəbələ” – “Araz-Naxçıvan” (2:1) matçlarında qeydə alınmış ümumilikdə 5 epizodla bağlı fikirlərini bölüşüb.

Rəhim Həsənov baş hakim Fərid Hacıyevin “Turan Tovuz” – “Neftçi” matçında meydan sahiblərinin qapısına təyin etdiyi penaltinin yanlış, VAR müdaxiləsindən sonra qərarın dəyişdirilməsinin doğru olduğunu bildirib.

AFFA Hakimlər Komitəsinin sədrinin 13-cü turun oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Kaskilya: “İmişli” “Qarabağ”, “Sabah” kimi böyük klub deyi”

3 December 2025 at 19:30

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş oyununda “İmişli” 1:2 hesabıyla məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandam yaxşı oyun nümayiş etdirdi. Birinci hissədəki oyunumuzdan çox razı qaldım. Topa nəzarət edirdik. Yüksək pressinqimiz öz nəticəsini verirdi. Sadəcə, əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik. İkinci hissədə “Sabah” standart vəziyyəti yaxşı yerinə yetirdi və qol vurdu. Xarakterli komandayıq. Son dəqiqələrdə hesabı bərabərləşdirə bildik və oyunu əlavə vaxta apardıq. “Sabah” çox güclü komandadır, keyfiyyətli oyunçuları var. Fərdi ustalıq hesabına qol vurub önə keçdilər. Hər iki komanda növbəti mərhələyə layiq idi. Təəssüf ki, 1/4 finala bir komanda yüksəlir. “Sabah”ı təbrik edirəm.

“Sabah”a ardıcıl iki məğlubiyyət komandama mənfi təsir etməyəcək. Məğlubiyyətə baxmayaraq, yaxşı oyun göstərdik. İşimizi görməyə davam edəcəyik. İrəliyə baxmaq lazımdır.

Qış fasiləsində komandanı gücləndirmək istəyərik. Amma qışda yaxşı oyunçu tapmaq çətindir. “İmişli” “Qarabağ”, “Sabah” kimi böyük klub deyil. Fasilə dövründə Bakıda məşq edəcəyik”.

“İmişli” – “Sabah” 1:2 – Video

3 December 2025 at 19:00

Azərbaycan Kubokunun 1/8 mərhələsinin “İmişli” – “Sabah” matçı meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir:

Azərbaycan Kuboku
1/8 final mərhələsi
3 dekabr

“İmişli” – “Sabah” 1:2
Qollar: İbrahim Əliyev, 89-pen – Coy Lens Mikels, 59. Kahim Parris, 96.
Sarı vərəqələr: Edvin Banqera, 32 (qeyri-idman hərəkəti). Nikola Karaklayiç, 39 (hakimin qərarına etiraz). Ezekiel Morqan, 66 (qeyri-idman hərəkəti). Dioqo Rollo, 120 (qeyri-idman hərəkəti) – Coy Lens Mikels, 95 (qeyri-idman hərəkəti). İqor Noqeyra, 106 (qeyri-idman hərəkəti). Aron Maluda, 115 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Əlavə vaxta artırılan vaxt: Birinci hissədə yoxdur, ikinci hissədə 1 dəqiqə.
Saat 14:00. Quba Olimpiya İdman Kompleksinin stadionu, 75 tamaşaçı.

Baş hakim: Kamal Umudlu.
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Şirmamed Mamedov.
Dördüncü hakim: Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k) (5. İdris İnqilablı, 111), 97. Xəzər Mahmudov (22. İbrahim Əliyev, 63), 94. Rafael Vyeqas, 10. Nikola Karaklayiç (21. Abbas Ağazadə, 63), 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan (77. Elmir Rəhimzadə, 91), 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Xorxe Kaskilya.

Sabah: 92. Stas Pokatilov, 46. Aleksey İsayev (11. Kahim Parris, 76), 2. Amin Seydiyev (k) (80. Akim Zedadka, 69), 6. Abdulla Xaybullayev, 88. Xəyal Əliyev (19. Aron Maluda, 69), 20. Coy Lens Mikels, 21. Velko Simiç (8. Ayaz Quliyev, 115), 40. İqor Noqeyra, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç (5. Rəhman Daşdəmirov, 115), 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 89. Cəfər Muxtarov, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Dambrauskas: “Ardıcıl eyni rəqibə qarşı oynamaq çətindir”

3 December 2025 at 18:30

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun 1/8 finalında “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşündə paytaxt təmsilçisi 2:1 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Öncədən də demişdim ki, bu gün oyun çətin olacaq. Eyni rəqibə qarşı ardıcıl 2 dəfə oynamaq çətindir. Rəqib də, biz də əvvəlki oyundan nəticələr çıxarmışdıq, bəzi düzəlişlər etmişdik. Düzdür, bu gün nə qərib, nə də biz öz yaxşı oyunumuzu göstərə bildik. Birinci hissədə o qədər də yaxşı çıxış etmədik. İkinci hissədə rəqib təhlükəli epizodlar yaratdı. Yaxşı müdafiə olunduq. Bilirdik ki, ikinci hissədə rəqib irəli atılacaq. Oyunçularımın və ev tapşırıqlarını hazırlayan köməkçimin də haqqını verməliyəm. İkinci hissədə daha açıq oyun oldu. Əks-hücumlardan fərqlənərək, oyunu bitirə bilərdik. Təəssüf ki, qol fürsətlərindən yararlana bilmədik. Oyunu əlavə vaxta apardıq. Məni üzən o idi ki, qol fürsətlərindən istifadə edə bilmədik. Kubok oyunudur, penaltilərə qədər gedə bilərdi. Ona görə sonlara yaxın gərginlik var idi. Futbolçularımın haqqını verməliyəm. Bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Sabah bərpa olunmalıyıq, daha sonra bizi “Neftçi”yə qarşı vacib matç gözləyəcək”.

Dambrauskas “Sabah”ın qapısına təyin edilmiş penaltidən də danışıb:

“Mən bu barədə müzakirə aparmaq istəmərəm. Amma içimdən “yanıram”. Şərh vermək istəmirəm. Mənim vəzifəm öz futbolçularıma məşq keçməkdir. Onların rəhbərliyinin vəzifəsi də hakimlərə hakimliyi öyrətməkdir. Mənim üçün bu məsələ bağlıdır. Bizim lehimizə penalti göstərə bilərdilər. Hakimlər fərqli qərarlar verdilər. VAR-da nəyisə tapdılar, gördülər. Biz özümüzdə güc tapıb, hesabda önə çıxdıq. Öz işimizə köklənmişik”.

“Şamaxı” – “Baku Sportinq” 1:0 – Video

3 December 2025 at 18:00

Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Şamaxı” – “Baku Sportinq” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir:

Azərbaycan Kuboku
1/8 final mərhələsi
3 dekabr

“Şamaxı” – “Baku Sportinq” 1:0
Qol: Abdullahi Şuaybu, 69.
Qolla nəticələnməyən penalti: Rikardo Apolinario, 68.
Sarı vərəqə: Hüseyn Babayev, 67 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 14:00. Şamaxı şəhər stadionu, 400 tamaşaçı.

Baş hakim: İnqilab Məmmədov.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov.
Dördüncü hakim: Elvin Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.

Şamaxı: 62. Abdulla Seydəhmədov, 17. Rafael Məhərrəmli (k), 80. Həbib İsmayılov (9. Karim Rossi, 61), 27. Emil Süleymanov (13. Rikardo Apolinario, 61), 7. Edqar Adilxanov (11. Dioqo Balau, 46), 24. Sənan Muradlı (82. Rüfət Abbasov, 46), 3. Vladislav Veremeyev, 6. Antonio Lara, 44. David Santos, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa (97. Oruc Məmmədov, 79).
Ehtiyat oyunçular: 1. Rikardo Fernandes, 99. Səlim Həşimov, 5. Arsen Ağcabəyov, 21. Bilal İsmayılov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 90. Davud Mənsumov.
Baş məşqçi: Ayxan Abbasov.

Baku Sportinq: 1. Cəfər Əlizadə, 44. Samir İbrahimov, 10. Elşən Abdullayev (k) (21. Pablo Enrike Alveş, 70), 22. Fərid Mahmudov, 17. Xəlil Bəşirov (71. Cavanşir Şahbazlı, 84), 20. Əli Mürsəlov, 2. Xəyyam Hüseynov, 6. Hüseyn Babayev, 19. Xəyyam Məmmədli (79. Mirmövsüm Caniyev, 64), 33. Luka Stevanoviç, 29. Emmanuel Obuobi (11. İlham Allahverdiyev, 84).
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 9. Röyal Nəcəfov, 18. Elgün Ələkbərli.
Baş məşqçi: Samir Ələkbərov.

Ayxan Abbasov 1/4 finalda “Qarabağ”ı arzulamır

3 December 2025 at 17:30

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/8 finalında “Baku Sportinq”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə meydan sahibləri 1:0 hesablı qələbə sayəsində 1/4 finala yüksəliblər.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunun çətin keçəcəyini bilirdik. Birinci Liqa komandaları ilə matçlar həmişə mübarizəli olur. Birinci hissədə bir az passiv idik. Gəncləri, az oynayan futbolçuları iş başında görmək istəyirdik. Onlar üçün da belə templi oyuna girmək çətindir. İkinci hissədə dəyişikliklər etdik. Rəqib yaxşı müdafiə olunurdu. Son matçlarına baxmışdıq. Əsas məqsəd kubokda irəliləməkdir. Ağır qrafikdəyik. “Sumqayıt”la çətin oyunumuz oldu. Bir neçə gün sonra Yevlax səfərinə gedəcəyik. 1/4 final mərhələsi gələn il olacaq. Hazırlaşmaq üçün vaxtımız olacaq.

Bu gün qələbə qazanacağımıza dair hansısa arxayınlıq, əminlik yox idi. Müdafiəni yarmaq lazım idi. Bizim belə oyunlarımız az olur. Çempionatda hansısa rəqibimizin oyunboyu müdafiə olunduğu yadıma gəlmir. Uşaqlara bir az sərbəstlik vermişdik. Bu oyunda hər şey ola bilərdi”.

“Şamaxı”nın çalışdırıcısı növbəti mərhələdə “Qarabağ”la yox, “Karvan”la rəqib olmağı arzuladığnı da gizlətməyib: “Təbii ki, “Karvan”ı istəyərdim”.

Ayxan Abbasov milliyə namizəd futbolçuların klublarda az oynaması barədə sualı da cavablandırıb:

“Hər kəsin fikrinə hörmətlə yanaşıram. Heç kimə deyə bilmərik ki, kimisə oynadın. Amma bir şey var ki, biz azərbaycanlıyıq. Bu gün Premyer Liqada azərbaycanlı məşqçilər var ki, klubda belə millini fikirləşir. Bu, daxildən gəlməlidir. Biz nəyisə deyiriksə, millinin naminə deyirik. Hamımız milliyə hörmət etməliyik”.

“Sabah” da Azərbaycan Kubokunda 1/4 finala yüksəldi

3 December 2025 at 17:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ikinci sevinəni “Sabah” olub.

Paytaxt klubu Premyer Liqanın digər komandası “İmişli” ilə qarşılaşıb. Sözügedən komandaların görüşü Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil edilib. Oyunda hesabı qonaqlar açıblar. Amma son dəqiqələrdə penalti qazanmış “İmişli” bu şansdan maksimum yararlanaraq oyunu əlavə vaxta daşıyıb. Əlavə vaxtda daha bir qol vurmuş “Sabah” sürprizə imkan verməyib və Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.

Azərbaycan Kuboku
1/8 final

3 dekabr

“İmişli” – “Sabah” 1:2
Qollar: İbrahim Əliyev, 89-pen – Coy-Lens Mikels, 59. Kahim Parris, 96.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 97. Xəzər Mahmudov, 94. Rafael Vyeqas, 10. Nikola Karaklayiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 22. İbrahim Əliyev, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Xorxe Kaskilya.

Sabah: 92. Stas Pokatilov, 46. Aleksey İsayev, 2. Amin Seydiyev (k), 6. Abdulla Xaybullayev, 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 89. Cəfər Muxtarov, 80. Akim Zedadka, 11. Kahim Parris, 19. Aron Maluda, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

“Şamaxı” Azərbaycan Kubokunda 1/4 finala yüksəldi

3 December 2025 at 16:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

“Şamaxı” doğma meydanda Birinci Liqa təmsilçisi “Baku Sportinq”i sınağa çəkib. Minimal hesablı qələbəyə sevinən Ayxan Abbasovun komandası Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.

Azərbaycan Kuboku
1/8 final
3 dekabr

“Şamaxı” – “Baku Sportinq” 1:0
Qol: Abdullahi Şuaybu, 69.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu, 14:00.

Şamaxı: 62. Abdulla Seydəhmədov, 17. Rafael Məhərrəmli (k), 80. Həbib İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 24. Sənan Muradlı, 3. Vladislav Veremeyev, 6. Antonio Lara, 44. David Santos, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 1. Rikardo Fernandes, 99. Səlim Həşimov, 5. Arsen Ağcabəyov, 21. Bilal İsmayılov, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 90. Davud Mənsumov, 9. Karim Rossi, 13. Rikardo Apolinario, 11. Dioqo Balau.
Baş məşqçi: Ayxan Abbasov.

Baku Sportinq: 1. Cəfər Əlizadə, 44. Samir İbrahimov, 10. Elşən Abdullayev (k), 22. Fərid Mahmudov, 17. Xəlil Bəşirov, 20. Əli Mürsəlov, 2. Xəyyam Hüseynov, 6. Hüseyn Babayev, 19. Xəyyam Məmmədli, 33. Luka Stevanoviç, 29. Emmanuel Obuobi.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 9. Röyal Nəcəfov, 11. İlham Allahverdiyev, 71. Cavanşir Şahbazlı, 79. Mirmövsüm Caniyev, 18. Elgün Ələkbərli, 21. Pablo Enrike Alveş.
Baş məşqçi: Samir Ələkbərov.

“Benfika” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı

3 December 2025 at 14:30

Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Araz-Naxçıvan”ın “Benfika” ilə cavab matçına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu matçı serbiyalı hakimlər Petar Radoyçiç, Nikola Rabrenoviç və Yasmina Mikoska idarə edəcəklər.

Görüşün timekeeperi Srcan Mihayloviç (Serbiya), hakim-inspektoru Sven Eyxler (Almaniya), UEFA nümayəndəsi isə Tai Regel Pundik (Danimarka) olacaq.

Görüş dekabrın 5-də Lissabondakı “Pavilhao Fidelidade”də təşkil ediləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunu
5 dekabr

“Benfika” (Portuqaliya) – “Araz-Naxçıvan” (Azərbaycan)
Hakimlər: Petar Radoyçik, Nikola Rabrenoviç, Yasmina Mikoska (Hakimlər briqadası Serbiyadandır).
Timekeeper: Srdjan Mihayloviç (Serbiya).
Hakim-inspektor: Sven Eyxler (Almaniya).
UEFA nümayəndəsi: Tai Regel Pundik (Danimarka).
Lissabon. Pavilhao Fidelidade. Saat 21:30.
İlk oyun: 9:0.

“Neftçi”nin əbədi seriyası qırıldı

3 December 2025 at 13:00

2025/2026-cı illər mövsümündə uğursuz çıxışı ilə diqqət çəkən “Neftçi” Azərbaycan Kuboku tarixində ilk dəfə 1/4 finalda iştirak etməyəcək.

Arena.az xəbər verir ki, 1992-ci ildən keçirilən turnirin əvvəlki 33 mövsümündə səkkiz ən yaxşı sırasına düşən “ağ-qaralar”ın əbədi seriyası sona çatıb.

Bu, Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün 1/8 finalında baş verib. Bakı klubu ötən gün baş tutmuş “Zirə” ilə matçın əlavə vaxtında uduzub – 0:1. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmaya qədər “Neftçi” kubokda həm bütün mövsümlərdə iştirak edən, həm də daim 1/4 finalda olan yeganə komanda idi.

Qeyd edək ki, “səkkizlik”də iştirak sayında 2-ci olan “Qarabağ” 26, 3-cü olan “Şamaxı” 19 dəfə bu mərhələdə iştirak edib.

Ruan Renato “Zirə”də 100-ə çatdı

3 December 2025 at 12:30

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Neftçi” ilə ev oyunu “Zirə”nin müdafiəçisi Ruan Renato üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Renato “Zirə”nin heyətində 100-cü oyununu keçirib.

31 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə təsadüf edib. Braziliyalı legioner “Neftçi” ilə əlavə vaxta qədər uzanan qarşılaşmada (1:0) 120 dəqiqə meydanda olub. Renato “Zirə”də keçirdiyi 100 matçda 9 qola imza atıb. O, bu görüşülərdə 2 məhsuldar ötürmə ilə də yadda qalıbə

Ruan Premyer Liqada 80 (8 qol), kubokda 10 (1 qol), avrokuboklarda 10 matça çıxıb. Cənubi amerikalı “Zirə”nin tarixində 100 və daha çox oyun keçirən 9-cu futbolçudur.

Xatırladaq ki, Renato 2023-cü il avqustun 5-də Premyer Liqanın “Qarabağ”la səfər matçında (1:0) Bakı klubunda debüt edib.

Əsgərov: “Stadiona gələn azarkeşlər peşman olmadılar”

3 December 2025 at 12:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Banqladeşdə qatıldıqları turnirlə bağlı fikirlərini bölüşüb.

Arena.az xatırladır ki, millimiz ötən gün Banqladeşin paytaxtı Dəkkədə təşkil olunmuş “FIFA Tri Nations Women’s Football Series 2025” turniri çərçivəsində yerli komanda ilə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.

Siyasət Əsgərov oyundan sonra bunları söyləyib: “Belə bir turnirin təşkilatçılığına görə, Banqladeş tərəfinə təşəkkürümü bildirirəm. Buranın insanları da bizi gözəl qarşıladılar.

O ki qaldı oyuna, rəqibimiz kifayət qədər güclü idi. Fikrimcə, onlar ilk matçda Malayziyanı məğlub etməli idilər. Həmin görüşdə bir səhv həlledici olmuşdu. Banqladeş yığması bizimlə matça da yaxşı hazırlaşmışdı, qələbə qazanmaq istəyirdi. İlk 15 dəqiqədə meydançanın hər yerində təzyiq etdilər, bizə çətin anlar yaşatdılar. Özünəməxsus əks-hücum futbolu ilə seçilən kollektivdir. Oyunda da bunu göstərdilər. Hesabı açsaq da, çox keçmədən qapımızda qol gördük. Çünki rəqib fərqlənmək üçün hər şey edirdi. İkinci hissədə isə daha yaxşı çıxış etdilər. Ancaq müdafiəçilərimiz uğurlu performans ortaya qoyaraq, rəqibin hücumlarının qarşısını aldılar. Oyun planında dəyişikliyə getdik, əvəzetməyə əl atdıq. Bunun da xeyrini gördük. Düşünürəm ki, hər iki komanda maraqlı oyun göstərdi və stadiona gələn azarkeşlər peşman olmadılar. Qadın futbolu üçün bayram idi. Bu bayramdan həm Banqladeş Futbol Federasiyası, həm də AFFA nələrsə qazandı”.

Xatırladaq ki, Malayziya (2:0) və Banqladeş (2:1) yığmaları üzərində qələbə qazanan millimiz “FIFA Tri Nations Women’s Football Series 2025” turnirinin qalibi olub.

Azərbaycan Kubokunda 1/8 finalın növbəti 3 oyunu keçiriləcək

3 December 2025 at 09:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutacaq.

“Şamaxı” doğma meydanda Birinci Liqa təmsilçisi “Baku Sportinq”i sınağa çəkəcək. Bu oyunla eyni saatda Premyer Liqanın iki komandası – “İmişli” və “Sabah” da üz-üzə gələcək. Sözügedən komandaların görüşü Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil ediləcək.

Günün sonuncu oyununda isə “Qarabağ” Premyer Liqanın aşkar autsayderi “Karvan”ı sınağa çəkəcək.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qalan oyunları dekabrın 4-də keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final
2 dekabr

“Şahdağ Qusar” – “Turan Tovuz” 1:2
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Sumqayıt Arena”, 15:00.

“Zirə” – “Neftçi” 1:0
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

3 dekabr

“Şamaxı” – “Baku Sportinq”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu, 14:00.

“İmişli” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Qarabağ” – “Karvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Azersun Arena”, 19:00.

4 dekabr

“Qəbələ” – “Şəfa”
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Qəbələ şəhər stadionu, 15:00.

“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Kamranbəy Rəhimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Dalğa Arena”, 19:00.

“Difai” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

“Zirə” – “Neftçi” 1:0 – Video

2 December 2025 at 23:30

Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Zirə” – “Neftçi” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir:

Azərbaycan Kuboku
1/8 final mərhələsi
2 dekabr

“Zirə” – “Neftçi” 1:0
Qol: Junior Martins, 116.
Sarı vərəqələr: Ayron Qomis, 109 (qeyri-idman hərəkəti). Junior Martins, 117 (qeyri-idman hərəkəti) – Bassala Sambu, 36 (qeyri-idman hərəkəti). Sessi D Almeyda, 47 (qeyri-idman hərəkəti). İqor Ribeyro, 98 (hakimin qərarına etiraz).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Sənan Qurbanov, 98 (hakimin qərarına etiraz).
Saat 19:00. Zirə İdman Kompleksinin stadionu, 1000 tamaşaçı.

Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Eyyub İbrahimov.
Dördüncü hakim: Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev (77. Yeqor Boqomolski, 85), 26. Stefan Akka (5. Ange Mutsinzi, 85), 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels (14. Elçin Əlicanov, 118), 10. Georgi Papunaşvili (30. Rikardo Martins, 85), 20. İssa Cibrilla (11. Junior Martins, 90+1), 93. Brahim Konate, 17. Ayron Qomis (21. Hacıağa Hacılı, 118).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namiq Ələsgərov, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k) (22. Luis Ortis, 86), 15. Elvin Bədəlov (19. Ağadadaş Salyanski, 117), 45. Vensan Abubakar, 6. Sessi D Almeyda (23. Cordan Rezabala, 117), 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu (10. Freddi Varqas, 46), 27. Kristian Kostin (17. Murad Xaçayev, 96), 11. İmad Faraj (47. Murad Məmmədov, 86).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 14. Edvin Kuç, 28. Alessio Kurçi.
Məşqçi: Sənan Qurbanov.

Rəşad Sadıqov: “Bu, bizə yaraşan bir hərəkət deyil”

2 December 2025 at 23:00

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçilərinin bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Sadıqov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Püşkdən sonra bu mərhələdə ən maraqla gözlənilən oyun idi. Hər iki komanda gözləntilərin qarşılığını verdi. Maraqlı oyun getdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Oyundan həzz alırdım. Çox yaxşı komplektləşmiş komandaya qarşı oynayırdıq. Futbolçularımız inamlı mübarizə apardılar. 75-80 dəqiqə bərabər səviyyədə oyun getdi, ondan sonra üstünlük bizdə idi. Çalışırdıq ki, oyun penaltilərə getməsin. Şükürlər olsun ki, əlavə vaxtda önəmli qol vurduq. Rəhbərliyi, azarkeşləri, futbolçuları təbrik edirəm. Ailə olaraq qələbə qazandıq.

Əvvəlcədən planımız belə idi ki, İssa Cibrilla start heyətdə oyuna başlasın, sonra Junior Martins oyunu gücləndirsin. “Kəpəz”lə matçda yaxşı oynamışdı. Oyuna əvvəlcədən başlasaydı, 55-60-cı dəqiqədə fiziki baxımdan düşmüş olardı. Özü ilə bu barədə danışmışdıq. İssanı dəyişməyə ürəyim gəlmirdi. Amma zədədən yeni çıxıb. Sağlamlığını düşündüm. İnsan sağlamlığı daha önəmlidir. O da effektiv oldu”.

Rəşad Sadıqov Junior Martinsin qol vurduqdan sonra rəqib azarkeşləri qıcıqlandırmasına da münasibət bildirib:

“Görmədim. Edibsə, səhv edib. Komandamıza, mənə, özünə yaraşan bir hərəkət deyil. Rəqib futbolçuları, azarkeşləri qıcıqlandırmaq doğru deyil. Mütləq şəkildə bu barədə tədbir görəcəyəm”.

Sənan Qurbanov: “Son anda buraxdığımız qol üzücü oldu”

2 December 2025 at 22:30

“Neftçi”nin məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçilərinin bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sənan Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Zirə”ni təhlil etmişdik, güclü və zəif tərəflərini futbolçulara göstərmişdik. Bəlkə də, məşq eləməyə zamanımız olmadı. Çünki Tovuz səfərindən sonra cəmi bir məşq keçə bildik. Futbolçuların bərpasına daha çox diqqət eləmişdik. Oyuna pis başlamadıq. Həm rəqibin hücumlarının qarşısını ala bilirdik, həm də bəzən hücumlarımız daha təhlükəli olurdu. Uşaqlar döyüşdülər, amma sonda buraxdığımız qol üzücü oldu. Azarkeşlərimiz çox yaxşı dəstək verdilər. Onlardan üzr istəyirəm”.

“Zirə” Azərbaycan Kubokunda 1/4 finala yüksəldi

2 December 2025 at 22:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu görüşü iki paytaxt təmsilçisi – “Zirə” və “Neftçi” arasında baş tutub.

Zirədə keçirilmiş oyunun baş hakimi Tural Qurbanov olub. Əlavə vaxtadək davam etmiş görüşün taleyini bir qol həll edib. Junior Martins 116-cı dəqiqədə vurduğu qolla “Zirə”ni 1/4 finala daşıyıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qalan oyunları dekabrın 3-də və 4-də keçiriləcək.

Bu gün keçirilmiş ilk oyunda “Turan Tovuz” “Şahdağ Qusar”ı 2:1 hesabıyla yenərək 1/4 finala yüksəlmişdi.

Azərbaycan Kuboku
1/8 final
2 dekabr

“Zirə” – “Neftçi” 1:0
Qol: Martins Junior, 116.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 20. İssa Cibrilla, 93. Brahim Konate, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 30. Rikardo Martins,5. Ange Mutsinzi, 11. Junior Martins, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 45. Vensan Abubakar, 6. Sessi D Almeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambo, 27. Kristian Kostin, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 10. Freddi Varqas, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Məşqçi: Sənan Qurbanov.

Azərbaycan millisi Banlqadeşdə çempion oldu

2 December 2025 at 21:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisi “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Banqladeşdə təlim-məşq toplanışında olan millimiz paytaxt Dəkkədə yerləşən Milli Stadiondakı son matçında yerli komanda ilə qarşılaşıb.

İlk görüşündə Malayziya yığması üzərində 2:0 hesablı qələbə qazanmış Siyasət Əsgərovun yetirmələri Banqladeş yığmasını da 2:1 hesabı ilə məğlub ediblər.

Komandamızın heyətində qolları 19-cu dəqiqədə Sevinc Cəfərzadə və 84-cü dəqiqədə Esra Manya vurub.

Bununla da millimiz 6 xalla “FIFA Tri Nations Women’s Football Series 2025” turnirinin qalibi olub.

Azərbaycan millisi sözügedən turnirdə aşağıdakı heyətlə mübarizə aparırdı:

Aytac Şərifova – Yüksekova (Türkiyə)
Günay İsmayılova – Neftçi
Mehriban Şahməmmədova – ALG Spor (Türkiyə)
Nigar Mirzəliyeva – Zenit (Rusiya)
Jalə Məhsimova – Yüksekova (Türkiyə)
Kamilla Məmmədova – Yelimay (Qazaxıstan)
Ayşən Əhmədova – Amed Spor (Türkiyə)
Alina Nəhmədova – Neftçi
Aysun Muradova – Haymana Spor (Türkiyə)
Nərgiz Hacıyeva – Aktobe (Qazaxıstan)
Yeliz Acar – Beşiktaş (Türkiyə)
Aydan Həsənova – Neftçi
Manə Mollayeva – Neftçi (Azərbaycan)
Fidan Cəfərova – Hakkarigücü (Türkiyə)
Peritan Bozdağ – Fənərbağça (Türkiyə)
Vüsalə Seyfəddinova – Neftçi
Firəngiz Teymurova – Neftçi
Vüsalə Hacıyeva – Yüksekova (Türkiyə)
Esra Manya – Beşiktaş (Türkiyə)
Kristina Bakarandze – Liman
Coşqunə Əliyeva – Neftçi
Sevinc Cəfərzadə – Yüksekova (Türkiyə)
Röya Əliyeva – Neftçi

“Şahdağ Qusar” – “Turan Tovuz” 1:2 – Video

2 December 2025 at 20:00

Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Şahdağ Qusar” – “Turan Tovuz” matçı meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir:

Azərbaycan Kuboku
1/8 final mərhələsi
2 dekabr

“Şahdağ Qusar” – “Turan Tovuz” 1:2
Qollar: Famil Camalov, 76-pen – Ayxan Hüseynov, 4-pen. Aleks Souza, 64.
Sarı vərəqələr: Firuz Əhmədov, 53 (qeyri-idman hərəkəti) – Roberto Olabe, 75 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 15:00. “Sumqayıt Arena”. 100 tamaşaçı.

Baş hakim: Rəvan Həmzəzadə.
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Kərim Zeynalov.
Dördüncü hakim: Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.

Şahdağ Qusar: 1. Müşfiq Nadirov, 19. Ruslan Voronsov, 9. Famil Camalov (k), 29. Elşən Veysov, 44. Seymur Əliyev, 55. Firuz Əhmədov (3. Məhərrəm Orucov, 68), 4. Cavad Qurbanlı, 5. Ramin Abdullayev (77. Orxan Fərəcov, 76), 10. Vüsal Əliyev (71. Sənan Ağalarov, 68), 17. Yelmar Aşurov, 40. Kvaku Adjey.
Ehtiyat oyunçular: 31. Nail Alışov, 87. Hilal Maqsudlu, 14. Rahid Əmirquliyev, 6. Əzəmət Ələkbərli, 7. Maqsud Ələkbərov, 20. Mehman Məsimov, 70. Cavid Quliyev, 97. Polad İbrahimov, 38. Rail Əmirquliyev.
Məşqçi: Elnur Abdullayev.

Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç (19. Roberto Olabe, 68), 17. Rəhim Sadıxov, (10. Xəyal Nəcəfov, 68), 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev (14. Murad Dadaşev, 90), 5. Roderik Miller (32. Hayderson Hurtado, 68), 15. Emmanuel Hakman, 21. Aleks Souza (90. Joarlem Santos, 68).
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 73. Ülvi Mədətov, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov, 3. Enrike Silva, 7. Xorxe Silva.
Baş məşqçi: Kurban Berdıyev.

Kurban Berdıyev: “Bu oyun üçün motivasiyamız çatışmırdı”

2 December 2025 at 17:30

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Kubokunun 1/8 finalında “Şahdağ Qusar”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşündə Tovuz təmsilçisi 2:1 hesablı qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, klassik kubok oyunu idi. Adətən belə matçlar gərgin keçir. Bu oyun da istisna deyildi. Bəzi futbolçularımıza da oynamaq şansı verdik. Bu oyun üçün motivasiyamız çatışmırdı”.

Tovuz təmsilçisinin təcrübəli çalışdırıcısı yerli futbolçulara daha çox şans verməsinin Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun son açıqlamaları ilə bağlı olmadığını vurğulayıb:

“Azərbaycan milli komandasının baş məşqçisinin nə deməsi məni narahat etmir. Yerli oyunçulara sonradan səhvlərini təhlil etmək üçün daha çox vaxt verdik ki, onlar çempionatda eyni səhvləri təkrarlamasınlar”.

Azərbaycan Kubokunda ilk 1/4 finalçı bəlli oldu

2 December 2025 at 17:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun Sumqayıtda baş tutub.

Mərhələnin ilk oyununda Birinci Liqada mübarizə aparan “Şahdağ Qusar” elita təmsilçisi “Turan Tovuz”u qəbul edib. Rəvan Həmzəzadənin idarə etdiyi oyunda qapılara üç qol vurulub. Çətin qələbəyə sevinən Tovuz təmsilçisi ilk 1/4 finalçı olub.

Günün digər oyununda iki paytaxt təmsilçisi – “Zirə” və “Neftçi” üz-üzə gələcək. Zirədə keçiriləcək oyunun baş hakimi Tural Qurbanov olacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qalan oyunları dekabrın 3-də və 4-də keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final

2 dekabr

“Şahdağ Qusar” – “Turan Tovuz” 1:2
Qollar: F.Camalov, 76 – A.Hüseynov, 4-pen. A.Souza, 64.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Sumqayıt Arena”, 15:00.

Şahdağ Qusar: 1. Müşfiq Nadirov, 19. Ruslan Voronsov, 9. Famil Camalov (k), 29. Elşən Veysov, 44. Seymur Əliyev, 55. Firuz Əhmədov, 4. Cavad Qurbanlı, 5. Ramin Abdullayev, 10. Vüsal Əliyev, 17. Yelmar Aşurov, 40. Kvaku Adjey.
Ehtiyat oyunçular: 31. Nail Alışov, 87. Hilal Maqsudlu, 14. Rahid Əmirquliyev, 6. Əzəmət Ələkbərli, 7. Maqsud Ələkbərov, 20. Mehman Məsimov, 70. Cavid Quliyev, 77. Orxan Fərəcov, 3. Məhərrəm Orucov, 71. Sənan Ağalarov, 97. Polad İbrahimov, 38. Rail Əmirquliyev.
Məşqçi: Elnur Abdullayev.

Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 5. Roderik Miller, 15. Emmanuel Hakman, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 10. Xəyal Nəcəfov, 73. Ülvi Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov, 3. Enrike Silva, 90. Joarlem Santos, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
Baş məşqçi: Kurban Berdıyev.

İkinci Liqa: “Xankəndi” 5, “Şəmkir” tək qolla qalib gəldi

2 December 2025 at 18:00

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.

“Xankəndi” “Şirvan”la ev oyununda darmadağına sevinib. “Şəmkir” “Kür-Araz”ı, “Ağdaş” da “Göygöl”ü xalsız yola salıb.

İkinci Liqa
11-ci tur

1 dekabr

“Şəki” – “Quba” 1:4
Qollar: Cavid İmamverdiyev, 64 – Vidadi Cəfərov, 45+4; 88; 90+2. İbrahim İbrahimli, 53.
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Rekord Arena”, 14:00.

“Qaradağ Lökbatan” – “Dinamo” 4:1
Qollar: Tofiq Nəsibov, 23; 45+2-pen. Rövşən Şahmuradov, 28. İlham Hüseynov, 90+3 – Orxan Novruzov, 88.
Hakimlər: Rövşən Rəcəbov, Zakir Şükürzadə, Tural Bayramov, Rəsul Babayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Ağstafa Gəncləri” – “Araz Saatlı” 4:1
Qollar: Elgün Namazov, 20; 29; 86. İlkin Allahverdiyev, 43 – Kamran Hüseynov, 81-öz qapısına.
Hakimlər: Nəriman Ağayev, Rəhman Aslanov, Rizvan Süleymanov, Rasim Musayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağstafa şəhər stadionu, 14:30.

2 dekabr

“Xankəndi” – “Şirvan” 5:1
Qollar: Elmar Rəhimov, 30. Elməddin Hüseynzadə, 45+1. Tural Qurbatov, 63. Hüseyn Hüseynli, 87. Bəhruz Teymurov, 90 – Çingiz Məmmədov, 71.
Hakimlər: Sənan Bayramzadə, Aydın Bəxşiyev, Asif Abdullayev, Ləman Əmirli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Neftçi Arena” (4-cü meydança), 14:00.

“Şəmkir” – “Kür-Araz” 1:0
Qol: İlkin Əliyev, 70.
Hakimlər: Ruslan Quliyev, Elman Kərimov, Cavid Ömərov, Nahid Xasıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Ağdaş” – “Göygöl” 2:0
Qollar: Vasif Nəsirov, 75. Araz Kərimxanov, 82.
Hakimlər: Şamil İmanzadə, Mirnihad Seyidov, Hüseyn Vəliyev, Kamil Aydınov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Ağdaş şəhər stadionu, 14:30.

❌
❌