Normal view

Yesterday — 4 May 2026Main stream

UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində turnir keçirildi

4 May 2026 at 20:16

UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futbol turnirinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, BDU-nun müxtəlif fakültələrini təmsil edən tələbə komandaları arasında keçirilən turnir universitetdaxili idman həyatının canlandırılması, tələbələr arasında sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb. Yarışın həlledici oyunları Bakı Dövlət Universitetinin futbol meydançasında baş tutub.

Üçüncü yer uğrunda görüşdə Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin komandası Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin komandasını 5:1 hesabı ilə məğlub edərək bürünc mükafatçı olub. Final qarşılaşmasında isə Tarix fakültəsinin komandası Hüquq fakültəsinin komandasını 1:0 hesabı ilə üstələyərək turnirin qalibi adına yiyələnib.
Yekunda çempion komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutan kollektivlər isə müvafiq medallar və diplomlarla mükafatlandırılıblar. Bununla yanaşı, yarış çərçivəsində fərdi göstəriciləri ilə seçilən iştirakçılar müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlara layiq görülüb.

Mükafatlandırma mərasimində AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev iştirak ediblər. Onlar qalib və mükafatçı komandaları təbrik edib, onlara kubok və mükafatlar veriblər.
Qeyd edək ki, AFFA və BDU gələcəkdə də bu istiqamətdə birgə layihələrin həyata keçirilməsini planlaşdırır.

AFFA “Neftçi”nin 2 şikayətindən birini rədd etdi

4 May 2026 at 18:00

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin bir şikayətini təmin etməyib.

Arena.az bu barədə ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, AFFA İntizam Komitəsinin martın 11-də azarkeşlərin təhqiramiz ifadələr səsləndirməsinə görə klubu cərimələməsi barədə qərarı qüvvədə saxlanılıb. Fanatlar Azərbaycan Premyer Liqasında “Turan Tovuz”la görüşdə hakimləri təhqir etdiyi üçün “ağ-qaralar” 8 000 manat ziyana düşüblər.

Bundan əlavə, Bakı təmsilçisinin daha bir şikayətinə baxılması təxirə salınıb. Komanda azarkeşləri tərəfindən təhqiredici pankart açdığına görə klub 15 000 manat cərimə edilmişdi. Lakin Apellyasiya Arbitraj Tribunalı bu şikayətə baxılmasını əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salıb. Məsələ ilə bağlı yekun qərarın nə vaxt açıqlanacağı bildirilmir.

Daha bir gərginlik “ocağı”…

4 May 2026 at 08:10

“Sumqayıt”ın prezidenti Riad Rəfiyev “Kəpəz” – “Sumqayıt” oyunundan (2:1) sonra hakimlər otağına girib, onların idarəçiliyinə etiraz bildirib.

Baş hakim Əli Əliyevin penalti qərarına etiraz edən Rəfiyev əsəblərinə hakim ola bilməyib, səs-küy salıb.

Maraqlıdır, o, futbolda yeni deyil. Çox yaxşı bilir ki, hakimlərin otağına girmək ciddi məsuliyyətdir. Bilə-bilə bu addımı niyə atsın?…

Matçın AFFA nümayəndəsi Asif Əliyevin gözü qarşısında baş verən bu şeylər onun raportunda qeyd olunubmu?

Klub prezidentinin bu addımına AFFA-dan hansı reaksiya gələcək? Bunu maraqla gözləməyə dəyər.

Ümumiyyətlə, sıradan bir hadisə kimi baxmaq olmaz; bir tərəfdən illərlə futbol industriyasında olan bir şəxsin klub prezidenti kimi hakimlərin otağına girərək etiraz etməsi, digər tərəfdən son vaxtlar hərtərəfli hədəfə gətirilən AFFA…

Yeni qarşıdurma cəhdi?

Kimə və nəyə lazımdır?

Kamil Əhməd

Before yesterdayMain stream

“Dostluq Kuboku” minifutbol turniri keçirildi

2 May 2026 at 12:16

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 10-11 yaşlı oğlan və qızlardan ibarət komandalar arasında növbəti “Dostluq Kuboku” minifutbol turniri təşkil olunub.

Futbolpress.az xəbər verir ki, turnirin təşkilində əsas məqsəd sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzini və fiziki fəallığı təşviq etməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, eləcə də yeni dostluqların qurulmasına şərait yaratmaqdır.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı, Gəncə, Lənkəran və Şəki şəhərlərində yerləşən uşaq evlərinin komandaları iştirak ediblər.

Yarışda komandalar “Zəfər”, “Şahinlər”, “Birlik”, “Kəpəz”, “Xan” və “Qala” adları altında güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub.

Tədbirdə iştirak edən Leyla Əliyeva oyunları izləyib, komandaları dəstəkləyib, uşaqlarla səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdirib. Leyla Əliyeva iştirakçılara uğurlar arzulayaraq, bu cür təşəbbüslərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Turnirin yekununda qalib komandalar diplom, medal və kubokla təltif olunublar. İkinci və üçüncü yerləri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıblar.

Tədbirin sonunda tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin uşaqların həyatına müsbət təsir göstərdiyini, onların özünəinamının və sosial əlaqələrinin güclənməsinə töhfə verdiyini bildiriblər. Onlar bu cür sosial layihələrin davamlı təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, “Dostluq Kuboku” minifutbol turniri ötən ildən etibarən ənənəvi xarakter alıb. Bu il keçirilən yarış da həmin təşəbbüsün uğurlu davamı kimi təşkil olunub.

Rövşən Nəcəf Vankuverdə federasiya prezidentləri ilə görüşdü

1 May 2026 at 22:00

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf FIFA-nın 76-cı Konqresi çərçivəsində bir sıra görüşlər keçirib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Kanadanın Vankuver şəhərində təşkil olunmuş tədbir zamanı AFFA prezidenti müxtəlif milli assosiasiyaların rəhbərləri ilə görüşərək futbol sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

Rövşən Nəcəf Özbəkistan, Belçika, Pakistan, Banqladeş və digər futbol federasiyalarının prezidentləri ilə bir araya gələrək qarşılıqlı əlaqələrin inkişafı və gələcək birgə layihələr barədə fikir mübadiləsi aparıb.

Görüşlərdə futbolun inkişafına yönəlmiş məsələlər də müzakirə olunub.

MOİK və “Zaqatala” cərimələndi

1 May 2026 at 14:26

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XXIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

29 aprel 2026-cı il tarixində I Liqada XXIV turun MOİK – “Şahdağ Qusar” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);

29 aprel 2026-cı il tarixində I Liqada XXIV turun “Mingəçevir” – “Zaqatala” oyununda “Zaqatala” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilsin (maddə 43.1).

AFFA rəhbərliyi FIFA-nın 76-cı Konqresində

30 April 2026 at 20:30

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyi FIFA-nın 76-cı Konqresində iştirak etmək üçün Kanadaya yollanıb.

Arena.az xəbər verir ki, bu gün Kanadanın Vankuver şəhərində FIFA-nın 76-cı Konqresi keçiriləcək.

Tədbirə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmiləri də qatılacaqlar. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov Konqresdə iştirak edəcəklər.

Binə stadionunun ot örtüyü FIFA sertifikatına layiq görüldü

30 April 2026 at 17:00

Binə stadionunun süni ot örtüyü dünyanın ali futbol qurumu FIFA tərəfindən yenidən “Quality Pro” sertifikatına layiq görülüb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, FIFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionunda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

Milli Pakistanı məğlub etdi

30 April 2026 at 11:43

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində son oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, yığma üçüncü matçında Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş millinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində qalibiyyət qolunu 77-ci dəqiqədə Nazim Əliyev vurub.

Bununla da Aqil Nəbiyevin yetirmələri 4 komandanın iştirakı ilə baş tutan turniri 5 xalla tamamlayıb. U-17 daha əvvəl Rusiya (0:5) və Qazaxıstan (1:1. Penaltilərlə 4:2) seçmələri ilə qarşılaşıb.

Azərbaycan millisi Özbəkistanda ikinci yoxlama oyununu keçirib

8 February 2026 at 13:37

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, milli komanda Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-19 ilk yoxlama oyununda 3:2 hesablı qələbə qazanıb.

The post Azərbaycan millisi Özbəkistanda ikinci yoxlama oyununu keçirib appeared first on Komanda.az.

❌
❌