Normal view

Today — 14 December 2025Main stream

Azər Bağırov: “Bu oyun 9 xala bərabər idi”

14 December 2025 at 16:29

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qəbələ” ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matçda 1:0 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı olub. Bağırov maraqlı oyun alındığını bildirib:

“Maraqlı oyun alındı. Baxmayaraq ki, bir qol vuruldu. Amma rəqib də, biz də daim hücumdaydıq. Bu oyun, mən deyərdim ki, 9 xala bərabər idi, çünki rəqibimizdən uzaqlaşırıq, turnir cədvəli baxımından. Mənim üçün çətin oyun alındı.

Komandamız çoxlu yerli futbolçulardan ibarət olduğuna görə səhvlər var. Oyunçu meydanda çıxış edirsə, səhvlər olacaq. Biz gəldikdən sonra Ohorini fərqli-fərqli mövqelərdə oynadırıq. Düşünürəm ki, zaman-zaman özünü inkişaf etdirəcək.

Əslində, bu gün yaxşı oyunçulara daha çox ehtiyacımız var. Ehtiram bu gün yaxşı çıxış, etdi, oynadığı mövqedə daha effektli idi. Sadəcə, qolu çatışmır. Düşünürəm ki, o da olacaq”.

“Kəpəz” növbəti turda “Turan Tovuz”la üz-üzə gələcək.

Fəxri Rüstəmli

The post Azər Bağırov: “Bu oyun 9 xala bərabər idi” appeared first on Komanda.az.

Tsxadadze: “Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz”

14 December 2025 at 16:07

“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Kəpəz”lə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı baş tutub. Gürcüstanlı mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:

“Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Belə qırmızı vərəqələri ancaq biz ala bilərdik. Qol da elə vuruldu ki, heç kim rəqibin oyunçusunun qarşısını ala bilmədi. Çox pis oynadıq.

Məqsədimiz ilk gündən Premyer Liqada qalmaqdır. Reallıqdan danışmalıyıq. 10 manatınız varsa, restorana getməyi düşünmürsüz. Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz.

Vəziyyət elədir ki, çempionatdakı iştirak ərizəsinə görə biz yalnız beş futbolçu gətirə bilərik. İbrahim Sanqareyə gəlincə, razıyam, çox səhvlər edir. Komandada rəqabət olmalıdır. Rəqabət olmadıqda, inkişafdan danışmaq olmaz. Hər kəsə hörmətlə yanaşırıq. Klub olaraq, qapıçı transferi üçün çalışırıq.

İntizamla bağlı heç bir hal olmadı. Sadəcə, futbolçumuz topa düzgün getmədi. Bu da futbolçu keyfiyyəti ilə bağlı məsələdir. İntizamla bağlı o halda olardı ki, oyunçu söyüş söysün.

Topla itkilər çox odu. Təkcə bizimlə yox, digər komandaların da oyunlarında da bunu görmüşdük. Amma o demək deyil ki, bu meydanda futbol oynamaq olmaz. Sadəcə, futbolçular özləri öyrəşməlidir.

Özümüz bilirik hansı mövqelərə oyunçu lazımdır. Bu, klubun daxili məsələsidir. Klub olaraq bunun üzərində çalışırıq.

Sona kimi mübarizə aparmalıyıq. Bəzi futbolçular ardıcıl iki qələbədən sonra oyuna köklənə bilməmişdilər. “Turan Tovuz”a qarşı da 23 dəqiqə yaxşı çıxış etmişdik. Düşünürəm ki, psixoloji olaraq buna hazır deyillər”.

“Qəbələ” növbəti turda “Qarabağ”ı qəbul edəcək.

Fəxri Rüstəmli

The post Tsxadadze: “Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz” appeared first on Komanda.az.

Günün oyunları – TV

14 December 2025 at 09:30

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

14 dekabr

Azərbaycan, Premyer Liqa
14:00 Kəpəz – Qəbələ (CBC Sport)
17:30 Qarabağ – Araz-Naxçıvan (CBC Sport)

İtaliya, A Seriyası
15:30 Milan – Sassuolo (Futbol 1)
18:00 Udineze – Napoli (Futbol 1)
21:00 Cenoa – İnter (Futbol 1)
23:45 Bolonya – Yuventus (Futbol 1)

Türkiyə, Super Liqa
15:30 Qaziantep – Göztəpə (beİN Sports 2)
18:00 Fatih Karagümrük – Kocaelispor (beİN Sports 2)
21:00 Trabzonspor – Beşiktaş (Futbol 3, beİN Sports 1)
21:00 Samsunspor – Başakşəhər (beİN Sports 2)

İspaniya, La Liqa
17:00 Sevilya – Ovyedo (Futbol 2)
19:15 Selta – Atletik (Futbol 2)
21:30 Levante – Vilyarreal (İdman TV, Futbol 2)
00:00 Alaves – Real (İdman TV, Futbol 2)

İngiltərə, Premyer Liqa
18:00 Vest Hem – Aston Villa (İdman TV)
18:00 Kristal Pelas – Mançester Siti (beİN Sports 3)

Almaniya, Bundesliqa
20:30 Bayern – Maynts (S Sport+)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

Before yesterdayMain stream

“Qarabağ”dan darmadağın, “Kəpəz”dən çətin qələbə

14 December 2025 at 19:23

Dünən Azərbaycan Premyer Liqasında 15-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olub.

Hər iki oyun bölgələrdə keçirilib. Əvvəlcə “Şamaxı” doğma publika önündə “Zirə”ni qəbul edib. Ayxan Abbasovun komandası bu görüşda iddialı rəqibinə qalib gəlməyi bacarıb.

Günün son matçı Tovuzda baş tutub. Kurban Berdıyevin komandası “Sabah”la üz-üzə gəlib. Oyun paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb.

Bu gün daha iki oyun olub. Əvvəlcə “Kəpəz” Yevlaxda “Qəbələ” ilə qarşılaşıb. Qonaqların ilk hissədən azlıqda qaldığı matçda sonda qələbəyə sevinən Gəncə təmsilçisi olub.

“Qarabağ” isə bu tur “Araz-Naxçıvan”la görüşüb. Ağdam təmsilçisi rəqibini böyük hesabla yenib.

Turun qalan oyunları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası, 15-ci tur

13 dekabr

Şamaxı – Zirə 2:1
Qol: Msanqa, 54. Karim Rossi, 61-pen – Papunaşvili, 8.
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 33. Əkbər Eyubov, 43. Əhliman Süleymanzadə, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Turan Tovuz – Sabah 1:3
Qollar: Filip Ozobiç, 82 – Coy Lens Mikels, 31. Velko Simiç, 68. Umarali Rahmonaliyev, 79.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu

Turan Tovuz: 1. Oleq Baklov, 10. Xəyal Nəcəfov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov
Baş məşqçi: Kurban Berdiyev

Sabah: 92. Stas Pokatilov (k), 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev, 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmiro, 6. Abdulax Xaybulaev, 89. Cəfər Muxtarov, 11. Kahim Parris, 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas

14 dekabr

Kəpəz – Qəbələ 1:0
Qol:
Ohori, 54.
Qırmızı vərəqə: Sanqare, 38 (“Qəbələ”)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu

Kəpəz: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu 
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 72. Nizami Səmədov 9. Luis Paçu 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov 

Qəbələ: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 27. Eşqin Əhmədov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Tsxadadze 

Qarabağ – Araz-Naxçıvan 5:1
Qollar: Toral Bayramov, 30; 90+5-pen. Nəriman Axundzadə, 41. Xoni Montiel, 57-pen. Leandro Andrade, 72 – Ramon Maçado, 76-pen.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Azərsun Arena”

Qarabağ: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 17. Kamilo Duran 
Baş məşqçi: Qurban Qurbanov

Araz-Naxçıvan: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 8. Coşqun Diniyev 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli 
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Qara Qarayev 5. Slavik Alxasov 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev 

15 dekabr

14:00. İmişli – Karvan-Yevlax
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu

19:00. Neftçi – Sumqayıt
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Palms Sports Arena”

The post “Qarabağ”dan darmadağın, “Kəpəz”dən çətin qələbə appeared first on Komanda.az.

❌
❌