Normal view

Today — 14 December 2025Main stream

Tovuzdan lider qayıdanlar

14 December 2025 at 09:18

“Sabah” Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb. “Bayquşlar” Tovuz səfərində “Turan Tovuz”a 3:1 hesabıyla qalib gəlib.

Görüşün startından sona qədər daha nizamlı və üstün oynayan “futuristlər” qələbə sayəsində müvəqqəti liderliyə yüksəlib. Valdas Dambrauskas çempionatda son ayların ən formada komandasıdır. Hücum fazasında daha aktiv olan və qısa ötürmələrlə rəqib müdafiəsinə çətinlik yaşatmağı bacaran “Sabah” Tovuzda qalib gəlməkləQarabağ“la oyunöncəsi xüsusi motivasiya qazandı.

“Turan Tovuz” isə enişdədir. Turnir cədvəlində 24 xalla 5-ci sırada qərarlaşan bölgə təmsilçisi nəticələr bir yana, sərgilədiyi oyunla ümid vermir. Baş məşqçi Kurban Berdıyev də çətin situasiyanı qəbul edir. Mövsümün əvvəlində çempionluq iddiası ilə yola çıxan tovuzlular artıq yarışdan yavaş-yavaş uzaqlaşmaqdadır.

Liqada ən yaxşı heyətə sahib kollektivlərdən olan tovuzlularda konkret problemin nədə/kimdə olduğu qeyri-müəyyəndir. Bu heyət mövsümün əvvəlində yaxşı nəticələrlə seçilib, bir müddət liderliyə yüksəlib. Lakin enişin konkret səbəbləri məlum deyil. Son turlardakı xal itkiləri komanda üçün gələcəkdə avrokubok zonası üçün belə təhlükə yarada bilər.

Şahin Cəfərov

Dambrauskas da Tovuzdakı ot örtüyündən şikayətləndi

13 December 2025 at 22:00

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 15-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tovuzda baş tutmuş görüşündə paytaxt təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Dambrauskas qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımı təbrik edirəm. Həqiqətən də möhtəşəm oyun sərgilədilər. Çox önəmli 3 xal qazandıq. Burada qalib gəlmək çətindir. Rəqib yaxşı təşkilatlanmış komandadır. Onların müdafiəsini yarmaq çox çətindir. 80-ci dəqiqəyə qədər hesabda 3:0 öndə idik. Bu gün qələbəyə layiq idik. Bakıdan bizi dəstəkləməyə gəlmiş azarkeşlərimizi təbrik edirəm.

Bizim sadəcə bir niyyətimiz var, o da növbəti oyuna hazırlaşmaqdır. 4 gün sonra bizi çox önəmli qarşılaşma gözləyir. Belə qələbələrdən sonra rahatlaşmaq olmaz. “Qarabağ”la matç çox ağır olacaq. Ölkənin ən yaxşı komandasına qarşı oynayacağıq. Avropada da sürprizlərə imza atıblar. Məşqlər və oyunlara hazırlaşmaq bizim üçün çox önəmlidir”.

Dambrauskas Tovuz şəhər stadionundakı atmosfer və ot örtüyünün durumundan da söhbət açıb:

“Azərbaycanda qonağam. Burada işləmək mənim üçün böyük üstünlükdür. Azarkeşlər, stadion barədə xoş sözlər deyə bilərəm. Möhtəşəm idilər. Amma ot örtüyü barədə bunu deyə bilmərəm. Meydança yaxşı deyildi. Hamımız futbolçuların inkişafını istəyirik. Amma bu cür meydançalarda futbolçuların inkişaf etməsi mümkün deyil”.

“Bu, utancvericidir” – Berdıyev

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları dilə gətirib:

“Bu gün müdafiədə buraxdığımız kobud səhvlərdən sonra “Sabah” qollar vurdu və qələbə qazandı. Bu səhvləri etməməli idik. Məşqçinin səhv etmədiyini desək, doğru olmaz. İstənilən məşqçi səhv edir. Birinci hissədə meydanda düzülüşümüz düzgün deyildi. Bunun nəticəsində “Sabah”ın istifadə edəcəyi boşluqlar çox oldu”.

Berdıyev tovuzlu azarkeşlərin onu istefaya səsləməsinə də münasibət bildirib:

“Azarkeşləri məyus etdiyimiz üçün özümüzü yaxşı hiss etmirik. Bu, utancvericidir. İstefaya gəlincə, bu məsələləri bütün klublarda prezident həll edir”.

“Turan Tovuz” – “Sabah” 1:3 – Video

13 December 2025 at 21:00

Azərbaycan Premyer Liqasının 15-ci turunun “Turan Tovuz” – “Sabah” matçı meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Tovuzda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
15-ci tur
13 dekabr

“Turan Tovuz” – “Sabah” 1:3
Qollar: Filip Ozobiç, 82 – Coy Lens Mikels, 30. Velko Simiç, 69. Umarali Rahmonaliyev, 79.
Sarı vərəqələr: Enrike Silva, 89 (qeyri-idman hərəkəti) – İqor Noqeyra, 42 (qeyri-idman hərəkəti). Xəyal Əliyev, 54 (qeyri-idman hərəkəti). Amin Seydiyev, 80 (qeyri-idman hərəkəti). Aron Maluda, 83 (oyunun bərpasının ləngidilməsi). Stas Pokatilov, 90+2 (oyunun bərpasının ləngidilməsi). İvan Lepinitsa, 90+4 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Valerio Zuddas (“Sabah”), 82 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 16:30. Tovuz şəhər stadionu, 3000 tamaşaçı.

Baş hakim: Əliyar Ağayev.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli.
Dördüncü hakim: Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.

Turan Tovuz: 1. Oleq Baklov, 10. Xəyal Nəcəfov (17. Rəhim Sadıxov, 46), 5. Roderik Miller (29. Filip Ozobiç, 76), 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza (11. Ayxan Hüseynov, 46).
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov.
Baş məşqçi: Kurban Berdıyev.

Sabah: 92. Stas Pokatilov (k), 88. Xəyal Əliyev (11. Kahim Parris, 66), 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka (2. Amin Seydiyev, 78), 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev (6. Abdulla Xaybullayev, 90), 19. Aaron Maluda (8. Ayaz Quliyev, 90).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 5. Rəhman Daşdəmirov, 89. Cəfər Muxtarov, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Yesterday — 13 December 2025Main stream

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Turan” “Sabah”a qarşı

13 December 2025 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “Şamaxı” “Zirə”ni qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək oyunu İnqilab Məmmədov idarə edəcək. Ayxan Abbasovun çalışdırdığı komanda doğma meydanda növbəti qələbəsini qazanmağa çalışacaq. Ötən tur lider “Qarabağ”la sülh bağladığı üçün ikinci pilləni “Sabah”a təhvil vermiş Rəşad Sadıqovun komandası da səfərdə uğurlu seriyasını davam etdirmək arzusundadır.

Günün digər oyunu avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki komanda – “Turan Tovuz”la “Sabah” arasında keçiriləcək. Tovuz şəhər stadionunda baş tutacaq bu görüşün baş hakimi FİFA referisi Əliyar Ağayev olacaq.

Premyer Liqa
15-ci tur

13 dekabr

“Şamaxı” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu, 14:00.

“Turan Tovuz” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu, 16:30.

14 dekabr

“Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 14:00.

“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “Azərsun Arena”, 17:30.

15 dekabr

“İmişli” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Neftçi Arena”, 19:00.

“Sabah” üçün liderlik oyunu

13 December 2025 at 11:00

“Sabah” Premyer Liqanın XV turunda bu gün “Turan Tovuz”un qonağı olacaq. Matça saat 16:30-da start veriləcək.

“Turan Tovuz” 14 turdan sonra 24 xalla turnir cədvəlinin beşinci sırasında qərarlaşıb. Ehtiyatda daha bir oyunu olan Kurban Berdıyevin yetirmələri ikinci pillədəki “Sabah”dan dörd xal geridədir. “Bayquşlar”ın da ehtiyatda “Qarabağ“la bir matçı var. Həmin matç dekabrın 18-də keçiriləcək.

“Sabah” bu görüşdə qələbə qazanacağı halda, azı bir günlük liderliyə yüksələcək. Valdas Dambrauskasın yetirmələri yaxşı formadadadır. Komanda son 5 oyunda cəmi 1 heç-heçə edib, 4 qələbə qazanıb.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Tovuz təmsilçisi isə son 5 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib. Tovuz təmsilçisi “Sabah”a qarşı keçirdiyi son beş ev oyununun cəmi 1-də uduzub. 2 qələbə qazanan komanda 2 dəfə də heç-heçə edib.

“Sabah” Tovuz səfərində sonuncu dəfə 2023-cü ildə qələbə qazanıb. Komandaların son duelində “Sabah” azarkeşləri önündə inamlı qələbəyə sevinib.

Şahin Cəfərov

“Zirə” uduzdu, “Sabah”dan qələbə

13 December 2025 at 18:29

Bu gün Azərbaycan Premyer Liqasında XV tura start verili.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçında “Şamaxı” “Zirə“ni qəbul edib. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb – 2:1.

Günün digər oyununda “Sabah” “Turan Tovuz”un qonağı olub. Matç qonaqların qələbəsiylə bitib. 

Azərbaycan Premyer Liqası
XV tur

13 dekabr

Şamaxı – Zirə 2:1
Qollar: Msanqa, 54, Rossi, 61 (pen.) – Papunaşvili, 8
Baş hakim: İnqilab Məmmədov
Şamaxı şəhər stadionu

Turan Tovuz – Sabah 0:1
Qollar:
F.Ozobiç, 82 – V.Simiç, 68, U.Rahmonaliyev, 79, Mikels, 31
Baş hakim: Əliyar Ağayev
Tovuz şəhər stadionu

Before yesterdayMain stream

Tavareşin son durumu – “Turan Tovuz” toplanışı gözləyir

12 December 2025 at 11:38

“Turan Tovuz”un zədəli futbolçusu David Tavareş komandanın qış toplanışına qoşula bilər.

Futbolpress.azın məlumatına görə, yarımmüdafiəçi bu yay heyətə cəlb olunsa da, hələ rəsmi oyuna çıxmayıb. Yay hazırlığında ciddi zədə alan və 6 aylıq sıradan çıxan Davidin yanvardan sonra hazır olacağı ehtimal edilir.

“Turan Tovuz” Tavareşi Rumıniyanın “Buzau” klubundan heyətə cəlb edib.

Şahin Cəfərov

“Qəbələ” – “Turan Tovuz” matçı 2026-cı ildə keçiriləcək

11 December 2025 at 17:00

Premyer Liqanın 14-cü turunda qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmış “Qəbələ” – “Turan Tovuz” oyunu bu il keçirilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Qeyd edilir ki, sözügedən matç 2026-cı ildə keçiriləcək. Belə ki, məsələ ilə bağlı PFL-in İdarə Heyətinin iclası keçirilib və oyunun keçirilmə tarixi, eləcə də bununla bağlı digər məsələlərlə əlaqədar müzakirələr aparılıb.

Qış fasiləsinə qədər olan, eləcə də fasilədən sonrakı ilk turun təqvimi tam açıqlandığı, klublar fəaliyyət planını artıq müəyyənləşdirdiyi üçün, eləcə də bununla bağlı digər məqamları və klubların da fikrini diqqətə alaraq PFL-in İdarə Heyəti bir sıra qərarlar qəbul edib.

Əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmış qarşılaşma yeni oyun kimi keçiriləcək və görüş 2026-cı ildə baş tutacaq.

Klublar 2026-cı ildə baş tutacaq oyunda sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcəklər. 24-cü dəqiqədə dayandırılan oyun üçün qüvvədə olan cəzalar Azərbaycan Premyer Liqasının növbəti oyunlarına şamil ediləcək.

Xatırladaq ki, “Qəbələ” – “Turan Tovuz” matçı dekabrın 8-də keçirilmiş, lakin əlverişsiz hava şəraiti səbəbindən yarıda qalmışdı.

Təxirə salınan oyunun müəmmalı taleyi

11 December 2025 at 13:50

Premyer Liqanın XIV turunun “Qəbələ” – “Turan Tovuz” oyunu (08.12.2025) qatı duman səbəbindən 23-cü dəqiqədən dayandırılıb. Daha sonra Peşəkar Futbol Liqası (PFL) oyunun keçirilməsinin mümkün olmadığını bildirərək, matçı təxirə salıb.

Əsasnaməyə görə, başlayan, ancaq yarımçıq dayandırılan oyun ən geci bir gün sonra baş tutmalıdır.

Lakin Qəbələdəki matçın keçirilmə vaxtı açıqlanmayıb və qeyri-müəyyən durum hökm sürür. Duman kimi fors-major hallarda bəs hansı qayda tətbiq edilir?

Oyunun baş tutmama səbəbinin əsasları ilə bağlı hər iki kluba müraciət etdik:

“Qəbələ” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli: “Növbəti gün iki oyun var idi. Buna görə VAR və canlı yayım olmayacaqdı. Çünki “CBC Sport”un maşınları Bakıya qayıtmalı idi. Klublar da VAR-sız və canlı yayımsız oynamaq istəmədiyi üçün məsələ belə oldu”.

“Turan Tovuz” klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev: “Səhəri Premyer Liqanın 2 oyunu var idi. Hər şey öncədın planlaşdırılır – VAR, canlı yayım və sairə. Həm VAR, həm də “CBC Sport” oyunlardan xeyli öncə təyin olunan yerdə olmalıdırlar”.

PFL təfsil açıqlama verməyib, təxirəsalmanın detalları bilinmir. Bu da haqlı şübhələrə, suallara şərait yaradır.

Güman edilir ki, “CBC Sport”un PTS-i və VAR sistemi Bakıya qayıtdığından ertəsi gün oyunu davam etdirmək mümkün olmayıb.

Əsasnamə pozuntusudur və maraqlıdır ki, məsələ nə geniş müzakirə olunur, nə aydınlıq verilir.

Xatırladaq ki, 2023/2024 mövsümündə, 2023-cü ilin dekabrında “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu Tovuz stadionunda işıq dirəyinin aşması səbəbindən 81-ci dəqiqədə yarımçıq dayanmış, fors-major hal olsa da, növbəti gün oyun VAR və canlı yayım olmadan qaldığı yerdən davam etdirilmişdi. Matçdan sonra isə hər iki klubun baş məşqçiləri analoji durumdan narazılığını bildirmişdi. Bəlkə bu “təcrübədən” çəkindiyinə, əlavə söz-söhbət istəmədiyinə görə PFL ertəsi oyunun davam etməsinə göstəriş verməyib. “Bəlkələr” çoxdur, izah isə yoxdur.

PFL-in bu mövzuda mövqeyini öyrənməyə çalışırıq…

Şahin Cəfərov

“Qəbələ” – “Turan” matçı sabah da keçirilməyəcək

8 December 2025 at 20:00

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının 14-cü turunun yarıda qalmış “Qəbələ” – “Turan Tovuz” matçı ilə bağlı yeni açıqlama yayıb.

Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan Premyer Liqasının 14-cü turunun qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmış “Qəbələ” – “Turan Tovuz” oyunundan sonra bütün texniki imkanlar araşdırılıb.

Turun davam etməsi baxımından matçın sabah bütün texniki imkanların təmin olunması ilə keçirilməsinin mümkün olmadığı müəyyən edilib. Bu məsələ ilə bağlı hər iki klubun nümayəndələri ilə görüş keçirilib və mövcud vəziyyət barədə məlumat verilib.

Oyunun keçirilmə tarixi ilə bağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin müzakirəsindən sonra rəsmi məlumat veriləcək.

Xatırladaq ki, bu gün Qəbələdə keçirilən bu matç qatı duman səbəbindən yarıda dayandırılmış, daha sonra təxirə salındığı açıqlanmışdı.

Premyer Liqa: “Qəbələ” – “Turan” oyunu yarıda qaldı

8 December 2025 at 19:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün 14-cü turunun “Qəbələ” – “Turan Tovuz” oyunu keçirilib.

Lakin Qəbələdə təşkil edilmiş qarşılaşma yarıda qalıb.

Arena.az xəbər verir ki, oyun 24-cü dəqiqədə qatı duman səbəbindən dayandırılıb.

Stadionda oyun zamanı görmə məsafəsinin çox aşağı düşməsi, demək olar sıfıra yaxınlaşması səbəbindən matçın davam etdirilməsi mümkün olmayıb. Prosedur qaydalarına uyğun olaraq, stadiona yenidən baxış keçirilsə də, hava şəraiti oyunun bu gün davam etdirilməsinə imkan verməyib. Qarşılaşmanın nə vaxt keçiriləcəyi barədə əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında və sosial media hesablarında veriləcək.

Premyer Liqa
14-cü tur

8 dekabr

“Qəbələ” – “Turan Tovuz” 0:0
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 27. Eşqin Əhmədov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 30. Prins Ovusu.
Baş məşqçi: Kaxaber Sxadadze.

Turan Tovuz: 1. Oleq Baklov, 10. Xəyal Nəcəfov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə.
Baş məşqçi: Kurban Berdıyev.

Premyer Liqa: “Qəbələ” “Turan”a, “Sabah” “Neftçi”yə qarşı

8 December 2025 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.

“Qəbələ” doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək. Əyalət təmsilçilərinin Qəbələdə baş tutacaq görüşünü Tural Qurbanov idarə edəcək. Hazırda 24 xalla 4-cü olan Tovuz təmsilçisi qələbə qazanmaqla liderlər qrupunda möhkəmlənməyə çalışacaq. Amma Kurban Berdıyevin komandası ardıcıl 3 oyundur 1 xalla kifayətlənir. 8 xalla 10-cu olan “Qəbələ” isə növbəti qələbəsini qazanmaq arzusundadır.

Günün digər oyunu iki paytaxt təmsilçisi – “Sabah” və “Neftçi” arasında keçiriləcək. Rəvan Həmzəzadənin idarə edəcəyi qarşılaşma “Masazır Arena”da keçiriləcək. 25 xalla 3-cü olan “Sabah” qalib gəlsə, ikinci sıraya yüksələcək. Son üç oyununda 2 məğlubiyyət, 1 heç-heçə görmüş “Neftçi” isə 16 xalla 8-cidir.

14-cü turun qalan görüşləri dekabrın 9-da keçiriləcək.

Premyer Liqa
14-cü tur

6 dekabr

“Zirə” – “Qarabağ” 1:1
Qollar: İssa Cibrilla, 31 – Enrike Kustodio, 44-öz qapısına.
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

7 dekabr

“Karvan” – “Şamaxı” 0:3
Qollar: Oruc Məmmədov, 59. Karim Rossi, 70. Dioqo Balau, 82.
Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 14:00.

8 dekabr

“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu, 17:00.

“Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 20:00.

9 dekabr

“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Dalğa Arena”, 17:00.

“Sumqayıt” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

“Şamaxı” 20-ci, “Sumqayıt” 10-cu dəfə

5 December 2025 at 12:00

“Şamaxı” və “Sumqayıt” komandaları futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanmaqla yubileyə imza atıblar.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün bütün 1/4 finalçıları müəyyənləşib. Bu mərhələdə yeni komandalar olmayacaq. Belə ki, 8 ən yaxşı sırasına yüksəlmiş bütün klublar əvvəllər də 1/4 final həyəcanı yaşayıblar.

Onlardan ikisi yubiley uğuruna imza atıb. “Şamaxı” 20-ci, “Sumqayıt” 10-cu dəfə bu raundda iştirak edəcək. 1/4 finalçılar arasında ən yüksək göstərici “Qarabağ”dadır. Ağdam klubu 27-ci dəfə bu mərhələdə oynayacaq. Bununla da bölgə təmsilçisi 33 dəfə belə uğura imza atmış “Neftçi” ilə fərqi azaldacaq.

Mərhələnin digər iştirakçılarından “Qəbələ” və “Kəpəz” 17-ci, “Zirə” 11-ci, “Sabah” 7-ci, “Turan Tovuz” 2-ci dəfə 1/4 finalda oynayacaq.

Qeyd edək ki, ümumilikdə 46 komanda yarımfinalın bir addımlığında olub.

“Şahdağ Qusar” – “Turan Tovuz” 1:2 – Video

2 December 2025 at 20:00

Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Şahdağ Qusar” – “Turan Tovuz” matçı meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir:

Azərbaycan Kuboku
1/8 final mərhələsi
2 dekabr

“Şahdağ Qusar” – “Turan Tovuz” 1:2
Qollar: Famil Camalov, 76-pen – Ayxan Hüseynov, 4-pen. Aleks Souza, 64.
Sarı vərəqələr: Firuz Əhmədov, 53 (qeyri-idman hərəkəti) – Roberto Olabe, 75 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 15:00. “Sumqayıt Arena”. 100 tamaşaçı.

Baş hakim: Rəvan Həmzəzadə.
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Kərim Zeynalov.
Dördüncü hakim: Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.

Şahdağ Qusar: 1. Müşfiq Nadirov, 19. Ruslan Voronsov, 9. Famil Camalov (k), 29. Elşən Veysov, 44. Seymur Əliyev, 55. Firuz Əhmədov (3. Məhərrəm Orucov, 68), 4. Cavad Qurbanlı, 5. Ramin Abdullayev (77. Orxan Fərəcov, 76), 10. Vüsal Əliyev (71. Sənan Ağalarov, 68), 17. Yelmar Aşurov, 40. Kvaku Adjey.
Ehtiyat oyunçular: 31. Nail Alışov, 87. Hilal Maqsudlu, 14. Rahid Əmirquliyev, 6. Əzəmət Ələkbərli, 7. Maqsud Ələkbərov, 20. Mehman Məsimov, 70. Cavid Quliyev, 97. Polad İbrahimov, 38. Rail Əmirquliyev.
Məşqçi: Elnur Abdullayev.

Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç (19. Roberto Olabe, 68), 17. Rəhim Sadıxov, (10. Xəyal Nəcəfov, 68), 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev (14. Murad Dadaşev, 90), 5. Roderik Miller (32. Hayderson Hurtado, 68), 15. Emmanuel Hakman, 21. Aleks Souza (90. Joarlem Santos, 68).
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 73. Ülvi Mədətov, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov, 3. Enrike Silva, 7. Xorxe Silva.
Baş məşqçi: Kurban Berdıyev.

Kurban Berdıyev: “Bu oyun üçün motivasiyamız çatışmırdı”

2 December 2025 at 17:30

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Kubokunun 1/8 finalında “Şahdağ Qusar”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşündə Tovuz təmsilçisi 2:1 hesablı qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, klassik kubok oyunu idi. Adətən belə matçlar gərgin keçir. Bu oyun da istisna deyildi. Bəzi futbolçularımıza da oynamaq şansı verdik. Bu oyun üçün motivasiyamız çatışmırdı”.

Tovuz təmsilçisinin təcrübəli çalışdırıcısı yerli futbolçulara daha çox şans verməsinin Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun son açıqlamaları ilə bağlı olmadığını vurğulayıb:

“Azərbaycan milli komandasının baş məşqçisinin nə deməsi məni narahat etmir. Yerli oyunçulara sonradan səhvlərini təhlil etmək üçün daha çox vaxt verdik ki, onlar çempionatda eyni səhvləri təkrarlamasınlar”.

Azərbaycan Kubokunda ilk 1/4 finalçı bəlli oldu

2 December 2025 at 17:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun Sumqayıtda baş tutub.

Mərhələnin ilk oyununda Birinci Liqada mübarizə aparan “Şahdağ Qusar” elita təmsilçisi “Turan Tovuz”u qəbul edib. Rəvan Həmzəzadənin idarə etdiyi oyunda qapılara üç qol vurulub. Çətin qələbəyə sevinən Tovuz təmsilçisi ilk 1/4 finalçı olub.

Günün digər oyununda iki paytaxt təmsilçisi – “Zirə” və “Neftçi” üz-üzə gələcək. Zirədə keçiriləcək oyunun baş hakimi Tural Qurbanov olacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qalan oyunları dekabrın 3-də və 4-də keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final

2 dekabr

“Şahdağ Qusar” – “Turan Tovuz” 1:2
Qollar: F.Camalov, 76 – A.Hüseynov, 4-pen. A.Souza, 64.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Sumqayıt Arena”, 15:00.

Şahdağ Qusar: 1. Müşfiq Nadirov, 19. Ruslan Voronsov, 9. Famil Camalov (k), 29. Elşən Veysov, 44. Seymur Əliyev, 55. Firuz Əhmədov, 4. Cavad Qurbanlı, 5. Ramin Abdullayev, 10. Vüsal Əliyev, 17. Yelmar Aşurov, 40. Kvaku Adjey.
Ehtiyat oyunçular: 31. Nail Alışov, 87. Hilal Maqsudlu, 14. Rahid Əmirquliyev, 6. Əzəmət Ələkbərli, 7. Maqsud Ələkbərov, 20. Mehman Məsimov, 70. Cavid Quliyev, 77. Orxan Fərəcov, 3. Məhərrəm Orucov, 71. Sənan Ağalarov, 97. Polad İbrahimov, 38. Rail Əmirquliyev.
Məşqçi: Elnur Abdullayev.

Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 5. Roderik Miller, 15. Emmanuel Hakman, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 10. Xəyal Nəcəfov, 73. Ülvi Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov, 3. Enrike Silva, 90. Joarlem Santos, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
Baş məşqçi: Kurban Berdıyev.

❌
❌