Normal view

Yesterday — 5 May 2026Main stream

Konate: “Taleyimiz öz əlimizdədir”

5 May 2026 at 14:27

“Zirə” Misli Premyer Liqasının XXX turunda “Qəbələ”ni məğlub edib – 1:0.

Matçdan sonra “qartallar”ın futbolçusu Brahim Konate “Futbolpress.az“a açıqlamasında oyunu şərh etdi:

“Qəbələ” ilə oyunun çətin olacağını bilirdik. Onlar çox mübariz komandadır və sürətli futbol oynayırlar. Buna baxmayaraq, sona qədər döyüşdük və əzmkarlıqla qələbə qazandıq”.

“Zirə” Azərbaycan Kubokunun finalında “Sabah”la qarşılaşacaq. Qəsəbə təmsilçisi titulu qazanacağı halda, həm də yeni mövsümdə Avropa Liqasında iştirak haqqı əldə edəcək. Konate şanslardan söz açdı:

“Sabah”ın gücünü bilirik. Amma finaldır və hər nəticə mümkündür. Məqsədimiz avrokuboklarda olmaqdır. Taleyimiz öz əlimizdədir və bunun üçün mübarizə aparacağıq. Sonda necə olacağını görəcəyik. Avrokuboklara düşə bilməsək, bizim üçün uğursuzluq sayılacaq”.

Konate öz çıxışına da toxundu:

“Düşünürəm ki, oyunum pis deyil. Düzdür, mövsümün bəzi mərhələlərində zədələrə görə ritmim pozuldu, amma futbolda belə hallar qaçılmazdır. Öz üzərimdə çox çalışıram və bilirəm ki, daha yaxşısını etməyə qadirəm”.

Şahin Cəfərov

“Çalışırıq ki, gəncləri pis vərdişlərdən uzaqlaşdıraq, güləşdə kütləvilik yaradaq”

5 May 2026 at 10:25

Azərbaycan güləşçiləri ötən ay Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatını 13 medalla başa vurub.

Sərbəst güləş üzrə yığmamız Avropanın zirvəsini fəth edib. 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan komandamız 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Tiranada İslam Bazarqanov (57 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub. Turan Bayramov (74 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Hacıyev (79 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşçiləri də adını tarixə yazdırıb. Millimiz uğurlu çıxış edərək çempion titulunu qoruyub. Belə ki, 2 qızıl, 3 bürünc medal qazanan yığmamız 133 xalla yenidən Avropa çempionu olub. Türkiyə (121) ikinci, Gürcüstan (118) isə üçüncü yeri tutub. Millinin heyətində Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

Azərbaycan güləşçiləri son illərdə Avropada dominantlıq edir. Qazanılan beynəlxalq uğurlar görülən işlərin və çəkilən əziyyətlərin məntiqi nəticəsidir.

Komandanın Avropa çempionatındakı çıxışı və perspektivlər haqqında Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı ilə danışdıq. Qurumun rəsmisi nəticələri belə dəyərləndirdi: 

“Komanda üç növün ikisində Avropa çempionu olubsa, nəticəni müsbət qiymətləndirmək olar. Artıq üçüncü dəfədir ki, qatıldığımız yarışın iki növündə zirvəyə yüksəlirik. 5 qızıl, 2 gümüş və 6 bürünc medal qazandıq. Düzdür, medal sayı daha çox ola bilərdi. Bəzi güləşçilərin çıxışından fərdi şəkildə narazılığımız oldu. Sərbəst güləşdə Kənan Heybətov, Nurəddin Novruzovdan, yunan-Roma güləşində Sənan Süleymanovdan medal gözləyirdik. Qadınların güləşində isə azı üç finala ümid edirdik. Amma səhvləri gördük və onların üzərində işləyəcəyik. Məşqçilər həm komanda, həm fərdi şəkildə çatışmazlıqları aradan qaldırmağa çalışacaq”.

Musalı güləş üzrə milli komandaların əsas hədəflərinə toxundu:

“Bu nəticə bizi arxayınlaşdırmır. Son illərdə güləşdə Avropada dominant ölkə rolundayıq. Qarşıda dünya çempionatı var və bizim üçün əsas məqsəd orada uğur qazanmaqdır. Bu turnirdə İran, ABŞ, Yaponiya, eləcə də, Orta Asiya ölkələrinin idmançıları da olacaq. Eyforiyaya qapılmadan yarışa hazırlaşmalıyıq”.

Federasiya rəsmisi güləşin gənclər arasında populyarlığı və təbliğat işləri ilə bağlı danışdı:

“Hər qələbə həmin idman növünü bir qədər daha populyarlaşdırır. Ölkə başçısı İlham Əliyevin bizi qəbul etməsi gündəmi zəbt etdi, nəticəmiz diqqət mərkəzinə düşdü. Məsələn, Həsrət Cəfərovun, Qurban Qurbanovun, Jalə Əliyevanın qələbələri gənclərə motivasiya verir, onlar bu güləşçiləri özlərinə kumir seçirlər.

Güləşin təbliği üçün müxtəlif istiqamətlərdə addımlar atırıq. Xüsusilə, məktəblərdə layihələr həyata keçiririk. “Güləş və sağlam yaşa” sloqanı ilə yeni işlərimiz olacaq. Eyni zamanda sosial çarxlarımız da yayımlanır. Çalışırıq ki, gəncləri zərərli vərdişlərdən uzaqlaşdıraq, güləşdə kütləvilik yaradaq. Azərbaycan çempionatlarının vizual keyfiyyətinin yaxşılaşdırılması da bu kampaniyaların tərkib hissəsidir”.

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının böyük məşqçisi Nurəddin Rəcəbov da fikirlərini bölüşdü. O, idmançıların çıxışından razı qaldığını bildirdi:

“Həqiqətən, çox yüksək səviyyədə çıxış etdik. Bu nəticə müzakirə olunmur. Komanda olaraq dünyanın ən böyük güləş ölkələrindən üstün olduq. Gücümüzü göstərdik, məşqçilərlə idmançıların gecə-gündüz birlikdə çəkdiyi əziyyətin bəhrəsini gördük. Hələ əsas heyətdən iki üzvümüz- dünya çempionları Eldəniz və Ülvi – yarışdan kənarda idi.

Ümumi götürəndə, yüksək səviyyədə mübarizə apardıq. Belə nəticələri qazanmaq çox çətin olur. Sübut etdik ki, Avropanın ən güclü güləş komandalarından biriyik. Hər çəkidə yaxşı mübarizə apardıq. Düzdür, medalların sayı və əyarı fərqli ola bilərdi, lakin ümumi baxsaq, nəticə qənaətbəxşdir. Qarşıda dünya çempionatı var. Çalışacağıq ki, çatışmazlıqlarımızı aradan qaldıraq. Federasiya tərəfindən hər cür şərait yaradılıb. Toplanışlar vaxtında keçirilməsəydi, belə yaxşı hazırlaşmaq mümkün olmazdı. Hər kəsə minnətdaram”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

 

ÇL: “Arsenal” finalda!

6 May 2026 at 00:55

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı məlum olub.

Futbolpress.az xəbər verir ki, İngiltərənin “Arsenal” komandası yarımfinal mərhələsinin cavab oyununda Madrid “Atletiko”sunu minimal hesabla məğlub edib. “Topçular” iki oyunun nəticəsinə görə adını finala yazdırıb.

“Arsenal”ın finaldakı rəqibi PSJ – “Bavariya” cütünün qalibi olacaq.

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu

5 may

23:00 Arsenal – Atletiko 1:0
Qol:
Saka, 45

“Neftçi” 3 xalı 3 qolla qazandı

5 May 2026 at 17:50

Bu gün Misli Premyer Liqasında XXX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə bir qarşılaşma keçirilib. “Neftçi” “Karvan-Yevlax”ı səfərdə məğlub edib.

Misli Premyer Liqası
XXX tur

5 may

16:00 Karvan-Yevlax – Neftçi 0:3

Qollar: İmad Faraj, 31, Emin Mahmudov, 50, Varqas, 57
Baş hakim:
Rauf Cabarov
Yevlax şəhər stadionu

Yorğun “Qarabağ”ın “gümüş”ü

5 May 2026 at 08:01

“Qarabağ” Misli Premyer Liqasının XXX turunda “Turan Tovuz”u məğlub edib – 2:1.

“Qarabağ” oyunun son 10-15 dəqiqəsi istisna olmaqla, qalan vaxtlarda üstün tərəf kimi oynadı. İlk hissədə real şans yaratmaqda çətinlik çəkən “atlılar” fasilədən sonra 4 dəqiqə ərzində vurduğu 2 qolla oyunun taleyini həll etdi. Tovuzlular sonda təzyiqi artırıb, hesabı bərabərləşdirməyə çalışsa da, təsəlli qolundan artığına gücü çatmadı.

“Qarabağ” ümumi fonda yorğun görünür. Kamilo Duranın cəzalı olması, Musa Qurbanlının matçın əvvəlində zədələnməsi komandanının hücum gücünə təsirsiz ötüşmədi. Müdafiəçi Kevin Medina “atlılar”ın heyətində ön plana çıxan əsas oyunçu idi. Bəzən hücuma da qoşulan, geridə isə kritik müdaxilələrlə komandasına fayda verən kolumbiyalı qazanılan qələbədə pay sahiblərindən oldu.

Tovuz təmsilçisi isə oyun baxımından artırmalıdır. Komanda, sürpriz olmazsa, yeni mövsümdə Konfrans Liqasında mübarizə aparacaq. Heyətin gücləndirilməsi mütləqdir. Bəzi futbolçuların hücum potensialını artırmağa ehtiyac var. Kurban Berdıyev böyük avrokubok təcrübəsinə malikdir, ancaq heyətdəki oyunçuların əksəriyyəti ilk dəfə Avropa arenasında çıxış edəcək. Klub artıq yeni mövsümlə bağlı planlara başlamalıdır – gecikmə avrokuboklarda uğursuz nəticələrə və ya erkən vidaya zəmin yarada bilər.

“Qarabağ” qələbə sayəsində xallarını 62-yə çatdırıb. Komanda ən yaxın izləyicisi “Turan Tovuz”u 6 xal qabaqlayır. “Atlılar” bununla da sona üç tur qalmış liqada gümüş medalların taleyini böyük ölçüdə həll etdi.

Şahin Cəfərov 

Before yesterdayMain stream

“Çempionluğun taleyi öz əlimizdə idi, amma dəyərləndirə bilmədik”

4 May 2026 at 15:15

“Qaradağ Lökbatan” II Liqada 64 xalla ikinci sıradadır. Komanda lider “Xankəndi”dən üç xal geri qalır.

Lökbatan təmsilçisi sonuncu turda məhz əsas rəqibinə uduzaraq çempionluq yolunda vacib xal itirib. Komandanın baş məşqçisi Qəzənfər Abbasov “Futbolpress.az”a açıqlamasında bunları deyib:

“Xankəndi” ilə oyun ağır keçdi. Düzdür, minimal hesabla uduzduq, lakin ümumi götürəndə pis təsir bağışlamadıq. Geridə olanda ruhdan düşmədik, mübarizə apardıq. Oyunun sonlarında hesabı bərabərləşdirə bilərdik, amma vaxt çatmadı. Futbolçularımı əzmkar mübarizəyə görə təbrik edirəm. Çempionluğun taleyi öz əlimizdə idi, amma dəyərləndirə bilmədik”.

II Liqada ikinci yeri tutan komanda I Liqaya vəsiqə uğrunda çempionatın 9-cusu ilə pley-off oynayacaq. I Liqada həmin mövqe uğrunda autsayderlər – “Difai” və “Şimal” mübarizə aparır. Abbasov pley-offda rəqibin kimliyinin önəm daşımadığını bildirdi:

“İki komandanın da gücü demək olar, eynidir. I Liqaya qalxmaq istəyiriksə, istənilən rəqibə qalib gəlmək məcburiyyətindəyik. Həm “Difai”, həm “Şimal” ağır komandalardır”.

Mütəxəssisin klubdakı müqaviləsi yayda başa çatır. O, özü haqqında qərarı rəhbərliyin verəcəyini əlavə etdi:

“Müqaviləm mayın sonunda başa çatır. Komandanın vəziyyətindən asılı olmayaraq, yekun qərarı rəhbərlik verəcək. İndi bu məsələ barədə nəsə deyə bilmərəm”.

Şahin Cəfərov

“Bu, Azərbaycan çempionatına yaraşan hakimlik deyil”

4 May 2026 at 11:15

“Sumqayıt” Misli Premyer Liqasının XXX turunda səfərdə “Kəpəz”ə uduzub – 1:2.

“Kimyaçılar”ın müdafiəçisi Danilo Beskorovoynı “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Süni örtüklü meydançada oynayırdıq və bu, performansımıza təsir etdi. Belə arenalarda zədə riski yüksəkdir. Amma ümumi baxanda pis oynamadıq, məğlubiyyətə layiq deyildik. Hakimin anlaşılmaz qərarları bizi xalsız qoydu”.

“Kəpəz” oyunun sonlarında ardıcıl qazandığı penaltilərlə geridönüş edib. İkinci “11 metrə” məhz Danilonun əlinə dəydiyi iddia edilən topa görə təyin edilib. Müdafiəçi epizodu belə şərh etdi:

“Top əlimə dəyməmişdi. Başa düşə bilmirəm ki, belə qərarlar necə asanlıqla verilir? Oynayırıq, əziyyət çəkirik, amma hakimlərin yanlışlıqlarına görə xallarımız alınır. Tək bu deyil, bundan öncə də bir neçə dəfə əleyhimizə qərarlar verilib. Bu, Azərbaycan çempionatına yaraşan hakimlik deyil. VAR qərarların daha düzgün qəbul edilməsi üçün köməkçi sistemdir, amma burda fərqli işləyir”.

Danilo icarə əsasında “Sumqayıt”da çıxış edir. O, yayda müqavilə ilə məxsus olduğu “Krivbass”a qayıdacağını dedi:

“Anlaşmamız bitir və Ukraynaya dönəcəyəm. Bundan sonra klubun rəhbərliyi ilə danışacağıq və gələcəyimlə bağlı qərarımı verəcəyəm”.

Şahin Cəfərov

Daha bir gərginlik “ocağı”…

4 May 2026 at 08:10

“Sumqayıt”ın prezidenti Riad Rəfiyev “Kəpəz” – “Sumqayıt” oyunundan (2:1) sonra hakimlər otağına girib, onların idarəçiliyinə etiraz bildirib.

Baş hakim Əli Əliyevin penalti qərarına etiraz edən Rəfiyev əsəblərinə hakim ola bilməyib, səs-küy salıb.

Maraqlıdır, o, futbolda yeni deyil. Çox yaxşı bilir ki, hakimlərin otağına girmək ciddi məsuliyyətdir. Bilə-bilə bu addımı niyə atsın?…

Matçın AFFA nümayəndəsi Asif Əliyevin gözü qarşısında baş verən bu şeylər onun raportunda qeyd olunubmu?

Klub prezidentinin bu addımına AFFA-dan hansı reaksiya gələcək? Bunu maraqla gözləməyə dəyər.

Ümumiyyətlə, sıradan bir hadisə kimi baxmaq olmaz; bir tərəfdən illərlə futbol industriyasında olan bir şəxsin klub prezidenti kimi hakimlərin otağına girərək etiraz etməsi, digər tərəfdən son vaxtlar hərtərəfli hədəfə gətirilən AFFA…

Yeni qarşıdurma cəhdi?

Kimə və nəyə lazımdır?

Kamil Əhməd

“Göstərdik ki, mükafatımızı layiqli şəkildə qazanmışıq” – Dambrauskas

3 May 2026 at 19:47

Misli Premyer Liqasının XXX turunun “Şamaxı” – “Sabah” oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Futbolçularımı təbrik edirəm, bizə dəstək olan azarkeşlərə minnətdaram. Çempionluq xəbəri gəldikdən sonra oyuna köklənmək çətin idi. Çünki yenidən emosiyaları qaytarmağa və özündə güc tapmağa ehtiyac var. Bu oyunun əhəmiyyəti nə qədər olmasa da, itmiş olur. Buna baxmayaraq, futbolçular özlərində güc tapdılar, motivasiyalı şəkildə oynadılar və qələbə qazandılar. Göstərdik ki, mükafatımızı layiqli şəkildə qazanmışıq. “Şamaxı” çox yaxşı komandadır, onlara qarşı üç qol vurmaq asan deyil. Amma ikinci hissədə də çoxlu imkanlar yaratdıq. Oyunun böyük qismində dominant tərəf biz idik.

– Bundan əvvəl çalışdığınız klublar çempionluğu yaşamışdı. Amma “Sabah” tarixində ilk dəfə bunu bacardınız. Fikirləriniz nədir?
Bolqarıstanda, Xorvatiyada kubok qazanmışam. Düşünürəm ki, Azərbaycandakı çempionluq ən böyük nailiyyətlərimdən biridir. Litvada da qızıl medallar qazanmışdım, amma orda vəziyyət elə idi ki, çempionluğa məcbur idin. Yanlış xatırlamıramsa, 9 aydır, uduzmuruq. Azərbaycan liqası güclüdür və daha da inkişaf edəcək. Çempionlar Liqasının pley-off mərhələsində oynamış komandanı keçmək asan deyil. Böyük nailiyyətə imza atdıq. Əməyi keçən hər kəsə minnətdaram.

– Avropaya gedəcək 4-cü komandanın taleyi sizdən asılıdır. Kubokun finalına qədər formanızı saxlaya biləcəksiniz?
– Kuboku da qazanmaq istəyirik. Hər kəs meydanda öz işini görəcək. Bizim üçün ikinci titul çox önəmlidir. Tarix yazmaq istəyirik. Düşünürəm ki, meydana çıxanda başqa şeyləri düşünməyəcəyik. Şansımızdan maksimum yararlanacağıq.

– Bu gün debüt edən Cəfər Muxtarov haqda fikriniz necədir? Mövsümün əvvəlində onu heç II Liqa klubları da komandaya götürmək istəmirdi, amma bu gün siz ona karyerasında böyük şans verdiniz…
– Cəfərin bizə gəlməsi bir az qəribə oldu. Tam xatırlamıram, amma səhv etmirəmsə, oktyabrda – milli komandalara görə yaranan fasilədə bizə qoşuldu. Gördüm ki, çox keyfiyyətli oyunçudur. Topla gözəl davranmağı bacarır, əvəzedici komandada özünü göstərə bildi. Çalışdıq ki, ona dəstək olaq. Komandada kim varsa, uğurlarımızda pay sahibidirlər. Rəqabət yüksəkdir və bəzən oyunçular çox çalışsalar da, onlara fürsət vermək imkanımız olmur. Cəfər də daxil olmaqla bir çox oyunçu eqolarını komanda naminə kənara qoyur, məşqlərdə canla-başla iştirak edir. Fikirləşirəm ki, millinin də məşqçilər heyəti onu diqqətdə saxlamalıdır. Top saxlamaq istəyən komandaların belə futbolçulara ehtiyacı var. Bu gün də oynamağa layiq idi.

– Puxaç ilk hissədə zədələndi. Onun durumu necədir?
– Bu barədə dəqiq heç nə deyə bilməyəcəyəm. Tibbi heyətlə danışmaq lazımdır. Puxaç elə oyunçudur ki, onu bir dəqiqə də itirmək istəməzdim.

Şahin Cəfərov

“Sabah” və “Zirə”dən qələbə

3 May 2026 at 20:27

Bu gün Misli Premyer Liqasında XXX turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında çempion “Sabah” səfərdə “Şamaxı”ya qalib gəlib.

Digər görüşdə “Zirə” autsayder “Qəbələ”ni məğlub edib.

Misli Premyer Liqası
XXX tur

3 may

16:00 Şamaxı – Sabah 0:3

Qollar: Solvet, 38, Mikels, 78, Umarali, 90+1 (pen.)
Baş hakim: Kamal Umudlu
Şamaxı şəhər stadionu

18:30 Zirə – Qəbələ 1:0
Qol:
Martins, 78
Baş hakim: Elçin Məsiyev
Zirə İK stadionu

Bombardir səfərləri sevir

2 May 2026 at 08:52

Misli Premyer Liqasında bu mövsüm səfər oyunlarında ən çox qol vuran futbolçu məlum olub.

Futbolpress.az-ın məlumatına görə, bu, bombardir Coy-Lens Mikelsdir. “Sabah”ın alman hücumçusu səfər matçlarında 11 qola imza atıb. Mikels ümumilikdə çempionatda 18 qolla ən çox fərqlənən oyunçudur. O, qollarının 7-ni isə ev matçlarında vurub.

Bu göstəricidə onu komanda yoldaşı Velko Simiç, “Neftçi”nin forvardı Bassalu Sambu və “Turan Tovuz”un futbolçusu Joarlem Santos izləyir. Hər üç oyunçunun aktivində 6 səfər qolu var.

5 və 6-cı pillədə isə “Şamaxı”dan Kərim Rossi və “Neftçi”dən Vensan Abubakar qərarlaşıb. Hər iki oyunçu səfər oyunlarında 5 dəfə fərqlənməyi bacarıb.

Şahin Cəfərov

“Kəpəz”dən geridönüş, “İmişli”yə bir qol bəs etdi

2 May 2026 at 20:27

Bu gün Misli Premyer Liqasında XXX tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış oyununda “Kəpəz” Yevlaxda “Sumqayıt”ı qəbul edib. Matç gəncəlilərin qələbəsiylə başa çatıb.

Digər görüşdə isə “Araz-Naxçıvan” “İmişli”yə uduzub.

Misli Premyer Liqası
XXX tur

2 may

16:00 Kəpəz – Sumqayıt 2:1
Qollar: Rauf Hüseynli, 86 (pen.), 90 (pen.) – Yusif İmanov, 64 (avtoqol)
Baş hakim: Əli Əliyev
Yevlax şəhər stadionu

18:30 Araz-Naxçıvan – İmişli 0:1
Qol:
Diequ Kardosu, 17
Baş hakim: Vüqar Həsənli
“SOCAR Polymer Arena”

“Qarabağ” 12 il sonra bunu yaşadı

1 May 2026 at 17:15

“Qarabağ” Misli Premyer Liqasında bu mövsüm 6 dəfə məğlub olub.

Futbolpress.az-ın məlumatına görə, “atlılar” iki dəfə “Sabah”a, bir dəfə “Neftçi”yə, iki dəfə “Kəpəz”ə, bir dəfə də “Sumqayıt”a uduzub. Komanda 64 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb.

“Qarabağ” sonuncu dəfə 2013/14 mövsümündə çempionatda bu qədər məğlubiyyətlə üzləşib. “Atlılar” həmin ildə liqanı 72 xalla birinci sırada bitirmişdi.

“Qarabağ” bu mövsüm turnir cədvəlinin üçüncüsü “Turan Tovuz” və beşincisi “Zirə”dən daha çox uduzub. Hər iki kollektiv 5 oyunda meydanı məğlubiyyətlə tərk edib.

Qurban Qurbanovun yetirmələri çempionatda 29 turda 18 qələbə qazanıb. Bu, çempionatın ən yaxşı ikinci göstəricisidir. Birincilik isə çempion “Sabah”a məxsusdur – 22 qələbə.

Şahin Cəfərov

Gümüş medallar kimin olacaq?

1 May 2026 at 14:45

“Qarabağ” Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda “Neftçi”yə uduzub – 1:2.

Çempionluğu rəsmiləşən “Sabah”dan 13 xal geridə olan “atlılar” üçün ikinci pillə də təhlükədədir. Aktivində 59 xalı olan “Qarabağ” ən yaxın izləyicisi “Turan Tovuz”u üç xal qabaqlayır və komandalar növbəti turda üz-üzə gələcək. Tovuzlular qələbə qazanacağı halda, xallar bərabərləşəcək və son üç görüş gümüş medallar üçün kritik olacaq.

“Qarabağ”ın növbəti 4 oyunu:

30-cu tur: Qarabağ – Turan Tovuz
31-ci tur: Qəbələ – Qarabağ
32-ci tur: Qarabağ – İmişli
33-cü tur: Sumqayıt – Qarabağ

Təqvim “atlılar”ın xeyrinədir. “Qarabağ” növbəti turda tovuzlularla oyunda xal itirməzsə, böyük ölçüdə ikinci pilləni təmin edəcək.

“Turan Tovuz”un növbəti 4 oyunu:

30-cu tur: Qarabağ – Turan Tovuz
31-ci tur: Turan Tovuz – Karvan-Yevlax
32-ci tur: Şamaxı – Turan Tovuz
33-cü tur: Turan Tovuz – Sabah.

Kurban Berdıyevin yetirmələrinin son turda çempiona qarşı ev oyunu var. “Qarabağ”la müqayisədə daha çətin görüşləri olan tovuzlular ilk növbədə növbəti matçdan üç xal qazanmalı və xalları bərabərləşdirməlidir. “Qarabağ”ın enişdə olduğunu nəzərə alsaq, “Turan Tovuz” üçün gümüş medallar şansının davam etdiyini demək olar. Gümüş medal yarışında növbəti tur həlledicidir.

Mayın 4-də keçiriləcək “Qarabağ” – “Turan Tovuz” oyununa saat 19:30-da start veriləcək.

Şahin Cəfərov

“Neftçi” ruhu və son çempionun enişi

1 May 2026 at 08:01

“Neftçi” Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda “Qarabağ”ı məğlub edib – 2:1. “Ağ-qaralar” bununla da “atlılar”a qarşı 18 oyunluq qələbəsizlik seriyasını bitirib.

Ötən həftə 1:5 hesabıyla uduzan “Neftçi” bu dəfə dərsinə yaxşı hazırlaşdı. Müdafiədə kompakt oynayan, yarımmüdafiədə yüksək pressinqlə rəqibi səhvlərə məcbur edən “ağ-qaralar” ilk hissədə balansı qoruya bildi. Fasilədən sonra qonaqlar üstünlüyü artırsa da, sürətli əks-hücumlarla təhlükəli gələn “Neftçi” standart vəziyyətdən fərqləndi. Qoldan sonra da rəqibini geridə qəbul edən “ağ-qaralar” hesabı qorumağa çalışırdı. Lakin oyunun sonlarına yaxın Elvin Bədəlovun avtoqolu hesaba tarazlıq gətirdi.

Əslində, bərabərlik də “Neftçi” üçün pis nəticə sayılmazdı, lakin son dəqiqədə Sambunun başla vurduğu qol bakılılar üçün əlavə motivasiya, uzunmüddətli seriyanın qırılması ilə əlamətdar oldu. “Neftçi” bu qələbə ilə çoxdandır arzulanan ruhunun oyanışını göstərdi.

Vernidubun komandası turnir cədvəlində də bir pillə irəlilədi. İndi mühüm olan mövqeni qorumaqdır. Kubokda da “Sabah” çempion olacağı halda, “Neftçi” Konfrans Liqasına vəsiqə qazanacaq.

Mövsüm ərzində xüsusilə, Çempionlar Liqasında böyük güc sərf edən “Qarabağ” indi bunun acısını yaşayır. Son çempion “taxtdan düşdü”, qızıl medallar “Sabah”ın olacaq. Matçdan sonra baş məşqçi Qurban Qurbanov da qeyd etdi, komanda bu mövsümdən dərs çıxarmalıdır. Ehtiyat qüvvəsi zəifləyən “atlılar” elə büdrədiyi ilk ildəcə çempionluğu qaçırdı. “Sabah”ın yüksəlişi, “Neftçi”nin dönüşü, “Turan Tovuz”, “Zirə” kimi komandaların mübarizliyi qarşıdakı illərdə liqada maraqlı rəqabətin xəbərçisidir.

Şahin Cəfərov

Derbiyə doğru: “Neftçi” oyuna son şans kimi baxmalıdır”

30 April 2026 at 12:15

“Neftçi” Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda bu gün “Qarabağ”ı qəbul edəcək.

Bakı klubunun keçmiş məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında matçdan gözləntilərini bölüşdü:

“Neftçi” dördüncü yer üçün mübarizə aparmağa davam etmək istəyirsə, mütləq qələbə qazanmalıdır. Məğlubiyyət şanslarını çox azaldacaq. Buna görə, komanda matça maksimum şəkildə hazır olmalıdır”.

Komandalar arasında ötən həftə baş tutan görüşdə “Qarabağ” 5:1 hesablı qələbə qazanıb. Əsədov bu nəticənin bugünkü oyuna mümkün təsirindən söz açdı:

“1:5-in təsiri ola bilər. Belə məğlubiyyətin komandada inamsızlıq yaratmaq ehtimalı var. Amma bəzən də görürük ki, ağır nəticələr geridönüş üçün bir məqama çevrilir. “Neftçi” oyuna son şans kimi baxmalıdır. “Qarabağ”ın gücü isə bəllidir. Komandada daxili atmosfer nə qədər yaxşı olmasa da, meydanda sərgilənən oyun bunları arxa planda qoyur”.

Mütəxəssis “Neftçi”nin durumuna da toxundu:

“Ötən matç göstərdi ki, “Neftçi” hələ yüksək səviyyədə oyun üçün hazır deyil. Vernidubun işi çox olacaq. Məsələ tək taktiki vəziyyətdən getmir, oyunçu profili önəmlidir, komandada bəzi mövqelər gücləndirilməlidir. “Qarabağ”la oyun “Neftçi” üçün test oldu. Gələcək planları qurmaq üçün bu görüşlərdən nələrsə götürmək olar”.

“Neftçi” – “Qarabağ” oyununa saat 20:00-da start veriləcək.

Şahin Cəfərov

Derbidə qələbənin vacibliyi

30 April 2026 at 10:30

“Neftçi” Misli Premyer Liqasında XXI turdan təxirə salınmış oyunda bu gün “Qarabağ”ı qəbul edəcək. “Palms Sports Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

Komandalar aprelin 26-da, XXIX tur çərçivəsində bu arenada üz-üzə gəlmiş və “Qarabağ” 5:1 hesablı qələbə qazanmışdı.

“Neftçi” əzəli rəqibinə qarşı keçirdiyi son 11 oyunda uduzub. Bakılılar bu gün seriyanı qırmaq arzusundadır. Oyunu vacib edən daha bir detal ilə “ağ-qaralar”ın liqada dördüncü pilləyə yüksəlmək şansının olmasıyla bağlıdır.

“Neftçi” bu gün “Qarabağ”la matçda üç xal qazansa, turnir cədvəlində dördüncü olan “Zirə”ni keçəcək və bir xallıq üstünlük yaranacaq. Dördüncü pillənin sahibi “Sabah”ın ölkə kubokunu qazanacağı halda, Konfrans Liqasına yollanacaq.

 

“Neftçi” “Qarabağ”ı məğlub etdi, “Sabah” çempionluğunu rəsmiləşdirdi

30 April 2026 at 21:57

Bu gün Misli Premyer Liqasında XXI turdan təxirə salınmış oyun keçirilib.

Futbolpress.az xəbər verir ki, “Neftçi” azarkeşləri önündə “Qarabağ”ı qəbul edib. “Palms Sports Arena”da baş tutan oyun “ağ-qaralar”ın qələbəsiylə başa çatıb.

Bu nəticədən sonra “Sabah” sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. “Bayquşlar” ikinci “Qarabağ”ı 13 xal qabaqlayır.

Misli Premyer Liqası
XXI turdan təxirə salınmış oyun

30 aprel

20:00 Neftçi – Qarabağ 1:1
Qol:
Emil Səfərov, 55 – Elvin Bədəlov, 85 (avtoqol)
Baş hakim: Kamranbəy Rəhimov
“Palms Sports Arena”

“Sabah” “Araz-Naxçıvan”a, “Sumqayıt” “Zirə”yə qarşı – YENİLƏNİR

8 February 2026 at 09:47

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura start veriləcək.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olacaq. Turnir cədvəlinin vahid lideri “Sabah” Masazırda “Araz-Naxçıvan”ı qəbul edəcək.

Günün ikinci oyununda “Sumqayıt” doğma meydanda “Zirə” ilə üz-üzə gələcək.

Turun qalan oyunları sabah və birigün keçiriləcək.

Azərbaycan Premyer Liqası, 19-cu tur

8 fevral

Sabah – Araz-Naxçıvan
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Bank Respublika Arena”, 16:00

Sumqayıt – Zirə
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30

9 fevral

İmişli – Kəpəz
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultni
AFFA nümayəndəsi: Seymur Səlimli
Quba OİK stadionu, 14:30

Turan Tovuz – Karvan-Yevlax
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”, 18:30

10 fevral

Şamaxı – Qarabağ
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şamaxı şəhər stadionu, 14:30

Neftçi – Qəbələ
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Palms Sports Arena”, 19:00

The post “Sabah” “Araz-Naxçıvan”a, “Sumqayıt” “Zirə”yə qarşı – YENİLƏNİR appeared first on Komanda.az.

Qəbələdə oyun təxirə getdi, “Sabah” “Neftçi”yə qarşı – Yenilənir

8 December 2025 at 18:48

Misli Premyer Liqasında 14-cü tur davam edir.

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda “Qəbələ” “Turan Tovuz”u qəbul edib. Görüş dumanlı hava şəraitinə görə təxirə salınıb.

Günün digər matçında “Neftçi” “Sabah”ın qonağı olacaq. Sıralamada “Sabah” 25 xalla 3-cü, “Neftçi” isə 16 xalla 8-ci pillədə qərarlaşır.

Bu turun son 2 görüşü sabah keçiriləcək. 

Misli Premyer Liqası, 14-cü tur

8 dekabr (bazar ertəsi)

17:00. “Qəbələ” – “Turan Tovuz” – 0:0 
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov 
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Qəbələ şəhər stadionu

20:00. “Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
“Bank Respublika Arena”

❌
❌