“Real”ın siyahısında Deşam da var
10 April 2026 at 18:51
”Real” gələn mövsüm üçün baş məşqçi axtarışlarını sürətləndirib.
Futbolpress.az xəbər verir ki, Madrid klubunun hədəfində gözlənilməz bir ad – Didye Deşam var.
Məşhur insayder Fabris Hokinsin yaydığı məlumata görə, Didye Deşam “kral klubu”nun gələn mövsüm üçün müəyyənləşdirdiyi namizədlər siyahısına daxil edilib.
Təcrübəli mütəxəssis 2026-cı il Dünya Çempionatından sonra Fransa milli komandasındakı postunu tərk edəcək. Bununla da onun 2012-ci ildən bəri davam edən fəaliyyəti sona çatacaq.