Normal view

Today — 14 December 2025Main stream

A Seriyası: “Atalanta” evdə, “Latsio” səfərdə sevindi

14 December 2025 at 01:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Atalanta” – “Kalyari” matçında meydan sahibləri qələbə qazanıblar. “Torino” da “Kremoneze”ni xalsız yola salıb. “Parma” isə evdə “Latsio”ya minimal hesabla uduzub.

15-ci turun qalan görüşləri dekabrın 14-də və 15-də keçiriləcək.

İtaliya, A Seriyası
15-ci tur

12 dekabr

Leççe – Piza 1:0
Qol: Ştuliç, 72.

13 dekabr

Torino – Kremoneze 1:0
Qol: Vlaşiç, 27.

Parma – Latsio 0:1
Qol: Noslin, 82.

Atalanta- Kalyari 2:1
Qol: Skamakka, 11; 81 – Qaetano, 75.

14 dekabr

15:30. Milan – Sassuolo
18:00. Fiorentina – Verona
18:00. Udineze – Napoli
21:00. Cenoa – İnter
23:45. Bolonya – Yuventus

15 dekabr

23:45. Roma – Komo

“Latsio”dan səfər qələbəsi

14 December 2025 at 01:57

İtaliya A Seriyasında 15-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

“Torino” – “Kremoneze” və “Atalanta” – “Kalyari” matçlarında meydan sahibləri qələbə qazanıblar. “Parma” isə evdə “Latsio”ya uduzub.

İtaliya A Seriyası
15-ci tur

12 dekabr

Leççe – Piza 1:0
Qol
: Ştuliç, 72.

13 dekabr

Torino – Kremoneze 1:0
Qol
: Vlaşiç, 27.

Parma – Latsio 0:1
Qol
: Noslin, 82.

Atalanta- Kalyari 2:1
Qol
: Skamakka, 11; 81 – Qaetano, 75.

14 dekabr

15:30. Milan – Sassuolo
18:00. Fiorentina – Verona
18:00. Udineze – Napoli
21:00. Cenoa – İnter
23:45. Bolonya – Yuventus

15 dekabr

23:45. Roma – Komo

The post “Latsio”dan səfər qələbəsi appeared first on Komanda.az.

Yesterday — 13 December 2025Main stream

“Leççe”yə bir qol bəs etdi

13 December 2025 at 02:15

İtaliya A Seriyasında 15-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Leççe” evdə “Piza” ilə qarşılaşıb və bir qolla qalib gəlib.

İtaliya A Seriyası
15-ci tur

12 dekabr

Leççe – Piza 1:0
Qol
: Ştuliç, 72.

13 dekabr

18:00. Torino – Kremoneze
21:00. Parma – Latsio
23:45. Atalanta- Kalyari

14 dekabr

15:30. Milan – Sassuolo
18:00. Fiorentina – Verona
18:00. Udineze – Napoli
21:00. Cenoa – İnter
23:45. Bolonya – Yuventus

15 dekabr

23:45. Roma – Komo

The post “Leççe”yə bir qol bəs etdi appeared first on Komanda.az.

A Seriyası: “Leççe” “Piza”nı tək qolla yendi

13 December 2025 at 01:50

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 15-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Leççe” doğma meydanda “Piza” ilə üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə 3 xalı tək qolla qazanıblar.

15-ci turun qalan görüşləri dekabrın 13-də, 14-də və 15-də keçiriləcək.

İtaliya, A Seriyası
15-ci tur

12 dekabr

Leççe – Piza 1:0
Qol: Ştuliç, 72.

13 dekabr

18:00. Torino – Kremoneze
21:00. Parma – Latsio
23:45. Atalanta- Kalyari

14 dekabr

15:30. Milan – Sassuolo
18:00. Fiorentina – Verona
18:00. Udineze – Napoli
21:00. Cenoa – İnter
23:45. Bolonya – Yuventus

15 dekabr

23:45. Roma – Komo

Massimiliano Alleqri – A Seriyasında noyabrın ən yaxşısı!

12 December 2025 at 21:00

“Milan”ın baş məşqçisi, italiyalı futbol mütəxəssisi Massimiliano Alleqri A Seriyasında noyabr ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.

“Milan” noyabrda A Seriyasında 4 oyundan üçündə qalib gəlib, birində heç-heçə edib. Paytaxt təmsilçisi hazırda çempionatda 21 xalla 4-cü pillədə qərarlaşıb.

Alleqri cari mövsümdə 2-ci, karyerasında isə 4-cü dəfə bu mükafata layiq görülüb. 58 yaşlı mütəxəssis bu mövsüm sentyabr ayının da ən yaxşı seçilmişdi. İtaliyalı mütəxəssis əvvəllər “Yuventus”u çalışdırarkən də bu mükafatı iki dəfə qazanmışdı. O, 2022-ci və 2023-cü illərdə də noyabrın ən yaxşısı olmuşdu.

A Seriyasının cari mövsümündəki ilk mükafatı “Kremoneze”yə rəhbərlik edən Davide Nikola qazanmışdı. O, avqustun ən yaxşısı seçilmişdi. Sentyabrda Alleqri, oktyabrda “Roma”ya rəhbərlik edən Can Pyero Qasperini fərqlənmişdi.

Xatırladaq ki, Alleqri bu ilin may ayında yenidən “Milan”ın sükanı arxasına qayıdıb. 57 yaşlı mütəxəssisin bu klubla müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləsi var.

Massimiliano Alleqri 2010-2014-cü illərdə də “Milan”ı çalışdırıb. O, 2010/2011-ci illər mövsümündə “Milan”ı İtaliya çempionu edibsə, 2011/2012 mövsümündə bu kluba İtaliya Super Kubokunu qazandırıb.

Alleqri daha öncə “Yuventus”, SPAL, “Qrosseto”, “Sassuolo”, “Kalyari” kimi komandaları da çalışdırıb.

Before yesterdayMain stream

Ceymi Vardi – A Seriyasında noyabrın ən yaxşı oyunçusu!

12 December 2025 at 09:00

“Kremoneze”nin ingilis mərkəz hücumçusu Ceymi Vardi İtaliya A Seriyasında noyabr ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.

38 yaşlı futbolçu azarkeşlər arasında keçirilmiş səsvermədə Mayk Menyan (Milan), Lautaro Martines (İnter), David Neres (Napoli), Leo Estiqor (Cenoa) və Nikolo Zanilo (Udineze) kimi oyunçuları qabaqlayıb.

Maraqlıdır ki, Vardi ötən ay komandasının heyətində A Seriyasında çıxdığı 3 matçda cəmi 1 qol vurub. “Kremoneze” isə noyabrda keçirdiyi hər 3 oyundan məğlubiyyətlə ayrılıb.

Xatırladaq ki, A Seriyasında avqust ayının ən yaxşısı “Yuventus”un türkiyəli hücumçusu Kenan Yıldız seçilmişdi. Sentyabrda “Milan”ın amerikalı legioneri Kristian Pulişiç ən yaxşı elan edilmişdisə, oktyabrda “Napoli”nin kamerunlu mərkəz yarımmüdafiəçisi Frank Anqissa fərqlənmişdi.

Ceymi Vardi “Şeffild Uensdey”in yetirməsidir. Hücumçu, karyerası ərzində “Stoksbric Park Stilz”, “Halifaks Taun”, “Flitvud Taun” və “Lester Siti”də də çıxış edib.

Vardi 13 il “Lester Siti”in uğurları üçün çalışıb və bu klubun əfsanəsinə çevrilib. Veteran kapitanın “tülkülər”in heyətində çıxışının ümumi mənzərəsi 500 oyun, 200 qol, 71 məhsuldar ötürmədən ibarətdir.

Vardi 2025-ci ilin yayında qoşulduğu “Kremoneze”nin heyətində bütövlükdə 10 oyuna çıxıb, 4 qola imza atıb.

Vardi 2015-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 26 oyuna 7 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Ceymi Vardinin qənimətlər muzeyində “tülkülər”lə qazandığı İngiltərə Premyer Liqasında çempionluq (2015/2016), İngiltərə Kuboku (2021), İngiltərə Super Kuboku (2021/2022), həmçinin İngiltərə Çempionşipində qalibiyyət (2013/2014, 2023/2024) var. Həmçinin Vardi Premyer Liqanın 2015/2016-cı illər mövsümünün ən yaxşı oyunçusu seçilib, 2016-cı ildə isə İngiltərədə ilin oyunçusu elan edilib. 2019/2020-ci illər mövsümündə isə Ceymi Vardi 23 qolla Premyer Liqanın ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı veteran hücumçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

A Seriyası: “Udineze” “Cenoa”ya, “Torino” “Milan”a uduzdu

9 December 2025 at 01:45

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 14-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Piza” doğma meydanda “Parma”ya, “Udineze” “Cenoa”ya, “Torino” isə “Milan”a məğlub olub.

Beləliklə, 14 turdan sonra “Milan” və “Napoli”nin 31 xalı var. “İnter” 30 xalla üçüncü, “Roma” 27 xalla dördüncü pillədə qərarlaşıb. “Bolonya”nın 25, “Komo”nun 24, “Yuventus”un 23 xalı var.

İtaliya, A Seriyası
14-cü tur

6 dekabr

Sassuolo – Fiorentina 3:1
Qollar: Volpato, 14. Muharemoviç, 45+1. Kone, 65 – Mandraqora, 9-pen.

İnter – Komo 4:0
Qollar: L.Martines, 11. Türam, 59. H.Çalhanoğlu, 81. K.Auqusto, 86.

Verona – Atalanta 3:1
Qollar: Belqali, 28. Covane, 36. Bernede, 71 – Skamakka, 81-pen.

7 dekabr

Kremoneze – Leççe 2:0
Qollar: Bonatsoli, 53-pen. Sanabriya, 78.

Kalyari – Roma 1:0
Qol: Qaetano, 82.

Latsio – Bolonya 1:1
Qollar: İsaksen, 38 – Edqor, 40.

Napoli – Yuventus 2:1
Qollar: Höylund, 7; 78 – K.Yıldız, 59.

8 dekabr

Piza – Parma 0:1
Qol: Benediçak, 40-pen.

Udineze – Cenoa 1:2
Qollar: Pyotrovski, 65 – Malinovski, 34-pen. Norton-Kaffi, 83.

Torino – Milan 2:3
Qollar: Vlaşiç, 10-pen. Sapata, 17 – Rabyo, 24. Pulişiç, 67; 77.

“Napoli” 38 ildən sonra rekordunu təkrarladı

8 December 2025 at 13:30

Futbol üzrə İtaliya A Seriyasının 2024/2025-ci illər mövsümünün qalibi “Napoli” 38 ildən sonra özünə məxsus rekordu təkrarlayıb.

Arena.az xəbər verir ki, Antonio Kontenin baş məşqçisi olduğu kollektiv 2025-ci ildə İtaliya A Seriyasında keçirdiyi ev matçlarını məğlubiyyətsiz başa vurub.

Komanda son olaraq İtaliya A Seriyasının 2025/2026-cı illər mövsümünün 14-cü turunda “Yuventus”u 2:1 hesabı ilə üstələyib. Bu, Neapol təmsilçisinin cari ildə doğma meydanda sonuncu matçı olub.

Son olaraq 38 ilə əvvəl, 1987-ci ildə belə hal yaşanıb.

Xatırladaq ki, “Napoli” hazırda 31 xalla İtaliya A Seriyasının yarış cədvəlinə liderlik edir. Antonio Kontenin komandası keçirdiyi 14 oyunda 10 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

A Seriyası: “Roma” “Kalyari”yə, “Yuve” “Napoli”yə uduzdu

8 December 2025 at 01:35

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Latsio” – “Bolonya” matçında qalib müəyyənləşməyib. “Kremoneze” “Leççe”i, “Kalyari” “Roma”nı, “Napoli” isə “Yuventus”u məğlub yola salıb.

14-cü turun qalan görüşləri dekabrın 8-də keçiriləcək.

İtaliya, A Seriyası
14-cü tur

6 dekabr

Sassuolo – Fiorentina 3:1
Qollar: Volpato, 14. Muharemoviç, 45+1. Kone, 65 – Mandraqora, 9-pen.

İnter – Komo 4:0
Qollar: L.Martines, 11. Türam, 59. H.Çalhanoğlu, 81. K.Auqusto, 86.

Verona – Atalanta 3:1
Qollar: Belqali, 28. Covane, 36. Bernede, 71 – Skamakka, 81-pen.

7 dekabr

Kremoneze – Leççe 2:0
Qollar: Bonatsoli, 53-pen. Sanabriya, 78.

Kalyari – Roma 1:0
Qol: Qaetano, 82.

Latsio – Bolonya 1:1
Qollar: İsaksen, 38 – Edqor, 40.

Napoli – Yuventus 2:1
Qollar: Höylund, 7; 78 – K.Yıldız, 59.

8 dekabr

18:00. Piza – Parma
21:00. Udineze – Cenoa
23:45. Torino – Milan

A Seriyası: “İnter”dən “Komo”ya 4 cavabsız qol

7 December 2025 at 01:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 14-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Sassuolo” “Fiorentina”nı, “Verona” da “Atalanta”nı oxşar hesabla (3:1) məğlub edib. “İnter” isə doğma meydanda “Komo”ya 4 cavabsız qolla qalib gəlib.

14-cü turun qalan görüşləri dekabrın 7-də və 8-də keçiriləcək.

İtaliya, A Seriyası
14-cü tur

6 dekabr

Sassuolo – Fiorentina 3:1
Qollar: Volpato, 14. Muharemoviç, 45+1. Kone, 65 – Mandraqora, 9-pen.

İnter – Komo 4:0
Qollar: L.Martines, 11. Türam, 59. H.Çalhanoğlu, 81. K.Auqusto, 86.

Verona – Atalanta 3:1
Qollar: Belqali, 28. Covane, 36. Bernede, 71 – Skamakka, 81-pen.

7 dekabr

15:30. Kremoneze – Leççe
18:00. Kalyari – Roma
21:00. Latsio – Bolonya
23:45. Napoli – Yuventus

8 dekabr

18:00. Piza – Parma
21:00. Udineze – Cenoa
23:45. Torino – Milan

Skott Maktominey mövsümün ən yaxşısı seçildi

4 December 2025 at 20:30

Futbol üzrə Şotlandiya millisinin və “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey 2024/2025-ci illər mövsümünün ən yaxşısı seçilib.

Arena.az xəbər verir ki, İtaliya Futbolçular Assosiasiyası A Seriyasında 2024/2025-ci illər mövsümünün laureatlarını açıqlayıb.

Mövsümün ən yaxşı futbolçusu “Napoli”nin yarımmüdafiəçisi Maktominey seçilib. Neapol təmsilçisi həm də “mövsümün ən yaxşı komandası” mükafatına layiq görülüb. Komandanın baş məşqçisi Antonio Konte isə ən yaxşı baş məşqçi olub.

Assosiasiya mövsümün rəmzi komandasını da açıqlayıb. İlk “11-lik” aşağıdakı kimidir:

Qapıçı: Mile Sviler (“Roma”);

Müdafiəçilər: Denzel Dumfris (“İnter”), Amir Rrahmani (“Napoli”), Alessandro Bastoni (“İnter”), Federiko Dimarko (“İnter”);

Yarımmüdafiəçilər: Skott Maktominey (“Napoli”), Nikolo Barella (“İnter”), Ticani Reynders (“Milan”/“Mançester Siti”);

Hücumçular: Lautaro Martines (“İnter”), Moyze Kin (“Fiorentina”), Matteo Reteqi (“Atalanta”/“Əl-Kadisiya”).

❌
❌