Cordan Henderson qələbə sevincini qeyd edərkən zədələndi
İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Henderson dünya çempionatının 1/8 finalında Meksika ilə oyundan sonra xəsarət alıb.
Arena.az bu barədə Britaniya mətbuatının yaydığı məlumata əsasən xəbər verir.
Bildirilir ki, ingilislərin 3:2 hesablı qələbəsiylə başa çatmış matçın final fitindən sonra ingiltərəli futbolçular azarkeşləri salamlamaq üçün tribunaya yaxınlaşıblar. Henderson reklam lövhələrinin üzərindən tullanmağa çalışarkən uğursuz eniş edib və zədələnib.
Təcrübəli yarımmüdafiəçiyə meydançada təcili tibbi yardım göstərilib. Daha sonra o, xərəkdə meydandan çıxarılıb.
İngiltərə millisinin kapitanı Harri Keyn komanda yoldaşının vəziyyəti ilə bağlı qısa açıqlama verib:
“Henderson sadəcə yıxıldı. Düşünürəm ki, onun vəziyyəti yaxşı olacaq”.
Qeyd edək ki, Cordan Henderson Meksika ilə görüşdə ehtiyat oyunçular skamyasında qalıb və meydana çıxmayıb. Buna baxmayaraq, o, 90+8-ci dəqiqədə qeyri-idman davranışına görə sarı vərəqə alıb.
İngiltərə millisi 1/4 finalda Norveçlə qarşılaşacaq. Hendersonun həmin oyunda iştirak edib-etməyəcəyi tibbi müayinələrdən sonra məlum olacaq.