Normal view

Yesterday — 3 February 2026Main stream

Camal Lassells “Qarabağ”ın rəqibindən ayrıldı

3 February 2026 at 17:00

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl” müdafiəçisi və kapitanı Camal Lassells ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Arxa xətt oyunçusunun “Lester Siti”yə transfer olunduğu bildirilib. O, yeni klubu ilə 2026-cı ilin 30 iyununadək anlaşıb.

Camal Lassels 2014-cü ildə “Nottingem Forest”dən “Nyukasl”a keçmişdi. Təcrübəli müdafiəçi “sağsağanlar”ın heyətində ümumilikdə 253 oyuna çıxıb, 15 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Lassels daha öncə “Nottingem Forest” və “Steveneyc”də forma geyinib. O, İngiltərənin U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.

Xatırladaq ki, “Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də Bakıda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

“Nyukasl” “Qarabağ”la oyundan əvvəl kapitanı ilə vidalaşdı – Rəsmi

3 February 2026 at 16:00

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan “Nyukasl” müdafiəçisi və kapitanı Camal Lassellslə yolları ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Arxa xətt oyunçusunun “Lester”ə transfer olunduğu bildirilib. Lassels 2014-cü ildə “Nottingem Forest”dən transfer olunmuşdu. Müdafiəçi “sağsağanlar”ın heyətində ümumilikdə 253 oyuna çıxıb.

“Qarabağ”la “Nyukasl” arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-də, saat 00:00-da İngiltərədə baş tutacaq.

The post “Nyukasl” “Qarabağ”la oyundan əvvəl kapitanı ilə vidalaşdı – Rəsmi appeared first on Komanda.az.

Agentdən “Qarabağ”ın rəqibinin futbolçusu haqda açıqlama

3 February 2026 at 12:33

”Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonalinin agenti Cüzeppe Rizo futbolçunun bu yaxınlarda doğma vətəninə, İtaliya liqasına qayıda biləcəyi haqda yayılan şayiələrə cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bu barədə danışmaq üçün hələ tezdir. “Nyukasl” əlbəttə ki, indi ondan ayrılmaq istəməyəcək, çünki klubun vacib məqsədləri var”.

Tonali 2023-cü ilin yayında “Milan”dan İngiltərə klubuna transfer olunub.

“Nyukasl” “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibidir.

The post Agentdən “Qarabağ”ın rəqibinin futbolçusu haqda açıqlama appeared first on Komanda.az.

Before yesterdayMain stream

“Qarabağ”ın rəqibində ayrılıq

2 February 2026 at 12:47

“Nyukasl”ın müdafiəçisi Camal Lassels yaxın vaxtlarda komandadan ayrılacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

32 yaşlı futbolçu bu gün tibbi müayinədən keçərək, İngiltərənin Çempionşip liqasında çıxış edən “Lester” klubuna transfer olunacaq.

İngiltərəli oyunçu 2014-cü ildən “Nyukasl”ın formasını geyinir. O, cari mövsümdə İngiltərə Premyer Liqasının 2 oyununda iştirak edib və ümumilikdə 19 dəqiqə meydanda olub.

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq. İlk oyun fevralın 18-də, saat 21:45-də Bakıda keçiriləcək. Tərəflər bu ayın 24-də isə İngiltərədə cavab matçına çıxacaqlar.

The post “Qarabağ”ın rəqibində ayrılıq appeared first on Komanda.az.

“Qarabağ”ın “Nyukasl”la oyunlarının başlama saatı bəlli oldu

30 January 2026 at 23:00

UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Qarabağ” və “Nyukasl” komandaları arasında keçiriləcək oyunların vaxtı müəyyənləşib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Azərbaycan və İngiltərə klubları arasındakı ilk oyun fevralın 18-də Bakıda baş tutacaq. Bu görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmaya saat 21:45-də start veriləcək.

Cavab görüşü isə fevralın 24-də İngiltərədə baş tutacaq. Bu oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub və pley-offda oynamaq hüququ qazanıb. Pley-off mərhələsində qalib gələcək komanda 1/8 finala vəsiqə qazanacaq.

Tahir Gözəl: “Qarabağ” öz oyunundan, yolundan dönməyəcək”

30 January 2026 at 20:30

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın prezidenti Tahir Gözəl Ağdam klubunun mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu turunun “Liverpul”la oyununa, komandanın pley-offa vəsiqə qazanmasına və püşkatmanın nəticəsinə münasibət bildirib:

“Komandamız Azərbaycan futbolunda daha bir ilki gerçəkləşdirdi. Bu uğur ÇL-in Liqa mərhələsinin “Liverpul”la “Enfild Roud”dakı ağır qarşılaşmadan sonra rəsmiləşdi. “Qarabağ”ın son turun nəticələrindən sonra ilk “24-lük”də yer alması Azərbaycan futbolu üçün tarixi nəticədir. Bu, təsadüf deyil, uzun illərin zəhmətinin, səbrin və sistemli işin nəticəsidir. “Liverpul”la oyun ağır keçdi. Bu, hamımız üçün aydındır və tamamilə normaldır. Futbolun səviyyəsi artdıqca çətinliklər də artır. Dünyanın ən güclü komandaları belə bəzən istədiyi nəticəni əldə edə bilmirlər. Ona görə də bu oyunu faciə kimi yox, yolumuzun üzərində dəyərli bir təcrübə kimi qəbul edirik”.

Tahir Gözəl tarixi uğurla yanaşı, bütün ölkə tərəfindən inam və dəstəyin olmasını da qeyd edib:

“Əsas məsələ isə budur ki, “Qarabağ” növbəti dəfə tarix yazdı. “Liverpul”a böyükhesablı məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə vəsiqəni təmin etdik. Sanki bu məqamda ilahi bir toxunuş, ilahi bir nəzər bizə dəstək oldu, əməyimizi bərəkətləndirdi. Mənim üçün bu uğurun ən qiymətli tərəfi xalqımızın komandaya olan inamını qorumasıdır. Nəticədən asılı olmayaraq, bütün ölkənin “Qarabağ”ın yanında olması böyük mənəvi gücdür. Aldığımız saysız-hesabsız dəstək mesajları bunun ən bariz göstəricisidir. Hər kəs anlayır ki, bu səviyyəyə yüksəlmək nə qədər çətindir. Qarşımızda dayanan klublar böyük tarixə, geniş maliyyə imkanlarına və illərlə formalaşmış futbol mədəniyyətinə sahibdirlər. Amma “Qarabağ” bu səviyyədə yalnız nəticə ilə deyil, duruşu ilə də öz yerini təsdiqlədi”.

“Qarabağ” bundan sonra da bütün gücünü ortaya qoyacaq”

Tahir Gözəl “Enfild Roud”dakı matçın ən dəyərli məqamlarına da toxunub:

“İngiltərədə, oyunun 44-cü dəqiqəsində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarının səslənməsi, bayrağımızın tribunada dalğalanması bir daha göstərdi ki, biz təkcə bir futbol klubu deyilik. Biz bir xalqın səsini, ruhunu və kimliyini təmsil edirik. Dünya bunu gördü və artıq “Qarabağ”a başqa gözlə baxır.

“Qarabağ” bu missiyanı davam etdirir, dayanmır və dayanmayacaq. Qurban Qurbanov tarixi şəxsiyyətdir. “Qarabağ” – dəyərlərə malik, adına layiq olan, təmiz və böyük bir ailədir”.

Tahir Gözəl azarkeşlərə və futbol ictimaiyyətinə təşəkkürünü də çatdırıb:

“Bu yolda bizə inanan, dəstəyini əsirgəməyən hər kəsə minnətdaram. Bu uğur təkcə klubun yox, bütün Azərbaycanın uğurudur. Qarşıda bizi daha çətin, amma bir o qədər də məsuliyyətli mərhələ gözləyir. Əmin ola bilərsiniz ki, “Qarabağ” bundan sonra da ölkəmizi Avropada ləyaqətlə təmsil etmək üçün bütün gücünü ortaya qoyacaq”.

Klub prezidenti pley-off mərhələsinin bu gün keçirilmiş püşkatmasına da münasibət bildirib:

“Avropanın ən nüfuzlu klub turnirində pley-off mərhələsinə yüksəlmək hər klubun arzusudur və bu mərhələ artıq təkcə futbol yox, xarakter, inam və ruh mübarizəsidir. Çempionlar Liqasında yoluna davam edən komandaların hər biri zirvəni hədəfləyir. “Böyük beşlik” liqasını təmsil edən komanda ilə qarşılaşmaq həm məsuliyyət, həm də böyük qürurdur. İngiltərənin “Nyukasl Yunayted” klubunun ölkəmizə gəlməsi Azərbaycan futbolu üçün bayramdır, tribunalar üçün həyəcan, gənclər üçün isə ilham mənbəyidir. Azarkeşlərimizin qarşısında Çempionlar Liqasının əsl ab-havasını yaşadacağımıza ürəkdən sevinirəm.

Bu mərhələdə də meydanda son saniyəyədək mübarizə aparacağıq. Öz oyunumuzdan, yolumuzdan dönməyəcəyik. Əzmimizlə, xarakterimizlə, birlik ruhumuzla Azərbaycan futbolsevərlərinə unudulmaz anlar bəxş etmək istəyirik. Komandama inamım sonsuzdur. Əminəm ki, futbolçularımız hər iki oyunda sonadək döyüşəcək, heç bir rəqibdən çəkinmədiklərini, bu səviyyəyə layiq olduqlarını və Azərbaycanın futbol xəritəsində artıq söz sahibi olduğunu bütün Avropaya bir daha göstərəcəklər”.

Qurban Qurbanov: “PSJ və “Nyukasl”ın gücü təxminən eynidir”

30 January 2026 at 19:30

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bu gün keçirilmiş püşkatmasını dəyərləndirib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis “Qarabağ”la üz-üzə gələcək “Nyukasl” (İngiltərə) barədə fikirlərini bildirib:

“Püşkün komandamıza və azarkeşlərimizə xeyirli və uğuru olmasını diləyirəm. Hər mərhələ keçdikdən sonra daha ciddi rəqiblərlə qarşılaşırıq. “Nyukasl” ÇL-in Liqa mərhələsinin son turunda PSJ ilə 1:1 hesabı ilə bərabərə qalıblar. Ona görə də demək olar ki, hər iki komandanın gücləri təxminən eynidir. Həmişə Premyer Liqa klubuna qarşı oynamaq əlavə güc tələb edir. Çox ciddi rəqibdir. Çalışacağıq ki, yaxşı oyun göstərək, yaxşı hazırlaşaq. Çünki İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır. Burada komandalar arasında o qədər də ciddi fərq olmur. Hər komanda bir-birinə qalib gələ bilir. Hər görüşdə 3-4 qol da görmək mümkündür. “Nyukasl” ciddi rəqibdir. Çalışacağıq ki, matça yaxşı hazırlaşaq, rəqibi daha yaxından tanıyaq. Amma “Nyukasl” bu mərhələdəki digər rəqiblərin heç birindən zəif deyil, özünəxas oyun üslubuna malik və çox sürətli oynayan komandadır”, deyə Qurban Qurbanov vurğulayıb.

Xatırladaq ki, “Qarabağ” “Nyukasl”a qarşı ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin ilk oyunları 17-18 fevralda, cavab qarşılaşmaları isə 24-25 fevralda keçiriləcək.

ÇL: “Qarabağ” “Nyukasl”a rəqib oldu

30 January 2026 at 15:30

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilmiş tədbirdə ÇL-in Liqa mərhələsini 22-ci pillədə başa vurmuş Azərbaycan çempionu “Qarabağ”ın da pley-offdakı rəqibi müəyyənləşib.

Səpələnməmişlər sırasında yer almış Azərbaycan çempionu PSJ və ya “Nyukasl” komandalarından birinə rəqib ola bilərdi. Püşk nəticəsində Azərbaycan təmsilçisi İngiltərə klubuna rəqib olub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Ağdam klubu bu raundu adlayacağı təqdirdə 1/8 final mərhələsində “Barselona” (İspaniya) və ya “Çelsi”yə (İngiltərə) rəqib olacaq.

Püşkatmada Liqa mərhələsini 9-cu və 24-cü yerlər arasında başa vurmuş komandalar iştirak ediblər. İlk 8 yeri tutmuş klublar birbaşa 1/8 finala vəsiqə qazandıqları üçün bu mərhələdən azaddırlar.

Beləliklə, pley-off mərhələsində aşağıdakı cütlüklərin mübarizəsinə şahidlik edəcəyik:

Borussiya (Dortmund, Almaniya) – Atalanta (İtaliya)
Olimpiakos (Yunanıstan) – Bayer (Almaniya)
Qalatasaray (Türkiyə) – Yuventus (İtaliya)
Brügge (Belçika) – Atletiko (İspaniya)
Monako (Fransa) – PSJ (Fransa)
Qarabağ (Azərbaycan) – Nyukasl (İngiltərə)
Benfika (Portuqaliya) – Real (İspaniya)
Bodo Qlimt (Norveç) – İnter (İtaliya)

Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin oyunları fevralın 17-18-də və 24-25-də keçiriləcək.

Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq. 10-11 və 17-18 martda 1/8 final, 7-8 və 14-15 apreldə isə 1/4 final oyunları keçiriləcək. Yarımfinal qarşılaşmaları 28-29 aprel və 5-6 mayda baş tutacaq.

Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

“Qarabağ” üçün “Nyukasl” və ya PSJ

29 January 2026 at 02:20

Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmış “Qarabağ”ın rəqibinin müəyyənləşəcəyi vaxt bəllidir.

Arena.az xəbər verir ki, ÇL-in pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da İsveçrənin Nyon şəhərində keçiriləcək.

Tədbirə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.

Azərbaycan çempionu bu mərhələnin püşkatması zamanı “səpələnməmişlər” səbətində yer alacaq. Buna səbəb Ağdam təmsilçinsinin 22-ci yeri tutmasıdır.

Pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutmuş “Monako” və “Qarabağ” “səpələnmişlər” səbətinə düşmüş 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. Bu o deməkdir ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi ya 11-ci yeri tutmuş PSJ (Fransa) və ya 12-ci olmuş “Nyukasl” (İngiltərə) olacaq.

Azərbaycan çempionu pley-offa mərhələsində ilk matçını Bakıda, cavab oyununu səfərdə keçirəcək.

Bu mərhələnin görüşləri 17/18 fevral və 24/25 fevralda keçiriləcək.

❌
❌