Normal view

Today — 4 February 2026Main stream

Günün oyunları – TV

4 February 2026 at 09:31

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

4 fevral

Türkiyə, kubok
14:00 Boluspor – Alanyaspor (A Spor)
16:30 Fatih Karagümrük – Başakşəhər (A Spor)
19:00 Gənclərbirliyi – Eyüpspor (A Spor)
21:30 Qalatasaray – İstanbulspor (A Spor)

Azərbaycan, kubok
17:00 Sumqayıt – Zirə (CBC Sport)
19:30 Sabah – Qəbələ (CBC Sport)

İtaliya, kubok
00:00 İnter – Torino (TRT Spor, Matç TV)

İspaniya, kubok
00:00 Valensiya – Atletik (Futbol 2, S Sport+)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

“Arsenal” finalda!

4 February 2026 at 03:03

İngiltərə kubokunda ilk finalçı müəyyənləşib.

Komanda.az xəbər verir ki, yarımfinalın cavab oyununda “Arsenal” evdə “Çelsi” ilə qarşılaşıb.

İlk oyunda 3:2 hesablı qələbəyə sevinmiş “topçular” cavab görüşündə də oxşar uğura imza atmaqla ilk finalçı olub.

İngiltərə kuboku
Yarımfinalın cavab oyunları

3 fevral

Arsenal – Çelsi 1:0 (ilk oyun – 3:2)
Qol
: Haverts, 90+7.

4 fevral

00:00. Mançester Siti – Nyukasl (2:0)

The post “Arsenal” finalda! appeared first on Komanda.az.

Yesterday — 3 February 2026Main stream

Ronaldo “Əl-Nəsr”i tərk edir?

3 February 2026 at 12:50

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunu tərk edə bilər. 40 yaşlı hücumçu klubun hazırkı vəziyyətindən narazıdır.

Komanda.az “Record”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçunu “Əl-Nəsr”in heyətin gücləndirilməsi istiqamətində apardığı zəif transfer siyasəti qane etmir. O, hesab edir ki, klub ölkə çempionatının digər aparıcı komandaları ilə müqayisədə daha passiv davranır.

Ronaldo “Əl-Nəsr”ə yeni futbolçuların transferinə süni maneələr yaradıldığını və bunun komandanın Səudiyyə Ərəbistanı çempionu olmasına əngəl törətdiyini düşünür.

O, 2023-cü ilin yanvarından “Əl-Nəsr”in formasını geyinir. Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilin iyununun sonunda başa çatacaq.

The post Ronaldo “Əl-Nəsr”i tərk edir? appeared first on Komanda.az.

Benzema “Əl-İttihad”la bu sözlərlə vidalaşdı

3 February 2026 at 12:12

Fransalı hücumçu Kərim Benzema “Əl-İttihad”dan ayrılması ilə bağlı açıqlama verib. O, karyerasını Səudiyyə Ərəbistanının digər klubu olan “Əl-Hilal”da davam etdirəcək.

Komanda.az xəbər verir ki, 38 yaşlı forvard sosial şəbəkə hesabındakı paylaşımında “Əl-İttihad”dakı dövrünü dəyərləndirib:

“Əl-İttihad”dakı səhifəm bağlanır. Klub rəhbərliyinə və hamıya təşəkkür etmək istəyirəm. Karyeramın bu mərhələsi mənə çox şey qazandırdı. Bu komandanın formasında meydana çıxmağımla qürur duyuram. Kluba gələcəkdə hər şeyin ən yaxşısını arzulayıram”.

Benzema cari mövsümdə Səudiyyə Ərəbistanı çempionatında 14 oyunda iştirak edib, 8 qol vurub.

The post Benzema “Əl-İttihad”la bu sözlərlə vidalaşdı appeared first on Komanda.az.

“Səudiyyə Ərəbistanı çempionatında qol vurmaq mənim üçün asan deyil”

3 February 2026 at 11:52

“Əl-Əhli”nin hücumçusu İvan Toni komandadan ayrılmaq istəməməsinin səbəbini izah edib.

Komanda.az “Daily Mirror”-a istinadən xəbər verir ki, o, hazırda bu klubda özünü yaxş hiss etdiyini söyləyib:

“Hazırda yaxşı olduğumu hiss edirəm və Səudiyyə Ərəbistanında qol vurmağa davam etməklə, dünya çempionatına yollanmaq şansım daha yüksək olacaq. Bu liqada qol vurmaq mənim üçün asan deyil, çətindir. Amma belə bir komandada oynamaq mənə şans verir”.

29 yaşlı hücumçu bu mövsüm bütün yarışlarda 28 oyun keçirib, 26 qol vurub və 8 məhsuldar ötürmə edib.

2026-cı il dünya çempionatı bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək.

The post “Səudiyyə Ərəbistanı çempionatında qol vurmaq mənim üçün asan deyil” appeared first on Komanda.az.

Zinçenko İngiltərə klubu ilə vidalaşdı

3 February 2026 at 11:35

“Ayaks”ın yeni müdafiəçisi Oleksandr Zinçenko Amsterdam klubuna keçidi fonunda “Nottingem Forest” və komandanın azarkeşləri ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, ukraynalı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək klubdaxili mühiti və komanda ətrafındakı atmosferi xüsusi vurğulayıb:

“Klubun daxilində və ətrafında inanılmaz insanlar var. Təşəkkür edirəm və hər şeyin ən yaxşısını arzulayıram, “Nottingem Forest”.

İngiltərə klubu ötən ilin sentyabrında Zinçenkonu “Arsenal”dan icarəyə götürmüşdü. 29 yaşlı müdafiəçi “Nottingem Forest”in heyətində bütün turnirlərdə ümumilikdə 10 matçda iştirak edib.

“Ayaks” Zinçenkonu mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb. Maraqlı detal kimi, onun evindəki otaqlardan birini “Arsenal” rənglərində dizayn etdiyi də bildirilir.

The post Zinçenko İngiltərə klubu ilə vidalaşdı appeared first on Komanda.az.

“Əl-Nəsr”in baş məşqçisinə və futbolçularına media qadağası

3 February 2026 at 11:04

“Əl-Nəsr” rəhbərliyi ölkə çempionatında “Ər-Riyad”la keçirilən, 1:0 hesabı ilə qalib gəldikləri oyundan əvvəl və sonra futbolçuların və baş məşqçinin fləş-müsahibə zonasına çıxmasına icazə verməyib.

Komanda.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.

Nəticədə, nə baş məşqçi Jorje Jezus, nə də komandanın futbolçuları matçdan əvvəl və sonra adəti üzrə media öhdəliklərini yerinə yetiriblər. Portuqaliyalı mütəxəssis Səudiyyə Pro Liqasında oyunlardan öncə keçirilən ənənəvi fləş-müsahibədə görünməyib, həmçinin, “Ər-Riyad”la matçdan sonra təşkil olunan mətbuat konfransında da iştirak etməyib.

Səudiyyə Ərəbistanı mediasının məlumatına görə, Jezus oyundan sonra açıqlama vermədiyinə görə üzr istəyib. Ancaq mətbuat konfransından imtina etməsi onun 6,7 min avrodan çox cərimə olunması ilə nəticələnə bilər.

Bu hadisələr “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun klub rəhbərliyinin fəaliyyətindən narazı qalaraq “Ər-Riyad”la oyunu boykot etməsi fonunda baş verib. Ronaldo həmin görüşdə meydana çıxmaqdan imtina edib.

The post “Əl-Nəsr”in baş məşqçisinə və futbolçularına media qadağası appeared first on Komanda.az.

Günün oyunları – TV

3 February 2026 at 09:30

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

3 fevral

Türkiyə, kubok
14:00 Iğdır – Antalyaspor (A Spor)
16:30 Samsunspor – Bodrumspor (A Spor)
19:00 Rizəspor – Bəyoğlu Yeni Çarşı (A Spor)
21:30 Trabzonspor – Fəthiyəspor (A Spor)

İtaliya, A Seriyası
23:45 Bolonya – Milan (Futbol 1)

İspaniya, kubok
00:00 Albasete – Barselona (Futbol 2)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

Before yesterdayMain stream

Ronaldo boykot şayiələrinə görə “Əl-Nəsr”in heyətindən çıxarıldı

2 February 2026 at 22:32

“Qızıl top”un beşqat sahibi, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında “Ər-Riyad” klubuna qarşı keçiriləcək oyunda “Əl-Nəsr”in heyətinə daxil edilməyib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl Portuqaliyanın “A Bola” nəşri Ronaldonun oyunu boykot edə biləcəyi ilə bağlı xəbər yaymışdı. Mənbənin iddiasına görə, futbolçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun klubu idarəetmə formasından narazıdır.

Xüsusilə də, eyni fondun nəzarətində olan rəqib klublarla müqayisədə “Əl-Nəsr”in daha zəif idarə olunduğunu düşünür. Ronaldo hesab edir ki, klub transfer pəncərəsində lazımi səviyyədə gücləndirilməyib.

The post Ronaldo boykot şayiələrinə görə “Əl-Nəsr”in heyətindən çıxarıldı appeared first on Komanda.az.

Ançelotti ilə yeni müqavilə imzalanacaq

2 February 2026 at 13:19

Karlo Ançelotti Braziliya Futbol Konfederasiyası ilə yeni, uzunmüddətli müqavilə imzalamağa hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis komandayla 2030-cu ilə qədər olan müqavilə imzalamağa razılıq verib. Gözlənilməz hadisələr istisna olmaqla, müqavilə yaxın günlərdə imzalanacaq.

Ançelotti 2025-ci ilin iyun ayının əvvəlindən Braziliya millisinə rəhbərlik edir. İtaliyalı məşqçi daha əvvəl dörd il “Real”da çalışıb.

Braziliyalılar qarşıdan gələn dünya çempionatının qrup mərhələsində Mərakeş, Şotlandiya və Haiti yığmaları ilə qarşılaşacaq.

The post Ançelotti ilə yeni müqavilə imzalanacaq appeared first on Komanda.az.

Merino DÇ-2026-nı buraxa bilər

2 February 2026 at 10:29

“Arsenal”ın və İspaniya millisinin yarımmüdafiəçisi Mikel Merino dünya çempionatına qədər vaxtında sağala bilməyəcək.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, futbolçunun sağalması çox uzun müddət çəkəcək. O, 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatını buraxmaq riski ilə üz-üzədir.

Merino “Mançester Yunayted”lə oyunda (2:3) ayağından zədə alıb. Daha sonra zədənin ciddi olduğu və əməliyyat tələb olunduğu məlum olub.

İspaniya millisi qarşıdan gələn turnirin qrup mərhələsində Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvay yığmalarıyla qarşılaşacaq.

The post Merino DÇ-2026-nı buraxa bilər appeared first on Komanda.az.

Günün oyunları – TV

2 February 2026 at 09:29

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

2 fevral

Səudiyyə Ərəbistanı, Pro Liqa
19:15 Əl-Riyad – Əl-Nəsr (S Sport+)
21:30 Əl-Hilal – Əl-Əhli (S Sport+)

Türkiyə, Super Liqa
21:00 Kocaelispor – Fənərbaxça (Futbol 3, beİN Sports 1)

İtaliya, A Seriyası
23:45 Udineze – Roma (Futbol 1, S Sport+, S Sport 2)

İngiltərə, Premyer Liqa
00:00 Sanderlend – Bernli (beİN Sports 3)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

Mourinyo “Real”la oyunlar haqda: “Turnirin əsas iddiaçısı ilə qarşılaşırıq”

1 February 2026 at 17:27

“Benfika”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Real”la qarşıdakı qarşılaşmalar haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Bizim yalnız iki seçimimiz var idi: “Real” və ya “İnter”. Seçim məhdud idi. Bu yaxınlarda “Real”ın bir oyunçusu matçdan sonra mənə köynəyini təklif edəndə, zarafatla “Benfika” oyunçularına “Real” futbolçularının taxdıqları gerbi göstərdim. Onlardan 15-i var… Onlar kraldırlar. Bu, sadəcə tarix deyil. Şübhəsiz ki, turnirin əsas iddiaçısı ilə qarşılaşırıq. Amma bundan əvvəl daha üç oyunumuz var və buna diqqət yetirməliyik”.

“Benfika” Çempionlar Liqasının 8-ci turu çərçivəsində “Real”ı 4:2 hesabıyla məğlub edib. Pley-off mərhələsində komandaların ilk görüşü 17 fevralda, cavab matçı isə 25 fevralda keçiriləcək.

The post Mourinyo “Real”la oyunlar haqda: “Turnirin əsas iddiaçısı ilə qarşılaşırıq” appeared first on Komanda.az.

Kroosdan “İnter”lə bağlı proqnoz

1 February 2026 at 11:28

“Real”ın və Almaniya millisinin sabiq futbolçusu Toni Kroos “İnter”lə bağlı proqnoz verib.

Milan təmsilçisi UEFA Çempionlar Liqasında birbaşa 1/8 finala yüksələ bilməyib və ümumi mərhələnin nəticələrinə görə, turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Kristian Kivunun komandası pley-offda Norveçin “Bodo-Qlimt” klubu ilə qarşılaşacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kroos, “İnter”in 1/8 finala yüksələ biləcəyini düşünsə də, bu mövsüm Çempionlar Liqasını qazanmayacağını deyib.

“İnter”in “Bodo-Qlimt”lə oyunları fevralın 18-də və 24-də olacaq. A Seriyası təmsilçisi əvvəlki mövsümdə finala qədər irəliləmiş, orada PSJ-yə 0:5 hesabı ilə uduzmuşdu.

Kroos karyerasını 2024-cü ildə başa vurub.

The post Kroosdan “İnter”lə bağlı proqnoz appeared first on Komanda.az.

Günün oyunları – TV

1 February 2026 at 09:30

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

1 fevral

İtaliya, A Seriyası
15:30 Torino – Leççe (Matç TV)
18:00 Komo – Atalanta (Futbol 1)
21:00 Kremoneze – İnter (Futbol 1, Matç TV)
23:45 Parma – Yuventus (Futbol 1)

Azərbaycan, Premyer Liqa
16:00 Araz-Naxçıvan – Neftçi (CBC Sport)
18:30 Qarabağ – Turan Tovuz (CBC Sport)

İspaniya, La Liqa
17:00 Real – Rayo Valyekano (İdman TV, Futbol 2)
19:15 Betis – Valensiya (Futbol 2)
00:00 Atletik – Real Sosyedad (İdman TV, Futbol 2, Matç TV)

İngiltərə, Premyer Liqa
18:00 Mançester Yunayted – Fulhem (beİN Sports 3)
18:00 Aston Villa – Brentford (beİN Sports 4)
20:30 Tottenhem – Mançester Siti (İdman TV, beİN Sports 3)

Türkiyə, Super Liqa
18:00 Gənclərbirliyi – Qaziantep (beİN Sports 1)
21:00 Qalatasaray – Kayserispor (Futbol 3, beİN Sports 1)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

❌
❌