Tanınmış futbolçu MLS klubuna keçir
Tanınmış yarımmüdafiəçi Xames Rodriqes yaxın vaxtlarda klubunu yenidən dəyişə bilər.
Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ABŞ-a yollanıb və MLS təmsilçisi “Minnesota Yunayted”lə müqavilə imzalamağa hazırlaşır.
Kolumbiyalı futbolçu yanvarın əvvəlində Meksikanın “Leon” klubundan ayrıldıqdan sonra azad agent statusundadır. “Minnesota Yunayted” ötən mövsüm MLS-in Qərb Konfransında turnir cədvəlini 4-cü pillədə başa vurub, pley-off mərhələsində isə yarımfinala qədər irəliləyib. Komanda yeni mövsümün ilk turunda, fevralın 22-də “Ostin”lə qarşılaşacaq.
Rodriqes karyerası ərzində “Real”, “Bayern”, “Everton”, “Portu”, “Monako” və digər nüfuzlu klubların formasını geyinib. ABŞ-a mümkün transfer kolumbiyalı oyunçunun karyerasında növbəti maraqlı mərhələ ola bilər.
The post Tanınmış futbolçu MLS klubuna keçir appeared first on Komanda.az.