Normal view

Yesterday — 5 June 2026Sport-AZ

Abdulla Seydəhmədov daha bir il “Şamaxı”da!

5 June 2026 at 16:30

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” qapıçısı Abdulla Seydəhmədov ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Şamaxı” 2026/2027-ci illər mövsümünün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Bölgə təmsilçisi Abdulla Seydəhmədovla yeni müqavilə imzalayıb. Qapıçı növbəti mövsümü də “Şamaxı”da keçirəcək.

29 yaşlı qolkiper 2023-cü ilin oktyabrından “Şamaxı”da oynayır. Daha çox ehtiyat qapıçı olan Abdulla bu komandanın heyətində cəmi 5 oyuna çıxıb, 2 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb.

Abdulla Seydəhmədov “Şamaxı”nın bu yay fasiləsində müqavilə bağladığı ilk futbolçudur. Əyalət klub buna qədər Sezar Henrike, Bilal İsmayılov, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov və Karim Rossi ilə yollarını ayırdığını açıqlamışdı.

❌
❌