Normal view

Yesterday — 4 July 2026Sport-AZ

Andre Onana daha bir il “Trabzonspor”da!

4 July 2026 at 13:00

“Mançester Yunayted”in və Kamerun milli komandasının qapıçısı Andre Onana 2026/2027-ci illər mövsümünü də “Trabzonspor”da keçirəcək.

Arena.az bu barədə Türkiyə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Tərəflər futbolçunun ödənişsiz icarəsi ilə bağlı razılığa gəliblər. Beləliklə, 30 yaşlı qolkiper ardıcıl ikinci mövsüm Qara dəniz təmsilçisinin formasını geyinəcək.

Andre Onana ötən mövsüm də icarə əsasında “Trabzonspor”da çıxış etmiş və komandanın ən sabit oyunçularından biri olmuşdu. Onun etibarlı çıxışı klub rəhbərliyini razı saldığından tərəflər əməkdaşlığı daha bir il uzatmağa qərar veriblər.

“Trabzonspor” heyətini Türkiyə millisinin müdafiəçisi Samet Akaydın ilə də gücləndirib. “Rizəspor”la müqaviləsinin müddəti başa çatmış 31 yaşlı mərkəz müdafiəçisi yeni klubu ilə 2+1 illik müqavilə imzalayıb. Müqavilənin son ili klubun seçim hüququna əsasən qüvvəyə minəcək.

Akaydın 2025-ci ilin yanvarından “Rizespor”da çıxış edirdi. O, 2025/2026-cı illər mövsümündə bütün turnirlərdə 30 rəsmi matçda iştirak edib, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu daha əvvəl “Fənərbağça”, “Adana Dəmirspor” və digər Türkiyə klublarında da forma geyinib.

Trabzon təmsilçisi eyni zamanda belçikalı cinah hücumçusu Kazem Olaiqbenin İsveçrənin “Bazel” klubuna icarəyə verildiyini də açıqlayıb. Razılaşmaya əsasən, futbolçu 2026/2027-ci illər mövsümünü İsveçrə təmsilçisində keçirəcək. Müqaviləyə 3,75 milyon avro məbləğində məcburi olmayan satınalma hüququ da daxil edilib.

“Bazel” bu hüquqdan istifadə edəcəyi təqdirdə əldə olunacaq transfer gəlirinin 50 faizi əvvəlki razılaşmaya uyğun olaraq “Konyaspor”a ödəniləcək. Qalan hissə isə “Trabzonspor”un büdcəsinə daxil olacaq.

Bundan əlavə, İsveçrə klubu gələcəkdə Olaiqbeni başqa komandaya satarsa, “Trabzonspor” həmin transferdən əldə ediləcək xalis gəlirin 10 faizi həcmində pay almaq hüququna malik olacaq.

❌
❌