Normal view

Today — 5 July 2026Sport-AZ

Mert Hakan Yandaş daha bir il “Fənərbağça”da!

5 July 2026 at 18:00

Türkiyə millisinin hücumameyilli yarımmüdafiəçisi, “Fənərbağça”nın kapitanı Mert Hakan Yandaş İstanbul klubu ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 31 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti bu yay bitmişdi.

Açıqlamada vurğulanır ki, futbolçu “Fənərbağça” sevgisini bir daha nümayiş etdirərək minimum əmək haqqı əsasında 1 illik yeni müqavilə imzalayıb.

Xatırladaq ki, Mert Hakan Yandaş 2020-ci ilin avqust ayından “Fənərbağça”nın uğurları üçün çalışır. Yarımmüdafiəçi bu komandanın heyətində 149 oyuna çıxıb, 11 qol və 25 məhsuldar ötürmə müəllifi olub.

Mert karyerası ərzində “Sivasspo”, “Bucaspor”, “Menemen”, “Yeşil Bursa”, “Altınordu” kimi klubların da formasını geyinib. O, 2020-ci ildə Türkiyə millisində də 1 oyun keçirib, lakin sonralar forma şansı qazanmayıb.

❌
❌