Normal view

Yesterday — 10 July 2026Sport-AZ

Ramiz Məmmədov – “Karvan”ın yeni baş məşqçisi!

10 July 2026 at 17:00

Geridə qalmış mövsümdə “Mingəçevir”i Premyer Liqaya çıxara bilməmiş Ramiz Məmmədov bundan sonra “Karvan”a rəhbərlik edəcək.

Arena.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Məmmədovla imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Amma böyük ehtimalla o, “Mingəçevir”dən ayrılıb və “Karvan”la 1 illik müqavilə bağlayıb.

Xatırladaq ki, 57 yaşlı mütəxəssis ötən mövsüm “Mingəçevir”i Premyer Liqaya vəsiqə uğrunda pley-off oyununa qədər daşısa da, burada “Qəbələ”yə məğlubiyyətə üzülmüşdü.

Ramiz Məmmədov daha öncə “Qəbələ”, “Atırau”, “Şamaxı” kimi komandalarda da çalışıb.

“Karvan”a isə geridə qalmış mövsümdə Füzuli Məmmədov rəhbərlik edirdi. O, mövsümün gedişində Yevlax təmsilçisinin sükanı arxasına keçmiş, amma komandanı elitada saxlaya bilməmişdi. Sonuncu olan bu komanda yeni mövsümdə Birinci Liqada mübarizə aparacaq.

“Karvan-Yevlax” baş məşqçisini açıqladı

10 July 2026 at 16:07

“Karvan-Yevlax”ın baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Ramiz Məmmədova tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəsisslə anlaşmanın detalları açıqlanmayıb.

Məmmədov son olaraq “Mingəçevir”ə rəhbərlik edib.

“Karvan-Yevlax” yeni mövsümdə I Liqada mübarizə aparacaq.

❌
❌