Normal view

Yesterday — 2 July 2026Sport-AZ

Səlahət Ağayev daha bir il “Qəbələ”də!

2 July 2026 at 17:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qəbələ”nin qapıçısı Səlahət Ağayev əyalət klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə “Qəbələ”nin mətbuat xidməti məlumat yayıb.

Təcrübəli qapıçının daha 1 il bu komandanın şərəfini qoruyacağı diqqətə çatdırılıb.

Səlahət Ağayev 2024-cü ildə yenidən “Qəbələ”yə qayıdıb. O, 2022/2023-cü illər mövsümündə də bu klubun formasını geyinib. Səlahət “Qəbələ”nin heyətində ümumilikdə 87 oyun keçirib.

Qapıçı karyerası ərzində “İnter” (2008-2015, 2016-2017), MOİK (2011, icarədə), “Sumqayıt” (2012-2013, icarədə, 2016), “Neftçi” (2017-2021), “Sabah” (2021-22) və “Səbail”in (2023-24) də formasını geyinib.

2010-cu ildə Azərbaycan millisinin heyətində debüt etmiş qapıçı yığmada 22 oyun keçirib.

“Qəbələ” buna qədər Seydina Keyta ilə də yeni müqavilə bağlamış, həmçinin Kouya Mabena və Natan Monzanqonu heyətinə qatmışdı. İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Rza Cəfərov, Sambu Sissoko, Murad Musayev, Adriel Ba Lua, Ceyhun Bağırzadə, Domi Massumu və Okan Təhməzli isə komandanı tərk ediblər.

❌
❌