Normal view

Yesterday — 2 June 2026ARENA.AZ

Malta və San Marino ilə oyunları macarlar idarə edəcəklər

2 June 2026 at 18:00

Futbol üzrə Azərbaycan millisinin Malta və San Marino yığmalarına qarşı keçirəcəyi yoxlama oyunlarının hakim təyinatları açıqlanıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, hər iki qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Malta ilə oyunu Mixali Kaprali idarə edəcək. San Marino ilə görüşün baş hakimi isə Marton Ruş olacaq. Bu qarşılaşmalar müvafiq olaraq iyunun 5-də və 9-da Macarıstanın Sombatxey şəhərində təşkil ediləcək.

5 iyun

22:00. Azərbaycan – Malta
Baş hakim: Mixali Kaprali
Baş hakimin köməkçiləri: Balaş Buzaş, Bençe Belitsa
Dördüncü hakim: Tamaş Boqnar
(Hakimlər briqadası Macarıstandandır).
Sombatxey, “Haladaş” stadionu.

9 iyun

22:00. Azərbaycan – San Marino
Baş hakim: Marton Ruş
Baş hakimin köməkçiləri: Balaş Şert, Balaş Şalai
Dördüncü hakim: Bençe Çsonka
(Hakimlər briqadası Macarıstandandır).
Sombatxey, “Haladaş” stadionu.

Ayxan Abbasov Malta ilə matçdan öncə sualları cavablandıracaq

2 June 2026 at 17:30

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Malta yığması ilə yoxlama oyunundan öncə jurnalistlərlə görüşəcək.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Məlumatda vurğulanır ki, Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının iyunun 5-də Malta yığmasına qarşı keçirəcəyi yoxlama görüşü öncəsi təşkil olunacaq mətbuat konfransının və açıq məşqinin vaxtı müəyyənləşib.

Belə ki, iyunun 4-də Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Tədbirə saat 19:30-da start veriləcək. Saat 20:30-da isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq start götürəcək. Tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Xatırladaq ki, iyunun 5-də keçiriləcək Azərbaycan – Malta matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Qarşılaşma Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil ediləcək.

Before yesterdayARENA.AZ

Ayxan Abbasov Avstriyaya 28 futbolçu aparır

23 May 2026 at 14:00

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Avstriyada baş tutacaq təlim-məşq toplanışı üçün heyəti açıqlayıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan milli komandası mayın 28-dən 30-na qədər Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoxlama oyunu keçirəcək.

Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək hər iki görüşün Bakı vaxtı ilə saat 22:00-da başlanması planlaşdırılır.

Ayxan Abbasov bu toplanışlar və yoxlama oyunları üçün 28 futbolçuya dəvət göndərib:

  1. Rza Cəfərov – Qəbələ
  2. Şahrudin Məhəmmədəliyev – Qarabağ
  3. Emil Balayev – Neftçi
  4. Bədavi Hüseynov – Qarabağ
  5. Cəlal Hüseynov – Arda (Bolqarıstan)
  6. Anton Krivotsyuk – Daejeon (Cənubi Koreya)
  7. Rahil Məmmədov – Araz-Naxçıvan
  8. Elvin Bədəlov – Neftçi
  9. Rəhman Daşdəmirov – Sabah
  10. Qismət Alıyev – Zirə
  11. Elvin Cəfərquliyev – Qarabağ
  12. Rüfət Abbasov – Şamaxı
  13. Tellur Mütəllimov – Sabah
  14. Toral Bayramov – Qarabağ
  15. Emin Mahmudov – Neftçi
  16. Səbuhi Abdullazadə – Sumqayıt
  17. Rəhim Sadıxov – Turan Tovuz
  18. Mustafa Əhmədzadə – Araz-Naxçıvan
  19. Emil Səfərov – Neftçi
  20. Abdulla Xaybullayev – Sabah
  21. Aleksey İsayev – Sabah
  22. Rüstəm Əhmədzadə – Sumqayıt
  23. Ayxan Hüseynov – Turan Tovuz
  24. Vüsal İsgəndərli – Partizani (Albaniya)
  25. Xəyal Əliyev – Sabah
  26. Nəriman Axundzadə – Kolumbus Kru (ABŞ)
  27. Mahir Emreli – Kayzerslautern (Almaniya)
  28. Renat Dadaşov – Motor (Polşa)

❌
❌