Normal view

Yesterday — 10 June 2026ARENA.AZ

Emin Rüstəmov “Şamaxı”da!

10 June 2026 at 21:00

Azərbaycan Premyer Liqasını tərk etmiş “Karvan”ın mərkəz müdafiəçisi Emin Rüstəmov bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə elita klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Azərbaycanın U-21 millisinin də üzvü olan Rüstəmov növbəti iki mövsümü “Şamaxı”da keçirəcək. O, yeni klubuna azad agent kimi qoşulub.

Emin Rüstəmov peşəkar karyerasına “Səbail”də başlayıb. 21 yaşlı futbolçu “Karvan”a 2026-cı ilin yanvarında icarə müqaviləsi əsasında qoşulmuşdu. Lakin onun həm Yevlax, həm də paytaxt klubu ilə müqaviləsinin müddəti bitdiyi üçün “Şamaxı”ya azad agent kimi keçib.

Azərbaycanın U-19 yığmasında da oynamış müdafiəçi 2025-ci ildən U-21 millimizdə çıxış edir. O, həm də gənclərdən ibarət yığmanın kapitanıdır.

“Şamaxı” daha öncə “Karvan”ın digər futbolçusu Uğur Cahangirovu da heyətinə qatmışdı. Abdulla Seydəhmədov və Həbib İsmayılovla yeni müqavilə imzalanıb.

Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike, Ravil Qafarov və Dioqo Balau isə komandanı tərk ediblər.

❌
❌