Normal view

Yesterday — 25 May 2026ARENA.AZ

Karim Rossi “Şamaxı”dan ayrıldı

25 May 2026 at 16:40

Əslən Mərakeşdən olan isveçrəli mərkəz hücumçusu Karim Rossi Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı”dan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqavilənin müddəti başa çatıb. Hücumçu “Şamaxı”nın yeni müqavilə təklifini qəbul etmədiyi üçün klub onunla vidalaşmaq məcburiyyətində qalıb.

“Şamaxı” Rossiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Karim Rossi 2025-ci ilin yayında azad agent kimi qoşulduğu “Şamaxı”da bir mövsüm ərzində 35 oyuna çıxıb, 13 qol vurub, 1 məhsuldar ötürmə verib.

Rossi karyerası ərzində “Hall Siti”, “Sulte Varegem”, “Spetsiya”, “Luqano”, “Karmiotissa”, “Deva Yunayted”, “Kambur”, “Telstar”, “RFCU Lüksemburq”, “Persis Solo”, “Eskilstuna”, “Kyasso”, “Tsarsko Selo”, “Rasinq Yunion”, “Şaffhauzen” kimi klubların da formasını geyinib.

❌
❌