Normal view

Yesterday — 3 July 2026ARENA.AZ

Lukas Beltran “River Pleyt”ə qayıtdı

3 July 2026 at 16:00

İtaliyanın “Fiorentina” klubunun mərkəz hücumçusu Lukas Beltran yenidən keçmiş komandasına – Argentina nəhəngi “River Pleyt”ə qayıdıb.

Arena.az xəbər verir ki, Buenos-Ayres təmsilçisi öz yetirməsi olan 25 yaşlı futbolçunu 2027-ci ilin yayına qədər icarəyə götürüb.

Müqavilədə oyunçunun transfer hüquqlarının daha sonra məcburi satın alınmasını nəzərdə tutan bənd də yer alıb.

Qeyd edək ki, Beltranla daha əvvəl Rusiyanın ÇSKA klubu da yaxından maraqlanırdı. Moskva klubunun baş direktoru Roman Babayev tərəflər arasında rəsmi danışıqlar aparıldığını təsdiqləsə də, sonradan transferin şərtləri ilə bağlı fikir ayrılıqları səbəbindən prosesin dayandırıldığını bildirmişdi.

Lukas Beltran 2023-cü ildə məhz “River Pleyt”dən “Fiorentina”ya transfer olunmuşdu. O, İtaliya klubunun heyətində keçirdiyi müddətdə bütün turnirlərdə 98 oyuna çıxıb, 16 qol vurub, 9 məhsuldar ötürmə verib.

Beltran cari transfer dövründə “River Pleyt”in dördüncü səs-küylü transferi olub. Bundan əvvəl Argentina klubu Nikolas Otamendi (“Benfika”), Mauro Arambarri (“Xetafe”) və Covanni Qonsalesi (“Krasnodar”) də heyətinə cəlb etmişdi.

❌
❌