Normal view

Today — 1 June 2026ARENA.AZ

“Qəbələ” Sanqare, Manafov və Əhmədovla vidalaşdı

1 June 2026 at 15:30

Futbol üzrə Azərbaycan Premyer Liqasındakı yerini çətinliklə qorumuş “Qəbələ” klubu 3 futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, İbrahim Sanqare və Rüfət Əhmədovla müqavilənin müddəti başa çatıb. Həmçinin Cənubi Afrika Respublikasının (CAR) “Stellenboş” klubundan icarəyə götürülmüş Turan Manafovun da icarə müaviləsinin müddəti bitib.

Klub hər üç oyunçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, sol cinah müdafiəçisi olan Turan Manafov (27 yaş) bu ilin yanvar ayında qoşulduğu “Qəbələ”nin heyətində cəmi 10 oyun keçirib.

Rüfət Əhmədov da sol cinah müdafiəçisidir. 23 yaşlı futbolçu geridə qalmış mövsümdə cəmi 4 oyun keçirib.

Mərkəz hücumçusu olan İbrahim Sanqare 2025-ci ilin avqustundan formasını geyindiyi Azərbaycan klubunun heyətində 25 oyuna çıxıb, 4 qola imza atıb.

❌
❌