Normal view

Today — 23 May 2026ARENA.AZ

Rafael Benites “Panatinaikos”a lazım olmadı

23 May 2026 at 13:00

Yunanıstanın “Panatinaikos” klubu İspaniyanın tanınmış futbol mütəxəssislərindən olan Rafael Benites ilə əməkdaşlığa son qoyub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Afina təmsilçisi 66 yaşlı ispaniyalı mütəxəssisə və onun məşqçilər heyətinə təşəkkür edib.

Qeyd edək ki, Benites ötən ilin oktyabrından “Panatinaikos”a rəhbərlik edirdi. İspaniyalı çalışdırıcının rəhbərliyi altında komanda bütün turnirlərdə 41 oyun keçirib. Bu matçlarda 20 qələbə qazanılıb, 11 heç-heçə qeydə alınıb, 10 məğlubiyyət yaşanıb.

Rafael Benites əvvəllər “Real”, “Valensiya”, “İnter”, “Liverpul”, “Napoli” kimi sanballı komandaları çalışdırıb. “Rafa” 2005-ci ildə “Liverpul”la UEFA Çempionlar Liqasının qalibi olub. İspan mütəxəssis “Valyadolid”, “Osasuna”, “Estremadura”, “Tenerife”, “Nyukasl”, “Dalian”, “Selta” və “Everton”da da baş məşqçilik edib.

❌
❌