Normal view

Yesterday — 8 June 2026ARENA.AZ

Robin van Persi “Feyenoord”u tərk etdi

7 June 2026 at 17:00

Futbol üzrə Niderland çempionatında 2025/26 mövsümünü ikinci yerdə başa vurmuş “Feyenoord” baş məşqçisi Robin van Persi ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Rotterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Sözügedən komanda Niderland çempionatında ikinci yeri tutaraq UEFA Çempionlar Liqasının Liqa mərhələsinə birbaşa vəsiqə qazansa da, klub rəhbərliyi yenə də baş məşqçini dəyişmək qərarına gəlib.

Xatırladaq ki, Robin van Persi “Feyenoord”un əsas komandasına 2025-ci ilin fevral ayının sonlarında təyin olunmuşdu. Geridə qalmış müddət ərzində komanda onun rəhbərliyi altında çıxış etdiyi 58 rəsmi matçda 30 qələbə qazanıb, 9 heç-heçə edib və 19 dəfə meydandan məğlub ayrılıb.

Van Persi daha öncə “Herenven”in də baş məşqçisi olub.

❌
❌