Normal view

Yesterday — 8 June 2026ARENA.AZ

Yaya Ture “Slovan”a baş məşqçi təyin edildi

7 June 2026 at 18:00

Futbol üzrə Kot-d’ivuar yığmasının, “Mançester Siti” və “Barselona” klublarının sabiq yarımmüdafiəçisi Yaya Ture baş məşqçi təyin olunub.

Arena.az xəbər verir ki, 42 yaşlı veteran futbolçu bundan sonra “Slovan”ı çalışdıracaq.

Bu barədə Slovakiya mətbuatı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, “Slovan” Slovakiya çempionatında 2025/2026-cı illər mövsümünün qalibi olub. Bu komandaya 2021-ci ilin may ayından Vladimir Vays rəhbərlik edirdi. 61 yaşlı slovak mütəxəssis bu komandanı bütövlükdə 267 oyuna çıxarıb, 159 qələbə, 49 heç-heçə, 59 məğlubiyyyət görüb. Vays bundan sonra Slovakiya yığmasına rəhbərlik edəcəyi üçün, “Slovan”ı tərk etməli olub. Təcrübəli mütəxəssis bu ilin may ayında Slovakiya yığmasına baş məşqçi təyin edilib.

Yaya Ture isə daha əvvəl “Tottenhem”, “Stantard” klublarında, həmçinin Səudiyyə Ərəbistanı millisində köməkçi məşqçi kimi çalışıb. “Slovan” onun baş məşqçi kimi çalışacağı ilk komandadır.

❌
❌