Normal view

Yesterday — 1 July 2026ARENA.AZ

Xilberto Mora dünya çempionatlarının tarixinə düşdü

1 July 2026 at 19:40

Meksikalı Xilberto Mora dünya çempionatlarının pley-off mərhələsində start heyətində meydana çıxan 2-ci ən gənc futbolçu kimi tarixə düşüb.

Arena.az xəbər verir ki, bu, DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində baş tutmuş Ekvadorla matçda (2:0) reallaşıb.

Mexiko stadionunda keçirilmiş görüşdə meksikalı futbolçu 17 yaş 259 günlük olub. Qarşılaşmaya start heyətində başlamış Mora meydanda 58 dəqiqə mübarizə aparıb.

Turnir tarixində ondan daha gənc yaşda pley-off oyununa çıxmış futbolçu isə 1958-ci ildə Uelsə qarşı 17 yaş 239 günlüyündə mübarizə aparmış braziliyalı Pele olub.

Xatırladaq ki, Meksika yığması Ekvadoru 2:0 hesabı ilə məğlub edib. Bu komanda 1/8 finalda İngiltərə – Konqo Demokratik Respublikası matçının qalibi ilə üz-üzə gələcək. Həmin oyun da Mexikoda baş tutacaq.

Meksikanın U-15, U-16, U-17 və U-20 yığmalarında da oynamış Xilberto Mora ölkəsinin “Tixuana” klubunun yetirməsidir. 17 yaşlı hücumameyilli yarımmüdafiəçi bu klubun əsas komandasında 53 oyun keçirib, 10 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Meksika millisində isə o, 11 oyun keçirib və 1 assistlə yadda qalıb.

❌
❌