Normal view

Today — 31 October 2025Main stream

“İnter” üçün mübarizə aparmaq istəyirik”

31 October 2025 at 00:35

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu komandasının cari mövsüm üçün hədəflərindən danışıb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, bütün çətinliklərin öhdəsindən gələ biləcəklərinə inanır:

“Hədəflərimiz? Hamı bilir ki, klubumuz həmişə qarşısına ən iddialı hədəflər qoyur. “İnter” üçün mübarizə aparmaq istəyirik. Komanda çətin yaydan və uğursuz Klublararası dünya çempionatından sonra ən yaxşısına layiqdir. Baş məşqçimiz Kivu bizə mənəvi cəhətdən çox kömək olub, güclü və mütəşəkkil komandamız var. Bütün çətinliklərin öhdəsindən gəlmək üçün intizamımız var”.

“İnter” A Seriyasının son turunun matçında evdə “Fiorentina”nı 3:0 hesabıyla məğlub edib. Türkiyəli yarımmüdafiəçi iki qol vurub. Milan klubu 9 oyundan sonra A Seriyasının turnir cədvəlində 3-cü yerdədir.

The post “İnter” üçün mübarizə aparmaq istəyirik” appeared first on Komanda.az.

❌
❌