Marsel Liçka Super Liqa klubundan qovuldu
31 October 2025 at 23:30
Çexiyalı futbol mütəxəssisi Marsel Liçka Türkiyənin “Fatih Karagümrük” komandasının baş məşqçisi vəzifəsindən azad edilib. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Türkiyə klubu çex məşqçiyə xidmətləri üçün təşəkkür edib…