Normal view

Yesterday — 2 November 2025Main stream

“Qarabağ”a qarşı oynamaq dəyərli təcrübədir” – MÜSAHİBƏ

2 November 2025 at 11:10

“İmişli”nin braziliyalı yarımmüdafiəçisi Luis Silvestr Juninyo Komanda.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– “Qarabağ” kimi güclü rəqibə qarşı oynamaq (0:2) səndə hansı hissləri yaratmışdı?

– Çempionlar Liqasında mübarizə aparan bir komandaya qarşı oynamaq bizim üçün dəyərli və önəmli təcrübədir.

– Matçdan öncə baş məşqçi sizə sırf bu oyuna məxsus hansısa tapşırıqları vermişdi? Yoxsa ki, hər oyuna eyni tapşırıqlarla çıxarır?

– O, məndən hər zaman olduğu kimi, öz üslubumda, inamla və sərbəst şəkildə oynamağımı istədi.

– Oyunun gedişində fərqlənmək üçün real imkanın oldu, amma bunu reallaşdıra bilmədin.

– Bəli, penaltidən fərqlənmək üçün yaxşı imkanım oldu, lakin təəssüf ki, bu epizodu dəyərləndirə bilmədim. Bu da futbolun bir hissəsidir. Səhv yalnız cəhd edənlərə məxsusdur.

– “Qarabağ”la qarşılaşma sənə növbəti oyunlar üçün hansı dərsləri verdi?

– Düşünürəm ki, komandamız bu oyunda hücum potensialını və qol imkanları yaratmaq bacarığını yüksək səviyyədə nümayiş etdirdi. Bu oyunumuzu növbəti matçlarda da davam etdirə bilsək, qələbə bizə çox yaxın olacaq.

– Azərbaycan Premyer Liqasında hakimliklə bağlı fikrin necədir?

– Mən hakimliklə bağlı heç bir şərh vermək istəmirəm.

– “İmişli” bu mövsüm Premyer Liqada debüt edir. Hədəfləriniz nələrdir?

– Gözləntilərimiz komandamızın maksimum səylə mübarizə aparması və “İmişli”nin yüksək nəticələr əldə edə biləcəyini göstərməsidir.

– Növbət turda “Şamaxı” ilə səfərdə qarşılaşacaqsız. Gözləntilərin nələrdir?

– Bilirik ki, “Şamaxı” komandası güclüdür, amma oyundan asılı olmayaraq, biz həmişə üç xalı qazanmaq məqsədilə meydana çıxırıq.

Fəxri Rüstəmli

The post “Qarabağ”a qarşı oynamaq dəyərli təcrübədir” – MÜSAHİBƏ appeared first on Komanda.az.

❌
❌