Fərid Nəbiyev “100”ə çatdı
3 November 2025 at 16:00
					Futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün 10-cu turu “Kəpəz”in futbolçusu Fərid Nəbiyev üçün əlamətdar olub. Arena.az xəbər verir ki, o, turnirdə 100-cü oyununu keçirib. Bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb. Bildirilir ki, 26 yaşlı hücumçu “Neftçi” ilə səfər matçında (1:5) yubileyini gerçəkləşdirib. O, 100 oyunda 14 qola imza atıb.