Normal view

Today — 15 December 2025Main stream

Sxadadze: “Kəpəz”ə qarşı pis oynadıq”

14 December 2025 at 18:00

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 15-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş oyununda Gəncə təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.

Kaxaber Sxadadze qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Oyun haqda nə deyə bilərəm? Belə qırmızı vərəqələri ancaq biz ala bilərik. Başa düşmürəm ki, necə belə qırmızı vərəqə almaq olar. “Kəpəz”in qolunda müdafiəçilərimizdən heç biri rəqib oyunçunu saxlamadı. Bu gün pis oynadıq. Murad Musayevin yoxluğu hiss olunurdu. Səhvlərdən nəticə çıxarıb daha yaxşı olmağa çalışacağıq.

Reallığı nəzərə almaq lazımdır. Cibində 10 manat varsa, restrorana gedə bilməzsən. Mən ağılsız insan deyiləm, reallığa baxıram. Bizim hədəfimiz Premyer Liqada qalmaqdır. Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz. Qaydalara görə 5 futbolçu transfer edə bilərik. Buna görə də heyətimizi qorumalıyıq. Sanqareyə gəldikdə, bəli, o, çox səhvlər edir. Daha yaxşı olmaq lazımdır. Komandada bütün mövqelərdə rəqabət olmalıdır. Rəqabət olmasa, inkişaf ola bilməz. Yeni qapıçı gətirməyi planlaşdırırıq”.

Before yesterdayMain stream

Kaxaber Sxadadze: “Rəqibə yuxarıdan aşağı baxmaq olmaz”

4 December 2025 at 18:30

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Şəfa”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş oyununda 2:1 hesablı qələbəyə sevinmiş əyalət təmsilçisi 1/4 finala yüksəlib.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma təşəkkür edirəm. Kubokda növbəti mərhələyə yüksəlmək vacib idi. “Araz-Naxçıvan”la çətin oyundan sonra komandada yorğunluq var. İlk dəqqiqələrin çətin olacağını bilirdik. “Şəfa” çox yaxşı komandadır. Kompakt şəkildə müdafiə olunurlar. Qol vurduqdan sonra sakitləşdik. Bundan yaralanan rəqib, hesabı bərabərləşdirdi. Sanki bəzi futbolçularımız 1-ci Liqa klubuna qarşı oynamağa hazır deyildi. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Çətin qrafikdəyik. Qarşıda bizi “Turan Tovuz”la oyun gözləyir. Bu qələbələr bizə inam verəcək. Qış fasiləsinə qədər 3 vacib oyunumuz var. Çalışacağıq ki, maksimim xal toplayaq. Kubokda da sona qədər mübarizə aparacağıq.

Uduzan komanda istər-istəməz irəli atılır. Həmin anlarda biz topa yiyələnməli idik. Son dəqiqələrdə bizim də fürsətlərimiz oldu. Sadəcə, bunlardan istifadə edə bilmədik. Fürsətləri dəyərləndirə bilməyəndə gərginlik yaranır. Heyətimiz gəncdir. Bunun olması normaldır. “Şəfa” Premyer Liqa səviyyəsində komandadır.

Heyətin güclənməsinə 100 faiz ehtiyac var. Bunu hamımız bilirik. Bunun üzərində də işləyirik. Bununla belə bütün oyunlarda döyüşməliyik”.

“Premyer Liqaya çıxsaq, yalnız azərbaycanlı futbolçular transfer edəcəyik”

“Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli isə oyunla bağlı bunları söyləyib:

“Qəbələ”ni təbrik edirəm. Ötən ildən onları izləyirəm. Ən bəyəndiyim komandalardan biridir. Bizim üçün heç də asan olmadı. Rəqibi təhlil etmişdik. Onların ən üstün tərəfləri hücumda olan 3 futbolçularıdır. Müdafiəni daha kompakt təşkil etməyə çalışdıq. Düşünürəm ki, yaxşı alındı. Hesabı bərabərləşdirsək də, sonradan rəqibin sürətli hücumlarının qarşısını ala bilmədik. Futbolçularıma təşəkkür edirəm. Premyer Liqa komandasına qarşı inamlı çıxış etdilər. Bu mövsüm ilk dəfədir ki, əks-hücumda oynayırıq. Çünki Birinci Liqada bütün matçları dominant keçiririk. Liqalar arasındakı səviyyə fərqi öz sözünü deyir.

Birinci Liqaya uyğun yaxşı komandamız var. Premyer Liqaya çıxsaq, təbii ki, heyəti gücləndirəcəyik. Yaxşı azərbaycanlı futbolçular var. Onlarla güclənə bilərik. Elita çıxsaq, yalnız azərbaycanlı futbolçular transfer edəcəyik. Azərbaycan futboluna töhfə verməyə çalışırıq. Bəli, çətin olacaq, amma mümkünsüz deyil”.

❌
❌