Normal view

Yesterday — 16 December 2025Main stream

Şahin Abdullayev: “Neftçi”yə qarşı planımız işə yaradı”

15 December 2025 at 21:30

“Sumqayıt”ın məşqçisi Şahin Abdullayev Azərbaycan Premyer Liqasının 15-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Bakıda üz-üzə gəliblər.

“Neftçi Arena”da təşkil edilmiş qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

Şahin Abdullayev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Düşünürdük ki, “Neftçi”də 60-65-ci dəqiqədən sonra fiziki baxımdan düşüş ola bilər. Ona görə də bəzi oyunçuları ehtiyatda saxlamışdıq. Həmin futbolçular meydana girəndən sonra oyun planımız üzrə getdi.

Nadir Orucov oyunun ən yaxşılarından biri idi. Meydana girəndən sonra özünü çox yaxşı tərəfdən göstərdi. Təcrübə baxımından “Neftçi” kimi komandaya qarşı səfər oyununda onu start heyətində oynatmağa risk etmədik. Aleksandr Ramalinqomu isə plan üzrə ehtiyatda saxlamışdıq.

Birinci hissədə çox top itirirdik. Əsas problemlərimizdən biri o idi. Müdafiəçilərimiz dərhal uzun toplar atırdılar. Bu, bizim oyun tərzimiz deyil. Baş məşqqçi fasilədə tapşırdı ki, bir az top saxlayaq, oyunu sakitləşdirək. Deməzdim ki, ikinci hissənin əvvəlində bunu bacardıq. Ninkoviç meydana girəndən sonra oyunumuz daha yaxşı alındı. Çünki o top saxlamağı bacarır, oyunun tempini qaldırıb, aşağı salır. 60-cı dəqiqədən sonra oyunu ələ ala bildik”.

Ardıcıl 3-cü oyundur ki, “Sumqayıt”ın texniki zonasında gərginlik yaranır. Abdullayev “Bu aqressiyanın səbəbi nədir” sualına belə cavab verib:

“Sırf aqressiya olduğunu deməzdim. Ötən matçda bizim köməkçi məşqçi qırmızı vərəqə alanda aqressivlik görmədik. Rəqib futbolçular bizə tərəf cumdular. Kollektiv şəkildə aqressiyamızın olduğunu deməzdim. Bu gün İqor Ribeyro ilə Ramalinqom oyun epizodunda mübahisə etdilər. Bizim ehtiyat oyunçular skamyasında hamı sakit durmuşdu. Oyundan əvvəl də hamıya sakit qalmasını demişdik”.

❌
❌