İspaniya klubu Ançelottinin namizədliyini nəzərdən keçirir
Davide Ançelotti yaxın vaxtlarda Braziliyanın “Botafoqo” klubunda baş məşqçi postunu tərk edib.
36 yaşlı mütəxəssis iyulda bu vəzifəyə təyin olunmuşdu və bu, onun baş məşqçi kimi ilk müstəqil işi idi. Son günlər italiyalı çalışdırıcının müqavilənin müddətini uzatmamaq qərarına gəldiyi məlum olub.
Bu fonda Avropadan ona maraq xəbərləri ortaya çıxıb. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Ançelottinin namizədliyi “Rayo Valyekano” tərəfindən nəzərdən keçirilir. Ancaq söhbətin konkret hansı vəzifədən getdiyi hələlik açıqlanmır.
Hazırda Madrid təmsilçisinin baş məşqçisi İniqo Peresdir. “Rayo Valyekano” La Liqada turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb və eyni zamanda Konfrans Liqasında ümumi mərhələnin yekunlarına əsasən birbaşa 1/8 finala vəsiqə qazanıb.
Davide Ançelotti daha əvvəl atası Karlo Ançelottinin köməkçisi kimi “Real”da çalışıb.
The post İspaniya klubu Ançelottinin namizədliyini nəzərdən keçirir appeared first on Komanda.az.