Tanınmış məşqçi vəfat edib
Danimarka və Norveç milli komandalarının sabiq baş məşqçisi Oqe Hareyde vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə mütəxəssisin oğlu Bendik Hareyde VG nəşrinə açıqlamasında deyib:
“Atam axşam evdə, ailəsinin yanında dünyasını dəyişdi. O, son oyununu oynadı. Xəstəliyi dövründə gördüyümüz bütün sevgi və dəstəyə görə sonsuz minnətdarıq”.
İyul ayında norveçli mütəxəssisə beyin xərçəngi diaqnozu qoyulmuşdu.
Oqe Hareyde 2017-ci ildə Danimarka millisinin baş məşqçisi kimi komandanı DÇ-2018-ə çıxarıb və 1/8 final mərhələsinə qədər irəliləyib. O, müxtəlif illərdə Norveç və İslandiya millilərini də çalışdırıb.
Klub səviyyəsində “Molde”, “Rusenborq”, “Vikinq”, “Bröndbü”, eləcə də İsveçin “Helsinqborq”, “Malmö” və “Erqryute” klublarında çalışan Hareyde İsveç, Danimarka və Norveç çempionu olub. 2014-cü ildə isə İsveç çempionatında ilin məşqçisi seçilib.
The post Tanınmış məşqçi vəfat edib appeared first on Komanda.az.