Normal view

Yesterday — 19 December 2025Main stream

Ombudsman amputant futbolu üzrə millinin üzvləri ilə görüşdü

19 December 2025 at 20:30

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın amputant futbolu üzrə milli komandasının üzvlərini qəbul edib.

Komanda.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Görüşdə ANAMA-nın müşaviri Fikrət Vəliyev, AFFA-nın şöbə rəisi Nəriman Axundov, amputant futbolu yığmasının rəhbəri Elnur Sadıqov, baş məşqçisi Rövşən Quliyev, məşqçilər və komanda üzvləri iştirak ediblər.

Görüş zamanı S.Əliyeva bildirib ki, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsinin gücləndirilməsi və bərabər imkanlarla təmin olunması Konstitusiyadan irəli gələn fundamental prinsiplərə əsaslanır və dövlət siyasətinin əsas prioritetlərindən biridir.

O, Ombudsman təsisatının mina qurbanlarının hüquqlarının müdafiəsi, onların reabilitasiyası və sosial təminatının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib.

Qeyd edilib ki, amputant idmançıların əksəriyyəti Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü, Birinci və İkinci Qarabağ müharibəsi, eləcə də postmünaqişə dövründə davam edən mina terroru nəticəsində sağlamlıqlarını itirən şəxslərdir.

Daha sonra Ombudsmanın təşəbbüsü ilə hazırlanmış, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə, onların cəmiyyətə inteqrasiyasına və bərabər imkanların təşviqinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb və xatirə fotosu çəkdirilib.

The post Ombudsman amputant futbolu üzrə millinin üzvləri ilə görüşdü appeared first on Komanda.az.

❌
❌