Daha iki klub “Qarabağ”ın futbolçusu üçün danışıqlara qoşula bilər
21 December 2025 at 13:49
Daha iki klub “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo ilə maraqlanır.
Komanda.az xəbər verir ki, “Botafoqo”dan əlavə, braziliyalı futbolçu “Braqa” və “Sivasspor”un transfer siyahısındadır. Bu barədə “Bolavip Brasil” nəşri məlumat yayıb. Amma “Qarabağ”ın Bikalyo üçün nə qədər təzminat tələb etdiyi açıqlanmayıb.
Bu arada, Pedronun agenti Breno Şarte “İnternasional”ın ona maraq göstərməsi xəbərlərini təkzib edib.
24 yaşlı futbolçu mövsümün əvvəlində “Qarabağ”la müqavilə imzalayıb. Onun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
The post Daha iki klub “Qarabağ”ın futbolçusu üçün danışıqlara qoşula bilər appeared first on Komanda.az.