“İnter” xorvat futbolçu üçün hərəkətə keçib
26 December 2025 at 13:19
“Hayduk”un yarımmüdafiəçisi Branimir Mlaçiç “İnter”in maraq dairəsinə düşüb.
Komanda.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Milan təmsilçisi 18 yaşlı futbolçunun mümkün transferi ilə bağlı artıq ilkin danışıqlara başlayıb. Bununla yanaşı, Mlaçiçə maraq göstərən klublar arasında “Barselona”, “Real”, “Nyukasl” və Dortmund “Borussiya”sı da yer alır.
Xorvatiyalı yarımmüdafiəçinin “Hayduk”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. O, cari mövsümdə 18 oyunda iştirak edib və 2 məhsuldar ötürmə verib.
The post “İnter” xorvat futbolçu üçün hərəkətə keçib appeared first on Komanda.az.