Kroosdan “İnter”lə bağlı proqnoz
“Real”ın və Almaniya millisinin sabiq futbolçusu Toni Kroos “İnter”lə bağlı proqnoz verib.
Milan təmsilçisi UEFA Çempionlar Liqasında birbaşa 1/8 finala yüksələ bilməyib və ümumi mərhələnin nəticələrinə görə, turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Kristian Kivunun komandası pley-offda Norveçin “Bodo-Qlimt” klubu ilə qarşılaşacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kroos, “İnter”in 1/8 finala yüksələ biləcəyini düşünsə də, bu mövsüm Çempionlar Liqasını qazanmayacağını deyib.
“İnter”in “Bodo-Qlimt”lə oyunları fevralın 18-də və 24-də olacaq. A Seriyası təmsilçisi əvvəlki mövsümdə finala qədər irəliləmiş, orada PSJ-yə 0:5 hesabı ilə uduzmuşdu.
Kroos karyerasını 2024-cü ildə başa vurub.
The post Kroosdan “İnter”lə bağlı proqnoz appeared first on Komanda.az.