Fabio Kapello: “Milan” ürəyimdə xüsusi yer tutur”
79 yaşlı italiyalı futbol mütəxəssisi, keçmiş baş məşqçi Fabio Kapello ürəyinin sahibi olan klubla bağlı sualı cavablayıb.
Arena.az təcrübəli mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Ürəyimin sahibi klub – “Milan”dır. “Yuventus”la oyunçu qismində daha çox qənimət qazanmışam. Məşqçi qismində isə zirvə nöqtəm “Real”la işdir. Amma “Milan” bütün bunlara rəğmən, ürəyimdə xüsusi yer tutur”, deyə Kapello vurğulayıb.
Fabio Kapello “Milan”ın hazırda yaxşılaşdıra biləcəyi xüsusla bağlı qənaətini də açıqlayıb:
“Əgər yaxşılaşdırılması gərək olan xüsusdan söhbət açsaq, gerçəkləşdirilməmiş məqamların sayını qeyd edərdim. Bax, bunun üzərində çalışmaq gərəkdir”, deyə Kapello vurğulayıb.
Yeri gəlmişkən, italiyalı keçmiş hücumçu Antonio Kassano da “Milan”ı tənqid etməsi ilə gündəmə gəlib. Veteran futbolçunun müvafiq qənaətini təqdim edirik:
“Necə futbol oynamaq barədə “Milan”ın bir fikri yoxdur. Digər klbuların isə müvafiq fikri var. “Milan” elə futbol oynayır ki, sanki 80-ci illərdir”, deyə Kassano vurğulayıb.