Normal view

Today — 26 February 2026Main stream

Roi Kehat mövsümün sonunadək oynaya bilməyəcək

26 February 2026 at 13:00

Azərbaycan Premyer Liqasının 21-ci turunda “Qəbələ” ilə matçda zədələnən “Sumqayıt”ın futbolçusu Roi Kehat əməliyyat olunub.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Cərrahi müdaxilə yarımmüdafiəçinin vətəni İsraildə baş tutub. Oyunçuya axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulub. Kehat təxminən 1 ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək. O, ən az mövsümün sonuna qədər komandaya kömək edə bilməyəcək.

“Sumqayıt” Kehatı 2023-cü ilin iyulunda “İroni Kiryat Şmona” klubundan transfer edib. Yarımmüdafiəçi cari mövsümdə bu komandanın heyətində 24 oyuna çıxıb, 2 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub. Kehat “Sumqayıt”da bütövlükdə 98 oyun keçirib, 15 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. İsrailli futbolçunun “Sumqayıt”la 2027-ci ilin 30 iyununadək müqaviləsi var.

Roi Kehat Təl-Əviv “Makkabi”sinin yetirməsidir. 33 yaşlı futbolçu peşəkar karyerasına da bu komandada başlayıb. Hücumameyilli yarımmüdafiəçi “Hapoel” (Beer Şeva), “Makkabi” (Yavne), “İroni Kiryat Şmona”, “Austriya” (Vyana), “Makkabi” (Hayfa), “Makkabi” (Netanya) klublarında da forma geyinib.

İsrailin aşağı yaş qrupları üzrə müxtəlif millilərində oynamış yarımmüdafiəçi əsas yığmada da 5 matça çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

❌
❌