Normal view

Today — 5 April 2026Main stream

Oskar 34 yaşında karyerasını bitirdi

5 April 2026 at 16:00

Futbol üzrə Braziliya milli komandasının keçmiş hücumameyilli yarımmüdafiəçisi Oskar 34 yaşında karyerasını başa vurub.

Arena.az xəbər verir ki, bu barədə Braziliyanın “San Paulo” klubu məlumat yayıb.

Bu qərara futbolçuda aşkarlanmış ürək problemi səbəb olub. O, noyabrın 11-də tibbi baxış zamanı huşunu itirib və daha sonra belə bir diaqnoz qoyulub.

Braziliyalı yarımmüdafiəçi qərarından məyus olduğunu bildirib: “Oynamağa davam etmək istəyirdim, amma alınmadı. Artıq klubumu azarkeş kimi dəstəkləyəcəyəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, tam adı Oskar dos Santos Emboaba Junior olan futbolçu məhz “San Paulo”nun yetirməsidir. O, daha çox “Çelsi”dəki çıxışı ilə tanınıb və bu klubla 2 dəfə İngiltərə çempionu olub, İngiltərə Liqa Kubokunu, Avropa Liqasını qazanıb. Yarımmüdafiəçi həmçinin “İnternasyonal” və “Şanxay Port”da forma geyinib.

Oskarın klub karyerası rəqəmlərin gözü ilə:

“Şanxay Port”: 248 oyun, 77 qol, 142 məhsuldar ötürmə
“Çelsi”: 203 oyun, 38 qol, 31 məhsuldar ötürmə
“İnternasional”: 70 oyun, 19 qol, 22 məhsuldar ötürmə
“San Paulo”: 35 oyun, 2 qol, 8 məhsuldar ötürmə

Oskar Braziliya milli komandasında 48 oyun keçirib, 12 qol vurub, 15 məhsuldar ötürmə verib.

❌
❌