Normal view

Today — 12 May 2026Main stream

“Real Ovyedo” La Liqanı tərk edəcək – Rəsmiləşdi

12 May 2026 at 13:00

İspaniya La Liqasında mübarizə aparan “Real Ovyedo” komandası 2025/2026-cı illər mövsümünün sonunda elitanı tərk edəcək.

Arena.az xəbər verir ki, İspaniya La Liqasında cari mövsümün geridə qalmış 35 turundan sonra elitanı tərk edəcək ilk komanda müəyyənləşib.

Sonuncu pillədə qərarlaşmış Ovyedo təmsilçisi yenidən Sequnda Liqaya yuvarlanıb. Bu, La Liqanın 35-ci turu çərçivəsində ötən gecə keçirilmiş “Rayo Valyekano” – “Jirona” (1:1) matçından sonra dəqiqləşib.

Hazırda 29 xalla 20-ci yerdə qərarlaşmış “Real Ovyedo” 17-ci pillədə olan “Jirona”nı (39 xal) keçmək şansını itirib.

Xatırladaq ki, Ovyedo təmsilçisi ötən mövsüm – 24 ildən sonra La Liqaya qayıtmışdı. Amma komanda elitadakı yerini möhkəmləndirməmiş yenidən aşağı liqaya düşüb.

Cari mövsümün sonunda İspaniya La Liqasını tərk etməyə əsas namizədlər bunlardır:

  1. Sevilya – 40
  2. Elçe – 39
  3. Malyorka – 39
  4. Espanyol – 39
  5. Jirona – 39
  6. Alaves – 37
  7. Levante – 36
❌
❌