DÇ-2026: ABŞ İraq millisinin 5 üzvünə viza vermədi
13 May 2026 at 16:00
ABŞ bu yay keçiriləcək futbol üzrə dünya çempionatında (DÇ-2026) iştirak edəcək İraq millisinin 5 oyunçusuna viza verməyib.
Arena.az xəbər verir ki, bu barədə İraq Futbol Federasiyasının rəsmisi Qalib əl-Zameli bildirib.
Yığma üzvlərindən İbrahim Bayeş, Mohanad Ali, Zaid Tahsin, Hayder Abdulkərim və Əli Əl-Hamadiyə viza verilməyib. İmtinanın səbəbləri məlum deyil. İraq tərəfi vəziyyətin həlli yolunu tapmaq üçün FIFA ilə əlaqə saxlayıb. İraqlılar məhz beynəlxalq futbol qurumunun köməyi ilə bu problemi yoluna qoyacaqlarına ümid edirlər.
Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək davam edəcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.
İraq yığması mundialın qrup mərhələsində Fransa, Norveç və Seneqal milli komandaları ilə qarşılaşacaq.