Normal view

Today — 6 June 2026Main stream

Alfons Mabula Msanqa “Şamaxı”ya lazım olmadı

6 June 2026 at 17:00

2025/2026-cı illər mövsümü bitən kimi heyətində təmizləmə işinə başlamış “Şamaxı” daha bir futbolçusu – Alfons Mabula Msanqa ilə də yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Dayaq yarımmüdafiəçisi olan 22 yaşlı futbolçunun başa çatmış müqaviləsinin müddəti uzadılmayıb. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Alfons Mabula Msanqa “Alyans” klubunun yetirməsidir. O, 2022-ci ilin fevralında Serbiyanın “Spartak” klubuna cəlb olunub. Serbiyada “Novi Sad”da da icarədə olan Msanqa 2024-cü ilin iyulunda “Spartak”dan ayrılandan “Şamaxı”ya keçənə kimi işsiz olub. Azərbaycana klubu müdafiəçini 2025-ci ilin yanvarında azad agent kimi heyətinə qatmışdı. Həmin ilin yayında isə onunla yeni 1 illik müqavilə imzalanmışdı. Gənc futbolçu Azərbaycan klubunun heyətində 28 oyuna çıxıb, 5 qol və 1 assistlə yadda qalıb.

“Şamaxı” daha öncə Karim Rossi, Sezar Henrike Dias Santos, Rodriqo Fransisko Fernandes, Andrey Tırkovyanu, Vladislav Veremeyev, Bilal İsmayılov, Rüfət Abbasov, Arsen Ağcabəyov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Rafael Məhərrəmli, Nihat Mehralıyev, Ravil Qafarov və Səlim Həşimovla da vidalaşmışdı. Abdulla Seydəhmədovla isə yeni müqavilə imzalanıb.

❌
❌