Normal view

Today — 2 July 2026Main stream

Fərid Nəbiyev “Kəpəz”dən ayrıldı

2 July 2026 at 15:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in hücumameyilli yarımmüdafiəçisi Fərid Nəbiyev Gəncə klubundan ayrılıb.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, klubla müqaviləsinin müddəti başa çatmış Nəbiyev komandanı tərk edib. 26 yaşlı yarımmüdafiəçi ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 34 matçda meydana çıxıb və 4 qolla yadda qalıb. Klub xidmətlərinə görə Fərid Nəbiyevə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Fərid Nəbiyev 2025-ci ilin yayında yenidən “Kəpəz”ə qayıtmışdı.

Fərid Nəbiyev ilk dəfə 2022/2023-cü illər mövsümündə “Kəpəz”in şərəfini qoruyub. Futbolçu həmin dövrdə 30 çempionat oyununda 4 qol vurub və 7 assist edib.

“Qəbələ”nin yetirməsi olan Fərid karyerası ərzində “Slaviya” (Praqa, Çexiya), “Şevardeni”, “Viktoriya” (Jijkov, Çexiya), “Turan Tovuz”, “Səbail” kimi klubların da formasını geyinib. Azərbaycanın U-17, U-19, U-20 və U-21 yığmalarında oynamış yarımmüdafiəçiyə əsas millidə debüt qismət olmayıb.

“Kəpəz” daha öncə Rauf Hüseynli və Məmməd Hüseynovla da vidalaşmış, Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska ilə yeni müqavilə bağlamışdı.

“Kəpəz”də ayrılıq

2 July 2026 at 14:56

“Kəpəz”də ayrılıq gerçəkləşib.

Futbolpress.az xəbər verir ki, klubla müqaviləsi başa çatan Fərid Nəbiyev “sarı-göylər”i tərk edib.

26 yaşlı yarımmüdafiəçi ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 34 matçda meydana çıxıb və 4 qolla yadda qalıb.

❌
❌