Normal view

Today — 6 June 2026Main stream

Patrik Vimmer “Volfsburq”u “Hoffenhaym”a dəyişdi

5 June 2026 at 23:30

Avstriya millisinin və “Volfsburq”un 25 yaşlı sağ cinah hücumçusu Patrik Vimmer bundan sonra “Hoffenhaym”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Tərəflər arasında imzalanmış müqavilənin müddəti ilə bağlı açıqlama verilməyib. Sadəcə, hücumçu ilə uzunmüddətli müqavilə imzalandığı diqqətə çatdırılıb. “Hoffenhaym” bu keçid üçün “Volfsburq”a 10 milyon avro təzminat ödəyib.

Patrik Vimmer “Qaflens”, “Austriya” (Vyana), “Arminiya” (Bilefeld) kimi klubların şərəfini qoruyub. O, 2022-ci ildən “Volfsburq”un uğurları üçün çalışırdı. 25 yaşlı futbolçu Bundesliqa təmsilçisinin heyətində 104 oyun keçirib, 14 qol və 18 məhsuldar ötürmə müəllifi olub.

Vimmer Avstriyanın U-19 və U-21 yığmalarında oynayıb, 2022-ci ildən isə əsas millidə çıxış edir. Hücumçu millinin heyətində 30 oyuna cəmi 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

❌
❌